Fənn : Maliyyə və Kredit Mövzu 14: Maliyyə bazarı p L a n maliyyə bazarının mahiyyəti və rolu


Maliyyə bazarları (ssuda kapitalı bazarı)



Yüklə 137,5 Kb.
səhifə4/15
tarix21.04.2022
ölçüsü137,5 Kb.
#85835
1   2   3   4   5   6   7   8   9   ...   15
Mövzu 14. maliyye bazari (1) (1)

Maliyyə bazarları (ssuda kapitalı bazarı)



Valyuta bazarı



Pul vəsaiti bazarı

Qızıl bazarı

Kapital bazarı



Borc kapitalı bazarı

Pay qiymətli kağızlar bazarı




Bank ssudası bazarı

Borc qiymətli kağızlar bazarı

Törəmə qiymətli kağızlar bazarı və

ya müddətli bazar

Qiymətli kağızlar bazarı (fond bazarı)













Spot


Müddətli

Birja

Birjadankənar

Birinci (ilkin)

İkinci (təkrar)






Forford



Fyucers

Opsion

Svop bazarı

Ümumiyyətlə, borc bazarı, kapital bazar, valyuta bazarı, pul bazarı, sığorta bazarı, qiymətli kağızlar bazarı, lizinq bazarı və s. maliyyə bazarının tərkib hissələridir.

Valyuta bazarı subyektləri aşağıdakı növ əməliyyatları həyata keçirir: alıcılıq qabiliyyətini ötürmə, birləşdirməni (açıq valyuta mövqeyini sığortalama), möhtəkirlik (valyuta məzənnəsinin və ya faiz dərəcəsinin dəyişməsinin gözlənilməsindən fayda), faiz dərəcəsinin arbitrajı (depozitlərin qəbul edilməsindən, razılaşdırılmış dövrdə daha yüksək dərəcə ilə onların yenidən yerləşdirilməsindən fayda əldə etmək).

Alıcılıq qabiliyyətinin ötürülməsi aşağıdakı tipik bağlaşma növündə həyata keçirilir:

kassa (spot) – valyutanın təcili surətdə, hər şeydən əvvəl sövdələşmə bağlanıldıqdan iki iş günü ərzində verilməsini nəzərdə tutur;

müddətli (forvard) – valyutanın dəqiq müəyyən edilmiş vaxt ərzində verilməsini nəzərdə tutur;

svop – müxtəlif istifadə müddətli satış və alış əməliyyatlarının birgə həyata keçirilməsini nəzərdə tutur.

1. Qızıl bazarı – qızılın həm yığım və ölkənin qızıl ehtiyatlarının artırılması və həm də biznesi təşkil etmək və sənaye istehlakı məqsədilə alqı-satqısı ilə əlaqədar olan iqtisadi münasibətlər sferasıdır. Qızıl bazarlarında əsasən yeni hasil edilən qızıl, dövlət və xüsusi qızıl ehtiyatları, qızıl pullar alınıb-satılır. Təşkilatı baxımdan qızıl bazarı bir neçə bankdan ibarət konsorsum olub, qızılın alqı-satqısı üzrə sazişlər bağlayır. Bu banklar alıcılar və satıcılar arasında vasitəçi rolunu oynayırlar.

Dünya qızıl bazarlarına misal olaraq London, Sürix, Nyu-York, Çikaqo, Honkonqu misal göstərmək olar.

2. Kapital bazarı maliyyə bazarının ümumən pul bazarına və kapital bazarına bölgüsünün əsasında müvafiq maliyyə alətlərinin tədavül müddəti durur. İnkişaf etmiş ölkələrin təcrübəsində hesab edilir ki, əgər maliyyə alətlərinin tədavül müddəti bir ildən azdırsa, onda pul bazarının aləti hesab edilir. Uzunmüddətli alətlər ( beş ildən artıq) kapital bazarına aiddir. Dəqiq desək, bir ildən beş ilədək “Sərhəd sahəsi ” vardır ki, bu da orta müddətli alət və bazar hesab edilir. Azərbaycanda maliyyə alətlərini uzun müddətə və qısa müddətə bölünməsi bir az fərqlidir. Qısamüddətli alətlərə tez-tez 6 aydan artıq tədavül müddətli alətlər aiddir.

Pul bazarı alətləri ilk növbədə dövlət təşkilatlarını və biznes sahəsini likvid vəsaitlə təmin edilməsinə xidmət etdiyi halda, kapital bazarının alətləri əmanət və investisiyalaşma prosesi ilə əlaqədardır.

Pul bazarının alətləri xəzinə vekselləri, bank akseptləri, bankların depozit sertifikatlarından ibarətdir. Kapital bazarının alətlərinə isə, məsələn, uzunmüddətli istiqrazlar, səhmlər, uzunmüddətli ssudalar aiddir.

Nəzərə almaq lazımdır ki, nəğd və nəğdsiz pullar öz-özlüyündə pul bazarında yalnız o hallarda tədavül edir ki, əgər onların özləri əmtəədirsə və əmtəə və xidmət bazarında olduğu kimi əmtəə dövriyyəsinə xidmət etmirlərsə.

Kapital bazarı öz növbəsində ssuda (borc) kapital bazarına və pay qiymətli kağızlar bazarına bölünür. Belə bölgü bu bazarda satılan əmtəələrin (maliyyə alətləri) alıcıları və maliyyə alətlərinin emitentləri arasında münasibətlərin xarakterini ifadə edir. Əgər maliyyə aləti kimi pay qiymətli kağızları çıxış edirsə, onda bu münasibətlər mülkiyyət münasibətləri xarakteri daşıyır və qalan hallarda isə bu kredit münasibətləri olur.


Ssuda kapitalları bazarı – ssuda kapitalının dövriyyəsinin təmin edilməsi prosesində yaranan münasibətləri, yaxud da dövriyyənin təşkili formasını ifadə edir. Məlumdur ki, ssuda kapitalı qaytarılmaq, dəyəri ödənilməklə müəyyən müddətə verilən pul vəsaitlərinin məcmusudur. Ssuda kapitalının yaranma mənbələri ilk növbədə müəssisə və təşkilatların və vətəndaşların sərbəst maliyyə ehtiyatı və yığımlarıdır. Müəssisə və təşkilatlar sərbəst maliyyə ehtiyatlarını gəlir əldə etmək şərti ilə faiz almaqla müxtəlif kredit idarələrinə yerləşdirirlər. Bundan əlavə müəssisələrin banklarda olan hesablarına vəsaitlərin daxil olması və ödənilməsi müddətinin üst-üstə düşməməsi bu vəsaitləri kredit resursu kimi istifadə etməyə imkan verir.

Pay qiymətli kağızları – onun sahibinin mülkiyyətə sahib olmasını, təşkilatın nizamnamə kapitalında payını, mənfəətin bölgüsündə iştirakını və bir qayda olaraq bu təşkilatın idarə edilməsində iştirak etməsi hüququnu təsdiq edən sertifikatlardır.

Maliyyə bazarının digər tərkib hissəsi qiymətli kağızlar bazarıdır. Maliyyə bazarına çox vaxt qiymətli kağızlar bazarı kimi baxırlar. Maliyyə bazarının qeyd etdiyimiz bütün subyektləri bu bazarın iştirakçılarıdır. Ssuda kapitalları bazarından fərqli olaraq burada vasitəçilərin rolu böyükdür. Qiymətli kağızlar bazarının adından göründüyü kimi, maliyyə ehtiyatlarının cəlb edilməsində əsas vasitəçi qiymətli kağızlardır. Qiymətli kağız borc öhdəliyini və ya əmlak hüququnu təsdiq edən, sahibinə dividend və ya faiz şəklində gəlir götürməsinə əsas verən hüquqi sənəddir. Qiymətli kağızlar bazarının rolu və əhəmiyyəti aşağıdakılarla müəyyən edilir:

- qiymətli kağızlar bazarı istehsal üçün sərbəst vəsaitlərin investisiyaya cəlb edilməsini təşkil edir;

- kapitalın bir sahədən başqa sahəyə axınını təmin etməklə, ayrı-ayrı sahələrin fəaliyyətini tənzimləyir;

- dövlət büdcəsində olan kəsirin aradan qaldırılması üçün vəsait cəlb edir;

- əhalinin istehsalın idarə edilməsi işində iştirak etməsini təmin edir;

- satışa çıxarılan aktivlərin real bazar qiymətlərini müəyyən edir;

- fond bazarının göstəriciləri əsasında iqtisadiyyatın vəziyyətinin qiymətləndirilməsinə imkan yaradır;

- inflyasiya tempinin dəyişməsinə təsir göstərir;

- maliyyə vəsaitlərinin investordan ehtiyacı olanlara hərəkəti zamanı xərclərin minimuma endirilməsinə şərait yaradır.

Qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının vacib atributlarından biridir. Hazırda qiymətli kağızlar bazarı olmayan dövlətdə yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatının mövcudluğundan danışmaq olmaz. Qiymətli kağızlar bazarı pul vəsaitlərinə olan tələbə təklifin qarşılıqlı əlaqədə olan münasibətlərindən ibarətdir.

Ssuda kapitalları bazarından fərqli olaraq maliyyə bazarının bu seqmentində dövlətin iştirak payı xeyli böyükdür.

Müəssisə üçün qiymətli kağızlar bazarı da ikili rola malikdir. Belə ki, borc alan kimi çıxış edən müəssisə əlavə maliyyə ehtiyatları cəlb etmək məqsədilə qiymətli kağızlar buraxır. İnvestor kimi çıxış edən müəssisə isə öz növbəsində öz vəsaitlərini qiymətli kağızlara yönəltməklə dividend və ya faiz şəklində gəlir əldə edir. Dövlətin rolu burada, əsasən, birtərəfli iştirak etməklə, yəni borc alan sifəti ilə çıxış edərək qiymətli kağızlar buraxmaqla öz sərəncamına müəyyən maliyyə ehtiyatları təmin edir. Fiziki şəxslər isə burada investor kimi çıxış edərək faiz və ya dividend şəklində gəlir əldə edirlər. İstər investor, istərsə də borc alan kimi çıxış edənlər bazardakı konyukturanı, qiymətli kağızların bütün xüsusiyyətlərini dəqiq öyrənməlidir.

Qiymətli kağızlar bazarında istər xüsusi qiymətli kağızlar, istərsə də onları əvəz edənlər (sertifikatlar, kuponlar və s.) buraxılır, tədavül və sərf edilir.

Qiymətli kağızlar siniflər, emitent, tədavüldə olma müddəti, gəlirlilik dərəcəsi, milli mənsubiyyəti, riskliliyi, tədavül mərhələsi və ödəmə imkanına görə təsniflə etdirilir.




Yüklə 137,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə