FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


MÖVZU 13: ŞEİRLƏRİN TƏDRİSİ ÜZRƏ İŞİN ƏSAS XÜSUSİYYƏTLƏRİ



Yüklə 0,72 Mb.
səhifə52/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   48   49   50   51   52   53   54   55   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

MÖVZU 13:
ŞEİRLƏRİN TƏDRİSİ ÜZRƏ İŞİN ƏSAS XÜSUSİYYƏTLƏRİ
PLAN:
1. ŞERLƏRİN OXUNMASI ÜZRƏ TƏLƏB OLUNAN ƏSAS AMİLLƏR:
-- Şeirlərin oxusunda lüğət üzrə iş prinsipi.
-- Şeirlərin məzmununun öyrədilməsi üzrə iş.
2. ŞERİN TƏHLİLİ ÜZRƏ İŞİN METODİKİ –ELMİ TƏTBİQİ İSTİQAMƏTLƏRİ:
-müəllifi, janrı; mövzusu; ideyası, obrazları, əsas qəhrəmanı; dili və üslubu; sənətkarlıq xüsusiyyətləri, obrazlılığı.
NƏTİCƏ.
ƏDƏBİYYAT:

  1. Kərimov Y. Oxu təlimi haqqında. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, 1983, №5

  2. Kərimov Y. Oxu vərdişlərinin aşılanması yolları. “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, 1989, №5

  3. Abdullayev A.S., kərimov Y. L. İbtidai siniflərdə ana dili tədrisinin metodikası. Bakı: Maarif, 1968

  4. Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: Universitet nəşriyyatı, 1992

  5. Pirimova M. İbtidai siniflərdə sinifdənxaric oxu üzrə işin sistemi. Bakı: 1978

  6. Kərimov Y. Ana dilinin tədrisi metodikası. Bakı: Nasir, 2003

MÜHAZİRƏNİN MƏTNİ:


1. ŞERLƏRİN OXUNMASI ÜZRƏ TƏLƏB OLUNAN ƏSAS AMİLLƏR
Şagirdlərin hafizəsini möhkəmləndirmək, nitqini inkişaf etdirmək, dünyagörüşünü genişləndirmək, estetik zövqünü tərbiyə etmək baxımından şerlər müstəsna rola malikdir. Yaxşı şer uşağın mənəvi aləmini zənginləşdirir, onda doğma dilin gözəlliklərinə həssaslıq tərbiyə edir. Yaxşı şer uşağın qəlbinə gözəl musiqi qədər təsir göstərir.
Ucadan, ifadəli oxu prosesində şerin ölçüləri, heca, vəzn, ritm və s. daha aydın, dəqiq qavranır.
Şeir oxumağın sirlərini şagirdlərə başa salmaq üçün müəllim ifadəli oxu nümunəsi verməlidir. Bu prosesi yalnız yamsılama kimi başa düşmək səhv olardı. Müəllim öz nümunəsi ilə şagirdlərə özü kimi oxumağa deyil, oxu prosesində fasiləni, sürəti, məntiqi vurğunu, intonasiyanı gözləməyə dəvət etməlidir. Bunun üçün isə müəllimin özü şeri ifadəli oxumağa ciddi hazırlaşmalı, onun əsas ideyasını, tonunu, sürətini, ritmini müəyyənləşdirməli və məşq etməlidir. Şagirdlərdə bu cəhətlərə şüurlu münasibət yaranarsa, onlar düzgün oxumağa alışırlar. Məhz belə siniflərdə bir çox hallarda bəzi şagirdlər müəllimdən daha ifadəli oxuyurlar.””
Şagirdlər şerin məzmununa uyğun sözlə “şəkil çəkməyi öyrətmək lazımdır. Bütün sinfin iştirakı ilə kollektiv oxudan, həmçinin şeri bənd – bənd paylayıb, oxutmaqdan da istifadə etmək mümkündür.
Şerin epik və lirik xarakter daşıması, şagirdləri nə dərəcədə düşündürməsi nəzərə alınmalıdır. Epik şerlərdə müəyyən əşya təbiətin bir güşəsi, əsasə, həyat hadisələri, təhkiyə yolu ilə verildiyindən onlar üzərində iş bir növ hekayə üzərində işi xatırladır. Bununla belə, şerlər sintaktik quruluşuna görə hekayələrdən fərqləndiyindən onlarda obrazlılıq, lakoniklik daha üstün olduğundan oxunmasına və təhlilinə xüsusi diqqətlə yanaşmaq lazımdır. II sinifdə “ Mənim babam”’’, T. Elçinin “ Yaşar sənət seçir”’’ , III sinifdə Qabilin “Birinci qar”’’ , Ə.Cəmilin “Şaxta babanın nəğməsi’’ ”, X.Rzanın “Anna yurdum”’’ , IV sinifdə Ə.Kərimin “Dənizdə şəhər’’ ” və s. oxunması bunu tələb edir.
Nəql etməyə hazırlaşarkən çox vaxt diqqəti uşaqların özlərinin məzmuna daxil etdikləri ifadələrə, gözəl təsvirlərə yönəldən tapşırıqlar vermək faydalıdır. Nəqletmə prosesində uşaqların obrazlı ifadələrdən istifadə etmələri rəğbətləndirilməlidir. Bəzən əsərdə yerinə işlənmiş bədii obraz mexanikişəkildə uşaqların nitqinə köçürülür. Bu isə nəinki uşaqların nitqini bəzəmir, üstəlik onu daha da nöqsanlı edir.
Bədii əsərlər üzərində iş mürəkkəb və zərif işdir. Hər bir əsər oxunarkən müəllim hansı işin uşaqların gücünə müvafiq olması və onların estetik hisslərinə necə təsir göstərməsini müəyyənləşdirməlidir.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə