- 14 -
Kitabda J.-P.Sartr yaradıcılığına
geniş yer verilməsi onun
aktuallığını daha da artırır. Müasir ictimai gerçəkliyə, insan
həyatının kəsb etdiyi yeni məzmun və mənaya minilliklərin
ənənəvi fəlsəfi problemləri kontekstində baxmaq, çağdaş fəlsəfə
ilə klassik fəlsəfi fikir arasında sərhədləri aradan götürmək,
fəlsəfə tarixini vahid, bütöv bir proses kimi nəzərdən keçirmək
– oxuculara təqdim olunan kitabın əsas məqsədlərindəndir. Ona
görə də kitabda sələflərin düşüncələrinə artıq keçilmiş,
tarixləşmiş bir mərhələ kimi yox, bu gün də aktual olan və
çağdaş həyatı şərtləndirən əsas amillər kimi baxılır.
Biz kitabda haqqında söhbət açılan bəzi Qərb filosofla-
rına ona görə nisbətən ətraflı şərh verdik ki, müəllif onların
təlimlərinə ancaq müəyyən bir rakursda baxdığından, oxucunun
aldığı informasiyanın tamamlanmasına ehtiyac yaranır.
Kitabda dünya fəlsəfi fikrinin ayrı-ayrı parlaq səhifələri
müasir fəlsəfi fikir müstəvisinə gətirilir və müəllifin şəxsi
mövqeyi kontekstində müqayisəli şəkildə təhlil olunur. Burada
hansı isə bir filosofun həyatı və təlimi haqqında məlumat
vermək məqsədi qarşıya qoyulmamışdır. Bu baxımdan,
oxuculara təqdim olunan bu əsər dərslik, dərs vəsaiti və ya
ensiklopedik bir toplu olmayıb, dünya fəlsəfi fikrinin ayrı-ayrı
məqamlarına konkret bir fəlsəfi mövqedən baxışdır.
Bu kitabda müəllifin tədqiqat xarekterli yazıları, araşdır-
maları toplanmış və qruplaşdırılmışdır. Bununla belə, əsər
bütöv, kəsilməz bir ideya axınını xatırladır. Əsərin qəhrəmanları
Platon, Fərabi, Cavid və s. deyil; onun ayrı-ayrı bölmələri nə
vaxtsa yaşamış, cismani həyatını başa vurmuş hansı isə
filosofun ömür hüdudları ilə məhdudlaşmır. İdeya davam edir;
həm də bu proses tarixi zaman ardıcılığı üzrə deyil, təməldən
zirvəyə doğru yüksəliş xətti ilə davam edir. İcraçılar zaman-
zaman dəyişsə də, görülən iş vahid və bütövdür; sadəcə estafet
əldən-ələ ötürülür. Düzdür, bu yol düzxətli deyil, enişli-
yoxuşlu, dəyişkən istiqamətlidir; hər bir iştirakçı sürət götürmək
üçün yenidən əvvələ qayıdır və bəzən geriyə doğru qət etdiyi
yol o dərəcədə çox səy tələb edir ki, sələfləri keçməyə imkan və
vaxt çatmır, sanki geriyə qayıdış olur. Amma nə vaxtsa, kimsə,
nəhayət irəliyə çıxmış olur. Ümumbəşəri səylərlə atılan
addımlar bəşəriyyətin vahid fəlsəfi fikir məkanını formalaşdırır.
- 15 -
Kim tarixin hüdudlarını keçib, bu çağdaş fəlsəfi fikir məkanına
daxil ola bilibsə, müəllifin diqqətini də məhz onlar cəlb edir.
Başqa sözlə bu kitabda fikrin istiqaməti keçmişdən bu günə
yox, bu gündən (keçmişə baş çəkməklə) bu günədir.
Əsərə bütövlük verən digər bir cəhət də bundan ibarətdir
ki, tarixin təfərrüatları yox, ideyanın kəsilməzliyi əsas
götürülür. Kitabda tarix, elm və fəlsəfəni səciyyələndirən əsas
cəhətlər nəzərə alınmaqla, Azərbaycanda fəlsəfə tarixinin əsası
Nizami Gəncəvi tərəfindən qoyulmuş şərh üsulundan istifadə
edilir. Başqa sözlə, filosofların məkan və zaman mənsubiyyəti
yox, ideya eyniyyəti önə çəkilir. Zaman fərqi aradan
götürüldüyündən müəllif müxtəlif dövrlərdə yaşamış filosofları
eyni zaman müstəvisində müqayisə edir.
Fəlsəfə tarixinə dair kitablar çoxdur. Lakin müqayisəli
fəlsəfə tarixi, xüsusən Şərq və Qərb fəlsəfələrinin müqayisəli
təhlili (fəlsəfi komparativistika), son illərdə çıxan bir-iki kitabı
1
çıxmaqla, bütün MDB məkanında yox dərəcəsindədir. Bu
baxımdan, kitabın gələcəkdə rus dilində də nəşr edilməsi
məqsədəuyğun olardı.
Ramiz Mehdiyev
Fəlsəfə elmləri doktoru, professor
1
Məs.: Сравнительная философия. - М., «Восточная литера-
тура», 2000.– 344 с; История современной зарубежной филосо-
фии: Компаративистский подход. Санкт-Петербург 1997.– 480 с.
- 16 -
Giriş: FƏLSƏFİ KOMPARATİVİSTİKA
TƏDQİQAT İSTİQAMƏTİ KİMİ
Müasir fəlsəfi düşüncənin mənimsənilməsi və inkişaf et-
dirilməsi üçün klassik fəlsəfi irsin nə dərəcədə önəmli olduğunu
geniş izah etməyə ehtiyac yoxdur. Biz sadəcə bu məsələyə iki
fərqli yanaşmanın mahiyyətini aydınlaşdırmağa çalışacağıq.
Birinci yanaşmanın əsasında fəlsəfənin keçdiyi tarixi in-
kişaf yolu haqqında, ayrı-ayrı filosofların həyat və yaradıcılığı
haqqında məlumat vermək, onların hansı mövzularda və nə ki-
mi əsərlər yazdığını sistemli şəkildə şərh etmək dayanır. Belə
yanaşma fəlsəfi düşüncədən daha çox, elmi-tarixi düşüncənin