FəNN: makroiQTİsadiyyat


Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur



Yüklə 1,2 Mb.
səhifə3/17
tarix14.10.2017
ölçüsü1,2 Mb.
#4690
1   2   3   4   5   6   7   8   9   ...   17

Bu eynilik bütövlükdə iqtisadiyyat üzrə də doğrudur. Ona görə ki, ölkədə istehsal olunan bütün məhsullar ya ölkə daxilində təsər­rü­fatın üç bölməsi – ev təsərrüfatları, dövlət, biznes, - yaxud da xarici isteh­lakçılar tərəfindən satın alınır.

ÜMM-i xərclərə görə hesabladıqda son məhsulun istehsalı və xidmətlərlə əlaqədar olan bütün xərcləri cəm-ləmək lazımdır. Fikrimizi bir qədər də sadələşdirsək, ÜMM xərclərə görə hesablandıqda aşa­ğı­dakı ünsürlərdən ibarət olur: 1) Ev təsərrüfatlarının istehlakla əla­qədar xərcləri (C); 2) Biznesin investisiya ilə əlaqdar xərcləri (Iq); 3) Əm­təə və xidmətlərin dövlət tərəfindən satın alınması (G); 4) Əcnəbi-lər tərəfindən məhsulların satın alınması ilə əlaqədar olan xərclər (Xn).

Ev təsərrüfatlarının istehlakla əlaqədar xərclərinə uzun müddət istifadə olunan (avtomobil, soyuducu, mebel, videomaqnitafon və i. a.) və gündəlik tələbat məhsullarının (çörək, ət, süd, diş pastası, konyak, araq, siqaret və i.a.) sa-tın alınmasına, habelə göstərilən xidmətlərə (hü­quqşünasın, həkimin, bərbərin, mexanikin və s.) görə ödənilən xərclər daxildir.

ÜMM xərclərə görə hesablandıqda istifadə olunan termin­lərdən biri də bütün daxili xüsusi investisiyalardır. Investisiya xərclərinə aşağıdakılar daxildir: 1) Sahibkarlar tərəfindən son məhsul kimi satın alınmış maşın, avadanlıq, dəzgah və s.; 2) Bütün tikinti; 3) Ehtiyatların dəyişməsi.

Kapital ünsürlərinin – maşınlar, avadanlıqlar və i. a. – inves­tisiya xərclərinə aid edilməsi aydındır. Çünki bu zaman istehsal gücləri artır, istehsalın miqyasının genişlən-məsi üçün şərait yaranır. Tikintinin investisiyaya aid edil-məsi məsələsində isə bəzi məqamların aydın­laş­dı­rılmasına ehtiyac var. Məlumdur ki, istehsal təyinatlı yeni binaların ti­kintisi birbaşa investisiyalara aiddir. Bəs, nə üçün mənzil tikintisi is­teh­lak kateqoriyasına deyil, investisiya kateqori-yasına aid edilməlidir. Bu, onunla əlaqədardır ki, istehsal təyinatlı binalar kimi, çoxmənzilli yaşayış evləri də gəlir gətirir. Icarəyə (kirayə) verilən digər yaşayış evləri də bu səbəbə görə investisiya əmtəələrinə aid edilir. Sahibkarın mülkiyyətində olan, lakin icarəyə (kirayə) verilməyən başqa yaşayış binaları da inves­tisiya əmtəələrinə daxildir. Çünki onlar da gəlir əldə etmək məq­sədilə istənilən vaxt icarəyə (kirayə) verilə və gəlir gətirə bilər. Bu səbəbə görə də bütün mənzil tikintisi investisiya anlayışına daxil edilir.



Bəs, ehtiyatların dəyişməsi nə üçün investisiyaya aid edilir? Ona görə ki, ehtiyatların artımı əslində “istehlak edil-miş məhsullardır" və investisiyadan başqa bir şey deyildir.

ÜMM göstəricisini hesablamaqda məqsəd cari ildə istehsalın həcmini müəyyən etməkdən ibarət olduğuna görə onun tərkibinə satılıb – satılmamasından asılıı olmayaraq həmin ildə istehsal olunmuş bütün məhsullar daxil edilmə-lidir. Başqa sözlə, bir halda ki, ÜMM istehsalın ümumi həcminin düzgün ölçüsüdür, onda bütün ehtiyatların il ərzində artımı onun tərkibinə daxil edilməlidir. Çünki ehtiyatların artımının nə­zərə alınmaması istehsalın illik həcminin azalması demək olardı. Əgər ilin əvvəlinə nisbətən ilin axırında rəflərdə və anbarlarda daha çox əm­təə yığılıb qalmışdırsa, bu o deməkdir ki, ölkədə il ərzində istehlak olun­duğundan çox istehsal edilmişdir və bu artım ÜMM-ə daxil edilməlidir. Ehtiyatlar azaldıqda isə bu, il ərzində istehsal olun­du­ğun­dan çox istehlak edildiyini göstərildiyi üçün həmin fərq ÜMM-ə daxil edilmir.



Investisiyaya daxil edilməyən ünsürlərin müəyyən olunması da az əhəmiyyət kəsb etmir. Daha konkret desək, məsələn, qiymətli kağız­ların əldən-ələ keçməsi investisiyaya aid edilmir. Çünki bu, mül­kiyyət hüququnun sadəcə olaraq bir şəxsdən digərinə keçməsi de­məkdir. Bu sözlər mövcud aktivlərin yenidən satılmasına da aiddir.

Milli hesabları tərtib edərkən aşağıdakı anlayışlardan istifadə olunur: 1) Ümumi investisiyalar; 2) Xüsusi investisi-yalar; 3) Daxili in­ves­­tisiyalar.

Xüsusi və daxili investisiyalar o deməkdir ki, onlar xarici şir­kətlər tərəfindən deyil, ölkə daxilindəki şirkətlər tərəfindən həyata ke­çi­rilir.

Lakin "bütün" anlayışını müəyyən etmək təsəvvür olunduğu qə­dər asan deyildir. Bütün daxili xüsusi inves-tisiyalara cari ildə istehsal prosesində istehlak olunmuş ma-şınlar, avadanlıqlar və qurğuların yeni­ləri ilə əvəz olunması üçün nəzərdə tutulan investisiya əmtəələri, iqtisa­diyyatda tətbiq olunan kapitala edilmiş hər cür əlavələr daxildir. De­mə­li, ümumi investisiyalar dedikdə ödəmə məbləği və inves­tisi­yala­rın artı­mı nəzərdə tutulur. Digər tərəfdən, "xalis daxili xüsusi investisi­yalar" anlayışından istifadə edilir ki, bu da öz növbəsində cari ildə həyata keçirilmiş əlavə investisiyalara xarakteristika vermək üçün la­zım­dır. Bu göstərici həm də bir sıra mətləbləri aşkarlamağa imkan verir. Bunu aşa­ğıdakı misalla izah edək. Tutaq ki, hər hansı bir ölkədə 2006-cı ildə 85,0 mlrd. dollarlıq investisiya əmtəələri istehsal edilmişdir. ÜMM-in isteh­salı prosesində isə 54,5 mlrd. dollar məbləğində maşın və avadanlıqlar is-tehlak olunmuşdur. Deməli, ölkədə həmin il kapital yı­ğımı-na 30,5 mlrd. dollar (85,0 mlrd. dollar – 54,5 mlrd. dollar) əlavə edil­mişdir. Buradan aydın olur ki, 2006-cı ildə ümumi investisiya 85,0 mlrd. dollar təşkil etdiyi halda, xalis inves-tisiyalar 30,5 mlrd. dollar olmuşdur.

Ümumi investisiya ilə cari ildə istehlak olunmuş kapital–amortizasiya məbləği–arasındakı fərq iqtisadiy­yatın yüksəliş, durğun­luq və ya azalma vəziyyətində olması haqqın-da mühakimə yürütməyə imkan verir. Daha doğru­su, ümumi investisiyalar amortizasiyadan çox olduqda bu, istehsal güclərinin artdığını, iqtisadiyyatın yüksəliş mər­hələ­sində olduğunu göstərir. Ümumi investisiyalarla amortiza­siya bir-birinə bərabər olduqda bu, iqtisadiyyatda durğun­luğun hökm sürdü­yü­nü, yəni, ÜMM-in istehsalı pro­sesində istehlak olunmuş kapital qədər, kapital ünsürləri istehsal olunduğunu göstərir. Ümumi inves­tisiyalar amorti­zasiyadan az olduqda, yəni il ərzində istehlak olun­duğundan az kapital istehsal edildikdə isə bu, iqtisadiyyatın tənəzzül vəziyyətində olmasına dəlalət edir. Bu zaman iqtisadiyyata inves­tisiya qoyuluşu aza­lır. Durğunluq da eyni vəziyyətin meydana gəlmə­sinə əlverişli şərait yaradır. Istehsal və məşğulluq azalmağa doğru meyl etdikdə ölkə iqti­sadiyya­tında istifadə olunduğundan çox istehsal gücləri olur. Nəticədə köhnəlmiş kapitalın dəyişdirilməsinə maraq ya azalır, ya da heç olmur. Amortizasiya ümumi investisiyaya nisbətən artır. Bu isə ilin əvvəlinə nisbətən ilin axırında kapitalın həcminin azalmasına gə­ti­rib çıxarır.

ÜMM hesablandıqda əmtəələrin dövlət tərəfindən satın alın­ması və xidmətlər üzrə xərclər də nəzərə alınma-lıdır. Buraya müəssi­sələrin son məhsullarının və bütün ehtiyatların, xüsusilə də işçi qüvvə­sinin dövlət tərəfindən satın alınması ilə əlaqədar olan xərclər daxildir.



ÜMM xərclər üzrə müəyyən olunduqda ölkənin ixrac etdiyi məh­sulların dəyəri də nəzərə alınmalıdır. Məlum olduğu kimi, ölkə idxal olunan məhsulların satın alınmasına müəyyən məbləğdə vəsait sərf edir. Lakin bu məhsullar başqa ölkələrdə istehsal olunduğuna və həmin ölkələrin ÜMM-nə daxil edildiyinə görə onların dəyəri onu idxal edən ölkənin UMM-nə daxil edilməməlidir.

Bu iki göstəricinin uçotunu aparmaq üçün bir qayda olaraq onların arasındakı fərq müəyyən edilir və ona xalis ixrac, yaxud da xa­lis idxal deyilir. Ixrac olunan əmtəələrin və göstərilən xidmətlərin bazar dəyəri, idxal üzrə eyni dəyərdən çox olduqda bu, xalis ixracı, əksinə olduqda isə xalis idxalı əmələ gətirir. Məsələn, tutaq ki, 2006-cı ildə hər hansı bir ölkədən 14,5 mlrd. dollarlıq əmtəə ixrac olunmuş, 18,7 mlrd. dollarlıq isə əmtəə idxal edilmişdir. Bu o deməkdir ki, həmin il xalis idxal 4,2 mlrd. dollara bərabər olmuşdur. Xalis ixracın xalis idxaldan çox olması ölkənin yüksək iqtisadi inkişaf səviyyəsində olduğunu gös­tərir.

Beləliklə, nəzərdən keçirilən aşağıdakı dörd xərc kateqoriyası­nın köməyilə ÜMM müəyyən edilir: 1) Şəxsi istehlakla əlaqədar olan xərclər; 2) Bütün daxili xüsusi investisiyalar; 3) Əmtəə və xidmətlərin dövlət tərəfindən satın alınması; 4) Xalis ixrac. Bunu aşağıdakı düsturla ifadə etmək olar:
ÜMM = C + Iq + G + Xn
Yuxarıda göstərildiyi kimi, iqtisadiyyatda əldə edilən gəlir əmək haqqı, renta tədiyələri, faiz və mənfəətə bölünür. Və adamda belə təsəvvür yaranır ki, bunları cəmləməklə, ÜMM-in bazar dəyərini asan­lıq­la müəyyən etmək olar. Lakin ÜMM-də vəsaitin bölünməsinin gəlir­lə­rin ödənilməsi ilə əlaqədar olmayan iki növünün mövcudluğu, vəziy­yə­ti bir qədər mürəkkəbləşdirir. Bunlardan biri kapitalın istehlak edil­məsi ilə əlaqədar olan ayırmalar, digəri isə biznes üzrə müəyyən olun­muş dolayı vergilərdir.

Məlum olduğu kimi, avadanlıqların əksəriyyətinin faydalı xid­mət­etmə müddəti bir ildən çoxdur. Investisiya əmtəələrinin satın alın­masına sərf olunan həqiqi xərclərlə onların məhsuldar xidmətetmə müd­dəti isə vaxt etibarılə üst-üstə düşmür. Ona görə də ayrı-ayrı müəs­sisələr bir tərəf-dən mənfəətin və bütün gəlirin azalmasına yol vermə­mək, digər tərəfdən isə sonrakı illərdə mənfəəti və ümumi gəliri artır­maq məqsədilə, avadanlıqların faydalı xidmətetmə müddətlərini müəy­yən edir və investisiya əmtəələrinin ümumi dəyərini onların xidmət et­dikləri bütün illər arasında bərabər bölürlər. Və deməli, investisiya əm­təələri öz dəyər-lərini məhsuldar xidmətetmə müddətində istehsal olunan məhsulların üzərinə hissə-hissə keçirirlər. Ayrı-ayrı illərdə istehsal pro­sesində istehlak olunan kapitalın həcmini ifadə edən illik ayırmalara amor­tizasiya deyilir. Amortizasiya hər il, şirkətin əldə etdiyi mənfəət və ümumi gəlir haqqında daha dəqiq hesabat hazırlamaq üçün aparılan mühasibat qeydiyyatıdır. Bütün bunlar göstərir ki, iqtisa­diy­yatda yara­dılan mənfəətin və ümumi gəlirin kəmiyyətini düzgün hesablamaq üçün sahibkarlıq bölməsinin ümumi gəlirinin tərkibindəki böyük məbləğdə amor­tizasiya ayırmaları nəzə-rə alınmalıdır. Amorti­zasiya ayırmaları ka­pitalın istehlak olunması ilə əlaqədar olan ayır­malardır. Bu ayır­ma­lar cari ildə ÜMM-in istehsalı prosesində istehlak olunmuş və gələcəkdə sıradan çıxacaq investisiya əmtəələrinin satın alınması üçün nəzərdə tutulur.

Vəsaitin bölüşdürülməsinin gəlirlərin ödənilməsi ilə əlaqədar olma­yan növlərindən biri də ondan ibarətdir ki, dövlət, bizneslə məşğul olan şirkətlərdən dolayı vergilər alır. Şirkətlər isə bu vergiləri özlərinin xərc­lərinə daxil edir və qiymətləri müəyyən edərkən onu nəzərə alırlar. Bun­lara satış vergisi, aksizlər, əmlak vergisi, lisenziya ödənişləri, gömrük rüsumları daxildir. Dolayı vergilərin alınmasını aşağıdakı misalla izah edək. Tutaq ki, şirkət istehsal etdiyi məhsulun hər vahidini 45 ma­nata satmağı nəzərdə tut­muşdur. Lakin dövlət pərakəndə ticarətdə satı­lan bütün əm-təələrə onların qiymətinin 4%-i qədər vergi müəyyən et­miş­dir. Deməli, pərakəndə ticarət təşkilatları məhsulların qiy-mətlərini 4% artırmalı, onu 46,8 manata satmalıdırlar. Gö-ründüyü kimi, ma­hiyyətcə bu vergi istehlakçılar tərəfindən ödənilir və dövlətin gəlir mən­bələrindən biridir. Dolayı ver-gilər formasında əldə edilən gəlirlər–qeyri-əmək gəlirləridir, çünki dövlət onların formalaşmasına heç bir vəsait sərf etmir. Bu deyilənlərdən aydın olur ki, son məh­sul onun üzə­ri­nə dolayı vergilər əlavə edildikdən sonra is­tehlakçının əlinə keçir. Ona görə də hər il yaradılan ümumi gəlir müəy-yən edilərkən bizneslə məşğul olan şirkətlərdən alınan dolayı vergilər onun tərkibinə daxil edilir.

Işsizlik dövründə işçilərə bizneslər və dövlət tərəfin-dən ödənilən sosial sığorta, pensiya təminatı, tibbi yardım, müavinət və s. də bu kateqoriyaya daxildir.

Renta tədiyələri də gəlirlərə aiddir və onu iqtisa­diyyatı ehtiyatlarla təmin edən ev təsərrüfatlarının mülkiy-yət­çiləri mənim­səyirlər. Pul kapitalı mülkiyyətçiləri isə borc verdikləri kapitalın mü­qabilində faiz şəklində gəlir əldə edirlər. Deməli, faiz də gəlirlərə aiddir. Lakin dövlət tərəfindən həyata keçirilən faiz ödənişləri faiz şəklində əldə edilən gəlirdən çıxılır. Bu, onunla əlaqədardır ki, dövlət biznesdən əldə etdiyi dolayı vergilərin müqabilində isteh-salata birbaşa vəsait qoy­mur, başqa sözlə, dövlət iqtisadi ehtiyatlarla təminatçı vəzifəsini yerinə yetirmir.

Geniş mənada işlədilən mənfəət iki yerə bölünür: 1) Mülkiyyətə görə, yaxud da sahibkarlığın qeyri-korporativ bölməsindən əldə edilən mənfəət; 2) Korporasiyaların əldə etdikləri mənfəət.

Mülkiyyətə görə əldə edilən mənfəət dedikdə fərdi mülkiyyətdə olan müəssisə, habelə kooperativ sahiblərinin xalis gəliri nəzərdə tu­tulur.



Korporasiyaların əldə etdikləri mənfəət isə aşağıdakı kimi isti­fadə olunur: onun bir hissəsi mənfəət vergisi şəklin-də dövlətə verilir, yer­də qalan məbləğin bir hissəsi səhmdar-lar arasında dividend şəklində bölünür; vergi və dividend çıxıldıqdan sonra qalan məbləğ isə korpo­rasiyaların bölüş-dürülməyən mənfəəti adlanır. Bölüşdürülməyən mən­fə­ə­tin bir hissəsi istehlak olunmuş kapitalın bərpa edilməsi üçün ayrılır, bir hissəsi isə gələcəkdə istehsalı genişləndirmək – yeni zavodlar tikil­məsi və avadanlıqlar alınması üçün nəzər-də tutulur.

Beləliklə, nəzərdən keçirilən aşağıdakı gəlir kateqo­riyalarının köməyilə istehsalın illik bazar dəyəri, yəni ÜMM he­sablanır: 1) Istehlak olunmuş kapitalın dəyəri (amortiza-siya məbləği); 2) Şirkətlərdən alınan dolayı vergilər; 3) Muzdlu işçilərin əmək haqqı; 4) Icarə haqqı; 5) Faiz; 6) Mülkiyyətə görə əldə edilən mənfəət; 7) Korporasiyaların əldə et­dikləri mənfəətdən alınan vergilər; 8) Dividendlər; 9) Korporasi­ya­ların bölüşdürülməyən mənfəəti.
3. Xalis milli məhsul və milli gəlir.
ÜMM-in çox mühüm bir çatışmazlığı vardır. Bu, ondan ibarətdir ki, o, cari ildə istehsalın həcmi haqqında şişirdilmiş təsəvvür yaradır. Çünki ÜMM-in tərkibində cari ildə istehsal prosesində istifadə olunan investisiya əmtəə-lərini yenilərilə əvəz etmək üçün zəruri olan vəsait də öz əksini tapır. Bunu aşığıdakı həqiqətdən aydın görmək olar. Məsələn, tutaq ki, 2006-cı il yanvar ayının 1-i vəziyyətinə iqtisadiyyatın bütün sahələrində 10 mlrd. manatlıq inves­tisiya əmtəələri vardır. Il ərzində 90 mlrd. manatlıq ÜMM istehsal olunmuş, 5 mlrd. manatlıq maşın və avadanlıq istehalk edilmişdir. Deməli, investisiya əmtəələrinin dəyərin­dən 5 mlrd. manatı ÜMM-ə daxil edildiyinə görə, 2006-cı il dekabr ayının 31-i vəziyyətinə 5 mlrd. manatlıq investisiya əmtəələri qalmışdır. Buradan belə bir nəticə çıxarmaq olarmı ki, 2006-cı ildə istehsal olunan 90 mlrd. manatlıq ÜMM cari ildə cəmiyyətin rifahının yaxşılaşdırılması üçün əlavə imkan­lar yaratmışdır? Əlbəttə, yox! Bu barədə daha düzgün nəticə çıxarmaq üçün ÜMM-dən həmin il istehsal prosesində istehlak olunmuş maşın və avadan­lıq­ların yerini doldurmaq məqsədilə istifadə olunacaq 5 mlrd. manatı çıxmaq lazımdır. Bu qaydada hesablama aparsaq 85 mlrd. ma­nat (90 mlrd. manat – 5 mlrd. manat) alarıq ki, bu da istehsalın xalis həcmini göstərir.

Beləliklə, ÜMM-ə nisbətən xalis milli məhsul (XMM) gös­tə­ricisi cari ildə istehsalın ümumi həcmi, istehlak olunmuş kapital və kapital yığımı haqqında daha düzgün təsəvvür verir. XMM ümummilli məhsuldan cari ildə istehsal prose-sində istehlak olunmuş əsas kapitalın dəyərini (amortizasiya ayırmalarını) çıxmaq yolu ilə hesablanır. Bunu aşağıdakı şərti misalla izah edək. Tutaq ki, 2006-cı ildə 15,2 mlrd. manatlıq ÜMM istehsal edilmiş, istehlak olunmuş kapitalın dəyəri 1,5 mlrd. manat olmuşdur. Deməli XMM 13,7 mlrd. manata (15,2 mlrd. manat – 1,5 mlrd. manat) bərabərdir. Buradan aydın olur ki, XMM amortizasiya ayırmalarının məbləği nəzərə alınmaqla təshih olunmuş ÜMM deməkdir. XMM-in köməyilə sonrakı il­lərdə istehsal imkanları pisləşmədən iqtisadiyyatın istehlakı təmin etmək iqtidarında olub-ol­ma­ması müəyyənləşdirilir.

Cari ildə XMM-in yaradılmasında iştirak edən tor­paq, işçi qüvvəsi, kapital və sahibkarlıq qabiliyyəti müqabi­lində əldə edilən gə­lir­lərin formalaşması mənbələrinin, başqa sözlə, ehtiyatların istehlak olun­ması baxımından cari ildə xalis məhsulun cəmiyyətə neçəyə başa gəlməsinin müəyyən olunması da böyük əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, XMM-in tərkib ünsürlərindən biri də şirkətlərin ödədikləri dolayı vergilərdir. Lakin yuxarıda göstərildiyi kimi, dolayı vergilər iqtisadiyyatın ehtiyatlarla təmin olunmasında bi­lavasitə iştirak etməyən dövlətin sərəncamına keçir. Ona görə də cari ildə ÜMM-in istehsalı gedişində qazanılan əmək haqqı, renta tədiyə­ləri, faiz və mənfəətin ümumi məbləğini müəyyən etmək üçün XMM-dən biz­nesin ödədiyi dolayı vergilər çıxılır və alınan göstəriciyə milli gəlir deyilir. Milli gəlirin tərkibinə konkret olaraq aşağıdakılar daxildir: 1)Muzdlu işçilərin əmək haqqı; 2) Icarə haqqı (renta tədiyələri); 3) Faiz; 4) Mülkiyyətə görə əldə edilən mənfəət; 5) Korporasiyaların əldə etdikləri mənfəətdən ödədikləri vergilər; 6) Dividendlər; 7) Kor­po­ra­­si­ya­ların bölüşdürülməyən mənfəəti.

Şəxsi gəlir (əldə edilmiş gəlir) və əməklə qazanılmış gəlir anla­yış­larını bir-birindən fərqləndirmək lazımdır. Bu, onunla əlaqədardır ki, əməklə qazanılmış gəlirin sosial sı-ğorta haqqından, korporasiyaların mənfəətindən alınan vergilər­dən və onların bölüşdürülməyən mənfəə­tindən ibarət olan hissəsi əslində ev təsərrüfatlarının əlinə keçmir. Ev tə­sər­rüfatlarının əlinə keçən gəlirlərin bir hissəsini isə, məsə-lən, trans­fert ödənişlərini əməyin nəticəsi hesab etmək ol-maz. Transfert ödəniş­lə­ri­nin aşağıdakı növləri vardır: 1) Qocalıq və bədbəxt hadisələrə görə sığor­ta ödə­nişləri, habelə sosial proqramlar əsasında verilən müavinətlər; 2) Mad­di yardım üzrə ödənclər; 3) Veteranlara verilən müxtəlif ödənc­lər, mə­sələn, təhsil almaq üçün subsidiyalar, əmək qabiliy-yətini itirdik­də ve­­rilən yardım; 4) Işsizliyə görə verilən xüsusi pensiyalar və maddi yar­dımlar; 5) Hökumət və istehlakçılar tərəfindən ödənilən faiz.

Beləliklə, milli gəlirdən əməklə qazanılmış gəlir növ-ləri çıxılır, cari ildə əmək fəaliyyətinin nəticəsi olmayan və əldə edilmiş gəlir adlan­dırılan gəlir növləri onun üzərinə əla-və edilməklə şəxsi gəlir müəyyən olu­nur. Deməli, şəxsi gəlir fərdi vergilər çıxıldıqdan sonra qalan gəlir­dir. Fərdi vergilər isə gəlir vergisindən, şəxsi əmlak və vərəsəlik ver­gilə­rindən ibarətdir. Bunların içərisində əsas yeri gəlir vergisi tutur. Şəxsi gəlirdən isə istehlak və yığım üçün istifadə olunur.

4. Ümummilli məhsul və cəmiyyətin iqtisadi rifahı.
ÜMM milli iqtisadiyyatın inkişaf səviyyəsinə qiymət verərkən istifadə olunan başlıca göstərici olsa da, bu barədə iqtisadçılar arasında fikir birliyi yoxdur. Bəzi iqtisadçıların fikrincə, ÜMM-i cəmiyyətin rifahını ifadə edən göstərici hesab etmək düzgün deyildir. Belə bir fikir də geniş yayılmışdır ki, real ÜMM ilə iqtisadi rifah arasında çox sıx və qarşılıqlı əlaqə vardır. Başqa sözlə, bu iqtisadçıların fikrincə isteh­salın səviyyəsi nə qədər yüksək olarsa, cəmiyyət də ən yaxşı həyat səviyyəsinə yaxınlaşmış olar. Bütün bunlar belə bir nəticə çıxarmağa əsas verir ki, ÜMM-in bir sıra çatışmayan cəhətlərinin – onun artması və ya azalması səbəblərinin istehsalın real həcminə necə təsir etməsinin, həmçinin istehsalın həcmi artdığı hallarda belə, onun, cəmiyyətin rifa­hının yüksəldilməsinə səbəb olmasına təsir göstərdiyini təsdiq edən amillərin aşkara çıxarılması olduqca vacibdir.

Elə istehsal əməliyyatları da vardır ki, onlar bazarda həyata keçi­rilmir və deməli, istehsal olunan məhsulların bazar dəyərinin ifadə va­sitəsi olan ÜMM-ə daxil edilmir. Evdar qadının, öz evini təmir edən dülgərin işi, yaxud da alimin haqqı ödənilməyən elmi məqalə yazması buna əyani misal ola bilər. Təbiidir ki, bunlar şirkətlərin hesabatlarında öz əksini tapmır və ona görə də milli gəlirə daxil edilmir. Bu isə öz növbəsində ÜMM-in həcminin az olmasına səbəb olur. Lakin öz miq­yasına görə ayrı-ayrı ən böyük qeyri-bazar əməliyyatları – məsələn, fer­merlərin öz məhsullarından özlərinin istehlak etdikləri hissə – milli gəlir hesablandıqda nəzərə alınır.

Cəmiyyətin iqtisadi rifahını ifadə edən göstəricilərdən biri də iş gününün uzunluğu, məzuniyyət günləri, asudə vaxt və onlardan necə istifadə olunmasıdır.

Məlum olduğu kimi, kapitalizmin ilk dövrlərində iş günü qa­nunvericilik yolu ilə uzadılırdı, fəhlə sinfinin siyasi şüur səviyyəsi aşağı olduğuna və o, kifayət qədər mütə­şək­kil olmadığına görə sahib­karlar iş gününün uzunluğunu hətta bəzi hallarda 14-16 saata çat­dırırdılar. La­kin sonralar işçi-lərin siyasi şüuru və mütəşəkkilliyinin yüksəlməsinin təsiri ilə sahibkarlar iş gününə müəyyən hədd qoymağa məc­bur oldular. Bunun nəticəsidir ki, iş həftəsinin uzunluğu, məsələn, ABŞ-da XX əsrin əvvəllərindəki 53 saatdan ikinci dünya müharibəsinin axırlarında 40 saata endirildi. O vaxt-dan etibarən iş həftəsinin uzun­luğu yenə də qis­mən azalmış və hazırda 35 saata bərabərdir. Bundan başqa, haqqı ödə­nilən və ödənilməyən məzuniyyətlər və bayram günləri illik iş günlərinin azalmasına təsir göstərmişdir. Bütün bunların nəticəsində işçilərin asu­də vaxtları artmış və deməli, cəmiy-yətin rifahı yaxşılaşmışdır.



ÜMM kəmiyyət göstəricisi olduğu üçün o, əmtəələrin keyfiyyətinin yaxşılaş­dırılmasını əks etdirmir. Lakin aydın-dır ki, key­fiyyətin yaxşılaşması məhsulların reallaşdırıl-masını asanlaşdırır, isteh­salın genişləndirilməsi üçün stimul yaradır. Doğrudur, keyfiyyətin yax­şılaşması ilə eyni vaxtda qiymətlər də yük­sələ bilər və yüksəlir. Deməli, qiymətlərin həddindən artıq yüksəlməsi reallaşdırmada müəyyən çətin­liklər yarada bilər. La­kin qeyd etmək lazımdır ki, qiymət-lərin yük­səlməsi nəticəsində məhsul istehsalı artır, təklif tələbdən irəlidə gedir, bu isə qiymətlərlə məhsul­ların keyfiy-yəti arasındakı asılılıqda tarazlaş­maya gətirib çıxarır.

Ümumi məhsulun bölgüsündə baş verən dəyişikliklər cəmiyyətin iqtisadi rifahına təsir göstərir. ÜMM yalnız istehsal olunan məh­sul­ların həcmini əks etdirir, hazırlanan əmtəələrin cəmiyyətin tələbatına uyğun gəlib-gəlməməsi haqqıda isə təsəvvür yaratmır. Məsələn, ola bi­lər ki, müqayisə üçün əsas götürülən bütün şərtlər gözlənilməklə əsas dövrə nisbətən cari dövrdə ÜMM artmışdır. Lakin deyək ki, bu artım cəmiyyətdə aztapılan, yəni daha çox tə­ləbat olan məhsullar hesabına deyil, insanların tələbatla­rı­nın nisbətən yaxşı ödənildiyi məhsullar he­sa­bına olmuşdur. Bu isə ayrı-ayrı məhsullar üzrə tələblə təklif ara­sındakı nisbətin pozulması deməkdir. Bəzi iqtisadçılar belə hesab edirlər ki, istehsal olunan bütün məhsulun ədalətli bölgüsü cəmiyyətin iqtisadi rifa­hı­nın yüksəlməsinə səbəb olmaqla yanaşı, gələcəkdə isteh­salın səmə­rəliliyinə əks təsir göstərə, onun artırılmasında adam­ların fəallığının azal­masına səbəb ola bilər. Bundan başqa, ÜMM-in artması ilə yanaşı, əhalinin sayı da artır. Göründüyü kimi, cəmiyyətin iqtisadi rifahına xa­rakteristika vermək üçün ÜMM həqiqi mənzə­rəni aşkara çıxarmağa imkan vermir. Odur ki, hər nəfərə görə məhsul istehsalı göstə­ricilərindən is­tifadə edilir. Bu göstəri­cilərə hər nəfərə düşən ümummili məhsul, milli gəlir, kon­kret məhsul növləri (ət, süd, taxıl, polad, elektrik enerjisi və i. a.) istehsalı, istehlak malları istehsalının quruluşu və dinamikası, əha­linin pul gəlirləri və banklardakı əmanətlə-rinin məbləği, ailə büdcəsi, iş gününün uzunluğu, məzuniy-yət günlərinin miqdarı, əhalinin məşğul­lu­ğu, asudə vaxt, ondan istifadə olunması və s. daxildir.



"Ümummilli əlavə məhsul" kimi arzuolunmaz bir göstərici də vardır ki, istehsalın həcminin və deməli, ÜMM-in artmasına o da təsir edir. Bu, havanın və suyun çirklən-məsinə qarşı görülən tədbirlərlə əla­qədar, habelə metal qırıntıları tullantılarından əmələ gələn zibil­liklərin təmizlən-məsinə və s. sərf olunan xərclərdir. Ətraf mühitin çirk­lənməsi­nin qarşısını almaq üçün həyata keçirilən tədbirlərlə əlaqədar olan xərc­lər ÜMM-dən çıxılmadığına görə istehsalın həcminin şişir­dilməsinə səbəb olur və cəmiyyətin iqtisadi rifahının yüksəlməsi haq­qında yanlış təsəvvür verir. Deməli, buradan da belə bir fikir meydana çıxa bilər ki, istehsalın həcmi artdıqca, ətraf mühit daha çox çirklənir və ÜMM də bir o qədər təhrif olunur. Bunu bir iqtisadçının obrazlı ifadə ilə dediyi "iqtisadi həyatın son məhsulu zibildir" sözləri də təsdiq edir. Başqa bir nəticə isə ondan ibarətdir ki, ÜMM nə qədər çox olarsa zibil də bir o qədər çox olur və ətraf mühit də bir o qədər çox çirklənir. Əslində isə müha-sibat üçotunun mövcud prinsiplərinə uyğun olaraq istehsal-çı axar çayı çirkləndirdikdə, dövlət isə onun təmizlənməsi üçün vəsait sərf etdikdə, bununla əlaqədar olan xərclər ÜMM-ə əlavə edilir, çirklən­mə­nin özünün dəyəri isə onun üzərindən çıxılır.
5. Milli sərvət və onun artırılması yolları.
Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə