Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə24/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   101

50
Karvan yolunun üstündə bir torba zoğal qoymuşdular. Torbanın ağzını səliqə ilə qatlamış, 
zoğalı təpə kimi qalamışdılar. Sanki xırdavatçı onu Ərdəbil bazarında açıb müştəri gözləyirdi. 
Bu bir torba zoğal olmasa, bir də o qala görünməsə, elə bilmək olardı ki, bu yerlər quş və
vəhşi heyvandan başqa heç nə görməyib, təbiətin bakirəliyini pozacaq heç nə yoxdur. Dəyirman, 
xaraba bina və körpü o qədər köhnəlmişdi ki, elə təbiətin özünə qarışmışdı. 
Hardasa  kollar  şaqqıldadı,  xəzəllər  töküldü,  paltarını  indicə  soyunan  budaqlar  arasında 
daha gözəl şaxəli budaqlar göründü. Maral buynuzları idi bu şaxələr. Cavan bir maral açıqlığa 
çıxdı,  ot  basmış  karvan  yolunu  keçdi,  çayın  sahilində  başını  çevirib  ətrafa  baxdı  və  əyilib  su 
içəndə  hürküb  başını  qaldırdı.  Onu  hürküdən  balıqlar  quyruqlarını  çalaraq  çay  yuxarı  üzüb 
getdilər.  Maral  təhlükənin  sovuşduğunu  yəqinləşdirəndən  sonra  zərif  dodaqlarını  suya  salıb 
içməyə başladı. Amma axıra qədər içə bilmədi. Diksinib yıxıldı, dal ayaqları üstünə çökdü, sonra 
bu ayaqlar onu irəli tulladı. Nal səsini eşitmişdi. 
Bir  azdan  yolda  şiş  uclu  polad  dəbilqə  parıldadı.  Atın  yanında  uzun  qılınc  atılıb  düşdü. 
Atlının polad qolçaqları işıldadı. Əynində dəmirdən toxunmuş köynək vardı.  
Nal  səsinə  xaraba  dəyirmandan  cındırından  cin  hürkən  bir  məxluq  çıxdı.  Başı  pırtlaşıq, 
ayaqları yalın, paltarı yamaqdan ibarət bu məxluq qaçıb zoğal torbasının yanında dayandı, üzünü 
atlıya  tərəf  tutub  min  bir  oyun  çıxarmağa  başladı.  At  hürkdü,  atlı  bunu  gözləmirdi.  Özünü 
yığışdırana  qədər  gec  oldu,  yəhər  çevrildi,  o  yerə  gəldi,  ayağının  biri  üzəngidən  çıxmadı,  atın 
dalınca süründü, qılıncı daşlara dəyib cingildədi, dəbilqəsi daşlara dəydi, diyirlənib çaya düşdü. 
Cır-cındırlı məxluq özünü yetirdi, atın üzəngisini əlinə keçirmək istədi, amma heyvan daha 
da hürkdü və götürüldü. Atlının ayağı üzəngidən qopdu, o zərblə yuxarıdan atılan çul kimi yerə
sərildi. At da maral gedən səmtə qaçdı. 
Məxluq  yetirib  atlını  qaldırmağa  çalışdı.  O,  zarıyırdı.  Qoltuqlarının  altından  yapışıb 
sürüyüb  onu  xaraba  dəyirmana  apardı.  Dəyirmanın  qurd  yeyib  deşik-deşik  elədiyi  palıd  qapısı
paslanıb yeyilmiş dəmirlərindən daha pis gündə idi. Qapını açıb atlını da ora sürüdü. 
– Lələ, Lələ...  
Unluğun dibindəki çürük taxtalar qalxdı. Oradan bir gözəl sima göründü. Bu Hüseyn Lələ 
bəyin sifəti idi. 
– Salman, nədi bala, öldürmüsən? 
– Yox, ay Lələ. Mən hələ heç toyuq da öldürməmişəm. Vəfalı dostu bunu bu günə saldı. 
– Axtar ciblərini. 
Salman  zarıyan  adamın  ciblərini  axtarmağa  başladı.  Ancaq  qılıncı  yaman  mane  olurdu. 
Əvvəl  kəmərini  açdı,  qılıncı  bir  tərəfə  qoyub,  cibindən  cingildəyən  kisəsini  tapıb  çıxartdı. 
Qırmızı kisənin büzməsini açdı. Əlini salıb xeyli qurdalandı, axırda kisədəki pulları yerə tökdü. 
Kisəni də çevirdi. 
– Heç nə yoxdur. 
–  Görürəm,  –  Hüseyn  Lələ  bəy  arxayın  olmaq  üçün  kisəyə  özü  də  baxdı.  Kisə  təkqat 
parçadan tikilmişdi. 
– Qoynunu-qoltuğunu gəz. 
Axtardılar.  Amma  istədiklərini  tapa  bilmədilər.  Hüseyn  Lələ  bəy  əyilib  qulağını  onun 
sinəsinə qoydu. 
– Ölənin nəfəsini güzgüylə öyrənirlər.   
– Bu güzgüyə layiq deyil. 
Bunu deyib Lələ cibindən xırda qızıl bir kuzəcik çıxartdı, ağzını açdı, onun lopa bığlarını 
aralayıb burnuna tutdu. 
– Bığı bir putdu, ürəyi bir misqal. 
Mayenin iyi dəyən kimi onun bədəni çimçəşdi. Üz-gözünü büzüşdürdü. İri gözlərini açdı. 
İlk gördüyü qabağına çıxıb atını hürküdən Salman oldu. 
–  Atasından  xəbərsiz  ləvənd.  İndi  sənin  başını  bədənindən  ayırım  gör  ləzzətini.  Əlini 
belinə  atdı,  amma  əlinə  qılınc  əvəzinə  dəyirmanda  bitən  gicitkan  kolu  keçdi.  Əlini  daladı.  – 
Bismillah, deyəsən cin yığıncağına düşmüşəm. 
Salman baş barmaqlarını qulaqlarına qoyub, əllərini oynatdı. Özü də atılıb düşdü. 


51
– Ya Zəlixə, ya Məlixə. 
Yekəbığın huşu yenə getdi. Lələ bəy Salmana tərəf döndü. 
– Oyunbazlıq yeri deyil. Sən çıx yola, mən onu danışdıracağam. 
Yenə də kuzəciyi onun burnuna tutdu. Bu dəfə o gözünü açanda başının üstündə gözəl bir 
sima gördü. Bığının yarısı enində olan qaşlarının altından biri-birinin üstünə minən kirpiklərini 
qırpdı. Dili topuq vura-vura soruşdu: 
Sən cinsən, ya Ələddinsən? 
– Ələddinəm. 
– Məndən nə istəyirsən?  
Lələ təmkinlə dilləndi: 
– İstədiyimi deməsən cin gələcək ha. 
– Gəlməsin, gəlməsin, deyərəm. 
– Hanı məktub? 
Çapar əlini başına atdı. Ancaq əli polad dəbilqəyə deyil, təmiz, ülgüclə qırxılan daz başına 
dəydi. Barmaqları qana bulaşdı. 
– Hanı dəbilqəm? 
Lələ dönüb təmkinlə dedi: 
– Bunun dəbilqəsini tapıb gətirin. 
Salman çayın sahilinə qaçdı. Dəbilqəni tapa bilmədi. Çayaşağı qaçdı. Gördü ki, dəbilqənin 
şiş ucu suyun içindən çıxıb. Özünü çaya vurub onu götürdü. Çevirib içərisinə baxdı. Orada bir 
araqçın  da  varmış.  Araqçını  çıxartdı,  dəbilqəyə  içəridən  dördqat  bükülüb  keçirilmiş  kağızı
götürdü. Açdı, amma bir kəlmə də oxumaq mümkün deyildi.  
Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir şey kimi dəyirmanın küncünə atdı. 
Lələ kağıza peşman-peşman baxdı. Məzəmmət dolu baxışlarını Salmanın üzündə saxladı. 
Salman dedi: 
– Bu heyvərə papağını başında saxlaya bilmir, buna mən nə eləyim? 
Lələ kağızı sərib üzünü çapara çevirdi: 
– Məktubda nə yazılmışdı? 
– Bilmirəm. 
– Hara aparırdın? 
– Qalabəyinə.  
– Məzmunundan xəbərin yox idi? 
– Ağa, çapar eşşək kimi bir şeydi. Sə’di deməli, eşşək nə bilsin yükü kitabdı, ya odun. 
Lələ dönüb baxışı ilə Salmanı yanına çağırdı. Salman çatanda onun ətəyindən tutub cırdı, 
çaparın gözlərini bağladı. 
–  Ələddin,  axı  sən  ədalətlisən,  məni  öldürmə.  Mən  heç,  uşaqlarım  yazıqdı!  Üç  arvaddan 
iyirmi dörd uşağım var, onun iyirmi biri qızdı. Hamısı da körpə-körpə. 
– Kimə qulluq eləyirsən? 
– Ağqoyunlu padşahlarına. 
– Haralısan? 
– Təkəli tayfasındanam, qurbanın olum. 
– Dinin? Suallarıma tez cavab ver. 
– Müsəlmanam. 
–  Hansı  məzhəbə  qulluq  eləyirsən?  –  Lələnin  səsi  çaparın  qulağında  mis  səsi  kimi 
cingildədi. Bu sual çaparı çaşdırdı. 
– La ilahə, illəllah, Məhəmmədin rəsul illah. 
– Sünnüsən, şiyəsən? 
– Ağa, qurbanın olum, öldür məni, ancaq məzhəbimi soruşma. Sən hansınnansansa mən də
onnanam. 
Çaparın zar-zar ağlamasına bir sual da bəs eləyərdi. 
– Məktubda nə yazılmışdı? – Lələ çox tə’kidlə soruşdu. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə