FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Şerin əzbər öyrənilməsi. Evdə şerin bir hissəsini əzbərləmək, təbiətin qorunması haqqında yaşlılardan məlumat toplamaq tapşırılır



Yüklə 0,72 Mb.
səhifə55/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   51   52   53   54   55   56   57   58   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

7. Şerin əzbər öyrənilməsi. Evdə şerin bir hissəsini əzbərləmək, təbiətin qorunması haqqında yaşlılardan məlumat toplamaq tapşırılır.
1. ŞERİN TƏHLİLİ ÜZRƏ İŞİN METODİKİ -
ELMİ İSTİQAMƏTLƏRİ.
Şagirdlərə ifadəli oxu vərdişi aşılamaq üçün əsərin bədii təhlilini aparmaq son dərəcə vacibdir.
Məzmunun şüurlu qavranmasını təmin etmək məqsədilə bədii əsərlərin dili və kompozisiyası üzərində şagirdlərin müşahidələrinin təşkili böyük əhəmiyyətə malikdir. Uşaqların diqqətiniə əsrdə sərrast işlənmiş ifadələrə, təbiət təsvirlərinə yönəltməklə onlarda poetik sözə həssaslığı inkişafetdirməklazımdır. Dərsliklərdə lirik nəzm əsərləri çoxdur. Belə əsərlərdə sadə dil vasitələrinin köməyi ilə doğma təbiətimizin son dərəcə gözəl mənzərələrinin təsviri verilmişdir.
Yazıçının yaratdığı bu lövhələri öz təbiiliyi il əvə canlılığı ilə şagirdlərə çatdırmaq, ətraf aləmi öz təravəti ilə görməkdə onlara kömək etmək lazımdır. Məhz bu zaman uşaqlar əsərdə müəllifin ideyasını yaxşı başa düşürlər.
İbtidai sinif şagirdləri dilin təsvir vasitələri ilə praktik şəkildə tanış olmalıdırlar. Bu məqsədlə poetik dilin üzərində onların sadə müşahidələrini təsvir etmək lazımdır. Bu iş mətindən bədii təyinlərin , müqayisələrin seçilməsi şəklində getməli, əsərin məzmununun təhlili ilə əlaqələndirilməlidir. Çünki bədii əsərlərdə forma və məzmun vəhdətdədir. Obrazlı ifadələr üzərində iş düzgün təşkil olunduqda məzmun yaxşı başa düşülür. Ona görədə müəllim mətni elə oxumalıdır ki, uşaqların qəlbini təlatümə gətirsin, fikrini alovlandırsın, onları mətinlə təklikdə qoysun. Onlar əsərə, onun ayrı – ayrı parçalarına, ifadələrinə dönə – dönə qayıtsınlar, onu yaşasınlar.
Bədii obrazlar üzərində işin metodik priyomları müxtəlifdir. Təkrar oxu zamanı şagirdlərin qavrayışını zənginləşdirmək, təhlili maraqlı və daha əsaslı etmək məqsədilə əsərin dili üzərində müşahidədən istifadə edilməsi ümumiləşdirici müsahibəni düzgün qurmağa kömək göstərir. Şerin dili və ritmikası üzərində müşahidə həm də ifadəli oxuya hazırlıq zamanı xüsusi əhəmiyyətə malikdir.
Oxunan əsərlə uşaqların təcrübələri, onların təsəvvürləri arasında assosiasiyaları müəyyənləşdirmək məqsədilə bədii obrazı təhlil etmək lazım gəlir. Poetik obrazların açılması üçün sualların qoyulmasında yeknəsəqliyə yol vermək olmaz.
Bəzi müəllimlər bədii əsərlərin təhlili üzərində, xüsusilə çətin söz və ifadələrin izahı üzərində dayanmır, sözlərin məcazi mənalarını açmırlar. Ona görə də şagirdlər şerlərdə və ya nəsr əsərlərində tez –tez işlədilən “ Günəş gülür ”, Dəniz dilə gəldi”’”’, “Torpaq nəfəs aldı ”, “ Həyat qaynadı ”, “ Təbiət sevinir ” kimi ifadələrin həqiqi və məcazi mənalarınıqarışdırırlar. Deməli, ana dili dərsində lüğət üzərində iş aparmaqla da məsələni bitmiş hesab etmək olmaz. Bədii xarakterli materialların izahlı oxunması, mürəkkəb ifadələrin və əsərin məzmununun açılması zəruridir. Doğrudur, ibtidain siniflərin dərsliklərində elə şer və hekayələr vardır ki, onları sətirbəsətir oxunub, izahetməyə ehtiyc yoxdur , lakin elə əsərlərdə vardır ki, onlarda adi fikirlə belə, obrazlı şəkildə ifadə olunur. Bu cür əsərlərin bədii təhlili zəruridir. I ısinif şagirdi aşağıdakı parça üzərində düşünür, lakin təhlil edə bilmir:

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə