- 26 -
realizasiya ilə və ya tarixi şəraitin dəyişməsi ilə
«gücsüzləşirsə», yenidən realizasiya potensialını itirirsə, deməli
o mahiyyəti ifadə etmir. Artıq baş vermiş hadisə ancaq tarixdə
qala bilər. Mahiyyətlər, ideyalar isə əbədidir. Fəlsəfi təlimlərin
də tarixdə qalması, yaxud tarixin sədlərini keçərək çağdaş fikir
dünyasında aktuallığını saxlaması, bu təlimlərin nə dərəcədə
həqiqi mahiyyətlər, ideyalar üzərində qurulmasından asılıdır.
Başqa sözlə, fəlsəfi təlim həqiqətən fəlsəfidirsə o heç də tarixdə
qalmayaraq həmişə müasir olur.
Məşhur fəlsəfə tarixçisi Kuno Fişer də diqqəti fəlsəfə ilə
tarix arasındakı əksliyə yönəldir. O, «Fəlsəfə tarixi elm kimi»
adlı əsərində fəlsəfə tarixinin hətta mümkünlüyünü belə şübhə
altına alır: «Tarix və fəlsəfə anlayışları arasında belə bir əkslik
vardır: tarix hadisələrin zamana görə varisliyi olmadan təsəvvür
edilə bilməz, fəlsəfə isə həqiqətin dərki üzərində qurulur ki,
həqiqət də ancaq şeylə tam uyğunluq halında olan təsəvvürdən
ibarətdir. Burada iki imkan vardır: təsəvvür şeyə ya uyğundur,
ya da uyğun deyil. Birinci halda təsəvvür həqiqi, ikinci halda
yanlışdır. Həqiqət ancaq birdir, o hadisələrin zamana görə
varisliyini ifadə etmir və deməli onun tarixi də yoxdur».
1
Əgər biz «fəlsəfə» anlayışını onun bütün tarix boyu
keçdiyi təkamül kontekstində araşdırmalı olsaq, müxtəlif
dövrlərdə müxtəlif lokal elmi-mədəni mühitlərdə bu anlayışın
xeyli dərəcədə fərqli mənaları ifadə etdiyini və bu mənaların
zaman oxunda düzülüşünün hansı isə ardıcıllığı, qa-
nunauyğunluğu əks etdirmədiyini və beləliklə, müntəzəm
təkamüldən danışmağın qeyri-mümkün olduğunu görərik.
Lakin bu fərqli anlamların geniş spektrində bütün
dövrlərin və elmi-mədəni mühitlərin, bütün düşüncə tərzləri və
elmi paradiqmaların sərhədlərini keçərək bu günə qədər gəlib
çıxmış parlaq zirvələr vardır ki, onlar bu dəyişkənlikdə və
müxtəliflikdə bir növ oriyentir rolunu oynamaqla fəlsəfi fikrin
bir ana xətti olduğunu və əsrlərin öz arasında bu zirvələrdən
keçən vahid ideya xətti ilə bağlandığını göstərir. Bu zirvələr
1
Куно Фишер. История философии как наука // История
Новой философии; Декарт: его жизнь, сочинения и учение. –
СПб.: Мифрил, 1994, стр.4.
- 27 -
böyük fəlsəfə klassiklərinin əsərləridir.
Piramidanın aşağısı nə qədər geniş sahəni əhatə etsə də,
zirvəyə yaxınlaşdıqca müxtəliflik aradan götürülür və bütün
böyük klassiklərin eyni problemlər ətrafında və əslində həm də
eyni bir dildə yazdığı ortaya çıxır. Və ancaq zirvələrin
müqayisəli təhlili fəlsəfi fikrin nisbi müstəqil bir inkişaf yolu
keçdiyini sübut edir.
Fəlsəfənin əsas problematikasını və fəlsəfi fikrin mahiy-
yətini müəyyənləşdirmək üçün ən düzgün yol fəlsəfə tarixinin
izlənməsi deyil, insan təfəkkürünün müasir mərhələdəki
strukturunda onun nisbi yerinin təyin olunmasıdır. Başqa sözlə,
fəlsəfənin özünəməxsusluğu elm, din, incəsənət, əxlaq, siyasət,
hüquq və s. şüur formaları ilə müqayisədə müəyyənləşdiril-
məlidir. Və ancaq müasir baxımdan, məhz fəlsəfi fikir kimi
dəyərləndirilməli olan sahənin meyarları ayırd edildikdən sonra
əvvəlki tarixi mərhələlərdə həmin bu şüur formalarının
qarşılıqlı nisbəti haqqında fikir yürütmək olar. Ancaq belə
yanaşdıqda, məsələn, orta əsrlərdə fəlsəfəyə aid edilən bir
mövzunun və ya əsərin müasir anlamda əslində ilahiyyata, ya-
xud elmə, siyasətşünaslığa aid olduğu aşkara çıxır.
(Müasir dövrdə fəlsəfi problem kimi qoyulan bir məsə-
lənin tarix boyu hansı formalarda qoyulduğu və hansı kon-
tekstlərdə öyrənildiyi də araşdırıla bilər.)
Beləliklə, fəlsəfənin mahiyyəti də, predmeti də, əsas
problemləri də ilk növbədə onun keçdiyi tarixi inkişaf yolundan
deyil, müasir insanın müasir düşüncə və fəaliyyət me-
xanizminin strukturundan intixab edilməlidir.
Tarix hadisələrin baş verdiyi dövrdə onların iştirakçısı və
şahidləri tərəfindən qələmə alınmış səlnamələr, təsvirçi mətnlər,
arxiv materialları əsasında sonrakı dövrlərdə yaradılan
versiyalar və sistemli şərhlərdən yaranır.
Tarix elm və fəlsəfə ilə əks qütb təşkil edir. Fəlsəfə ilə
tarixin arasında çox geniş bir fikir sahəsi dayanır ki, elmi və
bədii təfəkkür də bura daxildir. Aristotelin yuxarıda iqtibas
gətirdiyimiz «poeziya fəlsəfəyə tarixdən daha yaxındır» fikri də
bu kontekstdə daha çox aydın olur.
Əvvəla, tarixçi mahiyyətləri yox, hadisələri təsvir edir.
İkincisi, tarixçi bilavasitə özünün deyil, başqalarının şa-
- 28 -
hidliyi əsasında, müxtəlif mənbələrdən aldığı informasiyaların
təhlili əsasında model qurur, şərh verir.
Üçüncüsü, tarixçi hər bir dövrdə hadisələrin mümkün
gedişat variantları, imkanlar içərisindən ancaq birinin, gerçək-
ləşmiş, həyata keçmiş variantın təsvirini verir. (İmkan ma-
hiyyətə, gerçəklik isə hadisəyə uyğun gəlir).
Dördüncüsü, tarixçinin düşüncə tərzi, təfəkkür üslubu ha-
disələr dövründə yaşayan və onları təsvir edən şəxslərin
düşüncə tərzi və təfəkkür üslubundan fərqli olduğundan tarix
bəzənə-bəzənə, «düzənlənə-düzənlənə» gedir. Başqa sözlə,
təfəkkürün inkişafı keçmişdə qalmış hadisələrin özünə təsir edə
bilməsə də, təsvirinə, şərhinə təsir göstərir.
Fəlsəfə hadisələri deyil, mahiyyəti əks etdirdiyindən onun
tədqiqat obyekti zaman-məkan müəyyənliyinə malik deyil.
Keçmişdə deyilmiş fəlsəfi bir fikir, həm də müasir dövrə aid
olmaq əzmindədir. Başqa sözlə, fəlsəfə klassiklərinin əsərləri bu
gün yazıb-yaradan müasir filosofların əsərləri ilə eyni zamandan
və eyni məkandan bəhs edir. Yəni, klassiklər müasir
filosofların müasirləridir. Platonla, Fərabi ilə, Dekartla tanış
olmaq üçün keçmişə – tarixin dərinliyinə yox, fəlsəfəyə – ideya
dünyasının dərinliyinə baş vurmaq lazımdır.
Beləliklə, tarixdə müasir insan (tarixçi) keçmişi əks et-
dirdiyi halda, fəlsəfədə keçmiş insan (filosof) təkcə öz dövrünü
yox, həm də müasirliyi əks etdirir.
Fəlsəfə tarixində isə müasir insan keçmiş insanın düşün-
cələrini təhlil edir. Eyni dövrdə yaşayanların müəyyən mə-
sələlər haqqında düşüncələrini müqayisə etməklə yanaşı, həmin
məsələlərə dair müasir informasiya bazasından və çağdaş
düşüncədən də istifadə edir. Və çox vaxt zaman fərqi itir,
keçmiş bir təlimin izahı üçün müasir tədqiqatçıya və müasir bir
təlimin izahı üçün keçmiş tədqiqatçıya istinad edilir. Yaxud,
iki keçmiş filosofun düşüncələri, aralarında neçə yüz il
fərq olmasına baxmayaraq, məsələ problemlər üzrə
qoyularkən və müqayisəli təhlil aparılarkən onlar eyni zaman
müstəvisində nəzərdən keçirilirlər. (Hadisələr özü də, elə bil ki,
təkrar olunur. «Yeni – yaxşı unudulmuş köhnədir»).
Fəlsəfədə kimin «köhnə», kimin daha müasir olması
xronologiya ilə deyil, təlimlərin və terminologiyanın müasir
Dostları ilə paylaş: |