- 17 -
məhsuludur. Burada ideyalar qəliblərə salınmış şəkildə verilir
və təsnif olunur. Fəlsəfi fikrin cərəyanlara bölünməsi və
müxtəlif filosofların bu və ya digər cərəyana daxil edilməsi
əslində şərti xarakter daşıyır. Artıq məlum ideyaların kiminsə
tərəfindən təkrar edilməsi ona «filosofluq statusu» vermir. Bu
mənada hər bir filosof tarixə özünün fərdi, təkrarolunmaz
düşüncələri ilə və ya yaratdığı yeni sistemlə düşməlidir. Daha
ciddi təsnifat zamanı «davamçılar» və «tərəfkeşlər» sıradan
çıxır və yalnız ideya müəllifləri önə çəkilir.
İkinci yanaşma ideyaların sistemləşdirilməsinə əsaslanır.
Burada hansı ideyanın nə vaxt və kim tərəfindən söylənməsi
deyil, ideyanın özü önə çəkilir. Belə olduqda min il bundan
əvvəl söylənmiş ideya ilə, yüz il bundan qabaqkı və ya ən
müasir ideya eyni qrupa düşə bilər. Qədimdə irəli sürülmüş bir
fikir çağdaş tədqiqatçı tərəfindən yenidən canlandırılır və
müasir fəlsəfi araşdırmaların strukturuna daxil edilir. Bu zaman
tarixilik elə bir önəm daşımır, belə ki, fəlsəfə tarixi elə
fəlsəfənin özü olur.
Bəzən eyni bir ideya müxtəlif dövrlərdə, fərqli coğrafi
məkanlarda müstəqil surətdə irəli sürülür; bu halda tarixi il-
kinlikdən daha çox, məhz hansı ideyanın, hansı fəlsəfi fikrin
sonrakı inkişaf prosesinə təsir göstərməsi daha önəmli olur.
Daha doğrusu, hər hansı ideya yalnız dünya fəlsəfi fikrinin
strukturuna daxil olarkən, zaman oxunda bütöv proses kimi gö-
türülən fəlsəfə tarixinin tərkib hissəsinə çevrilmiş olur. Lakin bu
ümumbəşəri fəlsəfi yaradıcılıq prosesindən kənarda qalmış bir
çox fərdi fəlsəfi sistemlər də vardır ki, fəlsəfə tarixinin əsas
məqsədlərindən biri, zaman-zaman geriyə dönərək onları da bu
ümumi prosesin kontekstinə daxil etməkdən ibarətdir. Bu
axırıncı deyilənlər daha çox dərəcədə bir sıra orta əsr islam
filosoflarının yaradıcılığına aiddir ki, onlar neçə əsrlər ərzində
diqqət mərkəzindən kənarda qalsa da, öz dəyərini itirməmiş və
onların bu gün də orijinal bir tədqiqat olaraq ümumi fəlsəfi
prosesə qatılmasına böyük ehtiyac vardır.
Tarixi gedişatdan kənarda qalmış belə tədqiqatların üzə
çıxarılması, müasir fəlsəfi dildə yenidən şərh olunması təkcə bu
böyük filosofların xatirəsini əbədiləşdirmək və ya ədaləti bərpa
etmək baxımından deyil, həm də müasir fəlsəfi fikrin inkişafına
- 18 -
yeni impuls vermək baxımından önəm daşıyır. Belə ki, İbn Sina
və Ş.Sührəvərdi kimi böyük mütəfəkkirlərin bir sıra ideyaları
Q.Dekart, İ.Kant, E.Husserl və s. tərəfindən yenidən deyilibsə,
bu heç də o demək deyildir ki, indi bizim vəzifəmiz ancaq tarixi
ədaləti bərpa edərək onların xidmətlərini fəlsəfə tarixinə öz
adları ilə daxil etməkdən ibarət olmalıdır. Məsələ burasındadır
ki, heç kim, heç kim tərəfindən tam təkrar olunmur.
Ş.Sührəvərdinin dedikləri Kantda tamamilə başqa bir
kontekstdə deyilir və başqa bir nəzəri sistemin tərkib hissəsi
kimi təqdim olunur. Sührəvərdinin isə öz sistemi vardır və bu
sistem çağdaş ideya müstəvisinə gətirildikdə tamamilə yeni
məqamların üzə çıxmasına imkan açır. Yəni bizim vəzifəmiz
heç də yalnız təsadüfdənmi, yaxud məqsədyönlü surətdəmi
dünya fəlsəfi fikir tarixindən kənarda qalmış (saxlanmış) Şərq
filosoflarına «bəraət qazandırmaq», onların haqqını özünə
qaytarmaqdan ibarət olmayıb, həm də onların ideyalarını çağdaş
problematika və terminologiya kontekstində yenidən
canlandırmaq və müasir fəlsəfi axtarışların strukturuna daxil
etməkdən ibarətdir. Nə vaxtsa söylənmiş fikirlərin,
konsepsiyaların bu gün aktuallığını saxlayıb-saxlamadığı,
fəlsəfi baxımdan dəyərini hələ də itirmədiyi ancaq bu zaman
məlum olur. Əks-təqdirdə keçmiş təlimlər fəlsəfi baxımdan
yox, ancaq tarixi baxımdan maraqlı ola bilər. Beləliklə min illər
boyu yaranmış və «fəlsəfə tarixi» adı altında toplanmış müxtəlif
təlimlərin sinkretik toplusu bu günün elmi-fəlsəfi meyarları
baxımından nəzərdən keçirilib diferensiallaşdıqda onların
böyük bir qismi zamanın təsiri ilə köhnələrək məhz tarixə aid
olsa da, bəlli bir qismi hələ də müasir fəlsəfi fikrin simasını
müəyyən etməklə tarixə deyil, fəlsəfəyə aiddir.
Açıq demək lazımdır ki, Avropada və Rusiyada çıxan fəl-
səfə tarixi dərslikləri əsasən Qərb fəlsəfəsini əhatə edir. Bunun
da səbəblərindən biri odur ki, hətta böyük fəlsəfə klassiklərinin
(Hegel, Feyerbax, Rassel və s.) fəlsəfə tarixinə dair
mühazilərində və kitablarında əsasən Qərb fəlsəfəsi əhatə
edilmişdir. Onlar bunu açıq deməkdən də çəkinmirlər ki, fəlsəfə
elə Qərb fəlsəfəsindən ibarətdir. Avropa ölkələrinin fəlsəfə
tarixi dərsliklərində adətən «ərəb fəlsəfəsi» adı ilə cəmi 2-3
- 19 -
ışdır.
səhifə material verilir.
1
Hətta ayrıca orta əsrlər fəlsəfəsi adı altında çıxan kitab-
larda da çox vaxt orta əsr «islam» fəlsəfəsinə demək olar ki, yer
verilmir. Məsələn, Avropada çox geniş yayılmış olan
F.Ç.Koplstonun irihəcmli «Orta əsrlər fəlsəfəsi tarixi» kita-
bında
2
islam fəlsəfəsinə cəmi 25 səhifə yer ayrılmışdır. Hal-
buki, həmin dövrdə Avropada fəlsəfə, hətta dini-fəlsəfi fikir
məhz müsəlman filosoflarının təsiri ilə formalaşm
Görünür, tək-tək tədqiqatçıların səmimi etirafına baxma-
yaraq, bütövlükdə Qərb ictimai fikri (dərsliklərə, ensiklope-
diyalara daxil edilən və geniş kütlələrə, gənc nəslə təqdim
olunan prioritet fikir) bundan ibarətdir ki, fəlsəfə elə Qərb
fəlsəfəsidir; onu əvvəlcə qədim yunanlar yaratmış, müəyyən
fasilədən sonra yenə də avropalılar davam etdirmişlər. Şərqdə
isə fəlsəfənin əvəzinə həmişə mistika yayılmışdır.
3
Qərb fəlsəfəsi və Şərq mistisizmi. Ənənəvi olaraq Şərqlə
bağlanan və «Şərq müdrikliyi» kimi yayılan hikmət dünyası da
nə isə fəlsəfədən fərqli bir şey kimi qəbul olunur. Təsadüfi
deyildir ki, müsəlman filosofları və islam dünyasında yaranmış
fəlsəfi cərəyanlar haqqında fəlsəfi kontekstdə, fəlsəfə tarixinə
dair əsərlərdə deyil, daha çox dərəcədə şərq-şünaslıq
istiqamətindəki əsərlərdə bəhs olunur. Yəni Şərq, o cümlədən
müsəlman dünyası hansı isə sahələrdə ixtisaslaşmış şəkildə yox,
inteqrativ, hətta sinkretik şəkildə öyrənilir. Motiv isə, görünür,
budur ki, Şərqdə heç ixtisaslaşma getməmiş, düşüncə özü
sinkretik olmuşdur. «Şərq müdrikliyi» də nəzəri təfəkkür
müstəvisində yox, əməli düşüncə, praktik ağıl müstəvisində
nəzərdən keçirilir. Burada, əlbəttə, həqiqət də vardır. Müdriklik
həyatla, əməli işlə sıx surətdə bağlıdır. Avropada Şərqin siması,
1
Məsələn, Skandinaviya universtitetləri üçün dərslik kimi
buraxılmış 800 səhifəlik fəlsəfə tarixi kitabı; rusca tərcümə: Гуннар
Скирбекк, Нилс Гилье. История философии. М., 2000. стр. 250-
255.
2
Коплстон Фредерик Чарлз. История средневековой филосо-
фии. М., 1997. – 512 с.
3
Bax, məs.: Тор Андре. Исламские мистики. С-П.: 2003.
А.Д.Кныш. Мусульманский мистицизм: краткая история – Спб.:
2004. – 464 с. və s.
Dostları ilə paylaş: |