Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə29/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   101

60
Alaçığa girdilər. Dədə bəy onu ağsaqqala göstərdi. 
– Qonaq qonaq gətirər. Ayağın çox yüngüldü. Neçə ildi xəbər tuta bilmədiyim dostum özü 
öz ayağıyla gəlib çıxıb. Gəlib deyəndə ki, quldurlar tutub gətiriblər ki, seyid satırıq. 
Bayaqdan deyib-gülən ağsaqqal tutuldu. 
– Seyid? 
– Seyid olmağına seyid deyil. Bu libası geyib ki, yolda dəyib-dolaşan olmasın. Ağsaqqal 
soruşdu: 
– Siz sünnüsünüz, ya şiəsiniz? 
– Şiəyik. 
Bunu eşidən ağsaqqal qalxdı, onun adamları da durdular. 
– Ay ağsaqqal, bu nə hərəkətdi? Hara durursunuz? Siz mənim əziz qonaqlarımsınız. 
– Yox, Dədə bəy, mən sizin şiə olmağınızı bilməmişəm.  
Lələ də bu sözdən pərt oldu. Qızarıb pörtdü. 
– Ağsaqqal, – deyə Dədə bəy ona baxdı. – Bunun oturub çörək yeməyimizə bir maneçiliyi 
var? Məni təhqir eləyirsiniz? 
Amma  onlar  dayanmadı.  Alaçıqdan  çıxdılar.  Atlarına  tərəf  gedəndə  Dədə  bəy  onların 
qabağını kəsdi. 
– Mən hərənizə bir at bağışlamışam. 
Ağsaqqal bikef-bikef dedi: 
– Yox, lazım deyil. Salamat qalın. 
Onlar atlarına süvar olub tərpəndilər. Dədə bəy Lələnin üzünə baxdı. 
– Gördün? Dilimiz bir, adətimiz bir, özləri də çox mərd adamlar. Amma şiə söhbətinə görə
durub getdilər. 
– Getsin də, vaxt gələr, qaytararıq. 
– Necə? 
–  Dədə  bəy,  mətləblər  var  ki,  onları  sənə  incələmək  lazımdı.  Bayaq  üz-üzə  oturduğun 
adamlar, səni şiə bilən kimi çörəyini kəsmədilər. Sənə təəccüblü gəlir bu iş. Elə deyilmi? Dilimiz 
də  birdi,  qanımız  da,  bircə  dini  əqidəmiz  ayrıdı.  Elə  bu  bəla  üzündən  Şirvan  bir  tərəfə  çəkir, 
Qarabağ  ayrı  tərəfə,  Qaradağ,  Gilan,  nə  bilim  fars,  İraqi  Əcəm,  İraqi  Ərəb  ayrı  yana.  Neçə
əsrlərdir  ki,  onlar  bir  səltənətə  tabe  olsalar  da,  hamısı  əlbir  deyil.  Onları  ayrı  salan  da  bu  dini 
təriqətlərdir.  Osmanlı  dövləti  niyə  birləşdi,  möhkəmləndi?  Ona  görə  ki,  orada  yaşayanların 
əksəriyyətinin  təriqəti  sünnü-hənəfi  təriqətidir.  Şiələri  də  var.  Ancaq  onlara  baş  qaldırmağa 
imkan vermirlər. Biz nə qədər ki, bir təriqətə qulluq eləmirik, birlik olmayacaq. 
Dədə bəy onun bu sözlərinə diqqətlə qulaq assa da, dərinliyinə qədər başa düşə bilmədi. 
Məni başa sal görüm, Peyğəmbər sünnülərin tərəfindəydi, şiələrin? 
– Heç birinin. Peyğəmbərin vaxtında bu məsələlər yox idi.  
– Onda bəs niyə belə oldu? 
– Bu uzun söhbətdi. İndi mən dediyim ayrı məsələdir. Bütün ölkənin əhalisi şiəliyi qəbul 
eləməsə, birlik olmayacaq. Bunu da həyata keçirən elə bir şəxs lazımdı ki, ölkə onun arxasınca 
gedə bilsin. Həmin şəxs də Şeyx Heydərin oğlanlarıdır ki, dayıları zindanda saxlayır. 
– Zindanda? 
– Bəli. Bu yaxınlarda qala var. Oradadırlar.  
Dədə bəyin oğlu Mustafa içəri girdi. 
– Mustafa, tez olun bizə yemək gətirin. 
– Baş üstə. Yaxşı, o əl-ayaqlarını bağladığın quldurları nə eləyək? İşlərini bitirək? 
Onun əvəzinə Hüseyn Lələ bəy cavab verdi. 
–  Yox  lazım  deyil.  Aclıqdan,  yoxsulluqdan  yolkəsən  olublar.  Cəzalarını  verib  buraxın, 
çıxıb getsinlər. 
Nə cəza verək, – deyə Dədə bəy ondan soruşdu. 
–  Hərəsinə  bir  az  unnan,  dənnən  verin.  Yolda  söhbətlərini  eşitdim.  Evdə  uşaqlarının 
yeməyə heç nələri yoxdu. 


61
–  Başına  o  cür  oyun  açıblar,  sənin  ürəyin  gəlmir  onların  cəzasını  verəsən?  Elə  belə
buraxsaq, gələn dəfə tutsalar, satmağa gətirməyəcəklər ha. 
– Eybi yoxdu. Qoy əl-qollarını açıb içəri gətirsinlər. 
– Gətir, Mustafa. 
Mustafa çiyinlərini çəkib çölə çıxdı. Bir azdan başı qırmızı sarğılı və onun yekəpər yoldaşı 
alaçığa girib ayaq üstündə qaldılar. Hər ikisi də başını aşağı salmışdı. 
– Hə, yol kəsirsiniz, adam soyursunuz, qul satırsınız.  
Qırmızı çalmalı diz üstə çökdü, yalvarmağa başladı. 
–  Qurban  olum,  ay  bəy,  bizi  öldürmə.  Əlimizi  kəs,  dilimizi,  qulağımızı,  burnumuzu  kəs, 
öldürmə. Mənim on üç uşağım var. Hamısı da ac-yalavac, qarnı açıq. 
– Niyə, ay qurumsaq, sən boyda heyvərə o uşaqlara çörək qazana bilmir? 
– Nəynən, başına dönüm, nəynən?  
– Hardansan? 
– Əkinçiyəm. Qarakollu kəndindənəm. 
– Bəs bu heyvərə? 
– O da. Qaynımdı. Diz üstə çök, – o qaynına pıçıldadı. O da diz üstə çökdü. 
– İndiyə qədər neçə adam soymusunuz? 
– Elə bir bu ağanı. Nə biləydik. Siftə eləmək istəyirdik. Siftəmiz qara gətirdi. Nə biləydik 
ki, yol kəsmək də belə çətin işiymiş. 
Hüseyn Lələ bəy dilləndi: 
– Sizi yol kəsməyə vadar eləyən nədi? 
– Aclıq. Padşahın vergiyığanları qoyur ki, qazandığımızı yeyək? Malucahat, təfavüt, üşr, 
səranə, məvaşi, mərai, kopçur, xanə-şümar, alafa, ulafa, ulaq, ulam, yəmbərdar, qonalqa, şülən 
baha, süfrə baha, səd yek, səd dü, səd çahar, rüsm əs sədara, rüsm əs vüzara, darüğaki, rüsumi 
ümmal,  eydi,  novruzu,  peşkəş,  savəri,  muştuluq,  salamanə,  nə  bilim  çərik,  şikar,  tamğa,  bac, 
morq,  qusfəid...  Döydüyüm  taxılın  hər  çanağını  bu  verginin  birinə  verəndə  gərək  xışı,  vəli, 
yabanı,  dırmağı  yeyək.  Göz  görə-görə  kəndə  gəlib  günün-günorta  çağı  bizi  soyurlar.  Gördük 
hamını soyub aparanda heç kim bir şey demir, dedim qayın, bir silah tap. Nə bilim dədəsindən-
babasından  qalan  yay  oxu  götürdü,  çıxdıq  yola.  Bizim  balamızın  boğazından  kəsib  aparıblar. 
Onları  ac  qoyublar.  Namaz  qılanda  həmişə  deyirəm:  “Ey  tanrı,  sən  ki,  bu  tifillərin  yeməyini 
verməyəcəkdin, özlərini niyə verib məni dərdə salırsan? 
– Ay qurumsaq, bu padşah səndən az bilir ki, nə qədər vergi qoymaq lazımdı? – Dədə bəy 
ona təpindi. 
– Başına dönüm, bəy. Padşahnan bizim nə işimiz? Mən olanı deyirəm. Yalan deyirəmsə, 
dilimi kəsin. 
Hüseyn  Lələ  ayağa  qalxdı.  Onlara  yaxınlaşdı.  Diz  üstə  çökənlərin  hər  ikisi  bədənlərini 
qısdılar. Gözləyirdilər ki, onları öldürsə də, kəssə də o özü eləyəcək. Hüseyn Lələ bəy hərləndi, 
qırmızı  çalmalının  arxadan  bağlanmış  qollarını  açdı.  Qabağa  keçib  bu  əllərin  içinə  baxdı.  Bu 
əllər qabar-qabar, kötük kimi idi. O, yekəpərin də əllərinə baxdı. Sonra Dədə bəyə dedi: 
–  Əkinçidilər.  Dağılır,  Dədə  bəy,  uçur.  Bir  azdan  o  səltənətin  xarabaları  qalacaq.  Bir 
məmləkətdə ki, əli qa-barlı əkinçi, balalarına çörək vermək üçün yol kəsməyə məcbur olacaqsa, 
o məmləkət can üstündədir. 
Qırmızı çalmalı özünü yerə atıb Hüseyn Lələ bəyin ayaqlarını qucaqladı, öpməyə başladı. 
– Əşi, əlim qurusun, sənin kimi adamı incitmişəm. Nə cəzamdısa ver, razıyam. 
Mustafa qapı ağzında dayanmışdı. Hüseyn Lələ ona baxdı. 
– Bunlara yemək ver, yazıqdılar. 
Mustafa yeməyi gətirib baş tərəfdəki süfrəyə düzmüşdü. 
– Baş üstə. Durun! 
Onlar yalvara-yalvara, dua oxuya-oxuya qalxdılar. Hüseyn Lələ onlara dedi: 
– Çörək yeyəndən sonra getməyin. 
– Baş üstə. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə