FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi



Yüklə 0,72 Mb.
səhifə45/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   41   42   43   44   45   46   47   48   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Mən sülhə səs verirəm,
Bombaların səsindən
Beşikdəki körpələr
Hıçqırıb oyanmasın.
(H.Arif “Mən sülhə səs verirəm”)
Şagirdlər durğu işarələrinə əməl etmədikdə (ikinci misradan sonra fasilə verdikdə) ifadəliliyin nə qədər pozulduğunu görürlər.
Bəzən şagirdlər durğu işarələrinin əsl mahiyyəti yaxşı mənimsədilmir, “vergül olan yerdə qısa nöqtəli vergül olan yerdə bir qədər artıq, nöqtədə isə daha uzun fasilə lazımdır ” kimi məsləhət verməklə durğu işarələrinin, əsasən, müəyyən intonasiya əlaməti olması unudulur. Beləliklə, şagirdlərdə durğu işarələri haqqında birtərəfli və yalnış təsəvvür yaranır. Müəllim yeri gəldikcə, sual işarəsi olan yerdə də nöqtədki qədər dayanmağın, sual ifadə edən sözdə əsas tonunu ucaltmağın lazım olduğunu başa salmalıdır.
A bəxtəvərlər, ananız gəldimi?
Qondu yuva üstünə dincəldimi?
( A.Səhhət, “Qaranquş balaları”)
III – IV siniflərdə hiss və həyacanın müxtəlifliyindən asılı olaraq müəllim nida işarəsinin müxtəlif intonasiya tələb etdiyini də aydınlaşdırmalıdır:
Sünbülüm, sünbülüm, Sarı sünbülüm!
Adına söz qoşum barı, sünbülüm!
(S.Vurğun, “Sünbülüm”)
Bu parçada nida işarəsi müraciət bildirən sözdən sonra qoyulmaqla, o qədər coşğun hisslər bimldirmir. Aşağıdakı parçada isə ana məhəbbətinin coşğun və həyəcanı hiss olunur: “Cüyürün, ceyranın qırılsın, Aladağ, bircə balama necə qıydın! Canım, gözüm oğul!” (Ə.Məmmədxanlı . “Anna ürəyi, dağ çiçəyi”.) Bu parçada da qüvvətli, yanıqlı, kədərli tonda oxunmalıdır.
Tədricən uşaqlar öyrənirlər ki, həmişə durğu işarəsinə görə hərəkət etmək mümkün deyil. Bir çox hallarda durğu işarələri fasilə və tonun dəyişməsini tələb etmir. Cümlənin sonundakı xitabdan əvvəl fasilə edilmir, eyni ara sözləri fasilə ilə ayrılır və s. Bəzən isə əksinə, durğu işarəsi olmadan fasilə verilməsi tələb olunur:
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə// xalça nə lazım?

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə