Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə33/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   101

68
Bir də gördü ki, burulğandan bir adam çıxdı. Başdan ayağa ağ örtüyə bürünmüşdu. Sifəti 
də  ağ  örtüyün  arxasında  idi.  Ona  tərəf  gəlirdi.  Aləmşahbəyim  quruyub  qaldı.  Ağ  paltarlı  onun 
yanından keçib qayalara özünü yetirdi. Ağ örtüyün altından bir ağ qılınc çıxartdı, dar ağaclarını
doğradı.  Sonra  ağ  libasın  rəngi  dəyişdi.  O,  qırmızı  paltara  büründü.  Qollarını  açıb 
Aləmşahbəyimə tərəf gəldi. Dəmirtikanlığa çatanda dayandı və qollarını ona tərəf uzatdı. 
– Gəl! 
– Məni sınayırsan? Səndən ötrü bu dəmirtikanlığı keçmişəm, uf da deməmişəm. 
Qırmızı  libaslı  kişi  özünü  dəmirtnkanlığa  vurdu.  Və  özünü  Aləmşahbəyimə  yetirdi.  Onu 
bağrına  basdı.  Qara  saqqalı  və  bığları  kimi  yumşaq  dodaqları  onun  alnında,  gözlərində, 
yanaqlarında  gəzdi  və  qaymaq  bağlamış  dodaqlarında  dayandı,  onun  sinəsi,  vücudu  titrəməyə
başladı.  Birdən-birə  hər  şey  yoxa  çıxdı.  Aləmşahbəyim  gözlərini  açıb  hücrənin  səqfini  gördü. 
Öləziyən  şamın  işığı  səkkiz  künclü  səqfi  güclə  işıqlandırırdı.  Pəncərəyə  baxdı.  Dan  yeri 
sökülürdü. Əcayib bir heyvana oxşayan bulud parçası narıncı rəngə boyanırdı. Buluddan aşağıda 
quşlar uçuşurdu. Bu quş səfləri dəniz dalğası kimi sağa-sola çevrilirdi. 
At kişnərtiləri, çöl qalanın keşikçilərinin səsləri eşidilirdi. Onlardan biri car çəkirmiş kimi 
hündür səsilə bağırırdı. 
O,  Səkinəni  oyatdı.  Birlikdə  qala  meydançasına,  oradan  divarın  üstünə  çıxdılar.  Qarşı
tərəfdə,  qala  ilə  bərabər  dayanan  təpələrin  üstündə  tonqallar  yanırdı.  Çoxlu  ilxı,  qoyun  sürüsü 
vardı. Alaçıqlar qalanı dövrəyə almışdı. 
Qaladan qışqırırdılar. 
– İlxılarınızı çəkin, alaçıqlarınızı sökün, yoxsa gəlib hamısına od vurarıq. – Təpə başındakı
adamın gülüşünü eşitdilər. – Qala içində gizlənib hökm verən igid, qarşındakının gücünü bilsən, 
belə deməzsən. 
Onların canına qorxu düşdü... 
GÖRÜŞ 
Atlı  təpədən  enib  çaya  duşdü.  Və  atın  yüyənini  buraxdı.  At  dodaqlarını  suya  söykədi, 
amma  içmədi.  Başını  geri  atıb  suyu  ətrafına  çiləyib  fınxırdı.  Atlı  özünü  yəhərdən  yerə  atıb 
çarığlı, patavalı suya girdi, ovuclarını qoşalaşdırıb içmək üçün üzünə qaldırdı. Buz kimi sərin su 
idi.  Axşamdan  bəri  yol  gəlirdi.  Heç  yerdə  bulaq  görməmişdi.  Yol  quruyub,  yanmış  təpələrin 
arası ilə keçirdi. Heç yerdə su görməmişdi. Həm özü, həm də atı susuzluqdan od tutub yanırdı. 
İndi  ləzzətlə  bu  sərin  sudan  içib  ürəyinin  yanğısını  söndürəcəkdi.  Dodaqlarını  ovcundakı  suya 
söykəyib sümürdü və ağzında duzlu, acı bir tam duyub içdiyini də qaytardı. Çayda ilan zəhəri 
kimi,  acı,  motal  şoru  kimi  duzlu  su  axırdı.  Əl-üzünü  yudu.  Sonra  yəhərə  qalxıb  tərpəndi. 
Buradan  tez  uzaqlaşmaq,  bir  kəndə,  bir  insan  məskəninə  çatmaq  üçün  tələsmək  lazım  idi.  Yol 
təpəyə qalxdı. Oradan uzaqlar da görünürdü. Hər tərəf duz dağları idi. Duz kəllə qəndlər kimi 
ağarırdı.  Üfüqdə  o,  ağac  gördü.  Ağac  varsa  demək  su  da  var.  Atı  tərpətdi.  Karvan  yolunun 
torpağı  qaysağ  bağlamış,  qaysağın  üstünə  isə  elə  bil  narın  duz  səpilmişdi.  Deməli,  buradan 
çoxdan bəri keçən olmamışdı. Yoldan kənarda kola ilişib qalan iri bir ilan qabığı ağarırdı. 
Murad  iri  qayalıqlara  çatdı.  Qayaların  arasında  əncir  kolları  bitmişdi.  Meyvələri  də
saralmış  iri  yarpaqların  arasında  quruyub  qalmışdı.  Onları  yığıb  kişmiş  kimi  atı  da  yedirdə
bilərdi, özü də yeyərdi. Çörəyi xurcunda quruyub daşa-kəsəyə dönmüşdü yəqin. 
Qayalıqlar  hamar  deyildi.  Elə  bil  qazanda  yanıb  qaralmış  qənd  parçalarını  baltayla 
doğramışdılar. İri daşın üstündə yağış suyu yığılmaq üçün çökək vardı. O çökəyin yanında iri bir 
kərtənkələ-qayaqanan  qaçmağa  hazır  bir  vəziyyətdə  dayanmışdı.  Boğazının  yanlarında 
tuluqlanmış yaşıl, qotur dəri tez-tez qalxıb enirdi. 
O, atı sürdü, yolda-izdə işartı axtarırdı. Qayaların üstündən gözlərinə qovaq ağacı dəydi. 
Yüngül  meh  vurduqca  ağacın  yarpaqlarının  arxası  gümüş  kimi  parıldayırdı.  Yəqin  ki,  bulaq  o 
qovağın dibindədir. İri qaya parçalarını hərlənib keçdi. Bir dağ keçisi başını qaldırıb onu gördü 
və  var  gücü  ilə  tullanıb  qaçdı.  Deməli  o  da  su  içməyə  gəlib.Amma  bulağa  yaxın  düşmək 


69
istəmirdi,  qorxurdu.  Bu  vaxt  bulağın  başında  çoxlu  ilan ola  bilərdi.  Atdan  düşdü,  ehtiyatla 
yaxınlaşdı.  Arxadan  fışıltı  eşitdi.  Dönüb  daşların  üstündə quyruqları  üstünə  qalxıb  biri-birinə
dolaşan iki qızıl ilan gördü. Daş götürüb onlara tərəf tulladı:
– Çəkilin, ay Allahın heyvanları. 
Onların dolaşığı açıldı, quyruqları ucunda ox kimi süzüb bir anda yoxa çıxdılar. O, bulağa 
yaxınlaşdı.  Bulağın  yuxarısında  iri  bir  gürzə  kürəşkələnmişdi,  başını  da  ala-bəzək  kürəşkənin 
ortasından  çıxarmış,  zəhmli  ilan  gözlərini  harasa  zilləmişdi.  Bəlkə  də  onun  qorxusundan  dağ
keçisi  suya  yaxın  düşməmişdi.  Yolçu  iri  bir  daş  götürüb  bu  kürəşkənin  üstünə  saldı.  Daşın 
altından  güclə  sürünüb  çıxan  gürzə  haça  dilini  göstərə-göstərə  güclə  sürünüb  getmək  istədi. 
Amma  daş  onun  belini  qırmışdı.  Yolçu  bir  daşla  da  onun  başını  əzdi.  Ətrafına  baxdı.  Burada 
çoxlu ilan qabığı, ilan izləri vardı. Bulağın aşağısında isə dağ keçisi ləpirləri, canavar, dovşan, 
tülkü izləri gördü. Tez atın yanına qayıtdı, xurcundakı cürdəyi çıxarıb doldurdu, xurcuna qoydu. 
Camı isə bir neçə dəfə doldurub içdi. 
–  Lə’nət  yezidə,  –  deyib  camı  da  cürdəyin  yanından  xurcuna  qoydu.  Atını  da  bulağın 
yanına çəkdi. At da başını əyib sısqa bulağın gölməçəsini qurutdu. Sonra yəhərə qalxıb rahatca 
yoluna davam elədi. 
Qaçaq  Murad  kimi  tanınan  bu  adam  neçə  illər  idi  ki,  Çuxur  Səddə,  Diyarbəkrə,  Şərura, 
İstanbula  gedən  karvan  yolu  üstündə  qaçaqçılıq  eləyirdi.  Özünün  də  ən  çox  soyduğu  divan 
mə’murları idi. Vergiləri yığıb qayıdanda yolda hamısını əllərindən alır, qaytarıb bir də həmin 
kəndlərdə  paylayırdı.  Karvanlardan  isə  bə’zisinin  yükünü  alıb  buraxır,  bə’zisindən  isə  pul  alıb 
yola verirdi. 
Bir  gün  ona  demişdilər  ki,  Urmiyyətli  bir  tacirin  evində  bir  mücrü  qiymətli  daş-qaş,  lə’l 
cəvahirat  var.  Muradın  dəstəsi  neçə  gün  şəhərə  girməyə  imkan  gözləmişdilər,  hamıdan 
gizlənmişdilər.  Axşam  şəhərə  girmiş,  tacirin  evinə  ayaq  qoyanda  görmüşdülər  ki,  ziyafətdi. 
Süfrədə hər cür naz-ne’mət var. Kuzələrdən piyalələrə şərab süzüblər. Məclisin başında bardaş
qurub oturan söz demək istəyirdi ki, Murad onun sözünü kəsdi. 
–  Qaçaq  Murad  sənin  sözünü  şəkərnən  kəsir.  Dediyini  yadından  çıxartma,  biz  işimizi 
qurtarıb gedəndən sonra danışarsan.  
Qılıncın üzü soyuq olur. Qaçaqların əllərindəki yalın qılınclar elə bil hamının üstünə soyuq 
su çiləmişdi. Həm də qaçaq Muradın adını eşitmişdilər. 
O  yetirib  yük  yerindən,  farmaşdan  ipəyə  bükülü  mücrünü  götürmüşdü.  Gəlib  tacirə
demişdi: 
– İndi sözünü deyə bilərsən. 
Tacirin dili söz tutardı?! Murad qapıya qədər getmiş və dönüb: 
– Halal elə, hörmətli tacirbaşı. Bundan sonra karvan yolları daha sənin üzünə açıqdı. Neçə
dəfədi xərac verməmiş ötürdün, elə bilirdin Murad bunları yaddan çıxardır? – Amma birdən-birə
o  fikrini  dəyişmiş,  mücrünü  qaytarıb  yerinə  qoymuşdu.  Tacir  bunu  görüb  ürək  döyüntüləri 
azalmış, dili topuq vura-vura ondan soruşmuşdu: 
– O mücrüyə görə gəlmişdinsə, niyə aparmadın? 
Mən sənin çörəyini yemişəm, çörəyə isə bizdə xəyanət olmaz. 
–  Mən  sənnən  nə  vaxt  duz-çörək  kəsmişəm?  O  mücrünü  apar,  ancaq  bu  sözü  demə. 
Bilərlər  ki,  mən  qaçaq  Muradla  duz-çörək  kəsirəm,  hamı  mənə  düşmən  olar.  Elə  biləcəklər 
onların  karvanının  qabağını  kəsdirən  mənəm.  Mən  tacir,  sən  qaçaq.  Biz  harda  görüşmüşük  ki, 
duz-çörək kəsək. De, qoy oturanlar da eşitsin. 
Murad  qapının  ağzında  oturub  süfrədən  plov  dolu  nimçəni  qabağına  çəkib  şapalaqlayıb 
aşıran yoldaşını göstərmişdi. 
– Budur, baxın. Mən olmayım, yoldaşım olsun. Nə fərqi. Qaçaq Murad hələ kəsdiyi duz-
çörəyə  xəyanət  eləməyib.  Bu  bir  tikə  çörək  məndən  ötrü  o  mücrüdən  qat-qat  qiymətlidi.  İndi 
halal elə, mən də sənin çörəyindən kəsim. 
Tacirin rəngi-ruhu üstünə gəlmişdi. 
– Ana südü kimi halal xoşun olsun. O, qalxıb mücrünü gətirib onun qabağında açdı. 
– Sən ki, belə mərd adamsan, bunun hamısını sənə bağışlayıram. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə