Fəlsəfə nədir? Fəlsəfə dünyagörüşü kimi. Fəlsəfənin predmeti. Fəlsəfi biliyin strukturu



Yüklə 1,08 Mb.
səhifə124/129
tarix31.08.2023
ölçüsü1,08 Mb.
#121158
1   ...   121   122   123   124   125   126   127   128   129
F ls f n dir F ls f d nyag r kimi. F ls f nin predmeti. F

İdrakın növləri
İdrak təkcə texnoloji deyil, həm də strukturuna görə də olduqca mürəkkəb prosesdir.
Gündəlik idrak –bu, insanların gündəlik həyat çərçivəsində gerçəkləşən idrak növüdür. Gündəlik idrakın nəticəsində əldə edilmiş bilik insanın bilavasitə praktiki həyatında cəmlənir: hər hansı xörəyin hazırlanması, birgəyaşayışın normaları, yol hərəkəti qaydaları və s. Adətən bu biliklər nəsildən-nəsilə, bir insandan digərinə birbaşa ünsiyyətlə ötürülür.
Elmi idrak. Elmi idrak deyildikdə obyekti hissi dünyaya birbaşa, və yaxud müxtəlif cihazlar vasitəsilə açıq olan obyektiv gerçəkliyin bu və ya digər hissəsi olan idrak başa düşülür
Bədii idrak –incəsənət sferasında gerçəkləşir. O insan və dünyanın obraz və simvollar vasitəsilə qavranılmasıdır. Biz roman, və yaxud povest oxuyarkən, kinoya baxarkən müxtəlif epoxa və mədəniyyətləri dərk etmək imkanı qazanırıq. Ona görə ki, oxucu və tamaşaçı həmişə özünü bədii əsərin personajları ilə eyniləşdirir, təsvir edilən hadisələrin birbaşa iştirakçısına çevrilir. Bədii obraz və simvolların fərqləndirici xüsusiyyətləri onların çoxmənalılığıdır. Bədii əsər nə qədər çoxmənalıdırsa, mənəvi məzmunu bir o qədər çoxölçülüdür. Məhz bunu sayəsində o, mədəniyyətdə əbədi aktual olaraq qalır
Mifoloji idrak –bu, dünyanın konkret miflər prizmasından dərk olunmasıdır. Mif əfsanə, və yaxud əsatir deyil. O mövcud olub, mövcuddur və nə qədər ki, insan və bəşəriyyət var mövcud olacaq.
Dini idrak. Dini idrakın ali forması vəhydir. Vəhy xüsusi idrak növü olub kifayət qədər az saylı mənəvi istedada malik insanlar –iman ardıcılları üçün əlyetərli olur. Dini təsəvvürlərə görə vəhy azsaylı iman tərəfdarlarının fövqəlhissi gerçəkliyi birbaşa canlı seyr etməsidir. Burada azsaylı iman insanları cərgəsində ilk növbədə Peyğəmbərlər nəzərdə tutulur.
Fəlsəfi idrak. İdrakın bu növü birqiymətli təfsirə malik deyil. Çünki, formal olaraq o özündə elmi, bədii, dini və digər idrak növlərini birləşdirir. Fəlsəfi biliyin əsas fərqləndirici xüsusiyyəti odur ki, fəlsəfə fikir haqqında fikirdir. Buradan iki mühüm nəticə çıxır. Birinci, fəlsəfi idrak refleksiyadır, daha doğrusu bütün mövcudatın: varlıq, mədəniyyət, tarix, insan həyatı və s. –yüksək kənarlaşma (sanki kənardan baxma) mövqeyindən son əsaslarının düşünülməsidir. İkincisi, fəlsəfə həmişə mütəfəkkirlərin bir-biri ilə dialoqudur. Ona görə də fəlsəfi bilik və təlimlər heç zaman köhnəlmir, mədəniyyətdə əbədi aktualdır.
dərketmə prosesi hissi və rasional (mücərrəd) olmaqla iki səviyyəyə ayrılır.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə