FəNN: makroiQTİsadiyyat


Mövzu 11:İqtisadiyyatın dövlət tənzimlənməsi.( 2 saat)



Yüklə 1,2 Mb.
səhifə9/17
tarix14.10.2017
ölçüsü1,2 Mb.
#4690
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Mövzu 11:İqtisadiyyatın dövlət tənzimlənməsi.( 2 saat)

Plan

1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.

2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.

3. Dövlət tənzimlənməsinin obyektləri və subyektləri.

4. İqtisadiyyatın dövlət tənzimlənməsinin formaları və metodları.

1.Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin zəruriliyi.
Iqtisadiyyatda bazar münasibətlərinin formalaşma-sı sosial-iqtisadi proseslərin dövlətin tabeliyindən çıxarıl-masını nəzərdə tutur. Lakin bu o, demək deyildir ki, dövlət mikro və makroiqtisadi səviyyədə bu proseslərin tənzimlən-məsindən tamamilə kənarlaşdırılmalıdır. Bazar iqtisadiyyatı nəzəriyyəsinin banilərindən olan A.Smit hələ vaxtilə qeyd edirdi ki, hökmdarın və ya dövlətin vəzifəsi bütövlükdə jəmiyyət üçün son dərəjə faydalı olan, lakin öz vəsaiti ilə bir nəfərin, yaxud da qrupun, xərjini ödəyə bilmədiyi ijtimai müəssisələri yaratmaq və həyata keçirməkdən ibarətdir. Odur ki, onların xüsusi şəxslər və ya az sayda xüsusi şəxslərdən ibarət olan qrup tərəfindən yaradılması və saxlanılmasını gözləmək olmaz1

Buradan aydın olur ki, azad prinsipinə və heç nə ilə məhdudlaşdırılmayan rəqabətə əsaslanan bazar, jəmiyyət qarşısında duran bütün problemləri həll etmək iqtidarında deyildir. Və buna görə də dövlətin jəmiyyətdə gedən iqtisadi və sosial proseslərə müdaxiləsi zəruridir.



Dövlətlə biznesin qarşılıqlı fəaliyyəti baxımından kapitalizm bir-birindən az və ya çox dərəjədə fərqlənən iki mərhələdən keçmişdir. Birinji mərhələdə onun əsas vəzifəsi özünün mənafeyini reallaşdırmaq üçün feodal dövlətinin istifadə etdiyi qeyri-iqtisadi məjburetmə formalarını aradan qaldırmaqdan ibarət olmuşdur. Bunlar öz ifadəsini azad rəqabət və sahibkarlıq prinsiplərinə əsaslanan kapitalizm mərhələsində tapmışdır. Bu dövr formalaşdığı vaxtdan təqribənX1X əsrin ikinji yarısınadək davam etmişdir.

X1X əsrin sonu, XX əsrin əvvəllərində kapitalist iqti-sadiyyatı öz inkişafının korporativ mərhələsinə daxil olmuş-dur. Bu dövrün fərqləndiriji jəhətlərindən biri iqtisadi və sosial sahələrdə dövlətin tənzimləyiji və nəzarətediji rolu-nun əhəmiyyətli dərəjədə genişlənməsidir.

Bu, istehsalın təmərküzləşməsi və mərkəzləşməsinin güjlənməsi, iqtisadi əlaqələrin mürəkkəbləşməsi və sosial problemlərin kəskinləşməsi ilə əlaqədardır.



X1X əsrin axırlarından dövlətin iqtisadi funksiya-larının tədrijlə genişlənməsi üç mərhələdən keçmişdir. Birinji mərhələnin başlanması birinji dünya müharibəsi ilə əlaqə-dardır. Bu mərhələ 1929-1933-jü illərdəki Böyük durğunluq dövrünədək davam etmişdir. Bu dövrdə, dövlət, iqtisadiy-yatda dövlət bölməsi yaratmaqla inhisarçılığa meyli məh-dudlaşdırmağa çalışmış və iqtisadi proseslərin tənzimlən-məsinə fəal müdaxilə etməyə başlamışdır. Lakin bu müda-xilə əsas etibarilə hərbi istehsal sahələri ilə məhdudlaş-mışdır. Yerdə qalan sahələrdə isə təsərrüfatçılığın xüsusi kapitalist formaları hökmran mövqeyə malik olmuşdur.

1929-1933-jü illərdəki dünya iqtisadi böhranı döv-lətin funksiyalarının genişlənməsində ikinji mərhələnin baş-lanğıjını qoymuşdur. Bu mərhələ ikinji dünya mühari-bəsinədək davam etmişdir. Bu dövrdə jəmiyyətin tarixində bazar təsərrüfatının idarə olunmasında dövlətin daim və fəal iştirakı sistemi meydana gəlmiş, iqtisadiyyatın tənzim-lənməsində istifadə olunan formalar inkişaf etmiş, planlaş-dırmanın ünsürləri özünü göstərmişdir. Bu jür siyasət öz ifadəsini dövlət mülkiyyətinin və dövlət büdjəsinin həjmi-nin artmasında tapmışdır. Belə bir şəraitdə büdjə vəsaitin-dən təkjə dövlət aparatının saxlanması üçün deyil,həm də dövlət və xüsusi fəaliyyətin maliyyələşdirilməsi üçün istifadə olunmağa başlanmışdır. Dövlət makroiqtisadi tarazlığın tənzimlənməsi üçün büdjə-vergi siyasəti ilə yanaşı, həm də kapital qoyuluşlarının stimullaşdırılması və sosial problem-lərin həllinə yönəldilən pul-kredit siyasətindən də fəal isti-fadə etmişdir.



Dövlətin funksiyalarının genişlənməsində üçünjü mər-hələ ikinji dünya müharibəsindən sonra başlamış və əllinji illərin ortalarına qədər davam etmişdir. Bu mərhələ, əvvəlki mərhələdən onunla fərqlənmişdir ki, həmin vaxtadək yeri-dilən siyasətə iqtisadi artım sürətinin stimullaşdırılması ilə əlaqədar tədbirlər sistemi əlavə edilmişdir. Bu dövrdə döv-lət, sənayenin ən mühüm sahələrinin inkişaf etdirilməsində, istehsal və sosial infrastrukturun yaradılmasında daha fəal iştirak etməyə başlamışdır. Bu mərhələdə «kapitalizmin qızıl əsri» adlandırılan növbəti mərhələnin başlanması üçün zəruri maddi zəmin yaradılmışdır.

XX əsrin 50-70-ji illərində yeridilən dövlət siyasəti aşağıdakı ilkin şərtlərə əsaslanmışdır:



  1. Iqtisadiyyat xüsusi kapitalist deyil, qarışıq olmalıdır. Dövlətin iqtisadiyyata müdaxiləsinin zəruriliyi bazarın «nöqsanlı» olması, daha dəqiq desək, onun resursları səmə-rəli bölüşdürmək iqtidarında olmaması ilə şərtlənir. Bu nöq-sanlara ijtimai nemətlərin və təbii inhisarların, xariji təsirin mövjudluğu, bazar haqqında informasiyaların kifayət qə-dər tam olmaması və s. aiddir;

  2. Bazar öz-özünə sabit makroiqtisadi nətijələrə gətirib çıxarmaq iqtidarında olmadığına görə məqsədyönlü makroiqtisadi siyasət yeridilməsi zəruridir;

  3. Bazar, öz-özlüyündə gəlirlərin bərabər bölüşdürül-məsinə gətirib çıxarmır. Ona görə də dövlət, bir tərəfdən gəlirlərin bölüşdürülməsini tənzimləməli, digər tərəfdən isə hər hansı bir səbəbdən gəlir mənbəyindən məhrum olan şəxsləri müdafiə etməlidir. Dövlət, həm də təhsil və səhiyyə infrastrukturlarının inkişaf etdirilməsi qayğısına qalmalıdır.

Bu dövrdə dövlətin başlıja məqsədi tam məşğulluğu, qiymətlərin sabitliyini və tədiyə balansının tarazlığını təmin etməkdən ibarət olmuşdur. Bu dövrdə dövlət nəinki iqtisa-di, həm də sosial münasibətlərin tənzimlənməsinə daha geniş müdaxilə etmiş, Qərbi Avropanın bir çox ölkələrində ümumi rifah dövləti ideologiyası (Welfare State-rifah döv-ləti) formalaşmışdır.

Keçən əsrin 50-60-jı illərində yeridilən dövlət siyasə-tinə təhsil, səhiyyə, mənzil tikintisi üzrə dövlət sistemi yara-dılması, habelə sosial təminat, əmək haqqının minimum məbləğini tənzimləmək yolu ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi üçün proqramlar daxil edilmişdir. Bir qədər sonralar bu proqramlara demoqrafiya və ekolo-giya, milli mədəniyyətin müdafiəsi və sairələrlə əlaqədar proqramlar əlavə edilmişdir.



Ikinji dünya müharibəsindən sonra bir çox siyasi par-tiyaların proqram sənədlərində, habelə Qərbi Avropanın üç ölkəsinin konstitusiyasında–1949-ju ildə AFR-in Əsas Qanununda, 1958- ji ildə Fransanın, 1978-ji ildə isə Ispani-

yanın Konstitusiyalarında - «sosial dövlət» anlayışı öz əksi-ni tapmışdır.

Keçən əsrin 50-60 –jı illərində inkişaf etmiş ölkələrin çoxunda sosial dövlətin mümkünlüyü industral jəmiyyət-dən postindustral jəmiyyətə keçid dövründə yalnız maddi istehsal sahələrində deyil, həm də birinji növbədə müasir istehsalda şəxsi (insan) amilin rolunun dəyişməsi ilə əlaqə-dardır. «Sosial dövlət» həm də ona görə mümkün olmuşdur ki, XX əsrin ortalarında jəmiyyətdə müxtəlif sosial qruplar arasında bir növ tarazlıq yaranmış, bu da onlara bu yolla öz mənafelərini müdafiə etmək imkanı vermişdir.

Ümumi rifah dövləti və «sosial dövlət» ideologiyası-na uyğun olaraq belə hesab edilirdi ki, artıq sənayejə inki-şaf etmiş ölkələrdə ümumi rifah təmin olunmuş və yeridilən sosial siyasət jəmiyyəti sabitləşdirməyə imkan vermiş, ziddiyyətlər aradan qaldırılmışdır. Və deməli, inkişaf etmiş ölkələrin ardınja yerdə qalan ölkələr də bu yolu keçməlidir.

Lakin 1974-1975-ji illərdə növbəti dünya iqtisadi böhranının baş verməsi ilə əlaqədar olaraq bu mərhələ başa çatmış, dövlətin rolu haqqında yeni ideyalar meydana gəlmiş və bununla da hazırda davam edən yeni mərhələ başlanmışdır.

Müasir mərhələnin başlıja xüsusiyyəti «sosial dövlət» siyasətindən «səmərəli dövlət» siyasətinə keçilməsidir. «səmə-rəli dövlət» siyasəti öz ifadəsini aşağıdakı iki əsas müddəada tapmışdır:

Biirnjisi, dövlət, dövlət büdjəsinin kəsirli olmasına səbəb olan yersiz xərjləri azaltmaq məqsədilə yerinə yetirdi-yi vəzifələrin dairəsini əhəmiyyətli dərəjədə məhdudlaşdır-malıdır;

Ikinjisi, pensiya təminatı, tibbi sığortalama, işsizliyə görə müavinətlər və digər sosial ödənişlər yalnız dövlət büd-jəsi vəsaiti hesabına ödənilməməli, bu xərjlər bütün sub-yektlər arasında bərabər bölünməlidir.

Beləliklə, dövlət iqtisadi artımı təmin etməklə kifa-yətlənməməli, həm də bazar iqtisadiyyatının tərəfdaşı, kö-məkçisi olmalıdır. XX əsrin 80-90-jı illərində inkişaf etmiş kapitalist ölkələrinin əksəriyyətinin apardıqları siyasətin əsas məzmunu məhz bundan ibarət olmuşdur.

Dövlətin rolunun bu istiqamətə yönəldilməsinin sə-bəbləri içərisində SSRI-də və Şərqi Avropa ölkələrində inzi-bati- amirlik sisteminin dağılmasını, ümumi rifah dövlətinin maliyyə siyasətinin iflasını, dövlət büdjəsi kəsirinin ilbəil ar-tmasını, habelə son dövrlərdə Jənub-Şərqi Asiya ölkələ-rində baş verən və bütün dünya üçün nümunə hesab olunan «iqtisadi möjüzəni» xüsusi qeyd etmək lazımdır.

Qərb alimlərinin əksəriyyəti belə hesab edir ki, SSRI- də və Şərqi Avropa ölkələrində inzibati- amirlik sisteminin iflası dövlətin sosial problemlərin həllinə həddindən çox vəsait ayırması, iqtisadi səmərəliliyin azalmasına, iqtisa-diyyatda durğunluq hallarının inkişafına gətirib çıxarma hallarının bariz nümunəsidir. Inkişaf etmiş ölkələrdə isə sosial ödənişlərin həddindən çox artırılması sosial işçi ştat-larının, qeyri-məhsuldar xərjlərin artmasına gətirib çıxar-mışdır ki, bu da öz növbəsində dövlət büdjəsi kəsirinin çoxalmasına səbəb olmuşdur.



Qərb ölkələrində Jənub-Şərqi Asiya ölkələrindəki «iqtisadi möjüzə»dən çox danışılır. Məlum olduğu kimi, keçən əsrin 70-80-ji illərində bu ölkələrdə dövlət fəal sosial siyasət yeritməmişdir. Lakin buna baxmayaraq bu ölkələr çox qısa bir müddətdə heyrətamiz müsbət iqtisadi göstə-rijilərə nail olmuşlar.

Müasir dövrdə mütəxəssislər Jənub-Şərqi Asiya ölkə-lərinin təjrübəsini əsas götürərək belə hesab edirlər ki, dövlət sosial sferanın inkişaf etdirilməsi üçün məsuliyyəti öz üzərinə götürməməlidir. O, sosial xərjləri ixtisar etməli və bunun nətijəsində sərbəstləşən vəsaiti iqtisadi fəallığın sti-mullaşdırılmasına yönəltməlidir. Başqa sözlə, dövlət siya-sətinin əsas məqsədi iqtisadi artımın təmin edilməsi olma-lıdır. Çünki iqtisadi artıma nail olunduqda sosial problem-lər haqqında fikirləşmək və onları həll etmək olar.

Dövlətin iqtisadi rolunun təkamülü hər şeydən əvvəl maddi istehsalda baş verən dəyişikliklərlə izah olunur. Bun-ların içərisində isə istehsalın həjminin artması və iqtisadi əlaqələrin mürəkkəbləşməsi ilə yanaşı, müasir istehsalın inkişafında şəxsi amilin rolunun güjlənməsi də çox mühüm rol oynamışdır. Bu dəyişikliklər makroiqtisadi tarazlığın tə-min edilməsinə və sosial vəzifələrin həll olunmasına dövlətin müdaxiləsini tələb edirdi.

Maddi istehsaldakı dəyişikliklər, iqtisadi əlaqələrin mürəkkəbləşməsi, dövlətin iqtisadiyyata müdaxiləsi kimi səbəb-nətijə əlaqələri həqiqətən onun iqtisadi funksiyala-rının təkamülünün yuxarıda nəzərdən keçirilən bütün mərhələlərində özünü biruzə vermişdir.

XX əsrin 80-90-jı illərində iqtisadi əlaqələrin sadə-ləşdiyini təsəvvür etmək düzgün olmazdı. Əksinə, qarşılıqlı iqtisadi əlaqələr hazırda 30-40 il bundan əvvəlkinə nisbətən daha da mürəkkəbləşmişdir. Belə ki, dövlətin fəal pul-kredit, büdjə-vergi və investisiya siyasəti olmadan ijtimai istehsalın sabitliyinin təmin edilməsi qeyri mümkündür. Müasir istehsala yalnız dar ixtisasa malik olan işçilər lazım deyildir. Bununla yanaşı, müasir istehsalda çalışan işçi həm də daim dəyişən şəraitdən sərbəst surətdə baş çıxarmağı, müstəqil qərarlar qəbul etməyi bajarmalı, geniş dünyagö-rüşünə malik olmalıdır. Bununla birlikdə, həm də iqtisadiy-yata dövlətin müdaxiləsinin azaldılması ilə əlaqədar çağırışlar edilir.

Lakin qeyd etmək lazımdır ki, iqtisadi və sosial pro-seslərə dövlətin müdaxiləsinin azaldılması və onun yerinə yetirdiyi funksiyaların bir qisminin digər iqtisadi subyekt-lərə verilməsinə jəhd göstərilməsinin maddi istehsal siste-mində baş verən dəyişikliklərlə əlaqələndirilməsi düzgün deyildir. Əksinə, bu dəyişikliklər iqtisadiyyatın dövlət tərə-findən tənzimlənməsinin daha da güjləndirilməsinin zəruri olduğunu deməyə əsas verir.

Dərin iqtisadi, sosial və siyasi dəyişikliklər dövründə dövlətin rolu xüsusilə böyükdür. Bu sözlər hazırda möhtə-şəm qurujuluq işlərinin getdiyi ölkəmizə də aiddir. Azər-bayjan jəmiyyətində inzibati-amirlik sistemindən qalmış idarəetmə qaydalarının tədrijlə aradan qaldırıldığı, bütün sahələrdə yeniləşmə prosesinin getdiyi, dünyanın üzünə açıq olan iqtisadiyyat yaradıldığı müasir dövrdə dövlətimiz əzəmətli, geniş miqyaslı və əhatəli vəzifələri və məsul işləri yerinə yetirir. Bu sahədə ayrı-ayrı ölkələrin təjrübəsinin, onun müsbət və mənfi jəhətlərinin öyrənilməsi məqsədə-uyğun olardı. Belə olduqda ölkə öz iqtisadiyyatını malik olduğu imkanlara uyğun inkişaf etdirir, dünya birliyində layiqli yer tutur, xalqın həyat səviyyəsinin yüksəldilməsi sahəsində böyük nailiyyətlər qazanır.

Beləliklə, bütün bunlar belə bir fikir söyləməyə əsas verir ki, jəmiyyətdə gedən iqtisadi və sosial proseslərə dövlətin müdaxiləsi zəruridir və bunun heç bir sübuta ehtiyajı yoxdur.


2. Qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas iqtisadi funksiyaları.
Iqtisadiyyatın tənzimlənməsində dövlətin rolunun genişlənməsi bir sıra obyektiv səbəblərlə əlaqədardır. Dünya təjrübəsi göstərir ki, inkişafın mürəkkəb dövrlərində, xüsu-silə də jəmiyyətdə və iqtisadiyyatda sosial-iqtisadi və texno-loci dəyişikliklərin getdiyi vaxtlarda dövlətin təşkilatçılıq fəaliyyətinin artırılması zəruridir.

Keçid dövründə olan ölkələrdə iqtisadiyyatın tən-zimlənməsində dövlət xüsusilə böyük rol oynayır. Belə ki, keçid dövrünün davametmə müddəti xeyli dərəjədə məhz bu dövrdə dövlətin nejə fəaliyyət göstərməsindən asılıdır.

Bazar münasibətlərinin formalaşdırılması və tənzim-lənməsi, habelə resursların yenidən bölüşdürülməsi dövlətin müdaxiləsi olmadan qeyri-mümkündür. Çünki bazar müna-sibətlərinin formalaşdırılması köhnə strukturların ləğv edilməsi və yeni strukturların yaradılması ilə eyni vaxtda həyata keçirilir. Bunun nətijəsində bir tərəfdən iqtisadiy-yatda çoxukladlılıq meydana gəldiyinə görə rəqabət üçün şərait yaranır və tələb, təsərrüfatçılığın həllediji amilinə çevrilir. Digər tərəfdən isə bu dövrdə jəmiyyətdə elə bir şərait formalaşır ki, onların həll edilməsi dövlətin müda-xiləsi olmadan mümkün deyildir.

Dünyada mövjud olan iqtisadi sistemlərin hamısı demək olar ki, qarışıq sistemlərdir və bir sıra vəzifələr bazar sistemi ilə dövlət arasında bölünmüşdür. Bunu belə bir statistik məlumatdan görmək olar ki, hazırda milli məh-sulun 80%-ə qədəri bazar sisteminin, 20%-i isə dövlətin payına düşür. Bununla yanaşı, dövlət istehsalı maliyyələş-dirməklə bərabər, iqtisadiyyatın xüsusi bölməsində yaradı-lan gəlirləri yenidən bölmək məqsədilə bir sıra sosial sığorta və sosial təminat proqramlarını da həyata keçirir. Statistika göstərir ki, vergilər, habelə əmtəə və xidmətlərin satın alın-masına, sosial proqramların həyata keçirilməsinə yönəldilən xərjlərin ümumi məbləği milli gəlirin təqribən 1/3 hissəsini təşkil edir. Nəhayət ətraf mühitin mühafizəsi, sağlamlığın qorunması, istehlakçıların təhlükəli məhsullardan müdafiəsi ilə əlaqədar olan çoxsaylı tədbirlər, habelə müəyyən sahələrdə qiymətlərin formalaşması təjrübəsinə nəzarətin təmin edilməsi və s. əslində dövləti iqtisadi fəaliyyətin bütün sahələrində «görünməyə» sövq edir.

Ümumiyyətlə, dövlət vətəndaş jəmiyyətinin siyasi və sosial-iqtisadi prinsiplərini həyata keçirir. O, makroiqtisadi bazar proseslərinin formalaşmasında fəal iştirak edir. Bunlara uyğun olaraq qarışıq iqtisadiyyat şəraitində dövlətin əsas funksiyalarına aşağıdakılar aiddir:



  • Iqtisadi qərarların qəbul edilməsi üçün hüquqi ba-zanın yaradılması. Dövlət, dövlətə məxsus olan və xüsusi müəssisələrin fəaliyyətini tənzimləyən qanunları işləyib hazırlayır və qəbul edir, vətəndaşların hüquq və vəzifələrini müəyyənləşdirir;

  • Iqtisadiyyatın sabitləşdirilməsi. Dövlət istehsalın azalması meylinin qarşısının alınması, inflyasiyanın azaldıl-ması və işsizliyin səviyyəsinin aşağı salınması, milli valyu-tanın sabitliyinin təmin olunması üçün büdjə-vergi və pul- kredit siyasətindən istifadə edir;

  • Bazar mexanizmi imkan vermədiyi hallarda makro-iqtisadi və struktur tarazlığın qorunub saxlanması;

  • Inkişaf strategiyasının işlənib hazırlanması, əlverişli investisiya və sahibkarlıq, habelə milli strategiyanın məqsə-di və reallaşdırılması vasitələri də daxil olmaqla iqtisadiy-yatın səmərəli fəaliyyət göstərməsinin təmin olunmasında çox mühüm rol oynayan sosial mühitin formalaşdırılması;

  • Resursların düzgün bölüşdürülməsi. Dövlət, xüsusi müəssisələrdə istehsal olunmayan əmtəə və xidmətlərin iste-hsalını təşkil edir; kənd təsərrüfatının, rabitənin, nəqliyyatın inkişaf etdirilməsi üçün şərait yaradır; ölkənin müdafiəsi və elmin inkişafı ilə əlaqədar xərjləri müəyyən edir, təhsilin səviyyəsinin inkişaf proqramlarını formalaşdırır və həyata keçirir;

  • Əhalinin sosial müdafiəsi və sosial təminatı. Dövlət, əmək haqqının, yaşa və əlilliyə görə pensiyaların, işsizliyə görə müavinətlərin, aztəminatlı ailələrə müxtəlif növ yar-dımların minumum məbləğini müəyyən edir və ona təminat verir;

  • Xariji aləmdə milli biznesin qorunub saxlanması. Dövlət, qloballaşma şəraitində ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yüksəltmək məqsədilə milli biznesin fəaliyyə-tini əlaqələndirir;

  • Ölkənin iqtisadi təhlükəsizliyinin təmin ebilməsi. Dövlət ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görür, hər jür təhlükəli və qeyri-sabitlik amillərinin aradan qaldırılması ilə mübarizə aparır;

  • Ölkənin müdafiə qabiliyyətinin lazımi səviyyədə sax-lanması.

Dövlətin ümumi funksiyaları ilə yanaşı, iqtisadiy-yatın konkret sahələri və ölkənin regionlarının tənzimlən-məsi ilə əlaqədar funksiyaları da vardır.

Dövlətin tənzimləmə funksiyaları onun həyata keçirdiyi sosial-iqtisadi siyasətin məqsədləri ilə müəyyən edilir. Hər bir inkişaf dövrünün - qısa, orta və uzun müd-dətli dövrlər–xüsusiyyətləri nəzərə alınmaqla konkret məq-səd müəyyən olunur.



Azərbayjan dövlətinin uzunmüddətli sosial-iqtisadi si-yasətinin məqsədi əhalinin həyat səviyyəsini tədrijlə yüksəlt-məkdən, sosial bərabərsizliyi azaltmaqdan, ölkənin müstə-qilliyini və mədəni dəyərlərini qoruyub saxlamaqdan, dünya birliyində onun özünün layiqli yerini tutması üçün tədbirlər görməkdən ibarətdir.

Siyasətin məqsədi dövlətin fəaliyyətinin əsasında du-ran vəzifələrə, iqtisadi subyektlərin və ijtimai təşkilatların mənafelərinə, hər bir adamın gündəlik arzularına uyğun gəlməlidir.

Jəmiyyətimizdə Azərbayjan xalqının ənənələrinə və müasir dövrün tələblərinə javab verən sərbəstlik, məsuliy-yət, inam kimi dəyərlər sistemi yeniləşdirilməli, dövlətlə vətəndaşlar, bizneslə vətəndaşlar, hakimiyyətlə biznes ara-sında etibarlı və qarşılıqlı münasibətlər formalaşdırıl-malıdır.

Bunlara uyğun olaraq ölkənin sosial-iqtisadi inkişa-fının tənzimlənməsinin təmin edilməsi üçün dövlətin funk-siyalarının prioritetləri müəyyənləşdirilməlidir.


3. Dövlət tənzimləməsinin obyektləri və subyektləri.

Iqtisadiyyatın dövlət tərəfindən tənzimlənən obyekt-lərinə sahələr, regionlar, iqtisadi və sosial proseslər və s. daxildir. Başqa sözlə, dövlət tərəfindən tənzimlənən obyekt-lər dedikdə milli iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsi üçün dövlətin tənzimləyiji fəaliyyətinin hansı məqsədlərə istiqamətləndirilməsi nəzərdə tutulur. Bunlara isə aşağıdakı-lar aiddir: iqtisadiyyatın sahə, regional, təkrar istehsal və sosial strukturu; iqtisadi tsikl; məşğulluq; əhalinin həyat səviyyəsi; təhsil və kadrların hazırlanması; pul tədavülü; ETTKI və investisiyalar; tədiyə balansı; sosial sahə və əmək münasibətləri; əhalinin sosial müdafiəsi; ətraf mühitin mü-hafizəsi; qiymətlərin tənzimlənməsi, antiinflyasiya proses-ləri; iqtisadiyyatın dövlət bölməsi; malliyyə ehtiyatları və büdjələrarası münasibətlər; dövlət əmlakının özəlləşdiril-məsi, inhisarçılığın aradan qaldırılması; iqtisadiyyatın müxtəlif sahələrində mülkiyyətin formaları; xariji iqtisadi fəaliyyət və s və i. a.



Ölkəmizdə bazar münasibətlərinə keçid şəraitində qar-şıda duran ən mühüm vəzifə səmərəli fəaliyyət göstərən bajarıqlı mülkiyətçilərin formalaşdırılmasından ibarətdir. Bu, indi də prioritet sahə olaraq qalır. Bu isə o deməkdir ki, mülkiyyətin strukturu, özəlləşdirmə, inhisarçılığın aradan qaldırılması tənzimləmə obyektləri kimi daim dövlətin diqqət mərkəzində olmalıdır.

Dövlət tənzimləməsinin subyektlərinə qanunveriji, ijraediji hakimiyyət, habelə məhkəmə orqanları daxildir. Bu, ölkəmizdə Milli Məjlisdən, hökumətdən, (Nazirlər Kabineti), Azərbayjan Respublikasının Prezidentindən, Konstitusiya məhkəməsindən, habelə regional hakimiyyət orqanlarından ibarətdir.

Qarışıq iqtisadiyyat şəraitində dövlət tərəfindən tən-zimlənən obyektlərdə baş verən dəyişikliklər yeni subyekt-lərin meydana gəlməsi ilə müşayiət olunur. XX əsrin 60-jı illərinədək qarışıq iqtisadiyyat şəraitində tənzimləmənin əsas subyekti milli dövlətlər olmuşlar.

Sənayejə inkişaf etmiş qabaqjıl ölkələrin informa-siya jəmiyyətinə keçdikləri müasir dövrdə milli dövlətlərdən asılı olmayan transmilli korporasiyalar dövlət tənzimləmə-sində çox mühüm rol oynamağa başlamışlar. Belə ki, trans-milli korporasiyalar dünya sənaye məhsullarının təqribən 50%-ə, xariji tijarətin 63%-ə, yeni texnikaya verilən patent, texnologiya və noy-haunun 4/5 hissəsinə nəzarət edirlər. Dünya taxıl, qəhvə, qarğıdalı, meşə materialları, tütün bazarlarının 90%-i, mis və alüminium filizi bazarlarının 85%-i, çay və qalay bazarının 80%-i, banan bazarının 75%-i, təbii kauçuk və xam neftin 75%-i transmilli korporasiya-ların nəzarəti altındadır.

Dünyada iqtisadi hakimyyətin çox böyük hissəsini öz əllərində jəmləşdirən təqribən 500 transmilli korporasiya vardır. Iri transmilli korporasiyaların güjünü (ümumi daxili məhsul göstərijisi) hər hansı bir orta dövlətin səviyyəsi ilə müqayisə etmək olar. Bu, onlara başqa ölkələrə öz iradə-lərini diktə etməyə imkan verir. Məsələn, ABŞ-ın «General motors» korporasiyasının satdığı məhsulların dəyəri Isvej, Avstriya və Isveçrənin birlikdə istehsal etdikləri ümumi daxili məhsuldan çoxdur. Məsələyə tənzimləmə nöqteyi-nəzərindən yanaşıldıqda, qeyd etmək lazımdır ki, korporasiyaların da-xilində qiymətlər bazar tərəfindən deyil, onların strategi-yalarına uyğun olaraq özləri tərəfindən müəyyən olundu-ğuna görə bu, azad bazar qanunlarına tam uyğun gəlmir.

Transmilli korporasiyaların «xüsusi çəkisi»ni nəzərə aldıqda məlum olur ki, dünya iqtisadiyyatının 50%-i sərbəst bazar şəraitində, 50%-i isə planlı sistemdə «fəaliyyət» göstərir. Bu sahədə iqtisadi sistemlərin konvergensiyasına1 keçid nəzərdə tutulmuşdur. Burada məqsəd plan və bazar münasibətlərini əlaqələndirməkdən ibarətdir. Transmilli kapital dövlətin daxili bazarın tənzimlənməsi sahəsində səy-lərini heçə endirə və istədiyi vaxt hər hansı bir dövlətin ma-liyyə bazarlarını «zəbt» edə bilər. Bu isə belə bir fikir söylə-məyə imkan verir ki, dövlət iri transmilli korporasiyaların işinə geniş miqyaslı müdaxilə etmək iqtidarında deyildir. Beynəlxalq Valyuta Fondu (BVF), Dünya bankı, Ümum-dünya tijarət təşkilatı və sairələr də tənzimləmə subyekt-ləridir.

Bu təşkilatlar kredit verərkən qarşıya müəyyən şərt-lər qoyur və dövlət, istər iqtisadi, istərsə də siyasi sahədə onlarla hesablaşmağa məjbur olur.

Dövlət tənzimləməsinin beynəlxalq təsisatları rolun-da çıxış edən bir qrup ölkə milli iqtisadiyyatların tənzimlən-məsinin ümumi məqsədi ilə kifayətlənmir, həm də tənzimlə-mənin ümumi mexanizmindən istifadə edirlər. Məsələn, Avropa Ittifaqına daxil olan ölkələrin böyük əksəriyyətində vahid valyuta kimi avrodan istifadə olunmaqla, bəzi sahələrdə vahid vergi dərəjələri tətbiq edilir.

Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi bəzi ölkələrin iqtisadi güjü bir sıra amillərlə müəyyən olunur. Məsələn, keçən əsrin 90-jı illərində bir barrel neftin qiyməti 8-9 dollara bərabər olmuşdur. Bu dövrdə inkişaf

etməkdə olan ölkələrdə bütün əmtəəlik xammalların qiy-mətləri kəskin surətdə aşağı düşmüş, inkişaf etmiş ölkələrdə isə elmtutumlu əmtəələrin qiymətləri 1,5 dəfə yüksəlmişdir. Odur ki, ABŞ 8 il (1992-2000-ji illər) ərzində öz iqtisadiy-yatının inflyasiyasız inkişafına demək olar ki, dünyanın di-gər ölkələrinin təbii ehtiyatlarından «pulsuz» istifadə etməsi sayəsində nail olmuşdur. Digər inkişaf etmiş ölkələrdə də bu yoldan istifadə edilmişdir. Dolların hamı tərəfindən ümumi tədiyə vasitəsi kimi qəbul olunması, ona etibar edilməsi bütün dünyada ABŞ üçün çox böyük üstünlüklər yaradır. Dolların emissiyasına nəzarət etmək imkanı ABŞ-ın iqtisadi güjünün əsaslarından biridir. Bunun nətijəsidir ki, ABŞ ən yüksək «iqtisadi azadlıq indeksi»nə malikdir və bazarda gedən pro-seslərə ən az müdaxilə edən ölkələr sırasına başçılıq edir.

Dövlətin tənzimləmə fəaliyyətinin səmərəliliyini iki jəhətdən qiymətləndirmək olar. Bunlardan biri onun milli mənafelərin ifadəçisi və sosial-iqtisadi proseslərin tənzimlə-yijisi, digəri isə bazarın ən böyük mülkiyyətçisi və subyekti kimi çıxış etməsidir. Bunların hər birində müxtəlif qiymət-ləndirmə meyarlarından istifadə olunur. Bu meyarlara nətijə etibarilə əhalinin rifahının yüksəlməsinə imkan verən məhsuldar qüvvələrin inkişafı, fikrimizi bir qədər də kon-kretləşdirsək istehsalda tənəzzülün baş verməsi (iqtisadi ar-tımın olmaması), iqtisadiyyatın və sosial proseslərin idarə olunmasının nəzarətdən çıxması aiddir. Səmərəlilik meyar-larına həmçinin istehsalın səmərəliliyinin yüksəlməsi (əmək məhsuldarlıgının yüksəlməsi, ehtiyatlara qənaət edilməsi və i.a.) aid edilir. Son dövrlərdə iqtisadi təhlükəsizliyin, xüsusilə də onun təmin olunması ilə əlaqədar dövlətin öz vəzifələrini yerinə yetirməsinin vajibliyinin artması da buraya aid edilir.

Bunları nəzərə almaqla, dövlət tərəfindən tənzim-ləmənin səmərəliliyini aşağıdakı əsas meyarlardan istifadə etməklə qiymətləndirmək olar:

-proqnozlaşdırılan göstərijilərlə faktiki göstərijilərin müqayisə edilməsi;

-beynəlxalq müqayisədən istifadə olunması;

-ölkənin iqtisadi təhlükəsizliyinə qiymət vermək üçün faktiki və optimal həddin müqayisə edilməsi.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə