FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Gözündən su içək buz bulaqların



Yüklə 0,72 Mb.
səhifə46/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   42   43   44   45   46   47   48   49   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə // dolça nə lazım?
(H.Arif, “”Təbiət düşünür’’)
-- Məntiqi fasilə.
Bədii əsərin oxunması prosesində məntiqi fasilənin gözlənilməsi oxunun ifadəliliyinə, məzmunun şüurlu mənimsənilməsinə güclü təsir göstərir. Məntiqi fasilə mətindəki ayrı – ayrı sözlərin və cümlənin hissələrinin mənasından asılıdır. Cümlədəki ən mühüm sözlər məntiqi fasilə ilə ayrılır.
Hörmət etmək nənənə…
Qoy bir borc olsun sənə,
Babanın … tut sözünü
Sevdir ona özünü.
(M.Dilbazi “Böyüklərə hörmət et”)
M.Dilbazinin “Böyüklərə hörmət et” şerindən götürülmüş bu parçada nənənə və babana sözlərindən sonra fasilə etməkdə məqsəd şagirdlərin diqqətini ailədə nənə və babanın böyük olmalarına, onlar hörmət etməyin vacib olmasına yönəltməkdir.
Şagirdlərin fasiləyə düzgün riayət etməyə alışdırmaq üçün cümlənin mənaca sıx bağlı olan sözlər qruplarına (sintaqmlara) ayırmaq lazımdır. Oxu prosesində həmin sözlər qrupunun hər biri, bir söz kimi tələffüz olunur və asanlıqla bir – birindən ayrılır. Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsində götürülmüş bir cümlənin sözlərini belə qruplaşdırmaq olar: “İndi onun yarıçılpaq vücuduna // amansız qış gecəsi // başqa bir don biçir//, şaxtanın buz barmaqları // ona ulduzlu naxışlardan // zərif bir libas toxuyur... ”
Fasilə cümlədəki söz birləşməsinin, bütövlükdə cümlənin mənasını başa düşməyə kömək edir. S.Vəliyevin “Bir səhəng su” hekayəsində şagirdlər oxuyurlar. “Azacıq uzaqlaşmışdı ki, arxadan // güllə açıldı”. Arxadan sonrakı fasilə şagirdlərin diqqətini nə isə gözlənilməz hadisənin baş verəcəyinə yönəldir.
- Psixoloji fasilə.
Oxunun ifadəliliyi üçün psixoloji fasilədən düzgün istifadə edilməsi tələb olunur. Məhşur səhnə ustası K.S.Stanislavski yazmışdır ki, əgər məntiqi fasiləsiz nitq ( o cümlədən oxu) savadsız hesab olunursa, psixoloji fasiləsiz o, cansızdır. İbtidai siniflərdə psixoloji fasiləni praktik yolla başa salmaq mümkündür. Ə.Məmmədxanlının “Buz heykəl” hekayəsində uşaqlar oxuyurlar: “Birdən lap içəridən bir cüt uşaq gözü kəşfiyatçı əsgərin gözlərinə dikilir”. Bu cümlədə birdən sözündən sonra edilən fasilə dinləyicini intizarda saxlayır. Fasilədən sonra dinləyicilərin qarşısında təəccüb, təəssüf və sevinclə dolu bir səhnə açılır. Birdən sözündən sonrakı fasilə şaxtadan donmuş ananın qucağında uşağın sağ qalması ilə əlaqədar şagirdlərin keçirdikləri psixoloji halları, heyrət hissini qüvvətləndirir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə