FəNNİn adi: ana dilinin təDRİSİ metodikasi


Bəzən fasilənin gözlənilməsi çətin olduğundan tez – tez müəllifin fikri təhrif olunur. H.Ziyanın “Sünbülüm” şerində bir parçanı nəzərdən keçirək



Yüklə 0,72 Mb.
səhifə47/68
tarix27.01.2023
ölçüsü0,72 Mb.
#99498
1   ...   43   44   45   46   47   48   49   50   ...   68
ANA-DİLNİN-TƏDRİSİ-METODDİKASI-İSMII-K-ƏZİMLİ-Ə.

Bəzən fasilənin gözlənilməsi çətin olduğundan tez – tez müəllifin fikri təhrif olunur. H.Ziyanın “Sünbülüm” şerində bir parçanı nəzərdən keçirək:
Üstündən əssə külək,
Gen zəmidə dəniz tək
Ləpələnib, de görək:
Nədir sözün sünbülüm?
Gülür üzün sünbülüm!
Kiçikyaşlı məktəblilər, adətən, şerin hər iki misrasın xüsusi ahənglə, nəğməyə salaraq oxuyurlar. Onlar yuxarıdakı parçanın ikinci və gördüncü misralarından sonra təxminən nöqtədə olduğu qədər fasilə verirlər. Bu vaxt həmin parça belə məna verir: “Gen zəmidə üstündə dəniz tək külək əssə ləpələnib de görək…”. Halbuki birinci misradan sonra azca fasilə edilməli, ikinci misra və üçüncü misranın yarısı (gen zəmidə dəniz tək ləpələnib) birnəfəsə, fasiləsiz, oxunmalıdır. Çünki “dəniz tək” bənzətməsi küləyə deyil, sünbülə (zəmiyə ) aiddir. Şagirdlər şerdən verilmiş bu parçanın mənasını belə başa düşməlidirlər: “Gen zəmidə üstündən külək əssə dəniz tək ləpələnib de görək…”
Misralardan göründüyü kimi, məntiqi və psixoloji fasilə mətninin məzmununun ifadəli və şüurlu mənimsənilməsini təmin edir.
IX. Oxunun rəvanlığı və normal surəti.
Oxunun ifadəliliyini onun rəvanlığı, normal sürəti də təsir göstərir. İfadəli oxunun sürəti şifahi nitqin sürətinə bərabər olmalıdır. Həddən artıq sürətli və yavaş, yersiz fasilələrlə baş verən oxu çətin qavranılır. Sürət şerin məzmununa görə seçilir. H.Ziyanın “Mənim babam” şeri yavaş sürətlə oxunur, çünki işləyən babadır. O, yavaş – yavaş ağacların dibini belləyir.
Bir gün atam babama
Söylədi: - Dincəl bir az.
Təqaüdə çıxmısan,
Sənə işləmək olmaz.
Baba güldü : - Ay oğul,
Əlim ayrılsa işdən,
İnan elə bilərəm
Daha yaşamıram mən.
Bir parçanı sürətlə oxumaq olmaz.
Həmin sinifdə Qabilin “Birinci qar ” şerri sürətlə oxunmalıdır.
İşə salın xizəkləri,
Buz üstündə axın, keçin!

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə