FəNN: makroiQTİsadiyyat


Tədiyə balansının kredit və debet maddələrindəki yekun məb­ləğ­lər arasındakı fərq qalıq adlanır



Yüklə 1,2 Mb.
səhifə14/17
tarix14.10.2017
ölçüsü1,2 Mb.
#4690
1   ...   9   10   11   12   13   14   15   16   17

Tədiyə balansının kredit və debet maddələrindəki yekun məb­ləğ­lər arasındakı fərq qalıq adlanır. Daxilolmalar ödəmələrdən çox ol­duqda müsbət, əksinə olduqda isə mənfi fərq əmələ gəlir. Ikinci hal ba­lansın kəsirli olduğunu göstərir.

Beynəlxalq Valyuta Fondunun metodikasına görə balansın aşa­ğı­dakı maddələrdən ibarət olması məqsədə-uyğundur:



  • cari əməliyyatlar;

  • əmtəələr;

  • xidmətlər;

  • investisiyalardan əldə edilən gəlir;

  • digər xidmətlər və fondlar;

  • xüsusi birtərəfli baratlar (köçürmələr);

  • dövlət tərəfindən birtərəfli baratlar (köçürmələr);

  • birbaşa investisiyalar və sair uzumüddətli kapital;

  • birbaşa investisiyalar;

  • uzun müddətli investisiyalar;

  • sair uzun müddətli kapital;

  • sair qısa müddətli kapital;

  • xətalar və səhvlər;

  • ödənilən maddələr;

  • qızılın hərəkəti;

  • SDR-in bölgüsü və istifadə edilməsi;

  • Ehtiyatların yenidən qiymətləndirilməsi;

  • Fövqaladə hallarda maliyyələşdirmə;

  • Xarici orqanların valyuta ehtiyatlarını əmələ gətirən təəh­hüd­lər;

  • Ehtiyatların dəyişməsinin yekunu;

  • Qızıl;

  • SDR;

  • BVF-də ehtiyat mövqe;

  • Xarici valyuta;

  • Sair tələblər;

  • BVF-in kreditləri.

Təsnifatdan göründüyü kimi, tədiyə balansı üç böyük böl­mə­dən ibarətdir. Bunlar cari əməliyyatlar hesabı (və ya balansı), kapital əməliyyatları hesabı (və ya balansı) və rəsmi beynəlxalq ehtiyatlar üzrə hesablaşmaları əks etdirən bölmələrdir. Öz növbəsində bu bölmələrə alt bölmələr və maddələr daxildir.

Tədiyə balansının birinci bölməsi əmtəə və xidmət-lərin, habelə birtərəfli və birdəfəlik tədiyələrin mübadiləsi prosesini özündə əks etdi­rir. Balans, xarici ticarətə – əm-təələrin ixracı və idxalı – yekun vu­rul­ma­sı ilə başlanır. Tədiyə balansınının əmtəələrin idxalı və ixracını əks etdi­rən hissəsi ölkənin ticarət balansını əmələ gətirir. Ticarət balansı tədiyə balansının daha çox dərc olunan hissəsidir. Bu, onunla əla­qə­dar­dır ki, ölkədən ixrac olunan, yaxud ölkəyə idxal edilən əmtəələr haq­qında mə­lu­matları toplamaq bir o qədər də çətin və mürəkkəb deyildir.

Ticarət balansının qalığını müəyyən etmək üçün ix-rac olunan əmtəələrin dəyərindən idxal olunan əmtəələrin dəyərini çıxmaq la­zım­dır. Ixrac idxaldan çox olduqda ba-lans aktiv, əksinə olduqda isə passiv hesab edilir.

Ticarət balansının aktiv və ya passiv olması haqqın-da məlu­matlara əsasən ölkənin xarici tiracətinin vəziyyəti barədə qəti nəticə çı­xarmaq düzgün olmazdı. Əgər başqa ölkələrə, əmtəə ixracı bu ölkənin məhsullarına olan tələbin azalması hesabına azalırsa bu, çox pis əla­mətdir. Yox, əgər ölkənin tiracət balansının passiv olması idxal olunan inves-tisiya əmtəələrinin artması və bununla da daxili inves­tisiya-ların çoxalması nəticəsində əmələ gəlirsə, bu, iqtisadiyyat-dakı vəziyyətin mən­fi qiymətləndirilməsinə əsas vermir. Başqa sözlə, tədiyə balansının və onun ayrı-ayrı bölmələri-nin aktiv və ya passiv olmasını bu vəziyyətə gətirib çıxaran səbəbləri hərtərəfli təhlil etdikdə düzgün nəticə çıxarmaq mümkün olur.



Ölkənin tiracət balansının aktiv olması da vəziyyətin nikbin qiymətləndirilməsi üçün əsas ola bilməz. Ola bilər ki, doğrudan da müs­bət qalıq ixracın artması və idxalın azalması hesabına olsun. Lakin bu­rada qiymətlərin təsiri də nəzərə alınmalıdır. Birinci bölmədə əmtəələrin tiracəti ilə yanaşı, xidmətlərin tiracəti də öz əksini tapır. Başqa sözlə, obrazlı ifadə ilə desək, balansda görünən maddələrlə yanaşı, görünmə­yən maddələr də vardır. Həm də dünya əmtəə dövriyyəsində xidmətlərin xü­susi çəkisi artdığına görə o, daha böyük əhəmiyyət kəsb edir. "Xid­mətlər" maddəsindəki gəlir və xərclər turizm, teleradio-kommunikasiya işləri, hər-bi bazaların, xarici nümayəndəliklərin saxlanması, xüsusi qeyri-kommersiya əməliyyatlarının (məsələn, qohumların bir-birilərinə pul göndərmələri, vərəsəlik və s.) əlaqədardır. Bu bölmədə nəqliyyat, sı­ğor­ta və digər qeyri-əmtəə tədiyə-ləri ilə bağlı olan ödəmə və daxi­lol­ma­lar da əks etdirilir. Bunlara humanitar yardımları (verilən və alı­nan), habelə subsidiyaları misal göstərmək olar.

Tədiyə balansının ikinci bölməsi kapitalın hərəkəti balansı ad­lanır. Burada əsas etibarilə aktivlərin satın alın-ması və satılması, qısa və uzun müddətli kreditlərin verilmə-si və alınması əks etdirilir. Mə­sə­lən, ixracdan daxilolmalar idxal üzrə xərclərin ödənilməsi üçün ki­fayət deyildirsə, borclar üzrə hesablaşmaq lazım gəlir. Başqa sözlə, bu zaman kredit maddələrində kapitalın hərəkəti onun daxil olması kimi qeyd edilir. Başqa ölkələrə, xarici müəssisələrə verilən vəsait debet mad­dələ­rində əks etdirilir və kapital "axını" kimi qiymətləndirilir.

Cari əməliyyatlar balansı ilə kapitalın hərəkəti ba-lansı ara­sın­dakı qarşılıqlı əlaqəni aşağıdakı düsturla ifadə etmək olar:

Ümumi məhsul = C + I + G + NX
Xalis ixrac (NX) əmtəə və xidmətlərin ixracı ilə idxalı arasın­dakı fərq, cari əməliyyatlar hesabının qalığı kimi müəyyən edilir.

Bərabərliyin hər iki tərəfindən istehlakı (C) və dövlət xərclərini (G) çıxdıqda, onun sol tərəfi (ÜMM-C-G) milli yığımı və ya sadəcə olaraq yığımı (S) göstərir. Yığımın düsturunu isə aşağıdakı kimi yaz­maq olar:

S = I + NX

Dəyişmələri davam etdirək və bərabərliyin hər iki tərəfindən investisiyaları (I) çıxaq. Bu zaman aşağıdakı düstur alınır:

S – I = NX

Daxili yığımla investisiyalar arasındakı fərq tədiyə balansında kapitalın hərəkəti hesabı deməkdir. Investisiya-lar ölkənin daxili yığı­mından çox olduqda investisiya layi-hələri dünya maliyyə qurumlarının verdikləri kredit hesa-bına maliyyələşdirilir. Milli yığım investisiyadan çox olduq-da isə, ölkə daxilində investisiya qoymaq məqsədilə istifadə oluna bilməyən vəsaitdən başqa ölkələrə borc vermək üçün istifadə edilə bilər. Kapitalın hərəkəti hesabındakı məbləğ tədiyə balansının cari hesabındakı məbləğə bərabər olmalı-dır. Əgər əmtəə və xidmətlərin xalis ixracı müqabilində xaricdən alınan vəsaiti ifadə edən göstərici, yəni cari əməliyyatlar üzrə qalıq müsbətdirsə, o, ölkədən kapital axını ilə tənləşir. Cari əməliyyatlar üzrə kəsir olduqda isə bu kəsir xaricdən kapital cəlb edilməsi yolu ilə ödənilir.


5. Xarici ticarət siyasəti və onun həyata keçirilməsi mexanizmi.
Beynəlxalq iqtisadi münasibətlərin təkamülü nəticə-sində bazar iqtisadiyyatının nəzəriyyəsi və təcrübəsi əsasın-da xarici tiracət siyasə­tinin həyata keçirilməsinin bir sıra vasitələri meydana gəlib formalaş­mışdır. Bu proses həm milli, həm də dövlətlərarası səviyyədə getmişdir. Qeyd et-mək lazımdır ki, bu, hər hansı bir problemin həllində razı-lığa gələn tərəflərin öhdələrinə götürdükləri normaların, qaydaların və baş­qa şərtlərin işlənib hazırlanmasını nəzərdə tutur. Hamı tərəfindən qəbul olunan beynəlxalq standartlar və qaydalar da, öz növbəsində milli iqtisadiyyatın tənzim-lənməsinə təsir göstərə bilər. Milli iqtisadiyyatda islahat apardıqda həmin norma və qanunlardan istifadə edilməsi məq­sədəuyğundur. Bu, ümumdünya təsərrüfatında forma-laşmış hüquq və vəzi­fələrin universal sisteminə uyğunlaşma prosesinin getdiyi müasir dövrdə müstəqillik qazanmış dövlətlər, o cümlədən də Azərbaycan Respublika­sı üçün xüsusilə vacibdir.

Tiracət siyasətində beynəlxalq qaydalar hər şeydən əvvəl 1948-ci ildən fəaliyyət göstərən tariflər və ticarət haqqında Baş Saziş (QATT) çərçivəsində işlənib hazırlanır. Bu beynəlxalq təşkilat çoxtərəfli mü­qavilələr əsasında fəaliyyət göstərir. O, iştirakçı dövlətlərin tiracət və ta­rif siyasətini tənzimləyir, onların arasındakı qarşılıqlı əlaqədə daha əlverişli ticarət qaydalarını təmin etməyə və kəmiyyət məhdudiy­yət­lərini aradan qaldırmağa çalışır. Bu müqaviləni ilk dəfə 23 ölkə im­zalamışdı. Hazırda isə onun 140-dan çox tam hüquqlu üzvü vardır. 70-dən çox ölkə və 40 beynəlxalq təşkilat müşahidəçi statusuna malikdir. Mü­şahidəçi ölkələ-rin bu təşkilatın müxtəlif orqanlarının iclaslarında, ses­si­ya­larında, müzakirələrdə iştirak etmək, bəyanat vermək, onun əsas sənədlərini və materiallarını əldə etmək imkanı vardır. Dünya tiracət döv­riyyəsinin 90%-dən çoxu QATT-ın üzvü və müşahidəçi statusuna malik olan ölkələrin payına düşür. Təşkilatın üzvü olan ölkələrin nü­mayən­də­ləri vaxtaşırı ra-undlara toplaşırlar. Yığıncaqlarda müxtəlif xa­rakterli əngəl-ləmələrin – kəmiyyət məhdudiyyətlərinin və gömrük rüsu­mu­nun azaldılması yolu ilə dünya tiracətinin daha da yaxşı-laşdırılması sahə­sin­də qərarlar işlənib hazırlanır və qəbul edilir.

Belə raundlardan biri 1986-cı ildə Uruqvayda start götür­müş­dü. Yeddi il (1993-cü ilə qədər) davam edən bu raund dekabrın 15-də başa çatmışdır. Uruqvay raundunun bu qədər uzanmasının əsas səbəbi razılaşdırılması nəzərdə tutulan məsələlərin çoxluğu, istiqamətlərin çoxplanlılığı olmuşdur. Belə ki, gündəliyə yüzlərlə, minlərlə əmtəə növü ilə yanaşı, bank əməliyyatları və xidmətlərinə, geniş çeşiddə kənd təsər­rüfatı məhsullarına, video və "səsli" məhsullara, intellektual mül­kiyyətə və s. görə məhdudiyyətlərin azaldıl-ması, yaxud da onların ta­ma­milə ləğv olunması kimi məsə-lələr daxil edilmişdi. Məsələlərin mü­zakirəsinin gedişində, danışıqlarda çox vaxt kəskin diskussiyalar, hətta mübahi­sə­lər yaranması müşahidə olunmuşdur.

Daha çox mübahisə doğuran sahə kənd təsərrüfatı olmuşdur. Burada əsas etibarilə ABŞ-la Avropa ölkələrinin mənafeləri toqquş­muşdur. Avropalıların, xüsusilə Fransa-nın ciddi səyləri nəticəsində ki­no və teleməhsullar, kassetlər müzakirələrdən çıxarılmışdır. Bu addım Av­ropa bazarların-dakı həmin məhsulların 80%-ə qədərinin ABŞ-ın is­tehsalı olması ilə əlaqədar olmuşdur.

Ümumiyyətlə, danışıqlardakı çətinliklərə baxmaya-raq bütün tərəflər 1995-ci il yanvarın 1-dən öz aralarında ticarət əlaqələrində göm­rük rüsumunun 40-50%-ə qədər azaldılması haqqında razılığa gəl­mişlər.

QATT-ın üzvü olan ölkələrdə ticarət əməliyyatlarının ümumi məbləği 4000 mlrd. dollar həddindədir. Uruqvay raundunun müvəf­fəqiyyətlə başa çatması həmin ölkələrdə ticarətin daha sürətli inkişafına təkan vermişdir. Bununla belə, mütəxəssislərin fikrincə, son nəticədə in­kişaf etməkdə olan ölkələrə nisbətən inkişaf etmiş ölkələr daha çox qa­zanırlar. Belə ki, sonuncular həmin ölkələrin bazarlarını «zəbt et­mək» imkanı əldə edirlər. Uruqvay raundunda qəbul edilmiş qərara uy­ğun olaraq 1995-ci il yanvarın 1-dən QATT ümumdünya ticarət təş­ki­la­tına (ÜTT) çevrilmişdir.

Iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən aparılmış hesablamalar göstərir ki, 2002-ci ildə bu təşkilat hesabına dünya gə­lir­lərinin artımı təqribən 270 milyard dol-lar (1991-ci ilin qiymətləri ilə) təşkil etmişdir Avropa birli-yinin payı 71 mlrd. dollar məbləğində qiy­mət­ləndirilir ki, bu da həmin regionun ümumi daxili məhsulun 1,7%-ə bə­ra­bərdir.

Xarici iqtisadi fəaliyyəti tənzimləmək üçün dövlətin sərən­camında olan çoxsaylı vasitələri aşağıdakı qruplara bölmək olar:


  1. Gömrük tarifləri;

  2. Qeyri-tarif məhdudiyyətləri;

  3. Ixracın stimullaşdırılması formaları.

Adlarından göründüyü kimi, onların hamısı himayə-darlıq si­yasətinə «köklənmişlər». Daxili və xarici şəraitdən asılı olaraq bu siya­səti dövlət tənzimləyir. Bu, xarici iqtisadi sahələrin dövlət tənzimlə­mə­sinin başlıca tərkib hissələrindən olan tarif tənzimləmələrinə də aiddir.

Xarici əlaqələrin tənzimlənməsinin tarif vasitələrindən biri göm­rük vergisi və rüsumudur. Bu o deməkdir ki, öl-kənin sərhədlərini keçərək gətirilən əmtəə və digər material qiymətlilərinə (ixrac-idxal) gö­rə gömrük vergisi və rüsumu ödənilməlidir. Gömrük vergi və rüsum­larının sistemləşdiril-miş siyahısına gömrük tarifi deyilir. Ixrac və idxal tarifləri bir-birindən fərqlənir.

Gömrük vergisinin müəyyən edilməsi o deməkdir ki, əmtəənin sahibi dövlətə qiymətin müəyyən hissəsi qədər ver-gi ödəməlidir. Idxal vergisi istehsalçının xərclərini artırdı-ğına görə əmtəənin satış qiyməti də artır. Deməli, idxal vergisinin artırılması birinci növbədə istehlakçılara ziyan vurur.



Xarici tiracət əlaqələri olmadıqda, daxili bazarda hər hansı bir əmtəənin tarazlıq qiyməti (P) ilə miqdarı (Q) bir-birinə uyğun gəlir. Bu əmtəənin dünya qiyməti daxili bazar qiymətindən aşağı və yuxarı ola bilər. Lakin azad ticarət variantında həmin əmtəənin daxili bazar qiy­məti dünya qiymətindən yüksək olmamalıdır. Bu zaman qiymətlər nis­bətən aşağı olduğu üçün daxili tələbat artır, yerli istehsalçıların təklifi azalır, çatışmayan məhsullar idxal olunan məhsulların hesabına ödə­nilir. Idxal vergisi tətbiq olunduqda qimytələr artır, yeni qiymətlər dünya qiymətləri üstəgəl idxal vergisi qədər olur. Qiymətlərin yüksəl­mə­si isə tələbin və idxal olunan məhsulların azalmasına, daxildə məhsul istehsalının artmasına səbəb olur.

Beləliklə, idxal vergisi tətbiq olunduqda yerli istehsalçılar öz əmtəələrini daha yüksək qiymətə və daha çox sata bilərlər. Bu zaman təbiidir ki, istehlakçılar idxal məhsullarını ixtisar etmək və daha baha olan yerli məhsul-ları satın almaq məcburiyyətində qalırlar.

Bu vəziyyət isə ehtiyatlardan istifadənin səmərəliliyi-nin azal­masına gətirib çıxarır. Çünki əmtəələrin daha yük-sək qiymətlərlə satıl­ması onları daha çox xərclə istehsal et-məyə səbəb olur. Başqa sözlə, resurs­ların az səmərə verən sahələrə getməsi prosesi baş verir.

Lakin istehsalçıların mənafelərinin təşkilati cəhətdən qorunub saxlanması istehlakçıların mənafelərinin qorunub saxlanmasına nisbə­tən daha asan və sərfəlidir. Çünki tarif-lərdən dövlətin müəyyən məb­ləğdə gəliri olur.

Bundan başqa, gömrük vergisi və rüsumu yüksək müəyyən olun­duqda idxal olunan və yerli istehsalçıların isti-fadə etdikləri xam­mal­ların, materialların, avadanlıqların qiymətləri yüksəldiyinə görə, on­ların istehsal xərcləri və deməli, məhsulların qiymətləri də artır, nəticə isə ondan iba-rət olur ki, istehsalın həcmi azalır. Bu zaman vergilərdən daxi­lolmaların azalmasından dövlətə dəyən "zərər" idxal vergi və rü­sum­larından gələn gəlirlərdən çox olur. Bütün bunlar onu göstərir ki, gömrük vergi və rüsumlarından isti-fadə edilməsi mexanizmi də ölçülüb-biçilmiş parametrlər əsasında fəaliyyət göstərməlidir.

Beləliklə, tariflərin himayədarlıq xarakteri daşıma-sından da­nışarkən qarşıya qoyulan məqsəd nəzərə alınma-lıdır. Bundan isə o vaxt istifadə olunur ki, dövlət göm­rük vergi və rüsumlarını artırmaqla, həm də idxal olunan məh-sulların daxili (milli) qiymətlərini artırır, onun rəqabət qabi-liyyətini azaldır və deməli, daxili (milli) bazarı müdafiə edir.



Fiskal rüsumların məqsədi başlıca olaraq dövlət büdcəsini vergilər hesabına daxilolmalarla təmin etməkdir. Bu vəzifəni adətən, həmin ölkədə istehsal edilməyən əmtəələrə qoyulan vergilər yerinə ye­tirir. Lakin bu vergilər bir o qədər də yüksək olmur.

Tutulma formalarına görə vergilərin aşağıdakı növ-ləri var: 1) Ad­­valer vergilər; 2) Xüsusi vergilər; 3) Qarışıq vergilər.

Advaler vergilərin mahiyyəti ondan ibarətdir ki, o, əmtəənin qiymətindən faizlə (məsələn, soyuducunun qiymə-tinin 15%-i qədər) tu­tu­lur. Xüsusi vergilər əmtəənin həcmin-dən, çəkisindən və ya miqda­rından müəyyən pul məbləği şəklində (məsələn, metalın hər tonundan 15 dollar) tutulur. Qarışıq vergilər eyni zamanda həm advaler, həm də xü­susi vergilər formasında tutula bilər.

Gömrük tarifləri bir qayda olaraq milli səviyyədə müəyyən edi­lir. Lakin o, müəyyən ticarət–iqtisadi qruplarda birləşmiş ölkələr üçün də ümumi ola bilər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələr vahid xa­rici gömrük tarifləri və vahid gömrük sərhədlərinə malikdirlər. Av­ro­pa Ittifaqında gömrük rüsumuna onun aşağıdakı növləri daxildir: 1) ən yüksək gömrük rüsumu; 2) ən aşağı gömrük rüsumu; 3) Gü­zəşt­li gömrük rüsumu.

Ən yüksək gömrük rüsumlarından ticarət sazişləri bağlan­mamış ölkələrlə aparılan ticarətdə istifadə olunur. Ən aşağı gömrük rü­sum­ları adətən ticarət müqavilələri olan ölkələrlə aparılan sövdələş­mələrdə tətbiq edilir. Güzəştli gömrük rüsumlarından isə bir qayda ola­raq əmtəələr inkişaf etməkdə olan ölkələrdən idxal olunduqda istifadə edilir. BMT çərçivəsində güzəştlərin ümumi sistemi fəaliyyət göstərir. Başqa sözlə, inkişaf etmiş ölkələr, inkişaf etməkdə olan ölkələrdən gə­ti­rilən məhsullar üçün güzəştli gömrük rüsumu qoyurlar.

Ikinci dünya müharibəsindən sonrakı dövrdə ölkələr arasında xarici ticarət əlaqələri əsas etibarilə gömrük rüsum-larının qarşılıqlı su­rətdə azaldılması yolu ilə tənzimlənməyə başlanmışdır. Bu, başlıca ola­raq beynəlxalq ticarətin tənzimlənməsində özünü göstərirdi. Mə­sələn, gömrük rüsumunun səviyyəsi QATT çərçivəsində keçirilən bütün raund­ların müzakirə obyekti olmuşdur. Bu, keçən dövr ərzində gömrük rüsumlarının səviyyəsinin 75% aşağı salınmasına imkan vermişdir. Ha­zırda tarif dərəcələrinin orta səviyyəsi inkişaf etmiş ölkələrdə 6%-ə, in­kişaf etməkdə olan ölkələrdə isə 30-40%-ə bərabərdir. Lakin ayrı-ayrı əmtəələr üzrə rüsumlar daha geniş həddə tərəddüd edə bilər.

Ticarətin liberallaşdırılmasında qeyri-tarif maneələri də az təhlükə törətmir. Qeyri-tarif maneələrinə xarici iqti-sadi fəaliyyətin bir­başa və ya dolayı yolla məhdudlaşdırıl-masının müxtəlif növ (2000-dən çox müxtəlif maneələr ol-duğu qeyd edilir) iqtisadi, siyasi, inzibati me­todları aiddir. Bunların içərisində ayrı-ayrı əmtəələr və ya əmtəə qrup­ları üzrə ixrac (idxal) kvotalarının müəyyən edilməsi xüsusi yer tutur. Idxal və ixrac müəyyən edilmiş kvota çərçivəsində səlahiyyətli orqan­ların verdikləri lisenziyalar əsasında həya-ta keçirilir.

Qeyri-tarif maneələrinə, həmçinin müəyyən növ xari-ci iqtisadi fəaliyyətin həyata keçirilməsi üzrə dövlət inhisa-rının, milli vergi sis­teminin, milli standartların və i.a. olması aiddir.

Dövlət tənzimləməsi kapitalın idxal və ixrac olunma-sına da şa­mil edilir. Dövlət bir tərəfdən, əlverişli investisiya mühitini təmin et­məli, digər tərəfdən isə özünün xüsusi mənafelərini müdafiə etməlidir. Məsələn, müştərək müəs-sisələrdə xarici kapitalın maksimum payının, xarici inves-torlar üçün sərfəli olan sahələrin siyahısının, idarəetmədə milli kadrların iştirakının, informasiyanın əlverişliliyinin və s. müəyyən edilməsi ilə, dövlət özünün bütün mənafelərini müdafiə edə bilər.

Dövlətin istifadə etdiyi xüsusi tədbirlər qrupuna, necə deyərlər fəal himayədarlıq, yaxud da ixracın stimullaş-dırılmasının müxtəlif for­maları aiddir. Bunların içərisində ixracın dövlət tərəfindən güzəştli şərt­lərlə kreditləşdirilməsi (faiz dərəcələrinin azaldılması və kreditin müd­dətinin uzadılması), ixrac kreditlərinin dövlət sığortasını, ixracın bir­başa subsidiyalaşdırılmasını və ixrac edənlər üçün müxtəlif vergi gü­zəştlərini xüsusi qeyd etmək lazımdır. Milli müəssisələrin məhsullarının ixrac edilməsinin, ticarət-iqtisadi informasiyaların əldə olunmasının, nəq­liyyat və informasiya infrastrukturunun inkişaf etdirilməsinin, yar-marka və sərgilərin təşkilinin müxtəlif formalarından isti-fadə olunur və s.

Ixracın stimullaşdırılması formalarına ticarət siyasə-tinin dem­pinq istiqaməti də aiddir. Bu, o deməkdir ki, ixrac olunan məhsullar hər hansı bir ölkənin bazarında daha aşa-ğı qiymətlə satılır. Doğrudur, dempinq siyasətindən isteh-lakçılar qazanırlar. Lakin oxşar məhsulları istehsal edən-lərin zərər çəkmələri dövləti dempinqə qarşı tədbirlər gör­məyə (məsələn, dempinq əleyhinə gömrük rüsumları tətbiq etməyə) məc­bur edir. Dempinq əleyhinə tədbirlərdən daxili bazarı xarici fir­maların rəqabətindən müdafiə vasitəsi kimi istifadə olunur.


Mövzu 14: Beynəlxalq valyuta münasibətləri.

( 2 saat)

Plan


1. Valyutanın mahiyyəti, milli və qünya valyuta sistemləri.

2. Valyuta məzənnəsi və onu müəyyən edən amillər.

3. Beynəlxalq maliyyə kredit sistemi.
1.Valyutanın mahiyyəti, milli və dünya valyuta sistemləri.
Valyuta sözü qiymət, dəyər mənasını verir və ölkənin pul va­hidi–manat, dollar, funt sterlinq və i.a.–deməkdir. Hər bir milli baza­rın özünün va-lyuta sistemi vardır.

Milli valyuta sistemi ölkənin pul sisteminin ayrılmaz tərkib hissəsidir. Lakin o, təkcə daxili pul tədavülünü deyil, həm də beynəlxalq hesablaşmalarla əlaqədar meydana çıxan münasibətləri əhatə edir. Milli valyuta sisteminin əsas ünsürləri aşağıdakılardır: 1) Milli valyuta vahi­di, 2) Valyuta məzənnəsi, 3) Valyutanın dönərliliyi şərtləri, 4) Valyuta və qı­zıl bazarları sistemləri, 5) Ölkənin istifadə etdiyi beynəl-xalq hesab­laşma qaydaları, 6) Ölkənin qızıl valyuta ehtiyat-larının tərkibi və idarə edil­məsi sistemi, 7) Ölkədə valyuta münasibətlərini tənzimləyən milli təsisat­ların statusu.

Milli valyuta sistemi beynəlxalq hüquq normaları nəzərə alın­maqla, milli qanunvericilik əsasında formalaşır. Bu sistemin xüsusiyyəti ölkə iqtisadiyyatının inkişaf səviyyəsi, onun xarici iqtisadi əlaqələri, qarşıya qoyulan sosial vəzifələrlə müəyyən edilir.

Beynəlxalq iqtisadi münasibətlər inkişaf etdikcə milli valyuta sis­temlərinin bazasında dünya valyuta sistemi əmələ gəlmişdir. Bu val­yuta sistemi dövlətlərarası razılaşmalarla təsbit olunan beynəlxalq val­yuta münasibətlərinin təşkili formasıdır. Onun əsas ünsürləri bunlardır: 1) Valyuta mə-zənnələrinin müəyyən edilməsi və qorunub saxlanması me-xanizmi; 2) Beynəlxalq tədiyələrin tarazlaşdırılması qaydası; 3) Val­yu­taların dönərlilik şərtləri; 4) Beynəlxalq valyuta və qızıl bazarlarında istifadə olunan qaydalar; 5) Valyuta münasibətlərini tənzimləyən döv­lət­lərarası təsisatlar.

Bazar iqtisadiyyatı şəraitində pul vəsaitinin bir ölkə-dən digər öl­kəyə hərəkəti, valyutaların dəyişdirilməsi və sa-tılması hər şeydən əv­vəl iri kommersiya bankları tərəfindən həyata keçirilir. Bu bankların müxtəlif ölkələrdə filialları, yaxud da başqa ölkələrin banklarında he­sabları olur. Müş-tərilər onların vasitəsilə ticarət və başqa xarici iqtisadi əmə-liyyatları həyata keçirməklə bir ölkənin banklarındakı hesablara pul qoymaq, lazım gəldikdə isə onu hər hansı bir valyuta ilə digər bir ölkənin banklarına köçürtdürmək imkanına malik olurlar.



Beynəlxalq valyuta bazarının başlıca iqtisadi vahid-ləri xaricə mal göndərənlər, xaricdən mal gətirənlər və dolayı aktivlərin sahib­ləridir. Valyuta bazarının bu "ilkin" sub-yektləri ilə yanaşı, "ikinci", "tö­rəmə" subyektləri də vardır. Bunlar kommersiya bankları, valyuta bro­kerləri və dilerlə-ridir. "Ikincilik", "törəmə" anlayışlrı şərtidir. Çünki ha­zır­da xarici valyuta bazarlarında bütün sövdələşmələrin 90%-ə qədəri ticarətlə əlaqədar deyildir. Valyuta ticarətinin böyük bir hissəsi mən­fəət əldə etmək məqsədilə həyata keçirilən adi birja oyunlarıdır. Burada val­yuta məzənnələri çox mühüm rol oynayır. Beynəlxalq valyuta baza­rı­nın ən iri mərkəzləri Londonda, Tokioda, Nyu-Yorkda, Frankfurtda və Brüssel-dədir.

Beynəlxalq pul tədavülü dairəsində başlıca subyekt-lərdən biri də hökumət orqanlarıdır. Bu, onunla əlaqədardır ki, dünya iqtisa­diy­yatında pul-kredit münasibətləri dövlətlə-rin milli mənafelərinə toxu­nur. Odur ki, bu münasibətlərin təkamülü gedişində, onları tənzimləyən və milli mənafelərə uyğun gələn qanun və qaydalar işlənib hazırlanır.



Dünya valyuta sistemi sənaye inqilabından və dünya təsərrüfat sistemi yarandıqdan sonra meydana gəlmiş və öz inkişafında aşağıdakı mərhələlərdən keçmişdir; 1) XIX əsrdə–yarandığı vaxtdan ikinci dün­ya müharibəsinədək olan dövr; 2) Ikinci dünya müharibəsinin gedişində–1944-cü ildə Bretton-Vudse (ABŞ) konfransında dünya valyuta sistemi-nin hüquqi cəhətdən rəsmləşdirildiyi vaxtdan XX əsrin 70-ci illərinin ortalarınadək olan dövr; 3) XX əsrin 70-ci illərinin ortaların­dan meydana gəlmiş və hazırda mövcud olan val-yuta sistemi.

Dünya valyuta sistemi öz inkişafının ilk iki mərhə-ləsində qızıl (qızıl sikkə) standartına əsaslanmışdır.

Pul tədavülü və beynəlxalq hesablaşmaların bu qay-dada təşkili pulun vəzifəsinin qızılda təsbit olunmasını və milli pul vahidinin qızıl məz­mununun müəyyən edilməsini nəzərdə tuturdu. Bu, qızılın rəsmi qiyməti hesab olunurdu. Tədavülə qızıl sikkələr buraxılmışdı və onlar tədiyə vasitəsi hesab edilirdi. Mərkəzi banklar kağız pulları (bank­notla­rı, xəzinə biletlərini və başqa pul nişanlarını) nominal dəyərlə qızıla dəyişməyə borclu idilər. Qızılın istənilən şəkildə ölkəyə gətirilməsi və öl­kə­dən aparılmasına icazə verilirdi.

Qızıl standartı özünün klassik formasında XIX əsrin əvvəllə­rində meydana gəlmiş, əsrin axırlarında isə demək olar ki, sənayecə inkişaf etmiş ölkələrin hamısında mövcud olmuşdur.

Qızıl standartı şəraitində tədiyə balansının tənzim-lənməsi əsas etibarilə kortəbii surətdə, xüsusi kanallar vasi-təsilə qızılın bir ölkədən digərinə aparılması yolu ilə həyata keçirilmişdir. Bu dövrdə beynəlxalq hesablaşmaların aparıl-masında, əslində dövlət iştirak etmir, rəsmi qızıl ehtiyatları isə tədiyə balansının tarazlaşdırılmasında başlıca "tənzim­lə-yici" rolunu oynayırdı.

Lakin sonralar qızıl standartın ləğv olunması üçün obyektiv əsaslar yaranmağa başladı. Bu, beynəlxalq miqyasda kapitalın hərə­kə­tinin genişlənməsi, kredit və nəqd olmayan hesablaşmaların üstün­lüyə malik olduğu dövrdə daxili tədiyə mexanizminin təkamülü nəticəsində baş verirdi. Bunun təsiri ilə tədiyə balansı qalığının ödənilməsi mexa­niz­mində keyfiyyət dəyişiklikləri əmələ gəldi. Beynəlxalq hesablaş­mala­rı tarazlaşdırmaq üçün dövlət orqanlarının sərəncamında olan iqtisadi vasitələr xeyli genişləndi. Valyutanın devalvasiyası, yaxud da revalva­si­yası yolu ilə onun məzənnəsindən hiyləgərlik məqsədilə is­tifadə edil­mə­si, əmtəələrin, xidmətlərin və kapitalın hərəkətini tən­zimləmək üçün inflyasiya və ya deflyasiya siyasətinin yeridilməsi, uçot (faiz) dərəcələ­ri­nin dəyişdirilməsi, beynəlxalq borc və kre-ditlərdən isti­fadə olunması və nəhayət xarici borcların restrukturizasiyası–bütün bunlar alınmış bor­cun və kredit-lərin ödənilmə müddətinin vaxtaşırı uzadılmasına və nəticə­də tədiyə balansını müvəqqəti olsa da tarzlaş­dırmağa və qızıl ehti­yat­ları hesabına onun mənfi qalığını qeyri-müəy­yən müddətə aradan qal­dır­mağa imkan verdi.

Beləliklə, qızıl standartı sisteminin daha səmərəli sis-temlə əvəz edilməsi üçün obyektiv şərait hazırlanmış oldu. Buna dünya iqtisa­diy­yatında və iki dünya müharibəsi ara-sındakı dövrdə siyasi və iqtisadi qeyri-sabitlik də təkan verdi.

Beynəlxalq valyuta sisteminin yenidən təşkili planı ikinci dün­ya müharibəsi illərində hazırlanmış, onun yeni mexanizminin fəaliyyət prinsipləri isə 1944-cü ildə Bretton-Vudsedə (ABŞ) keçirilmiş valyuta-maliyyə konfransda müəyyən edilmişdir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə