FəNN: makroiQTİsadiyyat


) Inhisarçının üstünlüyü modeli



Yüklə 1,2 Mb.
səhifə12/17
tarix14.10.2017
ölçüsü1,2 Mb.
#4690
1   ...   9   10   11   12   13   14   15   16   17

1) Inhisarçının üstünlüyü modeli. Bunu S.Xaymer iş-ləyib hazır­lamış, sonra isə o, Ç.P.Kindleberqer, R.Y.Keyvz, Q.C.Conson, R.Lak­rua tərəfindən inkişaf etdirilmişdir. Bu model belə bir ideyaya əsaslanır ki, yerli investora nisbətən xarici investor müəyyən dərəcədə əlverişsiz şəraitdə olur. O, ölkənin bazarlarını və onlardakı "oyun qaydaları"nı yaxşı bilmir, burada əlaqələri geniş deyildir, əlavə nəqliyyat xərc-ləri sərf edir, riskə görə daha çox əziyyət çəkir. Odur ki, o, yerli rəqiblərlə mü­qayisədə əlavə üstünlüklərə malik olmalı-dır ki, bunun hesabına daha çox mənfəət əldə edə bilsin.

Xarici investor isə aşağıdakı hallarda inhisarçı üstün-lüyünə nail ola bilər: a) Yerli əmtəə bazarlarında qeyri-mü-kəmməl rəqabətdən (onun məhsulları bir sıra keyfiyyət gös-təricilərinə görə seçildikdə) isti­fadə olunduqda; b) Istehsal amilləri bazarlarında qeyri-mükəmməl rə­qa­bətdən (xarici firmalarda ən yeni, təkmilləşdirilmiş texnika mövcud və investor böyük sahibkarlıq qabiliyyətinə malik olduqda) istifadə etdikdə; c) Istehsalın miqyasında üstünlüyə malik olduqda (bunun he­sabına daha çox mənfəət əldə etmək mümkündür); q) Xarici investi­si­ya­ların tənzimlənməsinə dair dövlət tərəfindən əlverişli şərait yaradıl­dıqda (xarici kapital üçün xüsusi imtiyazlar müəyyən edildikdə) və i.a.

  1. Məhsulun həyat dövrü modeli. Bu, firmaların inkişafı nəzə­riyyəsi əsasında amerika iqtisadçısı R.Vernon tərəfindən işlənib hazır­lanmışdır. Bu modelə uyğun olaraq yeni məhsul öz "həyatında" aşa­ğıdakı mərhələlərdən keçir: 1) Məhsulun bazarda irəlilədilməsi; 2) Satı­şın artması; 3) Yetkinlik mərhələsi; 4) Bazarın həmin məhsulla doldu­rul­ması; 5) Satışın azalması.

Məhsulu ilk dəfə istehsal edən firmalar üçün onun beynəlxalq miqyasda həyat dövrü bir qədər başqa cürdür. Bunu aşağıdakı kimi mü­əyyən etmək olar: 1) Yeni məh-sulun istehsal və ixrac olunması; 2) Xa­rici rəqiblərin eyni məhsuldan istehsal etmələri və onların bazar­lar­da (hər şey-dən əvvəl öz ölkələrinin bazarlarında) irəlilədilməsi ; 3) rə-qib­lərin üçüncü ölkələrin bazarlarına çıxmaları və buna uy-ğun olaraq məh­sulu ilk ixrac edən ölkədən məhsul ixracının azalması; 4) rəqiblərin, ye­ni məhsulu ilk istehsal edən ölkə-lərin bazarlarında görünməsi.

Əlbəttə, qabaqcıl texnologiyaya sahib olan firmanın istehsal et­diyi yeni məhsul digər firmalar tərəfindən də bu-raxıldıqda o, başqa bir yeni məhsul buraxmağa meyl göstərə bilər. Lakin ixrac üçün təhlükə ya­randıqda vəziyyətdən çıx-maq məqsədilə başqa yoldan – məhsulun isteh­sa­lını xaricdə təşkil etmək yolundan istifadə olunması da müm­kün­dür. Bu, məhsulun həyat dövrünü uzatmağa imkan verir. Həm də qeyd et­mək lazımdır ki, məhsul istehsalının artırıldığı və yetkinlik mərhə­lə­lərində "istehsal xərcləri" adətən azalır ki, bu da qiymətlərin aşağı mü­əy­­yən olunmasına və beləliklə də ixrac olunan məhsulların miqdarının art­masına səbəb olur. Digər tərəfdən, məhsulu ixrac etməkdənsə, onun istehsalının xaricdə təşkili iqtisadi cəhətdən daha sərfəlidir. Bu, onunla əlaqədardır ki, məhsulun istehsalı xaricdə təşkil olunduqda dəyişən xərclər azalır, gömrük sərhədlərindən yan keçmək imkanları artır, xari­ci inhisarlarla mübarizədə mövqelər möhkəmlənir və i.a.



  1. Internallaşdırma modeli. Bu model R.Kouzanın ideyalarına əsaslanır. Onun fikrincə çox iri korporasiyaların daxilindjə xüsusi bazar (ingiliscə – internal) fəaliyyət göstərir və o, korporasiyanın, habelə onun fi­liallarının (bölmələri-nin) rəhbərliyi tərəfindən tənzimlənir. Internal­laş­dırma mo-delinin yaradıcıları–ingilis P.Bekli, M.Kesson, C.Mak­ma­nus, A.Raqmen, C.Danninq və b.–belə hesab edirlər ki, beynəlxalq əmə­liy­yatların xeyli hissəsi, əslində transmilli korporasiyalar adlan­dırılan iri təsərrüfat komplekslərinin bölmələri arasındakı firmadaxili əməliyyatlardır.

  2. Marksist model. Kapital ixracına dair digər nə-zəriyyələr ki­mi bu model də kapital artıqlığına əsaslanır. Bu, XIX əsrdə və XX əsrin əvvəllərində, o zaman təsərrüfat həyatına başçılıq edən xırda mülkiy­yət­çi­lər tərəfindən, onla-rın özləri üçün əlverişli olan üsulla – fond bir­jaları vasitəsilə və istiqrazlar şəklində həyata keçirilmişdir. XX əsrin ikinci yarısından isə artıq kapital iri və ən iri mülkiyyətçilər (inhisarlar) tə­rə­findən birbaşa investisiyalar şəklində ixrac olunur. Bununla da bey­nəl­xalq inhisarlar birbaşa investisi-yalar vasitəsilə istehsal, maliyyə və tex­noloji güclərinə görə yerli rəqiblər üzərində müəyyən üstünlük əldə etmiş olurlar.

  3. Eklektik model. Birbaşa investisiya modellərinin birtərəf­li və məhdud olmaları C.Danninq modelinin meyda-na gəlməsinə səbəb olmuşdur. O, özündə digər modellərdə sınaqdan keçirilmiş və təcrübədə özünü doğrultmuş ünsür-ləri birləşdirdiyi üçün onu "Eklektik para­diq­ma" adlandırır-lar. Bu modelə görə aşağıdakı üç şərt bir-birinə uyğun gəldik­də firma xaricdə məhsul istehsalına başlayır: 1) Firma xarici öl­kə­də fəa­liyyət göstərən digər firmalar üzərində müəyyən üstünlüyə malik olur (mülkiyyətçinin spesifik üs-tünlüyü); 2) Firma üçün bu üstünlüyün yer­lər­də, yəni məh-sulu ixrac etmək yolu ilə deyil, məhz onun istehsalını hə­min ölkədə təşkil etməklə həyata keçirilməsi daha sərfəlidir (Bey­nəl­mi­ləlləşmənin üstünlüyü); 3) Firma öz ölkəsində ol-duğuna nisbətən xa­ric­də bəzi istehsal ehtiyatlarından daha səmərəli istifadə edir. Hazırda bir­başa investisiyaların ek-lektik modeli geniş şöhrət qazanmışdır.

Dolayı investisiya nəzəriyyələri də vardır. Bu nəzə-riyyələrə görə in­vestorları xaricdə üç məqam maraqlandırır. Bunlardan biri xarici qiy­mətli kağızların gəlirlilik səviyyəsi, ikincisi, bu qoyuluşlar üzrə risketmə dərəcəsi, üçüncüsü isə – xarici qiymətli kağızlar hesabına özlərinin qiy­mət­li kağız-larının yayılması istəyinin olmasıdır. Bu, üç məqamın çul­ğalaşması ona gətirib çıxarır ki, dolayı investisiyalar iqtisadi və siyasi və­ziyyətin dəyişməsinə daha çox məruz qalır.

Kapital axını nəzəriyyəsi hələlik bir o qədər mükəm-məl işlən­məmişdir. Bunu ondan görmək olar ki, kapital axını termininin özü müxtəlif cür izah edilir. Bu isə istər-istəməz onun nəticələrinin qiy­mət­ləndirilməsinə təsir edir. Belə ki, D.Kaddinqton kapital axınını, onun qısa müddətə idxal və ixrac olunması ilə izah edir. Lakin tədqiqatçıların əksəriyyəti ölkədən kapital axınını onun mənafeyinə zidd olan hadisə kimi qiymətləndirir və bunu ölkədə sahibkarlıq üçün əlverişli investisiya mühitinin yaradılmaması ilə izah edirlər. Bəziləri isə belə hesab edirlər ki, kapital ona görə "qaçır" ki, o, bir çox hallarda qeyri-qanuni yolla əldə edi­lir və "yuyulma" tələb edir.

4. Birbaşa investisiya mexanizmi. Investisiya mühiti və məsuliyyəti.
Firmalar başqa ölkələrə investisiya qoyarkən aşağı-dakıları nə­zərə alırlar:

  1. Onlar kapitalı daha çox səmərə verən ölkəyə ixrac etməyə cəhd göstərir və buna əmtəə və xidmətlərin "yerlər-də" istehsalını təşkil etməklə nail olurlar. Birbaşa investisi-yaların çox hissəsi məhz bu məq­sədə yönəldilir.

  2. Bu, texniki-iqtisadi göstəricilərlə əlqədardır. Bir-başa investi­si­yaların bir hissəsi infrastrukturun (anbarların, nəqliyyat müəssisələ­ri­nin, bankların, sığorta şirkətlərinin, ti-carət təşkilatlarının və i.a.), başqa söz­lə, satışın təmin edil-məsi üçün xidmət şəbəkəsinin yaradılmasına yönəl­dilir.

  3. Bu, iqtisadi və siyasi qeyri-sabitliyin, vergilərin yüksək ol­ması, qeyri-qanuni yollarla əldə edilmiş "çirkli pulların yuyulmasının" zəruriliyi ilə əlaqədardır.

Birbaşa investisiyalara hazırlıq və onun həyata keçi-rilməsi təq­dim olunan layihələrin təhlilinə əsaslanır. Odur ki, bu layihələrin xüsu­siyyətləri üzərində dayanmaq məqsə-dəuyğun olardı.

Məlum olduğu kimi, başqa ölkələrdə firma yarat-maqda məq­səd ölkənin həmin bazarlara göndərdiyi məhsul-ları sınaqdan keçirmək­dir. Birbaşa investisiyaların həyata keçirilməsi üçün layihələrin hazır­lanması bir neçə mərhələ-dən keçir. Buna əmtəə və xidmətlərin ixrac olun­duğu ölkə-nin bazarlarının öyrənilməsindən başlanılır. Bu məq­səd­lə, əvvəlcə satış üçün perspektivli olan məhsullar və bazarların tu­tumu müəyyən edilir. Bundan sonra əmtəə və xidmətlərin ixrac olun­ması şərt­ləri barədə danışıqlar aparılır, müqavilələr bağlanır. Müqa­vilələrdə alqı-satqı şərtləri, ofi-sin saxlanması, nəqliyyat və anbar təsər­rüfatları, əmtəələrin tədarükü və saxlanması, gömrük haqqı, yük­lənmə, sığorta­lan­ma və s. üzrə xərclər nəzərdə tutulur. Hesablama milli və xarici dö­nərli valyuta ilə aparılır və bir neçə ili əhatə edir.

Bununla yanaşı, yaradılan firmaların fəaliyyətinə birbaşa, ya­xud da dolayısı ilə aid olan milli və xarici ölkənin qanunvericilik sənəd­ləri işlənib hazırlanır. Bunlara kapitalın idxal və ixrac olunması, əldə edilən mənfəətin investisiya qoyulan ölkədən "çıxarılması"na qoyulan məh­­dudiyyətlər, gömrük qanunvericiliyi, rəqabət, dempinq və vergilər haq-qında qanunvericilik sənədləri, immiqrasiya rejimi, qeyri-formal məhdudiyyətlər və s. misal ola bilər.

Investisiya mühiti və riskinin qiymətləndirilməsinə xüsusi diq­qət yetirilir, yaradılan firmanın təşkilati-hüquqi forması (birlik, səhm­dar cəmiyyəti və i.a.) müəyyən edilir, ehtiyac olduqda, onun xarici təsis­çi­ləri seçilir.

Bundan sonra yaradılan firmanın fəaliyyətinin iqti-sadi səmərə­liliyinə qiymət verilir. Bu zaman nəzərə almaq lazımdır ki, təchizat-satış şir­kətləri üçün mənfəətin artırıl-ması sahəsində yüksək nəticələrə nail olunması heç də həmişə başlıca məqsəd deyildir. Çünki mənfəətin divi­dendin artması yolu ilə deyil, firmanın satın aldığı, yaxud da satdığı əmtəələrin qiymətləri hesabına əldə edilməsi daha sərfəlidir.

Firmanın yaradılmasının (və ya satın alınmasının) axırıncı mər­­hələsinə təsis sənədlərinin (müqavilə, nizamna-mə və i.a.) hazır­lan­ması və qəbul edilməsi, ölkə daxilində və xarici ölkədə səlahiyyətli or­qanlardan icazə alınması (əgər bu tələb olunursa), qeydiyyatdan keçi­rilməsi və adının xarici müəssisələrin qeydiyyat reyestrinə salınması da­xildir.

Kapitalın beynəlxalq miqyasda hərəkətindən bəhs olunduqda investisiya mühiti və məsuliyyətinin (riskinin) aydınlaşdırılması da çox böyük əhəmiyyət kəsb edir.



Investisiya (bəzi hallarda sahibkarlıq) mühiti dedik-də, kapi­ta­lın ixrac olunduğu ölkədəki mövcud şərait nəzərdə tutulur. Bu mühiti çox­saylı ünsürlərdən ibarət olan aşağıda-kı qruplarda birləşdirmək olar: 1) Ölkədəki sosial-siyasi şərait və onun perspektivləri; 2) Daxili iqtisadi şərait və onun inkişaf perspektivləri; 3) Xarici iqtisadi fəaliyyət və onun perspektivləri. Bunların hər birinin öz "çəkisi" var və bal sistemi ilə qiy­mətləndirilir. Öz kapitalını ixrac edən sa-hibkarı həm bu amillərin hər biri, həm də ən başlıcası ma-raqlandırır. Xarici sahibkarın fikrincə, bu, onun başqa ölkə-lərdə rastlaşdığı müxtəlif növ məsuliyyətləri sə­ciy­yələn­dirən amillərdir. Bu halda məsuliyyət, investor tərəfindən qo­yul­muş vəsaitin itirilməsi ehtimalıdır. Ona görə də "risk" amili əvəzinə sa­dəcə olaraq "risk", ölkədəki sosial-siyasi, iqtisadi şərait və onun inkişaf pers­pektivləri əvəzinə isə "daxili iqti-sadi" və "xarici iqtisadi" risk söz­lərini işlətmək olar.

Sosial-siyasi risk ölkədəki şəraitin nə dərəcədə sabit olması nəzərə alınmaqla qiymətləndirilir. Çünki ölkədəki sosial-siyasi dəyi­şik­liklər iqtisadi siyasəti elə dəyişdirə bilər ki, bu, xarici şirkətlərə məxsus olan vəsaitin itirilməsi ilə nəticələnər. Daxili iqtisadi və xarici iqtisadi riski də bu cür qiymətləndirmək olar.



Riskin təsnifləşdirilməsi ilə əlaqədar digər baxışlar da vardır. Bun­lardan aşağıdakıları qeyd etmək olar:

  1. Bəzi sosial risklər də daxil olmaqla siyasi risklər;

  2. Maliyyə riskləri. Bu, ölkəyə və onun hüquqi şəxs-lərinə ve­ri­lən borc kapitalının ödənilə bilməsi imkanları ilə müəyyən edilir;

  3. Əməliyyatlar üzrə risklər. Bunlara aşağıdakıları aid etmək olar: a) xarici ticarət fəaliyyəti ilə əlaqədar risklər (xarici ticarət riski); b) istehsal fəaliyyəti ilə əlaqədar risklər (istehsal riski).

Riskin qiymətləndirilməsi investorların hamısı, xüsu-silə də xa­ric­də kapital qoyuluşunu həyata keçirənlər üçün olduqca vacibdir. Çün­ki, xarici investor tanış olmadığı bir mühitə düşür. Ona görə də o, bu ye­ni mühitin müsbət və mənfi cəhətlərindən xəbərdar olmalıdır. Bu məq­sədlə müxtəlif mənbələrdən informasiya almaq, onu təhlil etmək və qiymətləndirmək lazımdır. Burada məqsəd xaricdə firma yaratmaq istə­yən investora ilkin mərhələdə "harada" (kapital qoyuluşu üçün ölkə se­çilərkən), "necə" (bazara daxil olmaq üsulu müəyyən olunarkən) və "nə za­man" (layihədə nəzərdə tutulan müddətdən asılı olaraq) suallarına cavab axtarmaqda kömək göstərməkdir. Xaricdə fəaliyyət göstə-rən fir­malara münasibət isə başqa cür olmalıdır. Çünki onl-ar demək olar ki, fəaliyyət göstərdikləri ölkələrin necə de-yərlər "ab-havasına" öyrənmişlər və onları digər məsələlər-bazarda fəaliyyətin genişləndirilməsinin məq­­sə­­dəuyğun olub-olmaması, hansı məhsulların satışının təşkili və s.–ma­raqlandırır.

Riskin azaldılmasının mümkün olan aşağıdakı me-todları vardır:

  1. Layihənin dəyərinə "riskə görə mükafatın" əlavə edilməsi. Mə­sələn, 100 bal sistemi ilə ölkə üzrə ümumi inves-tisiya riskinin sə­viy­yəsi 90-100 bal təşkil edirsə, investor layihənin dəyərinə böyük məb­ləğdə "riskə görə mükafat" əlavə etmir. Bu səviyyə 80-89 bal həd­din­də­dirsə, real dis-kont dərəcəsinin (inflyasiyadan "təmizlənmiş") 3 faizlik bənd qədər artırılması məqsədəuyğundur. Bu səviyyə 60 baldan aşağı olduqda diskont dərəcəsinə 11 faizlik bənd əlavə edilməsi münasib sa­yılır;

  2. Xaricdə investisiya fəaliyyətindən mümkün olan itkiləri sı­ğor­talamaq üçün firmaların ehtiyat fondlarının ya-radılması və ya geniş­ləndirilməsi;

  3. Xüsusi sığorta şirkətləri, habelə dövlət təşkilatları vasitəsilə siyasi riskdən sığortalanma. ABŞ-da bunları Ixrac-idxal bankı və xarici xüsusi investisiya korporasiyaları həyata keçirirlər (OPYS)1.

  4. Elə layihə seçmək lazımdır ki, bu, doğrudan da onu qəbul edən ölkəyə lazım olsun və xaricdə "himayə" edilsin;

  5. Riskin, mülkiyyətin qeyri-səhmdar formasından istifadə olun­­masına əsaslanan səmtə yönəldilməsi.

Riskin azaldılmasına imkan verən digər üsullardan da istifadə edilə bilər və bunlar şübhəsiz ki, kapitalın hərəkətinin sürətləndirməsinə təsir göstərər.
5. Beynəlxalq miqyasda iş qüvvəsinin miqrasiyası, onun nəticələri və tənzimlənməsi.
Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksə-riyyətinin iq­tisadi, sosial və demoqrafik inkişafı üçün bey-nəlxalq miqyasda iş qüv­vəsinin və əhalinin miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iq­tisadi münasibətlərin ən mürəkkəb ünsürlərindən biridir. Çünki onun obyekti insan resurslarıdır və bu, beynəlxalq miqrasiya ilə əlaqədar kəs­kin problemlər doğurur.

Iş qüvvəsinin miqrasiyası əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə get­məsi deməkdir. Buna iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də təsir edir.



Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərq­lən­dir­mək lazımdır. Bunlardan biri daimi yaşamaq üçün başqa ölkəyə köçüb getmə (emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkə­lərdən kö­çüb gəlmə (immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətən­daşların öz vətənlərinə qaytarılmaları da (repatriasiya) əhalinin beynəl­xalq miq­ra­siyasına aiddir.

Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölü-nür: 1) Öl­kəyə qanuni yolla gəlmiş mühacirlər; 2) Müqavilə üzrə işləyən müha­cirlər. Ölkələrin çoxu xarici iş qüvvə-lərindən asılıdır. Odur ki, onlar iş qüvvəsi artıqlığı olan ölkələrlə müqavilə bağlamaqla özlərinin iş qüvvəsinə olan tələbatlarını ödəyirlər; 3) Qeyri-leqal mühacirlər. Səna­yecə inkişaf etmiş ölkələrin demək olar ki, hamısında qeyri-leqal müha­cirlər vardır. Bunların bir hissəsi sərhədi qeyri-qanuni yolla keçməklə gəlir, bə­ziləri isə qanunla müəyyən edilmiş müddət qurtardıqdan sonra gəl­dik­ləri ölkədə qalır və ən adi işlərdə çalışırlar; 4) Sığınacaq istəyən şəxs­lər. XX əsrin 80-ci illərinədək bu kateqoriyadan olan şəxslərin sayı bir qə­dər az olmuş, sonra isə artmışdır. Insanlar sığınacaq haqqında xa-hişi si­yasi səbəblərlə, yaxud da yaşadığı ölkədə iqtisadi və-ziyyətin ağır olması ilə əlaqələndirirlər; 5) Qaçqınlar. BMT-nin məlumatına görə XX əsrin 90-cı illərinin əvvəllərində dünyada 17mln-dan çox qaçqın ol­muş­dur. Indiki qaçqın-ların çoxu müharibə «qurbanlarıdır». Onlar adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə yaşayırlar.

Kapital axını, xarici ticarət əlaqələrinin inkişafı və iqtisadi inteqrasiya kimi iş qüvvəsinin beynəlxalq miqra-siyası da obyektiv pro­sesdir. Çünki əmək ehtiyatları da ba-zar qanunlarına uyğun olaraq ən yüksək səmərə verən daha əlverişli şərait axtarır.

Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurs­larla müqayisəsindən danışarkən onun xüsusiyyətini qeyd etmək lazım­dır. Bu, xüsusi növ əmtəə olan iş qüvvə-sinə aiddir. Bu xüsusiyyət on­dan ibarətdir ki, iş qüvvəsi beynəlxalq iqtisadi münasibətlərin nəinki obyekti, həm də subyektidir. Bundan başqa, beynəlxalq miqrasiya pro­sesi donor və iş qüvvəsini qəbul edən ölkələrə yalnız iqtisadi cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji cəhətdən təsir gös­tərir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsi artdıqca bey-nəlxalq miqrasiyanın əhəmiyyəti də artır. Son onilliklərdə beynəlxalq miqrasi­yada əsas axın ABŞ-a doğru yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət edənlərin sayı 4,5 mln. nəfərə çatmışdır ki, bu da 60-cı illərdəkindən təqribən 33% çoxdur. XX əsrin 80-ci il­lə­rin­dən mühacirətin miqyası daha da genişlənmiş və bu, ABŞ əhalisi ar­tı­mının 39%-ni təşkil etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal, 2 mln. nəfər isə qeyri-leqal yolla mühacirət et-mişdir. Keçən əsrin son­larında bu səviyyə demək olar ki, sabit qalmışdır.



Mühacir axınının başqa bir iri mərkəzi Qərbi Avropa-dır. Bu ölkələrə hər il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Britaniya müha-cirətin miqyasına görə öncül mövqedədirlər. Iş qüvvəsinin miqrasiyasına–daha çox mühacirət edilməsinə görə regional mərkəzlər arasında Avstraliyanı xüsusi qeyd etmək olar.

Iş qüvvəsini qəbul edən müxtəlif ölkələr üçün miq-rasiya mən­bələri bir-birindən fərqlənir. Bu, bir tərəfdən iş qüvvəsinin üz tutduğu ölkənin müasir dünyada oynadığı rol və malik olduğu imkanla, digər tərəfdən isə onun tarixi, etnik, coğrafi əlaqələri ilə bağlıdır. Və müasir mühacir axını-nın coğrafiyasında nəzərə çarpan dəyişikliklər müşahidə olunur. Belə ki, XX əsrin 60-cı illərində ABŞ üçün yeni mühacirətin əsas mənbələri Kanada və Qərbi Avropa (mü-hacirət edən­lərin 80%-ə qə­dəri) olmuş, 70-80-ci illərdə isə Latın Amerikası və Asiya ölkələri üs­tünlüyə malik olmuşlar. 90-cı illərdə bu regionlardan ABŞ-a gələnlər mü­hacirət edənlərin 85%-ni təşkil etmişdir.

Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tər-kibi deyil, peşə və təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln. nəfər ali təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin yüksək ixtisas və peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı. Belə ki, mühacirlərin 33%-i hətta orta məktəbi belə bi­tir­məmişlər.

Əhalinin və iş qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı ölkələrin milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir. Qanunvericilikdə iki meyl özünü göstərir. Bunlardan biri açıq iqtisadiyyata və buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə yerdəyişməsi, digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və məhdudiyyətlərə əsaslanır.

Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazır-lanır. Döv­lətin miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələn adamların, on­lara ölkədə yaşamaq üçün vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaşlıqdan məh-rum edilməsinin, xarici iş qüvvəsindən istifadənin, onların işlədikləri dövrdə qaçqınların sosial müdafiəsinin təşkili sis-teminin tənzimlənməsinə yönəldilmiş qanunvericilik, təşki-lati və digər tədbirlər kompleksidir.

Inkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiya-nın sosial vəziyyətə və əmək bazarına nəzarət oluna bilmə-yən təsirinə yol ver­mə­mək üçün özlərinin iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəl­dilən və himayədarlığa əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da 1990-cı ildə qüvvəyə minmiş mühacirət haqqında qanuna uy­ğun olaraq 1995-ci ildən başlayaraq ölkəyə hər il 675 min nəfərdən çox mühacir gəlməsinə yol verilmir. Qanunda həmçinin ABŞ-a iş axtarmaq üçün hər il 140 min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən edil­mişdir.

XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması və mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədr olaraq Avropa ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunvericiliklərini sərtləş-dirmişlər. Məsələn, 1993-cü ildə Fransa öl­kə­yə yeni müha-cirlərin gəlməsini məhdudlaşdırmışdır. Avstriya, Italiya, Ispaniya və Portuqaliya da özlərinin mühacirət haqqında qanun­veri­ci­lik­lərində bu istiqamətdə dəyişikliklər etmişlər. Beynəlxalq konven­siya­lar, o cümlədən, 1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul edil­miş insan hüquqlarına dair ümumi bəyannamədə hər bir şəxsə sərbəst surətdə yaşayış yeri seçmək hüququ verilir. Bunlarla birlikdə razılaşma əldə edən, miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq norma­la­rı, inteqrasiya qruplaşmaları daxilində əhalinin və iş qüv­vəsinin yer­də­yişməsinin liberal normaları və üçüncü ölkələrə münasi­bətdə məh­du­diy­yətləri müəyyənləşdirir. Mə-sələn, Avropa Ittifaqı çərçivəsində əhali­nin və iş qüv­vəsinin beynəlxalq miqrasiya axınını tənzimləyən bir sıra kon-vensiyalar imzalanmışdır. Bunların içərisində 1957-ci ildə bağlan­mış və 1968-ci ildə qüvvəyə minmiş Roma müqavilə-sinin 52-ci yarımfəslində AI-nin ilk 6 iştirakçısı olan ölkə-lərin işçilərinə (sonra bu qayda AI-nin üzvü olan bütün öl-kələrə şamil edilmişdir) həmin ölkələrdə sər­bəst surətdə iş axtarmaq hüququnu verən sənəd, sığınacaq verilməsi qay­dalarını müəy­yən edən və 1990-cı ildə qəbul edilmiş Dublin kon­ven­siyasını gös­tərmək olar. Qeyd etmək lazımdır ki, həm bütün əhalinin, həm də iş qüvvəsinin beynəlxalq miq-rasiyası təkcə iqtisadi deyil, eyni zamanda çox mürəkkəb siyasi və sosial-iqtisadi hadisədir. O, istər iş qüvvəsinin gəldiyi, istərsə də getdiyi ölkənin əmək ehtiyatlarının tərki­bi­nə əhə­miyyətli dərəcədə təsir edir, əmək bazarında şəraitin dəyişmə­si­nə, iş qüvvəsini qəbul edən ölkənin sosial-siyasi həyatında çətinliklərə gətirib çıxarır. Mühacirət yerli əhali ilə "gəlmələr" arasında, etnik, irqi, dini və mədəni fərqlərlə əlaqədar bir sıra problemlərin meydana çıxma­sına səbəb ola bilər. Bütün ölkələrin rastlaşdıqları çətinliklər bunu əyani su­rətdə sübut edir.



Bəs, iş qüvvəsinin beynəlxalq miqrasiyasının hər iki tərəf üçün nə kimi nəticələri ola bilər? Bu suala birmənalı cəvab vermək ol­maz.

"Zəkaların axını" prosesinin ABŞ-ın iqtisadiyyatı üçün müsbət təsiri haqqında az yazılmamışdır. Təkcə bunu demək kifayətdir ki, XX əsrin 80-ci illərində ABŞ-ın əmək bazarında mühəndislik və kompüter sahəsində iş axtaran elmlər doktorlarının 40%-i mühacirlər olmuşdur. Ali mək-təblərdə texniki fənlərdən dərs deyənlərin də 25%-ni müha-cirlər təşkil etmişdir. XX əsrin 90-cı illərinin ortalarında ABŞ-da 11 mil­yon­dan çox mühacir yaşamış və onların bir illik əmək haqqı 240 mlrd. dollara bərabər olmuşdur. Və onlar hər il 90 mlrd. dollar məbləğində vergi ödəmişlər. ABŞ həm də hər il mühacirlərə 5 mlrd. dollar maddi yardım göstərir. Aydın məsələdir ki, mühacirlər ABŞ-ın iqtisadiyya-tının inkişaf etdirilməsində yaxından iştirak edir və öz töh-fələrini verirlər. Bu, özünü elmdə, təbabətdə, incəsənətdə da-ha bariz şəkildə göstərir. Bunu demək kifayətdir ki, təkcə 1998-ci ildə ABŞ-a xaricdən 23,5 min nəfər alim və mühən-dis gəlmişdir.

Lakin qeyd etmək lazımdır ki, inkişaf etməkdə olan ölkələrdən gəlmiş alimlərin çoxu ABŞ-da və inkişaf etmiş di-gər ölkələrdə iş­lə­dik­dən və özlərinin ixtisaslarını artırdıqdan sonra vətənlərinə qa­yıtmış və öz ölkələrində elmi məktəb-lərin başlanğıcını qoymuşlar. Bun­dan başqa, digər peşə sahibləri də-idarəedicilər, həkimlər, inşaatçılar, ixtisaslı işçi-lər–təhsil aldıqdan və maddi vəziyyətlərini yax­şılaş­dırdıq­dan sonra vətənlərinə dönmüşlər. Çinlilərin, Koreyalıların, Hindli­lərin çoxu da öz doğma yurd-yuvalarına qayıtmağa üstün­lük vermişlər. Onların hamısı öz ölkələrinə yeni bilik, peşə, ixtisas, ailələrinə isə azuqə gətirmişlər. Başlıca məsələ isə ondan ibarətdir ki, bu ölkələr də öz kadrla­rı­nı dəyər-ləndirməli, onlara özlərinin malik ol­duq­ları imkanları real-laş­dırmaq, işləmək, yaşamaq və yaratmaq üçün normal şə­rait təmin etməlidirlər.


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə