FəLSƏFƏ : tarix və



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə12/129
tarix22.11.2017
ölçüsü2,82 Mb.
#11504
1   ...   8   9   10   11   12   13   14   15   ...   129

 

- 35 -


                                                          

yaratdığı  şey ağıldır» fikrini qədim yunan filosoflarının 

əsərlərində  də arayaraq, bunu xüsusilə vurğulayır. Pifaqora 

istinadən  əvvəlcə  ağıl ilə ruhun, sonra digər  şeylərin ya-

radıldığını iddia edir. Füzulinin mövqeyindən yanaşıldıqda 

Aristotel də  fəal  əqlin hər  şeydən öncə olduğunu qəbul edir: 

«Ağıl öz mahiyyətini və  səbəbiyyətini  xatırlamış (kursiv 

mənimdir – S.X.) və bu xatırlamadan şeylər nəşət etmişdir».

1

  

Diqqətlə yanaşıldıqda Füzuli yunan filosoflarının fikir-



lərinə müraciətdə çox vaxt sərbəstlik göstərir. Nizami kimi, o da 

yeri gələndə öz fikrini başqasının vasitəsi ilə deyir. Məsələn, 

yuxarıda Aristotelə istinadən dediyi fikirdə  xatırlama aktı 

yaradıcılıq üçün əsas kimi verilir. Qədim  Şərqin dualist 

mənbələrinə istinadla yazdığı fikirdə də ilk mənbə olan müdrik 

nur (Sührəvərdidə: Nur əl-Ənvər) özü haqqında düşünərkən bu 



düşüncədən   varlığın iki əsası olan işıq və qaranlıq 

yaranmışdır.

2

  Daha sonra Heraklitə istinadən dediyi fikrə görə



İlk ünsürün təsəvvüründən ruh və  əql yaranmışdır.

3

  Fəlsəfə 



tarixindən məlum olduğuna görə, iradə və təsəvvürün dünyanın 

əsası kimi götürülməsi Şopenhauerə  məxsusdur. Maraqlıdır ki, 

Füzuli də eyni mövqedən çıxış edir; nəyi isə xatırlamaq, düşün-

mək, təsəvvür etmək onun yaranışı, hissi mövcudluğu üçün şərt 

olur. «Nəyinsə yaranması üçün onu istəmək, lap çox istəmək 

lazımdır» fikri İsa peyğəmbərdə  də vardır.

4

  «İstəmək» isə bir 



tərəfdən, iradi akt olsa da, digər tərəfdən, sevgi, məhəbbətdir. 

«Varlığın səbəbi məhəbbətdir» qənaətinə Füzuli fikrin məhz 

yuxarıda göstərdiyimiz təkamül yolu ilə gəlib çıxmışdır. 

Bəli, Füzuli də Nizami kimi, böyük fəlsəfə klassiklərinin 

fikirlərinə  sərbəst yanaşır və onları öz ideya təkamülünə yol 

yoldaşı edir. Amma mahiyyətlər çox aydın ifadə olunur. Mə-

sələn, Platonun təlimi belə izah edilir: «Aləm iki aləmdən iba-

rətdir: 1. Əql aləmi ki, əqli qəliblər və ruhani surətlər oradadır. 

2. İçərisində cismani bədənlər və növə mənsub cismlər olan və 

parlaq bir güzgü kimi əşyanın şəklini özündə əks etdirən duyğu 

 

1

 Yenə orada, səh.94-95. 



2

 Yenə orada, səh.95. 

3

 Yenə orada. 



4

 İncil. Əhdi Cədid. Stokholm, Bibliya Tərcümə İnstitutu, 1993 




 

- 36 -


                                                          

(hiss) aləmi; belə ki, bu aləmdəki varlıqlar o aləmdəki 

varlıqların izləri (inikası)-dir».

1

 



Göründüyü kimi, orta əsrlərdə Azərbaycanda fəlsəfə ta-

rixinə dair ayrıca  əsərlər yazılmasa da, bu mövzuya geniş yer 

verilmiş, əvvəlki filosofların yaradıcılığına hörmət və ehtiramla 

yanaşılmış, onların fikirləri yığcam  şəkildə  təqdim və  şərh 

olunmuşdur. Sonralar M.F.Axundovun da öz yaradıcılığında 

fəlsəfə klassiklərinə müraciət etməsi, onlarla pole-mikaya 

girməsi Azərbaycanda fəlsəfi fikrin klassik ənənələr üzərində 

qurulmasından və onun peşəkar səviyyəsindən xəbər verir.  

M.F.Axundov həm özü Cəlaləddin Rumi (Mollayi-

Rumi), David Yum, Con Stüart Mill kimi görkəmli filosoflar 

haqqında ayrıca məqalələr yazmış, Mənsur Həllacın,  Ə.Ca-

minin, Spinozanın, Volterin və s. mövqelərinə münasibət 

bildirmiş, həm də ədəbi və fəlsəfi fikir tarixinin, tənqidi təhlilin 

əhəmiyyətini vurğulamaqla öz qələmdaşlarına bu sahədə çox 

yazmağı tövsiyə etmişdir: «…Yeni tərbiyə tapan gəncləri təşviq 

etmək üçün alimlərin, fazillərin, filosofların, həkimlərin, şair və 

ordu sərkərdələrinin  ən məşhurlarının həyatını  dəxi yaza 

bilərsən. Onların  əsərlərindən, yazılarından və fikirlərindən 

parçalar, hünərlərinə dair misallar yazmalısan».

2

  Əlbəttə, 



M.F.Axundovun  əsərlərinin məzmunu ilə  əlaqədar, xüsusən 

onun  şairlərə, nəzmlə yazılan fəlsəfələrə,  Şərq düşüncə 

ənənələrinə münasibəti ilə əlaqədar mübahisə etmək olar, amma 

bizi indi maraqlandıran sadəcə keçmiş irsə müraciət, tənqidi 

təhlil ənənəsidir. 

Əslində Azərbaycanın böyük yazıçı  və filosoflarının 

klassik fəlsəfi irsə sayğılı münasibəti, fəlsəfə tarixinin önəmli 

məqamlarını öz təlimlərinə daxil etmələri, məşhur filosofları 

dönə-dönə yad etmələri Əbu Nəsr Fərabi, İbn Sina kimi böyük 

müsəlman filosoflarının qoyduğu  ənənənin davamıdır. 

Fərabinin Platon və Aristotel təlimini necə geniş  və anlaşıqlı 

şəkildə şərh etdiyini yada salmaq kifayətdir.  

Yeni dövr filosoflarının da böyük bir qismi öz təlimlərini 

 

1



 Yenə orada, səh.94. 

2

  M.F.Axundov. Kritika // Bədii və  fəlsəfi  əsərləri. B., «Yazıçı», 



1987, səh. 334.   


 

- 37 -


yaratmaqla bərabər fəlsəfə tarixinə müraciət etmişlər. Hegel, 

Feyerbax, B.Rassel, K.Yaspers kimi böyük filosofların fəlsəfə 

tarixini də sistemləşdirmək cəhdləri xüsusi diqqətəlayiqdir. 

Əlbəttə, Qərb filosoflarının «tarixçiliyində» Şərqə münasibətdə 

müəyyən unutqanlıq hallarına tez-tez rast gəlirik. Amma təbii 

ki, hərə ilk növbədə özünün daha yaxşı bildiyini önə çəkir.  

İnsanın özünü məhz bir insan olaraq dərk etmək tə-

şəbbüsləri ilə yanaşı, onun özünü bir millət nümayəndəsi olaraq 

da anlamaq və ifadə etmək təşəbbüsləri təbiidir. Hər bir xalqın 

bir millət olaraq formalaşmasında  milli məfkurənin və  fəlsəfi 

fikrin böyük rolu vardır. Lakin ümümbəşəri fəlsəfi fikir heç də 

milli məfkurələrin məcmusu  şəklində yaranmır. Milliliyin 

fövqünə qalxan, insanın mahiyyətindən, ümumiyyətlə insan 

həyatının məna və  məqsədindən çıxış edən ayrı-ayrı böyük 

mütəfəkkirlərin fəlsəfi yaradıcılığı onlara bütün bəşəriyyətin, 

insan cinsinin adından danışmaq səlahiyyəti verir. Müasir 

fəlsəfənin gəlişməsində müxtəlif dövrlərdə müxtəlif xalqların 

nümayəndələri öncül rol oynamışlar. Bəşəriyyət vahid olduğu 

kimi fəlsəfi fikir tarixi də vahiddir.  

Bununla belə, fəlsəfi fikrin harada, nə vaxt və hansı isti-

qamətdə inkişaf etməsi ayrı-ayrı millətlərin sosial, iqtisadi, 

mədəni-mənəvi durumları ilə də sıx surətdə əlaqədardır.  

Milli fikri ümumbəşəri ilə müqayisə edə bilmək üçün

heç şübhəsiz, əvvəlcə milli Məni  həm duyğu, həm də təfəkkür 

səviyyəsində tanımaq tələb olunur. Əks halda doğma və yadı 

fərqləndirmək, sənə  məxsus olanı başqalarına məxsus olandan 

ayırmaq mümkün olmaz. 

Dərk olunmuş vətənpərvərlik, təbii ki, daha dayanıqlı və 

daha faydalı olur. Vətəni, xalqı, milləti sevərəkdən və  bəzən 

hətta məhz sevdiyinə görə ona ziyan da vurmaq mümkündür. 

Vətənin, millətin nə ilə  səciyyələndiyini bilmədikdə, onun 

rasional simasını görmədikdə, mənafeyini dərk etmədikdə

sadəcə sevgi notları üzərindəki qurulmuş  fəaliyyətin fayda 

gətirmək şansı ziyan gətirmək ehtimalına bərabər olur. 

Milli özünüdərk və  fərdi fəaliyyətlərin bu kontekstə sa-

lınması tələbi hər bir adamın üzərinə ağır yük qoyur. Və bunu 

hər bir adamdan tələb etmək də düzgün deyil. Yəni, hər bir 

adam fəaliyyət göstərmək üçün əvvəlcə filosof ola bilməz. Mil-




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə