FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə48/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   44   45   46   47   48   49   50   51   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Birinci qar, qəş səhəri,
Nə gözəldir, baxın keçin!
Şerdəki «İşə salın xizəkləri, «axın ,keçin», «baxın keçin» ifadələrinin məzmununda sürət var».
C.Məmmədovun «Qatar» şerini daha sürətlə oxumaq lazım gəlir.
Qatar gəlir, uzaqdan,
Tak – tak, tak – tak – tak!
Gözləyirəm bayaqdan
Tak – tak, tak – tak, tak- tak – tak!
Qatarın sürətini, onun təkərlərinin səsini yalnız sürətli oxu ilə vermək mümkündür.
Bəzən bir mətində sürət bir neçə dəfə dəyişə bilər. M.Müşfiqin «Şəngülüm, Şüngülüm, Məngülüm» şerindən götürülmüş aşağıdakı parçanın əvvəli yavaş – yavaş oxunur:
Dəmirçi bir mıxçıxaran
Kəlbətin alaraq haman,
Buraxıb öz işlərini,
Çəkdi qurdun dişlərini…
Sonra sürət artır:
Keçi kəllə vurunca,
Qurd bulaşdı al Qana.
- Aman, aman qursağım,
Cırıldı bağırsağım .
Aman, aman, aman vay,
Öldüm, öldüm, ay haray!
Daha sonra oxu yenə aşağı sürətlə davam edir:
Keçi güldü qurda bir az,
Dedi: - Zülmün yerdə qalmaz.
Balalarımı yeməyəydin,
Vay qursağım deməyəydin!
X. Oxuda ritm.
Bədii oxuda, xüsusilə şerlərin oxunmasında ritm mühüm təşkiledici rol oynayır. Oxu prosesində sonsuz davam edən düz xətt ritmin gözlənmədiyini bildirir. Uzun müddət eşidilən eyni tonlu uğultu özünün uzunluğu ilə adamı yorur, lakin misranı xətlərlə hissələrinə ayırdıqda uğurlu bir ölçüdə, bir qərarda təkrar olunur. Belə təkrarolunma ritm adlanır. Ritim hər hansı təkrar olmayıb, eynicinsli hadisənin dövri olaraq bərabər təkrarlaemasıdır. Bu zaman sürətlənmə və yavaşıma, gərginlik və zəifləmə, uzunluq və qısalıq eyni ölçüdə növbələşir. Əslində tam eyniliyi gözləmək mexaniki ritmikliyə apara bilər. Ona görə də bir çox hallarda müəyyən yankeçmələrə yol v erilir.
Əlbir olub // bir ayı// bir şiri lə,

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə