FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə116/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   112   113   114   115   116   117   118   119   ...   130
[kitabyurdu.org]-KY0000338

KitabYurdu.az 
121


Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir. 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində hüquqi şəxsləri 
əmlak vergisi üzrə bir sıra güzəştlər və azadolmalar nəzərdə 
tutulmuşdur. 
Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü 
idarəetmə orqanları, Azərbaycan Respublikasının Milli Bankı və onun 
qurumları, dövlət fondları və əlillərin ictimai təşkilatları əmlak vergisini 
ödəməkdən azaddır. 
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri 
aşağıdakı əmlakın dəyərində azaldılır: 
- ekologiya, yanğından mühafizə və ya mülki müdəfiə üçün 
istifadə edilən obyektlərin; 
- məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə 
enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi 
obyektlərinin; 
- təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu 
sahələrinin təyinatı üzrə istifadə etdiyi obyektlərinin. 
Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və 
tramvaylar əmlak vergisindən azaddır. 
 
 
 
 
 
Mövzu 10. Torpaq vergisi. Yol vergisi 
 
P l a n 
 
1. Torpaq vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyekti 
2. Torpaq vergisinin dərəcələri 
3. Torpaq vergisindən azad olmalar və güzəştlər 
4. Torpaq vergisinin hesablanması və ödənilməsi 
5. Yol vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma obyekti 
6. Yol vergisinin dərəcələri 
7. Yol vergisinin tutulması 
1. Torpaq vergisinin mahiyyəti, ödəyiciləri və vergitutma 
obyekti 
KitabYurdu.az 
122


Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin 
təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə 
görə hər il sabit tədiyə şəklində hesablanır. 
Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-
rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və 
istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və 
bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi 
orqanında 1 ay ərzində uçota durmalıdırlar. 
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya 
istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq 
vergisinin ödəyiciləridirlər. 
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının 
ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri 
vergitutma obyekti sayılır. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə