Fənn: “Ailə təbabəti”



Yüklə 0,93 Mb.
səhifə13/33
tarix23.12.2023
ölçüsü0,93 Mb.
#154543
1   ...   9   10   11   12   13   14   15   16   ...   33
Günay. PDF. Ailə Təbabəti

Diabetin növləri
Tip 1 Diabet (insulindən asılı diabet): Əsasən uşaqlıq vaxtından ortaya çıxan, mədəaltı vəzdə insulin ifrazının kifayət qədər və ya heç olmaması nəticəsində meydana gələn, xaricdən insulin qəbulunun mütləq olduğu diabet növüdür.
Tip 2 Diabet: Hüceyrələrin qan şəkərini tənzimləyən insulin hormonuna qarşı həssas olmaması nəticəsində meydana gələn şəkər xəstəliyinin növüdür
Latent Autoimmun diabet : immun sistemdə yaranan patologiya zamanı orqanizmin özünün özünə zərər verməsi nəticəsində meydana gələn Tip 1 diabetə oxşar diabet növüdür
Xalq arasında yayılan gizli şəkər xəstəliyi adı ilə tanınan-diabet önü vəziyyət, Tip 2 diabet xəstəliyi meydana gəlmədən öncə qan şəkərinin normadan az miqdarda yüksək olduğu, düzgün müalicə və pəhriz ilə xəstəliyin yaranmasının qarşısının alına bildiyi və ya yavaşladıla bilinən bir dövrdür.


Şəkər xəstələri necə qidalanmalıdır?
Stol № 9—insulindən asılı və asılı olmayan bütün şəkərli diabetli xəstələrə təyin olunur. Karbohidratlar az miqdarda, xörək duzu az miqdarda işlədilməlidir, çoxlu yemək qəbul etmək olmaz, hər yemək qəbulundaq sonra gəzməlidir, gündə 5 dəfə qidalanmalıdır.
Günlük olaraq qəbul olunan karbohidrat, yağ və zülal miqdarı düzgün balanslaşdırılmalıdır. Sadəcə zülal əsaslı qidalanma ciddi zədələr yarada bilər. 3 əsas və 3 ara qidalanma olmalıdır. Ara qidalanmalar zamanı zülal və karbohidrat qəbulu bir yerdə qəbul olunmalıdır. 1 ədəd təzə meyvə və ayran istifadəsi kimi. Ana qidalanmada mütləq kalsium ilə zəngin qidalar istifadə edilməlidir. Hər qidalanmada az yağlı qatıq və ya ayran qəbulu qan şəkərinin ani yüksəlməsini və azalmasını tarazlayır.
Şəkər xəstələri üçün faydalı olan qidalardan bir neçəsini aşağıdakılar kimi qeyd edə bilərik:
Fındıq: sağlamlıq üçün faydalı yağla zəngin olan fınıq yetərli miqdarda qəbul edildikdə şəkərin miqdarını tənzimləməyi asanlaşdırır
Balıq: ən sağlıqlı qidalardan hesab olunan balıq, Omeqa 3 deposu olması baxımından sadəcə diabet xəstələrinə deyil, eyni zamanda sağlam şəxslərin də istifadə etməli olduğu bir qidadır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə