FəNN: makroiQTİsadiyyat


Mövzu 3: İqtisadi artım və səmərəlilik. ( 2 saat)



Yüklə 1,2 Mb.
səhifə2/17
tarix14.10.2017
ölçüsü1,2 Mb.
#4690
1   2   3   4   5   6   7   8   9   ...   17

Mövzu 3: İqtisadi artım və səmərəlilik. ( 2 saat)

Plan

1. Iqtisadi artım və ona təsir edən amillər.

2. İqtisadi artımın tipləri və modelləri.

3. İstehsalın səmərəliliyi və onu ifadə edən amillər.



1. İqtisadi artım və ona təsir edən amillər.

Iqtisadi artım bir-biri ilə qarşılıqlı əlaqədə olan aşa-ğıdakı iki göstərici ilə müəyyən edilir. Müəyyən dövr ərzin-də: 1) Real ümummilli və ya xalis milli məhsulun artması. 2) Hər nəfərə düşən real ümummilli və ya xalis milli məhsulun artması. Bunlardan hər hansı birindən isti­fa­də olunması nəzərdən keçirilən sosial-iqtisadi hadisənin xarak­terindən asılıdır. Belə ki, ölkənin hərbi-siyasi potensialı problemi diq-qət mərkə­zində olduqda birinci, ayrı-ayrı ölkələrdə və regi-onlarda əhalinin həyat səviyyəsi müqayisə olunduqda isə ikinci göstəricidən istifadə etmək da­ha məqsədəuyğundur. Bunun doğruluğunu onunla əsaslan­dırmaq olar ki, məsələn, Hindistanın ümummilli məhsulu Isveçrənin ümummilli məhsulundan 70% çox olduğu halda, əhalinin həyat səviyyəsinə görə Hindistan Isveçrədən 60 dəfədən çox geri qalır.

Iqtisadi artım bir qayda olaraq faizlə ifadə olunan illik artım sürəti ilə ölçülür.

Makroiqtisadi səviyyədə iqtisadi artımın ən mühüm göstə­ri­ciləri aşağıdakılardır:

      • ÜMM-in və ya Milli gəlirin artması;

      • Hər nəfərə düşən ÜMM və milli gəlirin artması;

- Bütövlükdə sahələr üzrə və hər nəfərə düşən sənaye məhsulları isteh­­salının artım sürəti.

Iqtisadi statistikada dinamikanı öyrənmək üçün artım əmsalı, artım sürəti və əlavə artım sürəti göstəricilərindən istifadə olunur. Ar­tım əmsalı aşağıdakı düsturla hesablanır:

x = y1 : y0
Burada: y1 və y0 – müvafiq olaraq hesabat və əsas dövrlərdəki göstəriciləri ifadə edir.

Artım sürəti artım əmsalının 100%-ə vurulması, əlavə artım sürəti isə artım sürətindən 100% çıxılması yolu ilə alınır.



Iqtisadi artıma aşağıdakı amillər təsir edir: 1) Təbii ehtiyatların kəmiyyəti və keyfiyyəti; 2) Əmək ehtiyat­larının kəmiyyəti və keyfiyyəti; 3) Əsas kapitalın dəyəri; 4) Elmi-texniki tərəqqi; 5) Sahibkarlıq qabiliy­yəti və idarəetmə bacarığı. Bunları birlikdə təklif amilləri adlandırmaq olar. Istehsalın mümkün olan fiziki artımına məhz bu amillər imkan verir. Keyfiyyətinə görə daha yaxşı hesab olunan eh­tiyatların çox ol­ma­sı isə texnoloji potensial da daxil olmaq­la real məhsul istehsalının artı­rılmasına şərait yaradır.

Lakin artma imkanları ilə real artımı eyniləşdirmək olmaz. Ək­sinə, onları bir-birindən fərqləndirmək lazım­dır. Bunun üçün iqti­sadi artıma təsir göstərən daha iki amili – tələb və bölgü amillərini bil­mək olduqca vacibdir. Belə ki, ölkə iqtisadiyyatının artmaqda olan is­teh­sal imkanları mövcud ehtiyatlardan istifadə olunması ilə əla­qə­dar­dır. Başqa sözlə, istehsal imkanlarını reallaşdırmaq üçün ümumi xərclər artırılmalıdır. Bölgü amilləri isə özünü onda göstərir ki, istehsal im­kan­larından məqsədyönlü istifadə edilməsi üçün ehtiyatları iqtisadi dövriy­yəyə cəlb etməklə kifayətlən-mək olmaz, həm də onlar səmərəli bölün­məlidir.

Iqtisadi artıma təsir edən tələb və təklif amilləri bir-biri ilə qar­şılıqlı surətdə əlaqədardır. Məsələn, işsizlik, kapi-tal yığımının sürə­tinin, habelə elmi-tədqiqat işlərinə sərf olu-nan xərclərin artırıl­masının ləngi­məsinin, yeniliklərin ləng tətbiq olunmsı və kapital qoyuluşunun azal­ması isə əksinə, işsizliyin baş verməsinin əsas səbəbi ola bilər. Bun­dan başqa nəzərə almaq lazımdır ki, istehsal potensialının artması aşa­ğıdakı iki şərt olduqda mümkündür: 1) Bütün xərclər tam məşğulluğu təmin etmək üçün kifayət qədər artdıqda; 2) Məhsul isteh­salının imkan daxi­lində daha çox artmasını təmin etmək üçün iqtisadi dövriyyəyə cəlb edilmiş əlavə ehtiyatlardan səmələri istifadə olunduqda. Məsələn, tutaq ki, ölkədə il ərzində işçi qüvvəsi 2 min. nəfər artmışdır. De-məli, bu ar­tım istehsal güclərini, yaxud da iqtisadi potensialı artıra bilər. Iqtisadi potensialın artması isə öz ifadəsini məhsulun artmasında tapmalıdır. Odur ki, buna nail olmaq üçün 2 min. nəfəri işlə təmin et­mək, yəni, yeni iş yerləri açmaq lazımdır.

Tələb və bölgü amilləri çox böyük əhəmiyyətə malik olsalar da iqtisadi artımla bağlı problemlər həll olunarkən əsas diqqət təklif amil­lərinə yönəldilir. Çünki real ümum-milli məhsulun və milli gəlirin artırıl­ması iki üsulla müm-kündür: 1) Istehsala daha çox ehtiyatlar cəlb edil­məsi; 2) Ehtiyatlardan daha məhsuldar və səmərəli istifadə olunmsı.

Real ümummilli məhsul əmək məsrəflərini (adam-saatla) əmək məhsuldarlığına (bir işçinin bir saatda istehsal etdiyi məhsul) vurmaq yolu ilə müəyyən edilir. Yəni, Real ÜMM = işlənmiş adam saatların miq­darı vurulsun əmək məhsuldarlığı

Əmək məhsuldarlığına texniki tərəqqi, işçilərin ixti-sası, böl­günün səmərəliliyi, müxtəlif növ ehtiyatların bir-birilə əlaqələndirilməsi və idarə olunması kimi amillər təsir edir. Başqa sözlə, əmək məh­sul­dar­lı­ğı işçilər sağlam, yüksək peşə hazırlığına malik olduqda, istehsal ma­şın və avadan-lıqlarla, təbii ehtiyatlarla daha yaxşı təmin edildikdə, ida­rə-etmə düzgün təşkil olunduqda, iş qüvvəsi az səmərə verən sahələr­dən çox səmərə verən sahələrə "axıb" getdikdə yüksəlir.
2. Iqtisadi artımın tipləri və modelləri.

Geniş təkrar istehsalın öz əksini tapdığı iqtisadi artım problemi diskussiya və müzakirələrdə əsas yerlərdən birini tutur. Iqtisadi artım bilavasitə öz ifadəsini ÜMM-in kəmiyyətcə artması və keyfiyyətcə tək­milləşdirilməsində, ha-belə onun istehsalına təsir göstərən amillərdə tapır. Bununla əlaqədar olaraq iqtisadi artımın ekstensiv və intensiv tipləri bir-birindən fərqləndirilir.



Ekstensiv1 inkişaf yolu iqtisadi artımın kəmiyyət amilləri, yəni istehsalata əlavə iş qüvvəsinin cəlb edilməsi, xammal və material sər­finin, kapital qoyuluşunun artırılması, əkin sahələrinin genişləndi­rilmə­si və s. hesabına istehsa-lın həcminin artırılması deməkdir. Mə­sə­lən, deyək ki, məh-sul istehsalını iki dəfə artırmaq lazımdır. Bunun üçün mövcud olan və fəaliyyət göstərən müəssisələrlə yanaşı, quraşdı­rıl­mış avadanlıqların gücünə, kəmiyyət və keyfiyyətinə görə təqribən eyni miqdarda müəssisə tikmək lazımdır. Əgər ekstensiv inkişaf xalis şəkildə həyata keçirilirsə (bu isə mümkün deyildir), onda istehsalın səmərəliliyi dəyişməz qalır. Belə ki, bizim misalda məhsul buraxılışı iki dəfə art­dıq­da işçilərin sayı və investisiya əmtəələri də iki dəfə artmış olur və nəticə­də bir işçiyə düşən məhsul buraxılışı əvvəlki səviyyədə qalır.

Təcrübədə ekstensiv inkişaf yoluna xalis şəkildə rast gəlinmir və o, bir qayda olaraq istehsalın intensiv tipi ilə çulğalaşır. Bu da onun səmərəliliyinin yüksəldilməsini təmin edir, elmi-texniki tərəqqinin nai­liy­yətlərindən və ehtiyatlar-dan qənaətlə istifadə olunmasına, əməyin və istehsalın təşkilinin təkmilləşdirilməsinə, işçilərin ixtisasının yüksəl­-dil­mə­si və məhsulların keyfiyyətinin yaxşılaşıdırılmasına əsaslanır.



Intensiv inkişaf yolu ekstensiv inkişaf yolundan prin-sipcə fərq­lənir. Belə ki, intensiv inkişaf yolunda canlı və maddiləşmiş əmək məs­rəf­­lərinə qənaət olunur və o, birinci növbədə əmək məhsuldarlığının yük­­səldilməsi hesabına təmin edilir. Ekstensiv və intensiv iqtisadi amil­lərdən paralel şəkildə istifadə olunsa da, konkret şəraitdən asılı olaraq bunlardan hər hansı birinə üstünlük verilə bilər.

Məlum olduğu kimi, iqtisadi artımın əsas amilləri əmək, tor­paq və kapitaldır. Bunların hər biri də öz növbəsində müxtəlif amillərin toplusundan ibarətdir. Məsələn, ka-pital dedikdə, binalar, tikililər, ma­şınlar, avadanlıqlar, xam-mallar, yanacıq və s. nəzərdə tutulur. Ümum­­milli məhsula və onun quruluşunun dəyişməsinə təsirinin daim artdığı elmi-texniki tərəqqini də kapitala aid etmək olar. Cəmiyyə-tin ümumi tələbinin artması da iqtisadi amillərə aid edilə bilər. Çünki o, istər kəmiyyət, istərsə də quruluş və keyfiyyət baxımından iqtisadi artı­mın «hərəkətverici qüvvəsi»dir. Ümumi tələb istisna olmaqla bun­ların hamısı təklif amilləridir.1

Cəmiyyətin sosial-iqtisadi inkişafından asılı olaraq ehtiyat­lar­dan hər biri dəyişir, onlar iqtisadi artıma təsir gös-tərməkdə müxtəlif və­zi­fələri yerinə yetirir və bu zaman həm natural, həm də dəyər gös­təri­ci­lərindən istifadə edilir.

Iqtisadi artımın tədqiqi labüd olaraq onun bir sıra model­lə­rinin işlənib hazırlanmasına gətirib çıxarmışdır. Belə modellərin ilk ün­sürlərini Fransua Kenenin 1758-ci ildə nəşr olunmuş «Iqtisadi cəd­vəl­lə­ri»ndə görmək olar. O, ilk dəfə iqtisad elmində milli təsərrüfatı özünə­məx­sus xüsusi balansa malik olan bir sistem kimi təsvir etmişdir. Kene belə hesab edirdi ki, izafi məhsul yalnız kənd təsərrüfatında yaradılır və məhsuldar sahə kənd təsərrüfatıdır. Izafi məhsul dedikdə o, kənd təsər­rü­fatının ümumi məhsulu ilə burada istehlak olu-nan məhsul­lar arasın­dakı fərqi nəzərdə tuturdu. Beləliklə, onun fikrincə kənd tə­sər­rüfatında istehsal olunan məhsul iqtisadiyyatın digər sahələri tərə­findən satın alı­nır. Kenenin «Iqtisadi cədvəlləri» əməli əhəmiyyətə ma­lik olmasa da, bu sahədə ilk təşəbbüs hesab edilə bilər.

Bu məsələnin araşdırılması sahəsində K.Marksın da müəyyən xidmətləri olmuşdur. O, "Kapitalı"ın II cildində ictimai istehsalın iki bö­yük bölmədən – istehsal vasitələri istehsalı və istehlak şeyləri istehsalı–ibarət olduğunu göstər-miş və onların arasındakı tarazlıq şərtlərini aş­kara çıxarmış-dır. Lakin iqtisadi sistem ümumi səviyyədə nəzərdən ke­çi­rildiyi üçün onun çıxardığı nəticələr çox da böyük əməli əhəmiyyətə ma­lik olmamışdır. Çünki iqtisadiyyat yüzlərlə, minlərlə sahə və istehsa­lat­lardan ibarətdir.

Iqtisadi artımın əsl mahiyyətini əks etdirən "Xərc – məhsul bu­raxılışı" modeli rus riyaziyatçısı və iqtisadçısı, 1925-ci ildən ABŞ-da ya­şayan və bu ölkənin vətəndaşlığını qəbul edən Vasili Leontyev tərə­findən işlənib hazırlanmış-dır. V. Leontyev milli təsərrüfatı maddi və dəyər göstə­ricilə­ri­nin köməyilə şahmat cədvəli formasında təsvir etmişdir. V. Leontyevin sahələrarası balansı aşağıdakı dörd kvadratdan ibarətdir: 1) Məhsulun istehsalına çəkilən mad-di xərc göstəriciləri; 2) Bi­la­vasitə istehlak, yığım və ixrac üçün istifadə olunan son məhsul göstəriciləri; 3) Xalis məhsul göstəriciləri (əmək haqqı, mənfəət, vergi­lər); 4) Xalis məhsulun yenidən bölüşdürülməsi.

Sahələrarası balansın sütunlarında dəyər ifadəsində ümumi məh­­sulun formalaşmasına çəkilən xərclər, üfuqi sətirlərdə isə bu məh­sulun bölüşdürülməsi göstərilir. Bu məlumatlardan istifadə etməklə, xərc­lərin xüsusi çəkisini asanlıqla müəyyən etmək olar. Bu məqsədlə sütun­dan və ya sətirdən götürülmüş (seçilmiş) göstərici ümumi məhsulun kə­miy­yə­ti­nə bölünür.



Müasir dövrdə iqtisadi artımın modelləşdirilməsində aşağıdakı üç istiqaməti göstərmək olar: 1) Iqtisadi artımın Keyns modeli; 2) Neo­klas­sik modellər; 3) Tarixi-sosioloji modellər.

Keyns modelinin mahiyyəti ondan ibarətdir ki, bunun tərəf­darları makroiqtisadi tarazlığın təmin olunma-sında tələbin həlledici rol oynadığını əsas götürürlər. Tələbin həlledici ünsürünün isə çoxaldıcının (multiplikatorun) vasi-təsilə mənfəətin artmasını təmin edən investisi­yalardan ibarət olduğunu deyirlər. Keynsçilər istehsal amillərinin və onların bir-birini qarşılıqlı əvəz etmələrinin səmərəliliyi haqqında neo­klassik baxışlara tərəfdar çıxmırlar.



Iqtisadi artım modellərindən biri də Domar modelidir. Ilkin keyns modellərindən fərqli olaraq, bu model investisi-yaları yalnız gəlir­lərin deyil, həm də yeni güclərin yaradıl-ması amili hesab edir. Domarın fikrincə tələb və təklifin dinamik tarazlığı yeni gücləri və gəlirləri əmələ gətirən kapital qoyuluşunun dinamikası ilə müəyyən edilir. Deməli, əsas vəzifə, investisiyaların həcmi və dinamikasının müəy-yən edilmə­sindən ibarətdir. Domar aşağıdakı üç bərabərlik-dən ibarət olan siste­min həll olunmasını təklif edir: 1) Təklif bərabərliyi; 2) Tələb bərabər­li­yi; 3) Tələb və təklifin birlikdə bərabərliyi.

Domar modelinin inkişaf etmiş forması Xarrod modelidir. Do­mar modelində olduğu kimi, bu modeldə də tarazlaşdırılmış artma nor­ması gəlirlərlə kapital qoyuluşları arasındakı nisbət funksiyasını ifadə edir. Odur ki, bu modeli Xarrod – Domar modeli də adlan­dırır­lar. La­kin Domar modeli çoxaldıcıdan istifadə olunmasına əsaslandığı halda, Xarrod modelinin əsasında akselerator1 nəzəriyyəsi durur.

Bu nə­zəriyyə kapital qoyuluşu nəticəsində gəlirlərin artma-sının taraz­laş­dırma nor­masını müəyyən edir. Xarrod modeli akselerator nəzəriyyəsi əsasında sahibkarların investisiya haqqında qərarlarının öyrənilməsinə imkan verir. Xarrod öz baxışlarında aşağıdakı iki mühakiməyə əsas­lanır: 1) Yığım milli gəlirdə sabit kəmiyyətdir, gəlirlər hansı sürətlə ar­tırsa, o da həmin sürətlə artır, yığıma olan son və orta meyllilik bir-bi­rinə bəra­bərdir; 2) Həyata keçirilən kapital qoyuluşu gəlirlərin, yaxud da iki dövr arasında tələbin artması deməkdir. Keyns bərabərliyinə uyğun ola­raq tarazlıq üçün yığım və investisiya məbləğləri bir-birinə bərabər olmalıdır. Buna əsasən belə bir nəticə çıxarmaq olar ki, artma norması kapital əmsalına vurulduqda milli gəlirdə yığımın xüsusi çəkisi tapılır.



Xarrod bir-birindən fərqlənən artma norması üçün aşağıdakı müddəaları irəli sürür: 1) gəlirlər yüksək sürətlə artdıqda azad sahibkarlıq sistemi səmərəli fəaliyyət göstərir. 2)Investisiyalar istehlakçı tələbatından irəlidə getməlidir. 3)Bu model üzrə tarazlıq qeyri-sabitdir. 4) Dövlət bu problemə maliyyə siyasəti vasitəsilə müdaxilə etməlidir.

Tələbin tarazlığı şəraitində neoklassik modellər kapi-tal əmsa­lı­na dəyişikliklər etmişdir. Belə ki, neoklassik mo-dellər bir deyil, iki is­tehsal amilini və onların bir-birini əvəz etməsinin mümkünlüyünü nə­zə­rə aldığına görə kapital/ istehsal nisbəti də çevik olur. Neoklassik mo­dellər azad (xalis) rəqabət şəraitində faydalıdır.

Neoklassik modellərdə istehsal funksiyası əsas yer tutur. XX əsrin 20-ci illərinin axırlarında ABŞ vətəndaşları, iqtisadçı P. Duqlas və riyaziyyatçı X. Kobb 1899-1922-ci il-lərdə Amerikanın emaledici səna­yesin­də əsas kapitalın, iş-lənmiş saatların miqdarının və istehsalın həc­minin artmsını nəzərdən keçirərək üç müvəqqəti sıra düzəltmişlər

Kobb-Duqlas funksiyasının başlıca cəhətləri aşağı-dakılardır: 1) Mənfəətin və xərclərin xüsusi çəkisinin dəyiş-mədiyi, yığımın olmadığı və istehsalın (əmək və kapital) elastikliyinin vahidə bərabər olduğu fərz edilir; 2) Istehsal amillərinin bir-birini əvəz etmələri sıfırla vahid ara­sın­da tərəddüd edir və adətən vahiddən kiçikdir; Qarşılıqlı əvəzet­mələrin hüdudu texniki inkişaf səviyyəsi ilə müəyyən edilir; 3) Əməyin kapital ilə əvəz olunması imkanları nəzəri cəhət-dən sonsuzdur; 4) Isteh­sal amil­ləri keyfiyyətinin dəyişməsi nəzərə alınmır, yəni, texniki tərəq­qidən sərfnəzər edilir. Buradan da belə bir nəticə çıxarmaq olar ki, fun­ksiya yalnız ekstensiv iqtisadi artım üçün münasibdir.
Mövzu 4. Ümumi milli məhsul və milli gəlir.(2 saat)

Plan

1. Ümummilli və son məhsul anlayışları.

2. Ümumi milli məhsulun hesablanması metodları.

3. Xalis milli məhsul və milli gəlir.

4. Ümumi milli məhsul və cəmiyyətin rifahi.

5. Milli sərvət və onun atrırılması yolları.


1.Ümummilli və son məhsul anlayışları.
Cəmiyyətin iqtisadi vəziyyətinə xarakteristika verər-kən kom­pleks göstəricilər sistemindən istifadə olunur. La-kin bu sistemdə başlıca meyarı ayırmaq olar və bu, ümum-milli məhsuldur.

Ümummilli məhsul (ÜMM) ölkənin daxilində və onun hü­dud­larından kənarda milli iqtisadiyyata mənsub olan iqdisadi vahidlərdə bir il ərzində istehsal edilmiş son məhsulların və xidmətlərin bazar dəyərinin toplusudur1. Lakin cari ildə istehsal edilmiş məhsulların ha­mısı satıl­ma-ya, onların bir hissəsi ehtiyat formasında gələn ilə saxlanıla bilər. Odur ki, satılıb-satılmamasından asılı olmayaraq cari dövrdə is­tehsal edilmiş bütün məhsul­lar ÜMM vasitəsilə ölçüldüyünə görə o, he­sab­lanar­kən ehtiyat kimi saxlanılan məhsulların hər cür artımı nəzərə alınmalıdır.

ÜMM dəyər ifadəsində hesablanır. Çünki müxtəlif əmtəə və xidmətləri natural formada cəmləmək və onların nisbi dəyəri haqqında tam təsəvvürə malik olmaq mümkün deyildir. Bunu aşağıdakı çox sadə misalla izah edək. Tutaq ki, ölkədə keçən il 5 ton armud və 8 ton alma, bu il isə əksinə – 8 ton armud, 5 ton alma istehsal olunmuşdur. Sual olunur: hansı ildə daha çox məhsul istehsal edilmişdir? Bu məhsulların hər birinin nisbi dəyərini ifadə edən bazar qiymətini bilmədən suala cavab vermək olmaz. Indi deyək ki, bir ton almanın qiyməti 200 manata, bir ton armudunku isə 300 manata bərabərdir. Buradan aydın olur ki, keçən ilə nisbətən bu il daha çox məhsul istehsal edilmişdir. Çünki istehsalın həcmi keçən il 3100 manata - (5x300) + (8x200) = 3100, bu il isə 3400 manata-(8x300)+(5x200)=3400-bərabər olmuşdur. Istehsalın ümumi həcmini düzgün hesablamaq üçün cari ildə istehsal edilmiş bütün məhsullar və xidmətlər bir dəfə uçota alınmalı, təkrar hesablamalara yol verilmə-mə­lidir. Məh­sulların çoxu isə bazara daxil olmazdan əvvəl bir neçə istehsal mər­hə­lə­sindən keçir. Nəticədə eyni bir məhsulun ayrı-ayrı hissələri bir neçə dəfə satın alınır və satılır. Ona görə də təkrar uçotaalmalara yol verməmək üçün ÜMM-i müəyyən edərkən yalnız son məhsulun bazar dəyəri nə­zə­rə alınmalıdır.

Son məhsul dedikdə satmaq və ya emal etmək məq-sədilə deyil, son nəticədə istifadə olunmaq üçün satın alınan əmtəə və xidmətlər nə­zər­də tutulur ki, bu da ÜMM-in tər-kibində təkrar hesablamaları ara­dan qaldırır. Bunu aşağı-dakı misalla izah edək. Tutaq ki, yun kostyum axırıncı istehlakçının əlinə düşənə qədər istehsal prosesi beş mərhə-lədən keçir. Qoyunçuluq ferması 100 mln. manatlıq yunu emal müəssisəsinə göndərir. Emal müəssisəsinin qoyunçuluq fermasına ödə­diyi 100 mln. manat, əmək haqqı, renta tədiyələri, faiz və mənfəət şəklində bölünür. Emal müəssisəsi yunu emal edir və onu 150 mln. manata tikiş fabrikinə satır. 150 mln. manatın 100 mln. manatı satın alınmış yunun müqa­bi­lin­də qoyunçuluq fermasına ödənildiyinə görə onun yerdə qalan 50 mln. manatı emal müəssisəsində əmək haqqı, renta tədiyələri, faizin ödənilməsi və yunu emal etmək üçün lazım olan ehtiyatların satın alın­masına sərf edilir. Tikiş fabrikində 175 mln. ma­nat­lıq kostyum istehsal olunur və deməli, 25 mln, manat əlavə dəyər yara­nır. Tikiş fabriki məh­sulu 250 mln. manata topdan satış təş­kilatlarına, onlar isə öz növbə­sin­də 325 mln. manata pərakəndə ticarət təşkilatlarına satırlar və axırıncı istehslakçılar olan alıcılar kostyumu satın alırlar. Firmaların, məhsul­la­rın istehsalına sərf etdikləri xərclərlə onların satışından əldə etdikləri məbləğ arasındakı fərq hər mərhələdə əmək haqqı, renta tədiyələri və faiz, həmçinin məhsulların istehsalı və tədavülü prosesində istifadə olu­nan ehtiyatlara görə mənfəət for­masında bölünür.

Nəzərdən keçirilən prosesdə ümdə məsələ ondan iba-rətdir ki, istehsal olunmuş kostyumun dəyərinin hansı hissəsi ÜMM-ə daxil edil­mə­lidir? Suala qısa şəkildə belə cavab vermək olar: ÜMM-ə yalnız son məhsulu, yəni 325 mln. manatı daxil etmək lazımdır. Əgər hər mər­hə­lə­də son məhsul hesab edəilən, lakin əslində aralıq məhsul olan məhsul­ları cəmləsək (100+150+175+250+325=1000) və alınan 1000 mln. ma­natı ÜMM adlandırsaq, onda onun dəyərini süni surətdə artırmış olarıq.

ÜMM-i hesablamaqda məqsəd onun köməyilə il ərzində is­teh­sal olunmuş əmtəə və xidmətlərin dəyərini müəyyən etməkdən ibarətdir. Bu məqsədə nail olmaq üçün hər il baş verən çoxsaylı qeyri-məhsuldar söv­dələşmələr nəzərə alınmamalıdır. Qeyri-məhsuldar söv­də­ləşmələrin isə iki əsas tipi vardır: 1) Xalis maliyyə sövdələşmələri; 2) Köh­­nə (iş­lə­dil­miş) əmtəələrin satışı.

Xalis maliyyə sövdələşmələri də üç yerə bölünür: 1) Dövlət trans­fert ödənişləri; 2) Xüsusi transfert ödənişləri; 3) Qiymətli kağız­la­rın alqı-satqısı.

Dövlət transfert ödənişlərinə sosial sığorta, işsizlərə, əlillərə döv­lət tərəfindən verilən müavinətlər və təqaüdlər daxildir. Bu ödəniş­lərin xüsusiyyəti ondan ibarətdir ki, onu alanlar cari ildə bu pulla məhsul istehsalında iştirak etmir-lər. Deməli, dövlət transfert ödə­niş­lərinin ÜMM-ə daxil edilməsi cari ildə həmin göstəricinin şişirdilməsinə gətirib çıxarır. Xüsusi transfert ödənişlərinə, məsələn, universitet tələbə­lərinə ailələrinin hər ay, yaxud da varlı qohumlarının birdəfəlik ver­dik­ləri pul və yardımlar daxildir. Çünki bunlar istehsalın nəticələri deyil, vəsaitin bir şəxs tərəfindən digərinə verilməsidir.



ÜMM hesablandıqda qiymətli kağızlarla aparılan sövdələş­mə­lər, yəni səhm və istiqrazların alqı-satqısı da onun tərkibinə daxil edil­mir. Çünki bu sövdələşmələr də cari ildə istehsalın həcminin artması de­mək deyildir. Lakin qeyd etmək lazımdır ki, pulun, onu "yığan" ada­mın əlindən çıx-ması və qiymətli kağızlarla sövdələşmələr aparan ada­mın əlinə keçməsi dolayı yolla istehsalın artmasına səbəb ola bilər.

Köhnə (işlənmiş) əmtəələrin ÜMM-ə daxil edilmə-sinin düzgün olmadığını isbat etməyə ehtiyac yoxdur. Çünki bu bir həqiqətdir ki, köhnə əmtəələr ya cari ildə istehsal edilməmişdir, yaxud da eyni bir ildə bir neçə dəfə alınıb-satıldıqda ÜMM-in tərkibində bir o qədər dəfə tək­rarlana bilər. Məsələn, tutaq ki, kimsə 2005-ci ildə istehsal edilmiş və sahibi olduğu "Mersedes" markalı avtomobili kiməsə satmışdır. Bu söv­dələşmə ÜMM-ə daxil edilməməlidir. Ona görə ki, avtomobil cari ildə istehsal olunmamışdır. Deməli, cari ildə istehsal edilmiş məhsullar yal­nız həmin ildə, ÜMM-ə daxil edilir.

Beləliklə, biz ÜMM-in tərkibini nəzərdən keçirdik və onun nə­dən ibarət olduğunu aydınlaşdırdıq. Lakin bunlar nəzəri müddəa­lardır və burada əsas məsələlərdən biri ÜMM-in hesablanması metod­larının öyrənilməsindən ibarətdir.
2.Ümummilli məhsulun hesablanması metodları.
Istehsal olunmuş məhsulların ümumi bazar dəyəri iki üsulla müəyyən edilə bilər. Birinci üsulda istehlakçının son məhslun satın alın­masına sərf etdiyi xərclər, ikinci üsulda isə əmək haqqı, renta tədiyə­ləri, faiz və mənfəət formasında əldə edilən gəlirlər cəmlənir. Bu üsullar eyni problemə iki yanaşma metodunun olduğunu göstərir. Çünki isteh­lakçı-ların əmtəələrin satın alınmasına sərf etdikləri məbləğ hə-min məh­sulların istehsalı prosesində iştirak edənlərin müx-təlif for­malarda əldə etdikləri gəlirlərin nəticəsidir. Bunu kostyum istehsalına dair yuxarıda gətirilən misaldan da aydın görmək olar. Belə ki, bu prosesdə iştirak edən firma-ların əldə etdikləri gəlirlərin cəmi (100+50+25+75+75=325) kostyumun istehsalına sərf olunan bütün xərclərə – 325 mln. manata bərabərdir.

Istehsalla əlaqədar xərclərlə, əldə edilən gəlirlər ara-sındakı bə­rabərliyə təminat vermək olar. Mənfəət forma-sında əldə edilən gəlir bu­nu deməyə əsas verir. Məlum oldu-ğu kimi, mənfəət, istehsalçıların məh­sulların satışından əldə etdikləri məbləğdən əmək haqqına, renta tədi­yələrinə və faizin ödənilməsinə sərf olunan xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir deməkdir. Kostyum istehsal etmək üçün fir­manın əmək haqqının, renta tədiyələrinin və faizin ödənil-məsi üçün sərf etdiyi məbləğ onun bazar dəyəri olan 325 mln. manatdan azdırsa, onda bu iki kəmiyyət arasındakı fərq firmanın mənfəət əldə etdiyini, əksinə ol­duq­da isə, zərər çəkdiyini göstərir. Bütövlükdə ölkə üzrə istehsalın ümumi həcmini hesabladıqda da eyni dəlilləri gətirmək olar.



Beləliklə, ÜMM-in hesablanmasında istifadə olunan birinci me­toda məhsulun istehsal və ya xərclərə görə hesab-lanması metodu deyilir. Ikinci metodda isə əldə edilmiş gəlir-lər cəmlənir. Bu, ÜMM-in gəlirlər və ya bölgü üzrə hesab-lanması metodu adlanır. Bunlar belə bir nəticə çıxarmağa imkan verir ki, bu metodlar bir-birinin eynidir və bu­na əsasən aşağıdakı bərabərliyi yazmaq olar:
Cari ildə istehsal edilmiş Cari ildə istehsal olunmuş əmtəələrin satın alınmasına = əmtəələrin satışından əldə

sərf olunan xərclər edilən pul gəlirləri

Lakin bu sadəcə bərabərlik deyil, eynilikdir. Çünki pulun sərf edilməsi ilə, onun əldə edilməsi eyni bir sövdə-ləşmənin iki tərəfidir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə