FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


 Yol vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyekti



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə119/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   115   116   117   118   119   120   121   122   ...   130
[kitabyurdu.org]-KY0000338

5. Yol vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyekti 
Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin 
ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtomobil 
KitabYurdu.az 
125


nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələri və 
qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının 
ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, 
avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri (bundan sonra bu 
fəslin məqsədləri üçün – avtonəqliyyat vasitələri) olan şəxslər 
Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol 
vergisinin ödəyiciləridir. 
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin, 
habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində 
və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyektidir. 
6. Yol vergisinin dərəcələri 
Avtonəqliyyat vasitələrinin növündən, oturacaqlarının sayından, 
yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitəsinin yüklə birlikdə 
ümumi çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikasının 
ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı 
olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici 
dövlətlərin 
avtonəqliyyat 
vasitələrindən, 
habelə 
Azərbaycan 
Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində 
olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq 
avtonəqliyyat vasitələrindən vergi aşağıdakı dərəcələrlə hesablanır: 
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin 
avtomobil nəqliyyatı vasitələrindən: 
- minik avtomobilləri – 15 ABŞ dolları; 
- avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan 
Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq: 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə