Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə28/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   101

58
– Qonaq gəlir. Bənək, geri qayıt, – itlər dayandılar, şöngüyüb kəsik-kəsik hürdülər. Onun 
çox  gur  səsi  vardı.  Bərkdən  danışanda  aşağılarda  qoyun  otaran  çobanlar  eşidirdi.  Uzaqdan 
gələnləri tanımasa da itlərin qalxmasından onların yad adam olduqlarını başa düşdü. 
– Qalxın, qonaqları qarşılayın. Sürüdən qara şişəklər gətirin. 
Dədə bəyin qardaşı deyindi: 
– Alapaçanı elə qonaq aparmayıb? 
– Bəsdi. O qonaq yox, düşmən olub. Tərpənin. Tez! 
O,  gələnləri  saydı.  Yeddi  atlı  idi.  Amma  səkkiz  at  vardı.  O  atlardan  biri  kişnədi.  Dədə 
bəyin elə bil çiçəyi çırtladı. 
– Alapaçadı. – Şübhəsini dağıtmaq üçün təkrar elədi.  
–  Alapaçadı.  Bəli,  obaya  çatanda  bu  kişnəyən  Alapaça  idi.  Atlılar  çatıb  onun  yanında 
dayandılar. Ağ saqqalı sinəsinə tökülən, yüz yaşı haqlamış gümrah, yanaqları alma kimi qırmızı
qoca dedi: 
– Salamin əleyküm. Dədə bəy, Allah qonağı istəyirsən? 
– Allaha da qurban, qonağına da. 
Qoca da, yanında gələnlər də atdan düşdülər. 
– Ay uşaq, o yüyəni mənə verin. 
Alapaçanın yüyənini gətirib qocaya verdilər. Qoca da gətirib Dədə bəyə tapşırdı. 
– Dədə bəy, bu at sənə yaraşandı. Onu səndən özgə heç kim minə bilməz. 
O,  heyrət  içində  qalmışdı.  Bunlar  kim  idi,  atı  niyə  qaçırmışdılar,  niyə  da  qaytarıblar. 
Alapaçaya fikir verdi, sonra bir-bir adamlara baxdı. Heç birini tanıya bilmədi. Oğlunu çağırdı. 
– Apar hörüklə. 
“Yox,  yalı  da,  quyruğu  da  yerindədir.  Belə  ata  bir  ilxı  verərlər.  Onu  həmişə  şah,  vəzir, 
əmir, bəylərbəyi gözündən gizlətmişəm. Yoxsa müştəri düşəcəkdilər ki, bu elə hökmdara yaraşan 
atdı. Sözü yerə salsa gərək bu yerlərdən köçüb gedəydi”. 
Üzünü qocaya çevirdi: 
– Bu nə sirdi? 
– Danışaram, darıxma. 
O,  qonaqları  alaçığa  çağırdı.  Divar  boyu  buta  güllü  Şamaxı  ipəyindən  döşəkcələr 
düzülmüşdü.  Hərəsinin  də  yanında  iri,  qotazlı  bir  mitəkkə  qoyulmuşdu.  Ağsaqqalı  farmaşın 
üstündə yığılan yükün qabağına, məclisin başına, öz yanına keçirdi. Oturandan sonra söhbəti özü 
açdı. Artıq Dədə bəyin iri, qırmızı yanaqlarının yanında sərt cizgilər yox idi. 
– Xoş gəlib, səfa gətirmisiniz. Amma tanımaq üçün gərək soruşaq da. Hansı tayfadansınız? 
–  Biz  təkəli  tayfasındanıq.  Keçəldağ  tərəfdə  düşmüşük.  Bizim  ata  yurdumuz  qalıb  Ağ 
dənizin kənarında, Qaramanda. Çox vaxt bazarlığa Hələbə gedərdik. Rəhmətlik Həsən padşahın 
vaxtında gəlib düşmüşük. İndi deyir, bir naxırın adını bir dana korlayar. Üzü qara olsun bizim 
üzümüzü  sənin  yanında  qara  eləyənin.  Alapaçanı  nə  vaxtsa  görübmüş.  İstəyirmiş  onun  dölünü 
tutsun.  Gəlib,  şah  kimi  qarşılayıb  çörək  vermisən,  gecə  də  durub  sənə  xain  çıxıb,  çörəyə  xain 
çıxıb. 
– Hanı özü? 
–  Özünün  tənbehini  eləmişik.  Yorğan-döşəkdədi,  bel-buxununa  yaxı  salıblar.  Səhər 
gördüm  bir  at  kişnəyir.  Alaqaranlıqdan  idi.  Durdum  gördüm  gətirib.  Dedim  bu  at  hardandı? 
Məndən söz daldalaya bilməzlər. Danışdı, dedi döl tutub qaytaracam. Sonra da danışdı ki, necə
tapqırı  demisən,  kəsib  canını  qurtarıb.  Uşaqların  hamısını  yığdım.  Namərdin  cəzasını  verdim. 
Onu  salmışıq  yorğan-döşəyə,  demişəm  sənin  kimi  kişinin  o  atın  dölündən  əmələ  gələn  kəhərə
minməyinə  hələ  min  il  var,  götürüb  gəlmişik.  Arada  düşmənçilik  olmasın.  O  ata  da  layiq  bir 
yəhərimiz  vardı,  onu  da  gətirmişəm.  Qaşı  qızıldı,  özü  gümüş  yəhərdi.  Babamızdan  qalıb.  O, 
yəhərə layiq atımız olmayıb. At gəldi, yəhəri gətirdi. 
Cavanlardan biri qalxıb, alaçığın qapısına qoyduqları bükülü yəhəri, yüyəni açdı. Gümüşü, 
qızılı bərq vurdu. Sədəf, mina işləmələr göz oxşadı. 


59
Dəd 
ə  bəy  ona  nə  deyəcəyini,  nə  edəcəyini  bilmirdi.  Nazik  bığlı  oğlunu  çağırıb  qulağına  nəsə
pıçıldadı. Oğlu razılığını bildirib alaçıqdan çıxdı. O, üzünü qocaya tutub dedi: 
– Mənim atımı qaytarıb gətirmisiniz, buna sevinmirəm, atı aparanın düşmən olmadığı da 
məni  o  qədər  sevindirmir.  Mənim  ürəyimi  dağ  boyda  eləyən  ağsaqqalın  müdrikliyidir. 
Məmləkətdə sənin kimi beş-on ağsaqqal olsa qurd qoyunla otlayar. 
–  Atalarımızdan  belə  görmüşük,  övladlarımız  da  bizdən  belə  görməlidir.  Mərdliyə  gərək 
mərdliklə cavab verəsən. Onsuz da dünya özü namərd dünyadı. 
Obada hamı ayağa qalxmışdı. Qoyunlar kəsilir, düyü seçilir, qazanlar asılırdı. Dədə bəyin 
oğlu  ilxıdan  yeddi  at  ayırıb  gətirib  qonaqların  atlarının  yanına  bağladı.  İşini  qurtaranda  başını
qaldırıb gördü ki, obaya tərəf iki nəfər gəlir, yedəklərində də bir yabı, yabının da üstündə palaza 
bükülü bir şey var. Dədə bəyin oğlu Mustafa onların qabağına çıxdı. 
Sifəti mis rənginə çalan, qırmızı çalmalı adam ondan soruşdu: 
– Dədə bəyin obası buradı? 
– Bəli. Düz gəlmisiniz. 
– Dədə bəy qul alveri eləyir? 
– Deyəsən artıq-əskik danışırsınız axı. Görmürsən, onun ilxılarının, sürülərinin, sənin kimi 
elə əlli-altmış çobanı var. 
– Onda, heç! – deyə yekəpər dilləndi.  
Mustafa bu sözdən şübhələndi. 
Bəs deyirlər o, seyidləri satın alır. – O biri yoldaşı dindi. 
– Yaxşı, onda gözləyin. – Özü tez alaçığa girib atasının qulağına pıçıldadı. Dədə bəy üzr 
istəyib çıxdı. Yabının yükünə, iki yolkəsənə baxıb dedi: 
– Seyid kimdi? 
– Mənəm, – deyə səs eşidildi. Palazın arasından gəlirdi o səs. 
– Kimdi? 
Qırmızı  çalmalı  yabının  üstündəki  yükü  götürüb  yerə  qoydu.  Diyirləyib  açdı.  Oradan 
Hüseyn Lələ bəy çıxdı. Dədə bəy gözlərinə inanmadı. 
–  Ay  Lələ,  bu  nə  şəbihdi?  –  Sonra  dönüb  o  iki  nəfərin  çiyinlərinə  döydü.  –  Bərəkallah, 
fərasətli uşaqlarsınız. 
Qırmızı çalmalı yoldaşının üzünə baxdı, göz vurdu. 
– Malımızı satası olmadıq.  
Dədə bəy heç nə başa düşmədi. 
– Lələ, sənin nə zarafatcıl adamların var. 
– Dədə bəy, məni doğrudan satmağa gətiriblər. Nə qədər verərsən? 
Hüseyn Lələ bəyin qollarını da bədəninə sarımışdılar. 
– Mən bu kişilərin əsiriyəm. Öldürmək istəyirdilər, dedim öldürməyin, satın, burada seyid 
alan var. 
Dədə  bəy  işi  indi  başa  düşdü.  Əl  atıb  alaçığın  yanındakı  odun  parçasını  götürməyi  ilə
qırmızı çalmalının başına endirməyi bir oldu. İkinci zərbə oxunu kamana qoymaq istəyəni onun 
yanına  sərdi.  Onlar  özlərinə  gələnə  qədər  o  Hüseyn  Lələ  bəyi  sarıdıqları  kəndiri  açıb  onları
sarıdı. 
–  Ədə,  yolkəsən  sizsiniz?  Çaqqaldan  canavar  olar?  Mənim  həndəvərimdə  bunların 
gördükləri işə bax, özü də gör kimi tutublar. 
O, Hüseyn Lələ bəyi qucaqladı. Xeyli vaxtdı görüşmürdülər. 
–  Ay  e’tibarsız  qardaş,  sən  hardasan?  Nə  səsin  var,  nə  sorağın.  Nə  iş  görürsən,  bu  nə
qiyafədi? 
–  Belədi  də.  Başımıza  çox  işlər  gəlib.  Hərə  bir  tərəfə  düşdü.  Təzəcə  sənin  yerini 
öyrənmişəm. 
– De görüm, Şeyx Heydərin uşaqlarından xəbərin varmı? 
– Var, yerlərini öyrənmişəm, onlar da müsibətdədir. 
– Gəl, gəl, ayaq üstündə dayanma. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə