Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə27/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   101

56
Yox,  əgər  məni  öldürmək  fikriniz  varsa,  onda  aparın  bu  dağın  o  tərəfində  bir  oba  var,  ora. 
Tanıyırsınız? 
– Tanıdıq, tanımadıq, bunun bir xeyri olacaq bizə? 
– Olacaq. O obada bir bəy var. Sünnüdü. Seyidləri satın alır. Yaxşı pul verib alır, onların 
cəzasını özü verir.  
Qırmızı çalmalı yoldaşına baxdı, o da razılıqla başını tərpətdi. 
–  Mən  də  eşitmişəm  deyəsən.  O,  bir-iki  Şeyx  Heydər  müridini  də  yaxşı  pula  alıb.  Bir 
adama bir qoyun verib.  
Qırmızı çalmalı soruşdu: 
– Seyid bahadı, mürid? 
– Seyid, – deyə Hüseyn Lələ bəy dilləndi. – Şeyx Heydər özü seyidiydi. Onun müridlərini 
alan, gör seyidə nə verər ey. 
– Yaxşı, getdik. 
DƏDƏ BƏYİN QONAQLARI 
Dağın  quzeyi  meşəlik  idi.  Güneyində  isə  otlaqlar  başlayırdı.  Gah  bu  dikdirdə,  gah  da  o 
birində hündür tayalar vurulmuşdu. Bu döşlər dərələrlə doğranmışdı. O dərələr yuxarı qalxdıqca 
bir  yerdə  düyünlənirdi.  Bu  düyün  isə  dağın  başındakı  hündür  qaya,  qayanın  ətrafında  geniş
çınqıllıq idi. 
Qayanın  dibindən  bir  neçə  dəyirmanı  işlədən  bulaqlar  qaynayırdı.  Gur  bulağın  başından 
qalxan  cığır  yastanadakı  alaçıqların  yanına  qalxırdı.  Dörd  alaçıq  qara  keçədən,  iki  alaçıq  ağ
keçədən  qurulmuşdu.  Ağ  alaçığın  qara  naxışları,  qara  alaçığın  ağ  naxışları  vardı.  Böyük  bir 
alaçıq  isə  onlardan  yuxarıdakı  yastananı  tutmuşdu.  Həm  də  keçədən  deyil,  xalça-palazdan  idi. 
Uzaqdan  bəzədilmiş  gəlinə  oxşayırdı.  Qırmızı,  abı,  yaşıl  naxışlar  payız  nəfəsi  dəyən,  otu 
quruyub bozaran, sarı rəngindən xəfif bir fona çevrilən təbiətin döşündə gecikmiş gül dəstəsini 
xatırladırdı. 
Alaçığın  qabağında  sərilən  iri  xalçanın  üstündə  dirsəklənən  Dədə  bəy  fikrə  getmişdi. 
Aşağıdakı boş arxaclar dəvə yunu rəngindəydi. Yamacda isə qoyun sürüləri ağarırdı. Dərələrlə
axan sular parıldayır, yerə düşən güzgü qırığı kimi işığı əks eləyirdi. İri qayanın yanına yığılan 
ilxının atları istidən başlarını yelləyir, mal-qara isə düzəndəki çəməndə otlayırdı. 
Dədə bəyin yanında dörd-beş nəfər də dizlərini yerə vurub oturmuşdular. Dədə bəy dinib-
danışmır, heç kim də bir söz deməyə cəsarət eləmirdi. Bu həmin Dədə bəy idi ki, Uzun Həsənin 
dar  günündə  Şeyx  Heydərlə  köməyə  gəlmiş,  igidliyinə  körə  Uzun  Həsən  fərman  yazıb  bu 
yaylağı,  Araz  qırağında  Tək  saqqız  qışlağını  ona  vermişdi.  Əbu  Səidin  xəzinəsini  ələ  keçirib 
gətirəndə hökmdar ona həmin xəzinədən çoxlu var-dövlət bağışlamışdı. Kasıb bir mürid dönüb 
var-dövlət  sahibi,  bəy  olmuşdu.  Dağıstana  səfərlərdə  də  Şeyx  Heydərin  yaxın  köməkçisinə
dönmüşdü.  Qızılı,  var-dövləti  verib  ilxılar,  sürülər, naxırlar almış, dağdan arana, arandan dağa 
köçməyə başlamışdı. 
Oturanların  arasındakı  cavan,  nazik  qara  bığları  uzanıb  yanaqlarındakı  batıqlara  çatan, 
nədənsə Dədə bəyə oxşayan oğlan dilləndi. 
– Dədə, heç fikir eləmə. Alapaçanı da tapıb gətirəcəm, onu qaçıranın obasını da talıyacam. 
Dost, düşmən içində sən özünü sındırma. 
Amma  onun  qaş-qabağı  açılmadı.  Əlli  yaşını  haqlasa  da,  yanaqlarından  qan  damırdı,  iri 
bəbəkləri  piyalə  kimi  dərin  göz  çökəyində  qara  quş  gözləri  kimi  alışıb  yanırdı.  Bu  var-dövləti 
toplayandan onun bir yetim quzusunu, naxırlarından bir əzvay danasını, ilxılarından bir çöpüklü 
qulununu nə oğru aparmış, nə qurd-quş dağıtmışdı. 
– Deməli, qocalmışam. Deyərlər ki, qurd qocalanda burnunun ucuna kəpənək qonar. 
– Sənin haran qocadı, ay Dədə bəy? 
– Yox, belədir, mən hiss eləyirəm. 


57
Dünən  gözünün  qabağında  onun  Alapaçasını  aparmışdılar.  Aparan  da  öz  qonağıydı. 
Axşam  gəlib  yer  istəmişdi.  Kişinin  çörəyini  yemişdi,  şirin-şirin  söhbət  eləmişdi.  Gecə  yarısı
Dədə  bəy  alaçığın  yanında  hənirti  eşidib  qalxmışdı.  Geyinib  çıxana  kimi  görmüşdü  ki,  onun 
Alapaçasını kimsə minib dərəyə endirir... Həmişə Alapaçanı alaçığın yanında saxlayırdı. Gecələr 
obalara dəyər, ilxıçılara, çobanlara baş çəkərdi. “Sərvaxt olun” – deyərdi. 
Alapaça dərəni keçib kişnəyə-kişnəyə obadan çıxanda özünü alaçıqlara çatdırıb görmüşdü 
ki,  mıxa  bir  at  bağlanıb.  Açıb  minmişdi,  səslənmişdi  ki,  Alapaçanı  apardılar.  Bu  obada 
Alapaçanın  tozuna  çatan  at  yox  idi.  Amma  mindiyi  madyanı  döyə-döyə  Alapaçanın  izinə
salmışdı. Ay işığında Alapaçanın nalı parıldayırdı. 
– Namərd, gör sənə nə edəcəyəm! 
Alapaça onun səsini eşitmişdi, başını döndərib kişnəmişdi. Amma yəhərdəki onu insafsız-
insafsız qamçılayırdı. 
– Ay namərd, adam o ata qamçı vurar? 
Alapaça da Əbu Səidin düşdüyü Tək saqqız vuruşmasından yadigar idi. Sultanın atı onun 
əlinə keçmişdi. Əlindən almamışdılar. Alapaça da onun balası idi. Onun mindiyi madyan da pis 
getmirdi. Alapaçanı haqlamışdı. Amma burun pərələri o qədər şişmişdi ki, bir az da belə getsə
çatlayardı. Alapaçanın bir xasiyyəti də vardı ki, arxadan at hənirtisi duydumu, yerlə-göylə əlləşib 
onları  yaxına  buraxmırdı.  İndi  də  özünü  yeyib-tökür,  üstündəki  adam  onu  qamçılayır,  amma 
uzaqlaşa bilmirdi. 
Dədə bəy başa düşmüşdü ki, tapqırlardan biri açılıb atın ayağına dolaşıb, qaçmağa qoymur. 
Madyan  Alapaçaya  yaxınlaşdıqda  Dədə  bəyin  ürəyi  partlamaq  dərəcəsinə  gəlirdi  ki, 
Alapaçaya  bax  ki,  ona  madyan  da  çatır.  Onun  yəhərində  oğru  oturub  qaçırırdı.  Dədə  bəy  onu 
tutub  qaytarana  bir  ilxı  bağışlayardı.  Amma  madyanla  o  cür  şöhrətli  ata  çatmağı  adına-sanına 
əskiklik sayırdı. 
– Ay namərd, görmürsən tapqır ayağına dolaşıb? İnsafsız oğlu, insafsız! 
Atın yəhərindəki xəncərini siyirib, tapqırı kəsib bir göz qırpımında uzaqlaşmışdı. 
Dədə  bəy  həm  sevindi,  həm  də  qəmə  batdı.  Kor-peşman  qayıdanda  obanın  kişilərinin 
atlanıb gəldiyini gördü. – Qayıdın, bu yabıların heç biri ona çata bilməz. 
Səhərdən bəri ətraf obalara adamlar getmiş, heç biri xeyir xəbər kətirməmişdi. Axşamdan 
elə bil hamı yasa batmışdı. Qohum-qardaşı Dədə bəyə ürək-dirək verməyə yığılmışdı. Uşaqları
alaçıqlardan  bayıra  buraxmırdılar.  Oynayıb-güləndə  Dədə  bəyin  xətrinə  dəyə  bilərdi.  Atları
sürüb ilxıya qatmışdılar. Biri atlı getsə onun yadına Alapaçanı salardı. 
Dilavər  oğlanların  neçəsi  yaraqlanıb-yasaqlanıb  daha  uzaq  obalara  sürmüşdülər.  Amma 
onu  Alapaçanın  qaçırılmağı  nə  qədər  incidirdisə,  bunun  sonrası  bir  o  qədər  düşündürürdü. 
Əvvəla,  yaxşı  igidin  atını  aparmaq  onu  el  içində  xar  eləmək  idi.  Papağını  aparmaq,  arvadını
qaçırmaq  kimi  bir  məsələydi.  Bu  iş  söz  yox  ki,  oğru  işindən  çox,  düşmən  əməlinə  oxşayırdı. 
Alapaçanın yalını, quyruğunu qırxıb kecənin birində gətirib obaya buraxsalar, onda gərək Dədə
bəy xəncərini siyirib öz ürəyinin başına saplayaydı. 
O,  nə  qədər  fikirləşirdisə  də  bu  daşın  onun  bostanına  haradan  atıldığını  ağlına  gətirə
bilmirdi. Oturanlardan biri dedi: 
Dədə bəy, bir at nədi ki, ondan ötəri bu qədər dərd çəkirsən? 
Bunu deyən Dədə bəyin qardaşı idi. 
– Heç bilirsən nə danışırsan? Ad, san, namus, qeyrət bəyəm ilxıyla, var-dövlətlə ölçülür? 
Kişi susdu. Bir azdan yenə o dilləndi: 
– Adam da yıxılıb ölür. Bir at nədir ki, özünü üzürsən. 
– O da düşmən işiydi. Oğru aparsa sevinərəm. 
Onun iri, eşmə, təzə-təzə dən düşən bığları səyriyirdi. 
–  And  olsun  dədəmin  üz  qoyduğu  torpağa,  düşmənçiliklə  aparsalar,  o  nəsildə  bir  adam 
qoymayacam. 
Bu  vaxt  qarşı  təpədə  bir  dəstə  atlı  göründü.  Alaçıqların  yanından  qalxan  iri  çoban  itləri 
gələnlərə tərəf götürüldülər. Dədə bəy qalxdı. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə