FəNN: makroiQTİsadiyyat



Yüklə 1,2 Mb.
səhifə16/17
tarix14.10.2017
ölçüsü1,2 Mb.
#4690
1   ...   9   10   11   12   13   14   15   16   17

Faiz dərəcəsinin dəyişməsi xeyli dərəcədə dövlətin pul-kredit siyasətindən və ölkənin mərkəzi bankının valyuta məzənnəsinin tən­zim­lənməsi sahəsində necə fəaliyyət göstər-məsindən asılıdır.

Pul-kredit siyasəti sərtləşdirildikdə tədavüldə olan pul kütləsi aza­lır və deməli valyuta bazarında milli valyuta üzrə təklif nisbi mə­na­da aşağı düşür ki, bu da onun məzən-nəsinin yüksəlməsinə gətirib çı­xa­rır. Pul-kredit siyasətinin "yumşaldılması" isə milli valyutanın məzən­nəsinin aşağı düşməsinə səbəb olur. Vergi siyasətinin sərtləşdirilməsi də milli valyutanın məzənnəsinin aşağı düşməsi səbəblərindən biridir. Val­yuta siyasətinin ən mühüm vasitələrindən biri də rəsmi orqanların, bi­rinci növbədə mərkəzi bankın, valyuta məzənnələrinin tənzim­lən­məsinə müdaxilə etməsidir.

Nəzərdən keçirilənləri ümumiləşdirərək müxtəlif amillərin təsiri ilə valyuta məzənnələrinin dəyişməsinin ümumi qaynunauyğunluğunu aşağıdakı düsturla ifadə etmək olar:

r = (M1 : M2) ∙ (N1 : N2) ∙ (I1-I2) ∙ (P1-P2) ∙ T


Burada: “r”–milli valyutanın məzənnəsi, M1–həmin ölkədə olan pul kütləsi, M2 –hər hansı başqa bir ölkədə olan pul kütləsi, N1 – həmin ölkənin ÜMM-i, N2 – hər hansı baş-qa bir ölkənin ÜMM-i, I1 və I2 – müvafiq olaraq faiz dərəcə-ləri, P1 və P2–inflyasiyaların sürəti, T–ti­carət balansı demək-dir. Bu düstura əsasən aşağıdakı qanunauy­ğun­lu­ğu aşkara çıxarmaq olar: "x" ölkəsində pul kütləsi (M1), ÜMM (N1), inflyasiyanın gözlənilən sürəti (P1) artıqda, faiz dərəcəsi (I1) aşağı düş­dükdə, "y" ölkəsində isə əksinə, pul kütləsi (M2), ÜMM (N2), inflya­siya­nın gözlənilən sürəti (P2) azaldıqda və faiz dərəcəsi (I2) artdıqda, "x" öl­kəsinin milli valyutasına (r) nisbətən "y" ölkəsinin valyutasının mə­zən­­nəsi yüksəlir və bütün bunların nəticəsində "x" ölkəsinin ticarət ba­lansı (T) pisləşir.
3. Beynəlxalq maliyyə-kredit sistemi.
Ölkələr arasında iqtisadi münasibətlər ya birbaşa, yaxud da müxtəlif beynəlxalq iqtisadi təşkilatların vasitəsilə tənzimlənir. Belə təsisatlar hər şeydən əvvəl maliyyə-kredit sahəsində fəaliyyət göstərirlər. Bunlara beynəlxalq Valyuta Fondunu (BVF), Beynəlxalq Yenidən­qur­ma və Inkişaf Bankını (BYIB), Beynəlxalq Hesablaşmalar Bankını (BHB), Avropa Yenidənqurma və Inkişaf Bankını (AYIB) misal gös­tərmək olar. BVF ən iri beynəlxalq iqtisadi təşki-latlardan,dünya val­yuta sistemini tənzimləyən mərkəzi orqanlardan biridir. BVF 1944-cü ildə ABŞ-ın Bretton-Vudse şəhərində beynəlxalq valyuta-maliyyə kon­fransında yaradılmışdır. BVF ölkələr arasında valyuta sahəsində müna­sibətlərin əsas, ən ümumi qaydalarını müəyyən edir və BMT-nin ixti­saslaşdırılmış müəssisəsi statusuna malikdir. Onun əsas vəzifələri val­yuta problemləri üzrə hökumətlər-arası məsləhətləşmələr aparmaq və əməkdaşlığın daimi mexanizmini təmin etməkdən, valyuta məzən­nələrini sabit-ləşdirmək və pul vahidlərinin rəqabətdə qiymətdən düş­məsi-nin qarşısını almaqdan, fondun üzvü olan ölkələr arasında cari əmə­liyyatlar üzrə çoxtərəfli ödənişlər sistemini müəyyən və xarici iqtisadi mübadilənin maneəsiz inkişafını təmin etmək məqsədi ilə valyuta məhdudiyyətlərini aradan qaldır-maqdan, tədiyə balansındakı çatışmazlığı tənzimləmək üçün kredit verməkdən, lazım gəldikdə bey­nəlxalq miqyasda satı-la bilən şeylərin yerini doldurmaq məqsidilə süni ehtiyat aktivləri – SDR yaratmaqdan ibarətdir.

BVF 1970-ci ildən başlayaraq beynəlxalq tədiyə və ehtiyat ak­tiv­ləri buraxır. Beynəlxalq hesablaşma vahidi və dünya kredit pul­ları­nın bir növü olan SDR-in yaradılma-sının əsas səbəbi milli valyu­taların qeyri-sabitliyi olmuşdur.

Dünya valyuta sisteminin qeyri-sabitliyi valyuta tən-zim­ləmə­lə­ri­nin regional səviyyədə razılaşdırılmasına gətirib çıxarmışdır. Belə ki, 1979-cu ildə valyuta məzənnələrini sabitləşdirmək məqsədilə Avropa Iqtisadi Birliyinə daxil olan ölkələrdə Avropa Valyuta Sistemi (AVS) və Avropa Valyuta Vahidi olan EKYÜ yaradılmışdır. EKYÜ-dən "Ümu­mi bazara" daxil olan ölkələrin firmaları arasında aparılan əməliyyat­larda istifadə edilir. AVS-ə daxil olan ölkələrin valyutaları bir-biri ilə sıx surətdə bağlıdır və mə-zənnələrə görə fərqlənirlər. Milli valyutaların məzənnələri EKYÜ ətrafında 2,25% həddində tərəddüd edə bilər.

Beynəlxalq hesablaşma vahidlərinin (SDR, EKYÜ) meydana gəlməsi dünya birliyinə daxil olan milli təsərrü-fatların bir-biri ilə qay­nayıb – qarışdıqlarını göstərir.

Ən nüfuzlu beynəlxalq iqtisadi təşkilatlardan biri də BYIB-dir. Bank BMT-nin ixtisaslaşdırılmış müəssisəsidir. Bretton-Vudse kon­fran­sının qərarı ilə BVF ilə eyni vaxtda - 1944-cü ildə yaradılmış, lakin 1946-cı ildə fəaliyyətə başla-mışdır. BYIB iki filialdan–Beynəlxalq Ma­liyyə Korporasi-yası (BMK) və Beynəlxalq Inkişaf Assosiasiyası (BIA) iba-rətdir. Bunların üçü bir yerdə Dünya Bankını əmələ gətirir.



Yalnız BVF-nin üzvü olan ölkələr BYIB-nin üzvü ola bilərlər. Bu iqtisadi təşkilatı yaratmaqda məqsəd onun Ikin-ci dünya müha­ri­bəsində zərər çəkmiş üzvlərinin iqtisadiy-yatlarını bərpa və inkişaf etdir­məkdən ibarət olmuşdur. Əvvəlcə təsərrüfatı müharibədə dağılmış Qər­bi Avropa ölkələrini dirçəltmək üçün kapitalist dövlətlərinin və xüsusi sahibkarların büdcə vəsaitləri səfərbərliyə alınmışdır. Qarşı-ya qoyulan vəzifələr 50-ci illərin ortalarınadək əsas etibarilə yerinə ye­ti­rildiyinə gö­rə BYIB inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı, in­fra­struk­tur, tikinti və sənaye sahələrində "inkişaf layihələrinin" maliy­yələş­di­ril­məsi üzrə ixtisaslaşmağa başlamışdır. BYIB-in filiallarının–BMK və BIA–spesifikası ondan ibarətdir ki, BMK hər şeydən əvvəl in­kişaf etməkdə olan ölkələrdə xüsusi bölməni maliyyələş-dirir. BIA isə zəif in­kişaf etmiş ölkələrə güzəştli şərtlərlə, bəzi hallarda, hətta faizsiz kredit verir.

Bundan başqa, dövlətin hakimiyyət orqanları kredi-tin və ona uyğun faiz məbləğinin ödənilməsini öz öhdəsinə götürdükdə BYIB ayrı-ayrı xüsusi, yaxud da dövlət müəssi-sələrinə kredit verir. Lakin bu za­man kredit almaq istəyən müəssisələr ən əlverişli şərtlərlə vəsait əldə etməyin digər mənbələrinin olmadığını sübuta yetirməlidirlər.

BYIB hər hansı bir ölkəyə kredit verilməsi məsələsini həll edər­kən, onun iqtisadi və maliyyə imkanlarının tükən-məsinə dair mə­lumat tələb edir, bunun doğruluğunu yəqin etmək və tövsiyələr hazır­lamaq məqsədilə oraya ekspert-lərdən ibarət nümayəndə heyəti gön­dərilir. Bu tövsiyələrdə bir qayda olaraq kredit verilən ölkələrdə iqti­sadiyyatın xü­susi mülkiyyətlə əlaqədar bölməsinin inkişaf etdirilməsi və onun iqtisa­diyyatına xarici kapitalın gəlməsi üçün əlverişli şəraitin ya­ra­dılmasına üs­tünlük verilir. Bu şərtlər kreditə ehtiyacı olan ölkə tərə­findən qəbul edil­mədikdə borc veril-məyə bilər. Bəzi hallarda kredit verilməsindən siyasi təsəv-vürlərə görə də imtina edilir. Məsələn, keçən əsrin 70-ci illə­ri­nin əvvəllərində Çilidə hakimiyyətə Xalq Cəbhəsinin nü-mayəndələri gəldikdə belə olmuşdur.

XX əsrin 80-ci illərində bankın fəaliyyətində özünü göstərən başlıca cəhət ondan ibarət olmuşdur ki, o, obyekt-ləri və layihələri ma­liyyələşdirməkdə davam etməklə borc alan ölkənin yerləşdiyi iqtisadi siyasət dairəsinə daha çox nüfuz etməyə başlamışdır. Belə ki, bank hə­min ölkənin iqti-sadi siyasətinin işlənib hazırlanmasında bir növ ekspert və-zifəsini yerinə yetirir, sənaye və kənd təsərrüfatı məhsulları üçün qiy­mət islahatının, gömrük siyasətinin hazırlanmasın-da, xarici ticarətin isti­qamətlərinin müəyyən olunmasında iştirak edir. Bank "struktur tən­zimləmələri", yəni iqtisadiy-yatın tamamilə yenidən qurulması proq­ram­larının həyata keçirilməsi üçün daha çox kredit verir.



Valyuta-maliyyə sahəsində fəal əməkdaşlıq edən hökumət­lərarası təşkilatlar içərisində Iqtisadi Əməkdaşlıq və Inkişaf Təşkilatını (IƏIT) xüsusi qeyd etmək lazımdır. Sənayecə inkişaf etmiş ölkələrin de­mək olar ki, hamısı bu təşkilata daxildir. O, təşkilatın üzvü olan ölkə­lərin iqtisadi inkişafındakı meylləri, iqtisadiyyat sahəsində daxili fəa­liy­yətlərin digər ölkələrin tədiyə balansına təsirini aşkara çıxarmalıdır. Bu təşkilatın hazırladığı proqnozlara əsasən makroiqtisdi siyasət sa­həsində tədbirlər müəyyənləşdirilir.

Beynəlxalq miqyasda fəaliyyət göstərən ən nüfuzlu banklardan biri də Beynəlxalq Hesablaşmalar Ban-kıdır (BHB).

Bu bank birinci dünya müharibəsi nəticəsində mey-dana çıxan borcların Almaniya tərəfindən ödənilməsini və onun tənzimlənməsini nə­zərdə tutan "Yunqa planını" həya-ta keçirmək üçün qabaqcıl ka­pi­ta­list ölkələri arasında 1930-cu ilin yanvar ayında bağlanmış HAAQA müqaviləsinə uyğun olaraq həmin ilin may ayında Bazeldə (Isveçrə) təsis edilmişdir. Lakin bank fəaliyyətə başladığı ilk gündən daha geniş beynəlxalq iqtisadi və siyasi vəzifələrin həll olunma-sına xüsusi diqqət yetirmişdir. Bu, birinci növbədə beynəl-xalq ticarətin sürətlə artmasına, onun nizama salınmasına, ölkələr arasında valyuta münasibətlərinin sa­bitləşdirilmə-sinə aiddir.

BHB heç bir subsidiyadan istifadə etmir, mənfəəti bank fəa­liyyətindən əldə edir və onu öz səhmdarları ara-sında dividend şəklində bölüşdürür. Bankın səhmdar təsisçi-ləri Belçika, Böyük Britaniya, Alma­niya, Italiya, Fransa və Yaponiyanın mərkəzi bankları, habelə ABŞ-ın üç ən iri xüsusi bankından ibarət konsorsium olmuşdur. BVF-də müşa­hidəçi statusuna malik olan bu bank dünya valyuta sisteminin təkamül prosesi ilə əlaqədar problemlərin həll olunmasında onunla fəal əmək­daşlıq edir.

Hazırda BHB demək olar ki, bütün Avropa dövlət-lərinin, Ka­na­da, Avstraliya, Yaponiyanın mərkəzi və ABŞ-ın bir qrup kom­mer­siya banklarını birləşdirir. 70-dən çox mərkəzi bank özlərinin eh­tiyat valyuta vəsaitlərini bu bankda saxlayırlar.

Yuxarıda adları çəkilən beynəlxalq iqtisadi təşkilat-lar Şərqi Avropa ölkələri və keçmiş SSRI məkanında mey-dana gəlmiş müstəqil dövlətlərdə valyuta-maliyyə sahəsin-dəki problemlərin həll olunmasında bu və ya digər dərəcədə iştirak edirlər. Bunu əlaqələndirmək üçün 1990-cı ildə Avro-pa Yenidənqurma və Inkişaf Bankı (AYIB) yaradılmışdır. Bankın fəaliyyəti müxtəlif proqram və layihələrin maliyyə-ləşdirilməsinə yönəldilmişdir.

Göründüyü kimi, dünyada bütün ölkələrin mənafelə-rilə az və ya çox dərəcədə əlaqəsi olan maliyyə-kredit sistemi mövcuddur və o, bir sıra kəskin problemlərin həll olunma-sında yaxından iştirak edir.

Mövzu 15: Qlobal iqtisadi problemlər.( 2 saat)

Plan

1. Qlobal iqtisadi problemlərin təsnifatı.

2. Qlobal iqtisadi problemlərin həll edilməsi yolları.

3. Qlobal iqtisadi problemlərin həll edilməsində elmi texniki tərəqqinin rolu.


1. Qlobal iqtisadi problemlərin təsnifatı.
Dövlətlərarası qarşılıqlı əlaqə və asılılıqların artdığı müasir dövrdə iqtisadi və sosial tərəqqi xeyli dərəcədə qlobal problemlərin həllindən asılıdır. Yaşadığımız indiki əsrdə bu problemlərin həll edil­məsinin bəşəriyyət üçün xüsusilə böyük əhəmiyyəti vardır. Qlobal prob­lemlərə nüvə müharibəsinin qarşısının alınması, inkişaf etməkdə olan ölkələrin iqtisadi geriliklərinin aradan qaldırılması; ətraf mühitin müha­fizəsi; ərzaq, xammal, energetika və demoq-rafiya problemləri, kosmo­sun və dünya okeanı sərvətlərin-dən dinc məqsədlər üçün istifadə olun­ması, təhlükəli xəstəliklərin kökünün kəsilməsi və s. daxildir.

Qlobal problemlər insan cəmiyyəti həyatının çox müxtəlif sahələrinə–dünya siyasəti və iqtisadiyyatı, dövlət-lərarası və millətlə­ra­ra­sı münasibətlər, insanların yaşaması üçün zəruri olan şərtlər, kütləvi şüurluluq və i.a.–nüfuz edir. Bunlar çox vacib, mürəkkəb və kəskin mə­sələlər olduqlarına görə daim siyasi və ictimai xadimlərin, sosio­loqların, hü-quqşünas və coğrafiyaşünasların, tibb işçilərinin, fiziklərin və digər peşə sahiblərinin diqqətini cəlb edir. Lakin qeyd etmək la­zımdır ki, bu problemlərin də xalis siyasi-iqtisadi aspektləri vardır. Başqa sözlə, onların, təkrar istehsalın st-rukturuna, iqtisadi proseslərin dina­mikasına, idarəetmənin səmərəli forma və metodlarının axtarılıb ta­pılmasına təsiri ilə əlaqədar cəhətləri olduğu üçün iqtisadi nəzəriyyə kürsün bu məsələləri də öyrənir.

Qlobal problemlər nə qədər müxtəlif və daxili zid-diyyətlərə ma­lik olsalar da onları birləşdirən bir sıra ümumi cəhətlər də vardır. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, dünyəvi problemlərin hər birinin ayrı­lıqda və hamısının birlikdə bəşəriyyət üçün çox böyük əhəmiyyəti var və onla-rın həll edilməsinin ləngidilməsi yer kürəsində insan cəmiy-yətinin məhv olması ilə nəticələnə bilər. Bunlar ölkələrin öz araların­da­kı əlaqə­lə­rin siyasi, iqtisadi, elmi-texniki və başqa aspektlərinin qarşı­lıqlı asılılıq­da olmaları ilə səciyyələnir. Bundan başqa, ümumbəşəri prob­lemlərdə yer kürəsində dünya təsərrüfat əlaqələrinin dərinləşməsi və mürəkkəb­ləş­məsi, digər ictimai proseslərin benəlmiləlləşməsi öz ək­sini tapır.

Qlobal problemlərin öz aralarında da sıx əlaqə vardır. Bunların həll edilməsinin başlıca vasitəsi isə tərksi-lahdır. Tərksilah dedikdə, mü­haribəaparma vasitələrinin tamamilə məhv edilməsi, yaxud da əhəmiy­yətli dərəcədə məhdudlaşdırılması, dünya nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması üçün əlverişli şərait yaradılmasına yönəldilmiş təd­birlər sistemi nəzərdə tutulur. Deməli, tərksilah, bəşəriyyəti nüvə qır­ğınından xilas etməklə, müxtəlif sahələrdə əlverişli və sağlam mühit yaradır, ümumbəşəri vəzifələrin, o cümlədən inkişaf etməkdə olan ölkə­lərə kömək göstərilməsi vəzifəsinin yerinə yetirilməsi üçün böyük məb­ləğdə vəsaitin sərbəstləşməsinə imkan verir.


2. Qlobal problemlərin həll edilməsi yolları.
Qlobal problemlərin həlli olduqca mürəkkəbdir. Odur ki, bu nəinki müxtəlif ölkələrin səylərinin əlaqələndiril-məsini, həm də onların həll olunmasına yanaşılmasında mövqelərin ümumiliyini tələb edir.

Beləliklə, qlobal problemlər müasir dünyada özünün miqyasına və əhəmiyyətinə görə fərqlənən, iqtisadi inkişaf səviyyəsindən, coğrafi mövqeyindən asılı olmayaraq bütün ölkələrin xalqlarının həyati məna­feləri ilə əlaqədar olan, dünya birliyi ölkələrinin ümumi səyləri ilə həll edilə bilən xüsusi növ sosial hadisə və proseslərdən ibarətdir.

Qlobal problemləri xarakterinə və həll olunması üsullarına görə əsas etibarilə iki qrupa bölmək olar. Birinci qrupa "insan-cəmiyyət" sistemində meydana çıxan münasi-bətləri ifadə edən problemləri (əhalinin artması, yoxsulluğa, aclığa, xəstəliyə qarşı aparılan mübarizə; elmi-texniki inqi-lab şəraitində insanın özünün inkişafı və i.a.) ikinci qrupa isə "cəmiyyət-təbiət" sistemində meydana çıxan münasibət-ləri ifadə edən problemləri (ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar, ener­getika və i.a.) aid etmək olar. Bütün ümum-bəşəri problemlər komplek­sində əsas yeri canlı orqanizm-lərin ən yüksək pilləsi, ictimai-tarixi fəa­liyyət və mədəniyyə-tin subyekti olan insan və onun gələcəyi tutur.

Bütün bunlar göstərir ki, qlobal problemlərin həlli, onların miq­yası və kəskinliyi ayrı-ayrı ölkələrin hökumət-lərinin, siyasi partiya­la­rının və ictimai hərəkatların daha qətiyyətli fəaliyyət göstərmələrini tə­ləb edir. Üçüncü minil-likdə dövlətin və xalqın qarşılıqlı əlaqələri bir məqsədə – bəşəriyyətin hər cür bəlalardan xilas olmasına yönəldil­mə­li­dir. Dünyəvi problemlərin həll edilməsi üçün bütün ölkələr səy­lərini bir­ləşdirməlidirlər. Bu sahədə BMT çox iş görmüş-dür və daha çox iş görə bilər. BMT ümumbəşəri problemləri geniş müzakirə etməyə, onla­rın həll edilməsinin uzun-müddətli strategiyasını işləyib hazır­lama­ğa, bütün ölkələrin mənafelərinin bərabərliyini təmin etməyə, ehtiyat­lara olan tələbatı aşkara çıxarmağa imkan verən hərtərəfli hökumət­lə­rarası mexanizmdir.

Beynəlxalq əməkdaşlığın genişləndirilməsi və səmərə-li məcraya salınmasında milli və beynəlxalq səviyyələrdə fəaliyyət göstərən və sül­hün təmin olunması uğrunda ümum-dünya hərəkatında iştirak edən bir sıra nüfuzlu təşkilatların da böyük rolu vardır. Belə təşkilatlara sülhü mü­dafiə komi-tələrini, BMT-nin Avropa iqtisadi komissiyasını, ekoloji mü­hitin qorunması uğrunda mübarizə aparan yaşıllar hərəkatını, Avropa­da Təhlükəsizlik və Əməkdaşlıq təşkila-tını, Avropa Iqtisadi Birliyini, Islam Konfransı Təşkilatını və s. misal göstərmək olar.

Məlum olduğu kimi, hərbi məqsədlər üçün ayrılan vəsaitin art­ması meyli iqtisadi və sosial problemlərin kəskin-ləşməsinə doğru apa­rır. Bü isə xalqın həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur. Ümu­miyyətlə, iqtisadiyyatın hərbiləşdirilməsi bəşəriyyət üçün böyük fəlakət­lərə səbəb ola bilər. Son illərdə kütləvi qırğın silahlarının azaldılması və məhv edilməsi bu problemin müsbət həlli üçün geniş imkanlar açmışdır. Vaxtilə böyük hərbi potensiala malik olan ölkələrdə indi hərbi müəssi­sələrin konversiyası prosesi -gedir. Bu o deməkdir ki, maliyyə, əmək və maddi ehtiyatla-rın mülki və hərbi sahələr arasında bölünməsindəki nisbətdə birincinin xeyrinə dəyişikliklər baş verir. Daha doğrusu, bu, bir zamanlar hərbi silah və sürsat istehsal edən müəssisələrin inves-tisiya əmtəə­ləri və geniş xalq istehlakı məhsulları buraxan müəs­sisələrə çevrilməsi prosesidir. Və bu həm investisiya əmtəələri, həm də xalq istehlakı mal­ları istehsalını artırmağa imkan verir.



"Insan–cəmiyyət–təbiət" sistemində qlobal problem-lər xü­su­si yer tutur. Ona görə ki, bu sistemlə bağlı prob-lemlər təkrar isteh­sa­lın quruluşu və mexanizminə təsir göstərir, onun keyfiyyətcə yeni eko­loji – iqtisadi simasını formalaşdırır. Belə prolbemlərdən biri müasir dünyanın əhatə etdiyi çox geniş ərazidə yoxsulluğun, aclığın, müxtəlif növ xəstəliklərin, işsizliyin, savadsızlığın ləğv edilməsidir. Statistik mə­lumata görə hazırda yer kürəsində bir milyarddan çox adam daim aclıq içərisində yaşayır, planetin bir gündə (24 saatda) 35 min, bir dəqi­qədə isə 24 sakini acından ölür ki, bunların da 18 nəfəri 5 yaşınadək uşaq­lar­dır. Aclığın hökm sürdüyü əraziyə əsas etibarilə Cənub-Şərqi Asiya, Hin­distan, Afrika, Latin Amerikasının ekvato-ra yaxın hissəsi daxildir. Hindistan, Banqladeş, Mozambik, Uqanda, Çad və Somalidə vəziyyət daha acınacaqlıdır.

Inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi geriliyi-nin aradan qaldırılmasını demoqrafiya prosesləri mürək-kəbləşdirir. Çünki bu ölkə­lərdə əhalinin artım sürəti digər ölkələrə nisbətən yüksəkdir. Hesabla­ma­lara görə XXI əsrdə yer kürəsinin əhalisi 8-14 milyarda çatacaq və artımın 90%-i inkişaf etməkdə olan ölkələrin payına düşəcəkdir. Təbii­dir ki, əhalinin belə sürətlə artması həmin ölkələrdə mənzil tikintisi, tib­bi xidmət, ərzaq, enerji və s. olan tələbatın kəs-kin surətdə artmasına və bu problemlərin mürəkkəbləşmə-sinə səbəb olacaqdır.

Qlobal problemlər içərisində ətraf mühitin mühafizəsi də çox böyük əhəmiyyət kəsb edir.

Insanlar, özlərinin istehsal və idrak fəaliyyətlərində təbiəti də­yiş­­dirməklə yanaşı, cəmiyyəti və özlərini də dəyiş-dirirlər. Elmi-texniki tərəqqinin müasir mərhələsində təsər-rüfat fəaliyyətinin təsiri ilə təbii mühitin dəyişməsi elə bir səviyyəyə çatmışdır ki, bu, istər-istəməz insan orqanizminə, onun əmək məhsuldarlığına, dünyanın ayrı-ayrı iqtisadi rayonlarının inkişafına təsir göstərməyə başlamışdır. Hazırda yer kürəsi əhalisinin 1/3 hissəsindən çoxu təhlükəli və əlverişsiz təbii mühitdə ya­şayır. Bir sıra ərazilərdə ol-duqca təhlükəli və keçici xəstəliklər baş qal­dırır, bəşəriyyə-tin yarıya qədəri təminatlı su təchizatından məhrumdur, inkişaf etməkdə olan ölkələrin əhalisinin 85%-i heç bir sanitariya – gi­gi­yena şəraitinə uyğun gəlməyən mənzillərdə yaşayırlar. Bu ölkələrdə bü­tün xəstəliklərin 3/4 hissəsinin baş verməsi və hər iki nəfərdən birinin ölməsi səbəbləri bunlarla izah edilir.

XX əsrin 50-ci illərinin əvvəllərindən başlayaraq, istehsalın miqyasının artması ilə əlaqədar olaraq hava və su hövzəsinin kütləvi surətdə çirklənməsi prosesi gedir. Hava təbəqəsində kükürd 4 oksid, azot 4 oksid, karbon 4 oksid və başqa üzvi birləşmələr toplanır. Hava təbəqəsinin çirklən-məsi və "turş yağışların" yağması nəticəsində inkişaf etmiş ölkələrdə 30 milyon hektardan çox meşəliyə ziyan dəymiş-dir. Ha­zırda çox geniş ərazidə külli miqdarda tullantı yığılıb qalır, hər il 6 mil­yon hektar torpaq sahəsi səhraya çevrilir, 300 min kv. kilometrdən çox meşəlik qırılır. Bütün bunlar ayrı-ayrı ölkələrdə ekoloji mühiti korlayır, dünya miqya-sında təbii şəraitin pisləşməsinə səbəb olur.

Insanlar müxtəlif ölkələrdə yaşasalar və müxtəlif dil-də danış­salar da, bir-birilərindən dini etiqadlarına, ənənələ-rinə, müasir dünyada məna­felərinə, tarixlərinə, milliyyətlə-rinə və s. əlamətlərinə görə fərq­lənsələr də onların hamısının bir fəzası və bir kainatı var. Deməli, bu və ya digər ölkədə ekoloji bərabərliyin pozulmasının təzahürləri və nəticə­ləri ümumi xarakter dışıyır, bütün kainatın həyatın mövcud ol-duğu sahəsinə (biosfera), hava təbəqəsinə (atmosfer), yer üzündəki sulara (hidrosfera) və yer qabığına (litosfera) təsir göstərir.

Bütün bunlar ətraf mühitin birgə səylə mühafizə olunması sa­hə­sində elmi, texniki, istehsal və s. vəzifələrin həyata keçirilməsinə dair beynəlxalq konsepsiya və proq-ramlar işlənib hazırlanmasını zəruri edir. Mübaliğəsiz de-mək olar ki, bunların içərisində birinci yeri ekologiyanın qorunmasının iqtisadi aspektləri tutur. Hava və su hövzələ-rinin təmiz­liyinin standartlara uyğun surətdə qorunub saxlanması ilə əlaqədar təd­birlər, bütün növlərdən olan təmizləyici qurğuların inşa olunması, müa­sir texnoloji pro-seslərin təhlükəsizliyi və bütövlükdə təbiəti mühafizə fəa­liyyətinin təmin olunmasını tələb edir. Lakin ekspertlərin hesabla­ma­larına görə dünyada ətraf mühitin mühafizəsi ilə əlaqədar olaraq sərf edi­lən xərclərin ümumi məbləği, ekoloji vəziyyətin əvvəlcə sabitləş­di­rilməsi, sonra isə yaxşılaşdırıl-ması üçün zəruri olan xərclərdən təqribən 2,5 dəfə azdır.



Bu məqsədlə aşağıdakı işlərin görülməsi vacibdir: 1) Hər bir öl­kə müvafiq elmi-tədqiqatlar və "ekoloji büdcəyə" dair beynəlxalq razı­laş­malar əsasında qlobal ekoloji prob-lemlərin həllinə öz töhfəsini ver­məli, birinci növbədə ehtiyat-lara qənaət etmək və tullantısız texnolo­gi­ya­dan istifadə etməli, əhalinin təsərrüfat fəaliy­yəti üzərində ekoloji nə­za­rəti gücləndirməlidir; 2) Insanla təbiət ara­sındakı qarşılıqlı əlaqənin "münaqişəli" xarakteri onda təzahür edir ki, onun malik olduğu ehti­yat­lar iqtisadi və demoqrafik artım üçün nəinki imkan yaradır, həm də ilkin şərait hazırlayır. Indi artımın iqtisadi hüdudları real həqiqətə çev­ril­mişdir. Çünki bu artım artıq təkrar isteh­salı mümkün olmayan (neft, qaz, dəmir filizi və s.) xammal və enerji ehtiyatlarından daha çox isti­fadə edilməsi hesabına təmin oluna bilməz. Bu isə təbii ehtiyatlardan istifadə edilməsinə yeni, mütərəqqi metodla yanaşılmasını tələb edir; 3) Bəşəriyyətin qarşısında yeni texnoloji mədə­niyyət formalaşdırmaq vəzi­fə­si durur ki, bu da öz mahiyyətinə görə ekologiyanın qorunmasına xid­mət etməlidir. Burada tullantısız texno­lo­giyanın köməyilə istehsalla təbiət arasındakı "antaqonizmi" yum­şaltaq, sonra isə ləğv etmək və tə­bii ehtiyatlardan səmərəli istifadə et­mək olar. Tullantının olması la­büd deyildir, bu yalnız texno-logiyanın təkmil olmamasının nəticəsidir. Hər bir texno-logiyanın tarixcəsini iz­lədikdə məlum olur ki, onun tətbiqi za­manı meydana çıxan tullantılar gec və ya tez yeni texnoloji pro­ses­lərdə qiymətli ilkin materiallara çev­rilir. Aydındır ki, bu cür texno­logi­yanın tətbiqi ilk dövrlərdə əlavə xərc tələb edir və bunlar sonradan ödə­nilir. Lakin yeni texnologiya olduqca vacibdir və onun tətbiqinə xüsusi diq­qət yetirilməlidir.

Bəşər sivilizasiyasının daha da inkişaf etməsi və isteh­salın art­ması enerji və xammal problemindən daha çox asılı olur. Onun kəs­kinləşməsi təkcə təbii ehtiyatların fiziki cəhətdən məhdud olması ilə deyil, həm də onların mənim-sənilməsində istifadə olunan texniki və iq­ti­sadi şəraitdə baş verən dəyişikliklərlə əlaqədardır. Lakin qlobal prob­lem-lərin iqtisadi aspektləri təkcə son onilliklər ərzində təkrar istehsalı mümkün olmayan faydalı qazıntılardan, xüsusilə də ənənəvi ener­ji ehtiyatlarından geniş miqyasda istifadə olunması ilə əlaqədar deyildir. Həmçinin yer kürəsində təbii ehtiyatların son dərəcə qeyri-bə­rabər yerləşməsi ilə məhdud-laşmır. Son dövrlərdə dünya bazarlarında qiy­mətlərdə, xüsusilə də neftin qiymətində baş verən dəyişikliklər neft is­tehsal edən ölkələrin bu çox qiymətli sərvətindən intensiv istifadə edil­məsinə səbəb olmuşdur.

Energetika problemi həm ekologiya, həm də inkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması ilə əlaqədardır. Hazırda hər nəfərə görə enerji istehlakı Afrika ölkələrinə nisbətən inkişaf etmiş ölkələrdə təqribən 80 dəfə çoxdur. Inkişaf etməkdə olan ölkələrdə hər nəfərə görə enerji istehlakını inkişaf etmiş ölkələrin səviyyəsinə çat­dır-maq üçün dünyada enerji istehsalını bir neçə dəfə artırmaq lazımdır. Bununla birlikdə inkişaf etmiş ölkələrin özlərinin də enerjiyə olan tələ­ba­tının artdığını nəzərə almaq gərəkdir. Bəşəriyyətin bol və ucuz enerji ilə təmin edilməsi vəzifəsi gələcəkdə bütün ölkələrin birgə səyi ilə geniş tədqiqat işləri aparılmasını, habelə yeni enerji mənbələrindən (günəş, geotermal sulardan, dəniz qabarmasından istifadə etməklə alı­nan enerji və s.) istifadə olunmasını zəruri edir.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə