Fənn: Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi. Ailə hüququnun əsas prinsipləri



Yüklə 222,78 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü222,78 Kb.
#81468
1   2   3   4   5
ailədə tərbiyə

4. Uşaqları cəzalandırma məsələləri.

Fiziki cəza metodu - bir çox valideynlər üçün ən asan gələn və ən rahat yoldur. Axı qəzəbi göstərmək hər bir insan üçün təbiidir, amma lazımi məqamda özünü saxlamaq, sakitcə uşağa yalnışlığını izah etmək bacarığı, onun diqqətini çevirmək, ona anlayış və hörmət göstərmək - valideynlər tərəfindən ciddi səylər tələb edir. Çox təəsüfki, valideynlər fiziki cəzadan qalan fəlakətli nəticələri dərk etmirlər. Gəlin birlikdə bunun nəticə və üsullarına aydınlıq gətirək.

Fiziki cəza uşağa necə təsir edir?

Daim fiziki cəza görən uşaq, etdiyi səhv hərəkətdən deyil, məhz valideynin verəcəyi cəzadan qorxur. Yəni, böyüklər yalnız indi uşağın hərəkətinlərinə nəzarət etmək imkanına malikdirlər, amma yalnız qorxutmaq yolu ilə, hansıki bu qorxu hissi sonra bütün ömrü boyu onu təqib edəcək. Sevdiyi, aslı olduğu insana qarşı olan sistematik qorxu, uşaqda nevroz yaradır. Nəticədə, bu mütləq ətraf İlə yaxın münasibətlər qurmağa, özünə inamın yaranmasına ciddi təsir göstərəcək. Bildiyimiz kimi bu keyfiyyətlər insanin müvəffəqiyyətinə təsir edən başlıca keyfiyyətlərdir. Beləki uşağı vurmaq - valideynlərin öz qəzəbini, qeyri adekvat davranışını nəzarət edə bilməməsinin nəticəsidir. Bundan başqa yadda saxlayınki, valideynlər belə qəbuledilməz davranışı və mənfi hisslərə nəzarət edə bilməməsi ilə uşaqlara nümunə olurlar.Uşağa qarşı zorakılıq istifadə edərək, böyüklər güclü olma hüququndan istifadə edirlər. Bir qayda olaraq, bu yolla tərbiyə effekti əldə olunmur. Bu anda balaca nə üçün cəzalandığını başa düşmür, başa düşdüyü odurki "Güclü haqlıdır". Bir qayda olaraq, bu tezis zəif uşaqlar və ya heyvanlar Üzərində həyata keçirilir. Və bu tezis tezliklə onun da davaranışında özünü göstərəcək.

Uşaqların tərbiyəsində cəza metodların psixoloji təsirləri çox müxtəlif ola bilər. Uşaq nə qədər kiçikdirsə, bir o qədər çox ehtimal varki, döyülmənin nəticəsində uşaqda fiziki, psixoloji, nitq inkişafınin ləngiməsi va nevroz yaranır. Növbəti cəzanın nə zaman olacağını bilməməsi, uşaqda baş ağrı yaradır. Belə bir uşağa oyunda və məktəb dərslərində fikrini cəmləşdirmək çətin olur, çünki o daim ona hücumun olacağını gözləyir.

Amerika psixoloqu Kambell fiziki cəzani ona görə tövsiyyə etmir ki, o uşaqda vicdan formalaşmasını pozur. Cismani cəza onu alçaldır. Tez-tez cəzanın nəticəsində, uşaq əmin olur ki, bu yolla xətasını bağışladır. Bu cür onda sağlam vicdan, günahkar hissi formalaşmır. Hansıki, bu hiss olması, onun daxili dəcəlliklərini məhdudlaşdırır. Bunun əvəzinə isə cəza qorxusu yaranır. Və cəzanın daha bir mənfi tərəfi: Uşaq belə başa düşür ki, insanlara aqressiv müraciət etmək normal və düzgündür. Nəticədə, o da öz uşaqlarını bu cür tərbiyə edəcək.

Uşaqları düzgün cəzalandırma üsulları

Cəza necə olmalıdır? Heç bir halda fiziki cəza, təhqir etmə, ələ salma olmamalıdır. Fiziki və mənəvi cəza insan yaddaşında həmişəlik qalır.

Cərimə

Əgər uşaq hansısa nalayiq hərəkət edibsə, onda o, hansısa ev işi yerinə yetirməlidir. Məsələn, divarı yazmısan - silmək lazımdır, oyuncaqları dağıtmisan yığışdırmaq lazımdir. Ümumiyyətlə ailədə müəyyən qaydaların olması vacibdir.

Uşağın tədric olunması

Uşaq digər oyuncaqlar olmayan otağa aparılır və öz davranışı barədə düşünüb, sakitləşməyi xahiş olunur.

Məhrum etmə

Bu üsul əksər uşaq üçün səmərəlidir və nə mənəvi, nə də fiziki zərər vermir. Məsələn, uşaq qəsdən kiçik qardaşını vurubsa, bu dəfə o, söz verilən şirniyyatdan məhrum edilir.

Özünü cəzalandırma

Əgər uşaq xardalı sınamaq istəyirsə, ona bunu etməyə icazə verin, eyni zamanda ona sınadıqda nəyin baş verəcəyini izah edin. Belə uşaq sizin sözünüzə inanacaq və növbəti dəfə şamla oynamaq barədə yaxşı düşünəcək. Bu halda yaşca böyük uşaqlara düzgün olmayan davranışına görə cəza seçmək təklifi oluna bilər.

Qışqırıq

Bu metodla ehtiyatlı olmaq lazımdır. Onu yalnız təhlükəli vəziyyət zamanı tətbiq etmək lazımdırki, uşaq hansısa təhlükəli işini tez zamanda dayandırsın. Bilməlisizki, o tez-tez ünvanına qışqırıq səsləri eşidirsə, tezliklə o onlara reaksiya verməyəcək. Bəzən valideynlər uşalara qışqırir, onları təhqir edir. Bu halda balaca bütün bu iddiaların mahiyyətini o qədər də yaxşı başa düşmür, lakin söz və davranış tərzinizi y yadda saxlayır. Və tezliklə sizin ona ünvanladığınız bütün davranışları eşidə bilərsiniz. Bu halda təəccüblənməyin.

Etinasızlıq

Bu xüsusilə məktəbəqədər uşaqlar üçün ciddi cəzadır. Axı valideynlər bu zaman onların həyatında ən əsasdır. Psixoloqlar uzun müddət və tez-tez etinasızlıq etməyi məsləhət görmürlər. Uşaq tələbinizi yerinə yetirdikdə, onu tərifləyin, öpün və əzizləyin.

Tərbiyələndirici oturacaq

Bu cəza növü ABŞ-da çox geniş yayılıb və hazırda bir çox uşaq bağçalarında tətbiq edilir.

Əgər uşaq artıq qulaq asmırsa, onu oturacağa oturdurlar. Və oturduğu zaman cəzasının səbəbi izah olunur. Cəza müddəti uşağın yaşına bərabər olur. 3 yaş üçün 3 dəqiqə kifayətdir. Vaxt bitdiyində uşaqla, cəzasının səbəbi haqqında və üzr istəməyi xahiş olunur. Bu halda uşaq səhvini və üzr istəməyi öyrənmiş olur.


Yüklə 222,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə