FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Bəzən əsas vurğudan başqa ikinci dərəcəli vurğu da olur



Yüklə 0,72 Mb.
səhifə44/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   40   41   42   43   44   45   46   47   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Bəzən əsas vurğudan başqa ikinci dərəcəli vurğu da olur.
Ömrün, günün şən çağında
Döndün gülüstana, məktəb.
Sənin doğma qucağında
Boy atırıq, ana məktəb!
(M.Seyidzadə)
Birinci misrada şən sözü qüvvətli vurğu ilə deyilir. İkinci misrada məktəb sözünün üzərinə düşən vurğu isə ikinci dərəcəlidir. Üçüncü misrada doğma sözü güclü vurğu tələb etdiyi halda, axırıncı misrada ana sözünün üzərinə ikinci dərəcəli vurğu düşür.
Oxu prosesində müəllim şagirdlərin diqqətini niqtimizdə olan bəzi qüvvətləndirici sözlərin ( yenə də, hətta, ancaq, yalnız, axır və s.) oxunmasına da yönəltməlidir. Şagirdlərə başa salmaq lazımdır ki, yenə də sözü həmişə xüsusi vurğu ilə deyilir: məsələn, «Sən yenə də əlaçısan?» hətta, yalnız və ancaq qüvvətləndiriləcək sözlərin əvvəlində işlənir:
a) Dünən kinoya yalnız bizim sinif getmişdi.
b) Bizim sinif yalnız dünən kinoya getmişdi.
Yaxud;
a) Dünən kinoya hətta bizim sinif də getmişdi.
b) Bizim sinif kinoya hətta dünən də getmişdi.
Emfatik vurğu vurğunun xüsusi növüdür. Emfatik vurğu sözün emosional cəhətdən gücləndirilməsini, yaxud oxuyanın (danışanın) bu və ya digər sözlə əlaqədar affektik vəziyyətini ifadə edir. Əgər məntiqi vurğu diqqəti müəyyən sözə cəlb edirsə, emfatik vurğu onun emosional yükünü artırır. Birinci halda oxuyanın (danışanın) niyyəti, ikinci halda isə, bilavasitə hissələri ifadə olunur. Emfatik vurğu zamanı sait səsin uzunluğu mühüm rol oynayır. « Əhsən sənəəə! Ə-ə-ə-ə –la! A-a-afərin!» «Yax- şı –ı-ı, vaxtımı alma!» « Ge –e-e-et baxarıq!».
Bəzən qəti təsdiq və ya rədd edərkən söz xüsusi enerji ilə deyilir: «Yarışda qalib gələcəksən?»

  • «Bəəli!»

VIII. Oxuda fasilə.
Fasilə ifadəliliyin ən mühüm keyfiyyətlərindən biridir. Fasilə üç cür olur: qrammatik, məntiqi, psixoloji.
Qrammatik fasilə oxu prosesində fasilənin yerini durğu işarələrinə görə müəyyənləşdirməyi tələb edir. Belə ki, nöqtə fikrin bitdiyini göstərir və səsin aşağı düşməsini tələb edir. Nöqtəli vergül fikrin müəyyən qədər tamamlandığını bildirir. Bu vaxt səs nöqtəyə nisbətən bir qədər aşağı düşür. Qoşa nöqtə fikrin qurtarmadığını, hələ sadalanacağını, aydınlaşdırılacağını, dəqiqləşdiriləcəyini bildirir. Vergül fikrin bitmədiyini bildirməklə səsin artırılmasını tələb edir. Tire fikrin sözlə ifadəsində müəyyən bir sözün buraxıldığını göstərir və fasilə tələb edir. Bu fasilədə oxucu buraxılmış sözü fikrən tələffüz edir və səsin gedişi ilə elə bil ki, onu bərpa edir. Sual və nida işarələri adamın niyyətinin emosional boyalarla verilməsinə xidmət edir.
Şagirdlər yalnız III – IV siniflərdə durğu işarələrini tam gözləyə bilərlər, lakin uşaqları buna praktik yolla I sinifdə alışdırmaq lazımdır. Bir çox şerlərdə misranın və cümlənin sərhədi uyğun gəlmədiyindən şagirdlər durğu işarələrini gözləyə bilmirlər:

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə