FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov mövzu Vergilərin yaranması və inkişaf tarixi


 Torpaq vergisindən azad olmalar və güzəştlər



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə118/130
tarix01.07.2022
ölçüsü1,65 Mb.
#90283
1   ...   114   115   116   117   118   119   120   121   ...   130
[kitabyurdu.org]-KY0000338

3. Torpaq vergisindən azad olmalar və güzəştlər 
Azərbaycan Respublikasının Vergi Məcəlləsində torpaq vergisi 
üzrə bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdur. Aşağıdakı torpaqlar 
torpaq vergisinə cəlb edilmir: 
- yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları; 
- dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli 
özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının 
və onun qurumlarının, habelə Azərbaycan Respublikasının Dövlət Neft 
Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar; 
- istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu 
torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına 
məxsus olan sektorunun altında yerləşən torpaqlar; 
- dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar. 
KitabYurdu.az 
124


Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının, Sovet İttifaqı 
və Sosialist Əməyi Qəhrəmanlarının, Şöhrət ordeninin hər üç dərəcəsi 
ilə təltif edilmiş şəxslərin, I və II qrup müharibə əlillərinin, həlak olmuş, 
yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin), 
1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə orden və 
medallar ilə təltif edilmiş şəxslərin, qanunvericiliklə müəyyən edilmiş 
qaydada müharibə veteranı adı almış şəxslərin mülkiyyətində olan 
torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır. 
4. Torpaq vergisinin hesablanması və ödənilməsi 
Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu 
təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların 
altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün 
zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq 
vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən 
gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Bu qaydada 
hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən 
çıxılmalara aid edilir. 
Bələdiyyələr hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi 
hesablayır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara 
çatdırılır. 
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya 
istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün 
ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə 
mütənasib surətdə hesablanır. 
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr 
tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki 
sahibi tərəfindən ödənilmədiyi halda, vergi yuxarıda müəyyən edilmiş 
ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. 
Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin 
torpaq vergisi ilə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə