FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə109/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   105   106   107   108   109   110   111   112   ...   129

 

- 335 -


                                                          

varlığın özünü biz ekzistensiya adlandırırıq.

1

  

 



Özünü dərk etmək, özünü tanımaq, həyatını öz me-

yarlarına uyğun  şəkildə qurmaq heç də bütün insanlara qismət 

olmur. Neçə-neçə insan bu dünyada həyat sürüb, başqaları ilə 

ünsiyyətdə olub, başqalarını tanıyıb, onlarla iş birliyi qurub, 

amma bir dəfə də olsun özü ilə görüşmək, özünü tanımaq və öz 

seçimi ilə nə isə bir iş görmək şansı olmayıb. Daha doğrusu, bu 

şans bəlkə də olub, amma o bu şansdan istifadə etmək cəsarətini 

özündə tapmayıb. Sartra görə, insan varsa, deməli, o azaddır. 

Lakin bütün insanlar vardırlarmı? Görünür, daha dəqiq olsun 

deyə, bu fikri belə demək olardı: – Ancaq azad olan insanlar 

vardırlar. Bəs azad olmayanlar? Bu suala Oqtay Eloğlu kimi, 

Sartrın da qəhrəmanları «onlar bir heçdir», – deyə cavab 

verərdilər.  

İnsan bu dünyaya nə kimi bir missiya ilə  gəlmişdir? O 

özünün məhz hansı sahələrdə daha böyük potensial imkanlara 

malik olduğunu necə bilə bilər. Ailə, yaşadığı mühit, cəmiyyət, 

hakim ideologiya, prioritet dəyərlər sistemi və s., – bir tərəfdən, 

təsadüflər də digər tərəfdən, insanın özündən soruşmadan, onun 

qanında, canında olanları bilmədən onun həyatını müəyyən 

edir… Başqalarının qurduğu, kənardan idarə olunan bir həyat.  

Lakin bu dünyaya azad olmaq üçün gələnlər günlərin bir 

günündə hamıdan və  hər  şeydən, hər hansı bir kənar təsirdən 

uzaqlaşmaq, təkləşmək, özü ilə qalmaq istəyir. Öz qəlbinin 

səsini dinləyir, içindən gələn arzu və istəklərə qulaq asır. Amma 

mühitlə həmahəng böyümüş insana özü yad görünür və əvvəlcə 

içində yatan bu yad Mən-i özü kimi qəbul etmək istəmir.   

İnsan ikiləşir. Hissi təcrübənin, ictimai normaların,  əx-

laqi-mənəvi dəyərlər sisteminin təsiri ilə insanın elə bil ki, 

ikinci Mən-i formalaşır. Lakin Sartr birinci Mən-in, ikinci Mən-

ə  hər hansı bir güzəştə getməsinin tərəfdarı deyildir. O, nəinki 

hüquqi və ya əxlaqi dəyərlərin, hətta «vicdan» kimi insan 

simasına yaxın olan mənəvi meyarın da kənar təsirlə, sosial 

amillərin iştirakı ilə formalaşdığını  əsas gətirərək onu azadlığı 

məhdudlaşdıran amillər sırasına daxil edir. Professor Fərman 

 

1

 Мартин Хайдеггер. Бытие и время. М., 1997, стр. 12.  




 

- 336 -


                                                          

İsmayılov Sartrın dünyagörüşündə bu məqamı önə  çəkərək 

yazır: «Sartr inanır ki, sözün klassik mənasında  əxlaq, vicdan 

insana kənardan – sososiallıqdan, başqalarından gəlir. Buna 

görə də əxlaqa və vicdana uyğun həyat, əslində özünü özgələrin 

Mən-ə  qəbul etdirdiyi normalar və prinsiplər  əsasında istehsal 

etmək deməkdir. Bu isə öz növbəsində  mənim həyatımın, 

varlığımın özgələri tərəfindən müəyyənləşdirilməsidir. Buradan 

belə  nəticə  çıxarırdı ki, guya vicdan – fərdiliyin itirilməsi, 

azadlıq və sərbəst iradənin boğulması deməkdir».

1

          



Əlbəttə, bu məsələdə  hər  şey «vicdan» anlayışının necə 

başa düşülməsindən asılıdır. Ancaq kənar təsirlə formalaşmış 

olan vicdan insan Mən-inə nəzərən özgə, yad sayıla bilər. Sartr 

da məsələyə  məhz bu cür yanaşır. Lakin sual olunur ki, bəs 

insanın özünün, Mən-in meyarları  nəyin  əsasında formalaşır? 

Azadlıq iddiası yaxşıdır, lakin azad seçim üçün ilkin platforma, 

meyarlar sistemi tələb olunur. Biz Mən-in irəlicədən, ilahi 

qüdrət tərəfindən proqramlaşdırılmasını, onun genetik olaraq 

hansı isə prioritet meyarlara malik olduğunu, öz missiyasına 

uyğun yaşamaq hüququnu qəbul etsək, bu amilləri kənar 

təsirlərə qarşı qoya bilərik. Amma Sartr bunları da qəbul etmir. 

O  əslində  Mən-in qeyri-müəyyənliyindən çıxış edir və buna 

görə də vicdanın da, ancaq kənar amil kimi yox, həm də insanın 

genetik-mənəvi bir keyfiyyəti kimi qəbul oluna bilməsini istisna 

edir.            

«İnsanın özü ilə görüşü» bir problem kimi müxtəlif 

aspektlərdə baxıla bilər. Filosofların böyük əksəriyyəti antro-

poloji dualizmdən çıxış edir və insanın fizioloji və mənəvi-psixi 

mahiyyətlərini bir-birini tamamlayan iki müstəqil başlanğıc 

kimi götürürlər. Lakin fərqli yanaşmalar da mövcuddur. 

Materialistlər  şüurun (nəfsin) funksiyalarını da təbiətin bir 

davamı kimi, maddi proseslərin nəticəsi kimi izah etməyə 

çalışırlar. Platon isə insan dedikdə, ancaq onun ruhunu (nəfsini) 

nəzərdə tutur. Bədən ruha yaddır, o kölgələr dünyasına 

məxsusdur. Təsəvvüf fəlsəfəsi də buna yaxın mövqedən çıxış 

edir və insanı onun mənəvi aləmi kimi qəbul edir. Ona görə də 

 

1

 Fərman İsmayılov. XX əsr Qərb fəlsəfəsi tarixi, II cild, B., 



«Təhsil», 2000, səh.538. F 


 

- 337 -


bütün məqsəd bu Mən-in kamilləşməsindən, onun təməlində 

duran ilahi başlanğıca yaxınlaşmasından ibarətdir.  

Lakin insanın zehni fəaliyyəti ilk növbədə xarici aləmi, 

hadisələr dünyasını öyrənməyə yönəlmişdir. Daha doğrusu, 

bəşər sivilizasiyasının təməlində duran elmi fəaliyyətin istiqa-

məti insandan hissi dünyaya doğrudur. Elm inkişaf etdikcə 

insan daha çox dərəcədə bu cismani dünyanın zənginliklərinə 

doğru gedir. Və getdikcə özündən uzaqlaşdığının fərqinə 

varmır. Hələ elm yükünü çiynində daşımayan, daha çox obrazlı 

düşünən insanın özü ilə görüşü bəlkə  də bir o dərəcədə  çətin 

deyil. Müasir insan isə elmin qanadlarında özündən çox 

uzaqlaşmışdır.  İndi özünə qayıtmaq üçün, iç aləminə baş vura 

bilmək üçün insan cismani dünya ilə bağlı əldə etdiyi biliklərin 

yükündən azad olmalı, yüngülləşməlidir.   

Təsadüfi deyildir ki, sufilər də həqiqəti əldə etmək üçün 

hissi biliklərdən azad olmağın zəruriliyini qeyd edirdilər.  İç 

dünyasına gözün açılması üçün əvvəlcə  kənara baxan gözlər 

yumulmalıdır.  

Sartra görə, hər bir insan azaddır və istədiyi vaxt öz 

sonrakı  həyat yolunu yenidən seçmək imkanına malikdir. Bu 

cür azadlığı  təsəvvür etmək üçün o, teatr səhnəsində aktyorun 

azad seçimi ilə müqayisə edir. Hansı  əsərdə oynadığını 

bilməyən və sucetin davamını öz fəhmi və iradəsi ilə müəyyən 

edən, hər an hadisələri öz istədiyi kimi yönəldən aktyorun 

azadlığı. 

Qabaqcadan planlaşdırılmış bir həyat. Suceti, təhkiyəsi 

bəlli olan bir roman. Artıq bir dəfə baxılmış film. Sonuncunun 

əvvəlcədən bəlli olması.  

Oxuduğu əsəri bir də oxuyan, baxdığı filmə bir də baxan, 

qəhrəmanın taleyinə acıyan, lakin onu dəyişmək iqtidarında 

olmayan passiv tamaşaçı. Və özünü qəhəramanın yerində 

təsəvvür edən, öz xəyal dünyasında  əsərin yüz cür fərqli 

davamını təsəvvür edən bir az fəal tamaşaçı. 

Əsəri ilk dəfə oxuyan, filmə ilk dəfə baxan və sonrakı 

gedişatı bilməyən, onu böyük intizarla izləyən tamaşaçı sadəcə 

bir tamaşaçı olmayıb, həm də müəyyən mənada bu hadisələrin 

iştirakçısıdır. Çünki burada tamaşaçı sucetin vaqeə olduğu 

zaman müstəvisinə köçmüşdür və baş verən hadisələrin 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə