FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Z. Cabbarzadənin “Bahar gəldi, bahar gəldi” şeiri həyəcanla oxunur, lakin bu şerdə ifadə edilən sevinc, şənlik müəllimin səsindən və mimikasından sezilməlidir



Yüklə 0,72 Mb.
səhifə53/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   49   50   51   52   53   54   55   56   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Z. Cabbarzadənin “Bahar gəldi, bahar gəldi” şeiri həyəcanla oxunur, lakin bu şerdə ifadə edilən sevinc, şənlik müəllimin səsindən və mimikasından sezilməlidir.
Güldü günəş, əridi qar,
Bahar gəldi, bahar gəldi
Xəbər verdi qaranquşlar:
Bahar gəldi, bahar gəldi.
Burada “güldü günəş” ”,“Xəbər verdi qaranquşlar” ifadələri şagirdlərin qəlbini sevinclə doldurur. Onlar öyrənirlər ki, günəşin hər yerə şəfəq saçması, hər yeri qızdırması “güldü günəş””””’’ sözləri ilə ifadə olunmuşdur. Onlar öyrənirlər ki, qaranquşlar heç vaxt ” “ Bahar gəldi, bahar gəldi””’’ deyə bilməzlər. Qaranquşların köçüb bizim yerlərə gəlməsi özü baharın gəlməsini xəbər verən ilk əlamətdir
Lirik şerlərin oxunmasında Ən gözəl əyanilik müəllimin ifadəli oxusudur.
N.Xəzrinin “Maral” şerinə həsr olunmuş dərsin icmalı
1. Giriş müsahibəsi. Şagirdləri şerin məzmununu və ideyasını mənimsəməyə hazırlamaq məqsədilə onlara meşəni, maralı görüb - görməmələri, harada görmələri haqqında suallar verilir. İmkan olan yerlərdə uşaqları meşəyə ekskursiyaya aparmaq , talanı göstərmək lazımdır. Şagirdlərin kinofilimdə , cizgi filmində gördükləri üzrə də sual – cavab aparıla bilər.
2. Şerin müəllim tərəfindən ifadəli oxunması. Müəllim şerri ifadəli oxumağa başlamazdan əvvəl şagirdlərdən diqqətlə qulaq asmağı tələb edirlər. Onlara bildirir ki, səsin tonuna, haralarda fasilə verməsinə , harada səsin uzatmasına, hansı sözləri xüsusi vurğu altında deməsinə, həmçinin şerin məzmununa diqqət yetirsinlər.
Müəllim oxuyarkən şagirdlərin qarşısında dərsliklər olmur və heç bir söz izah olunmur. Bu, tam ifadəli oxu nümunəsi verməyə şərait yaradır.
3. Şeri ideya- məzmununun necə mənimsənildiyinin aşkara çıxarılması. Şerin ideyası və məzmununun necə mənimsənildiyini aşkara çıxarmaq üçün suallar qoyulur?
- Bu şerri yazmaqda şairin məqsədi nədir?

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə