Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə21/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   101

44
Sultan Yaqub sıçrayıb atın yəhərinə qalxmağı ilə götürülməyi bir oldu. Vəziri, əmirsipəhsaları da 
yanında idi. Süleyman Bicanoğlu da özünü xəstəliyə vurub gəlməmişdi. Yoxsa o da ovda iştirak 
eləyərdi. 
Ceyranı  çox  gözləməli  olmadılar.  Təpəni  aşan  kimi  bir  sürü  ceyran  at  ayaqlarının  səsinə
sıçrayıb  qalxdı.  Sultan  Yaqub  atını  onların  üstünə  sürdü.  Sürü  dağıldı.  O,  bir  ceyranın  dalınca 
atını səyirtdi. Qaç-qov başladı. Onun əyanları xeyli arxada qalmışdılar. Sultan Yaqubun altındakı
atın burun pərələri irilmişdi. O, atası Uzun Həsənin atının balalarından idi. Yorğa yerişli, qaçışda 
misilsiz,  döyüşdə  çevik  və  dözümlü  idi.  O,  ceyrana  çox  yaxınlaşmışdı.  Artıq  kəməndini  də
hazırlamışdı. Bir az da yaxınlaşsa kəmənd gözləri irilmiş ceyrana çatacaqdı. Bir az da yaxınlaşdı. 
Dırnaqları parıldayan nazik ayaqlı, gözəl ceyran bayaq iri sıçrayışlarla tullanırdısa, artıq gücdən 
düşmüşdü.  O,  kəməndi  əlində  dəstələyib  tullamaq  istəyirdi  ki,  ilxının  qabağı  açıldı.  Sultan 
Yaqubun  atı  ayaq  saxladı.  Ceyran  uzaqlaşdı,  ilxı  onunla  şikarının  arasından  keçirdi.  Sultanın 
qanı sifətinə vurdu. Bu vaxt ə’yan-əşrəf də yaxınlaşdı. İlxı keçib gedəndən sonra arıq bir yabını
çılpaq minən ilxıçını Sultan Yaqub yanına çağırdı. 
– Mənim şikarımı niyə korladın? 
İlxıçı  paltarlarından,  hökmlü  danışmaqlarından  böyük  adamlar  olduğunu  görüb  yabıdan 
aşırılıb düşdü. 
– Ağa, bu dünyada şikarı korlamayan bir adam tapsan, bu yabını muştuluq verərəm, – dedi. 
– Bu zırramanın cəzasını verin. 
– Cəza nədi, ay başına dönüm. Mən nə biləydim sən burada ov eləyirsən, ilxını o tərəfdən 
sürəydim. Ovcumu iyləmişdim ki?! 
Fərraşlar onu götürüb üz üstə yerə atdılar. Kişi isə qışqırdı. 
–  İlxı  gedib  itər,  sonra  Şükür  bəyin  əlindən  qurtara  bilməzsiniz  ha.  Mən  cəhənnəm, 
özünüzə yazığınız gəlsin. Sultan Yaqub güldü. 
– Şükür bəy belə zəhmli, zərli-zorlu adamdı?  
İlxıçı qalxıb oturdu. 
– Onun var-dövləti məndə olsa, elə mən də zərli-zorlu olaram da. 
– Var-dövlətdən nəyi var? 
– Sən soruş ki, nəyi yoxdu. Bir ilxısı budu, beş sürü qoyundu, nə qədər malı, çobanlarının 
elə  mən  bilən  əlli  iti  var.  Ay  başına  dönüm,  de  məni  buraxsınlar,  ilxı  itər,  Şükür  bəy  mənim 
dərimə saman təpər. Onda gərək mən də sizi axtarıb tapam heyfimi çıxam.  
– Fərraş, buna əlli çubuq. 
Fərraşlar  onun  bez  köynəyini  cırıb  əynindən  çıxartdılar.  Biri  ayaqlarının  üstündə  oturdu, 
ikisi qamçılarını qaldırıb onun kürəyini şallaqlamağa başladılar. 
Vəzir Zəkəriyyə Keçəçi atını Sultan Yaqubun yanına sürdü. Pıçıltı ilə dedi: 
– Sultani-əzəm, biz toya gəlmişik. Bu kişini döydürməyin xəbəri Qarabağa yayılsa yaxşı
düşməyəcək. 
Bu fikir onun da ağlına batdı. Şallaq dəydikcə, kişi qışqırır, deyirdi: 
–  Üstümü  unlu  görüb  adımı  dəyirmançı  qoymusunuz.  Vallah,  elə  adamlarım  var  ki, 
üstlərinə şikayətə getsəm, hamınızı zəncirə vurdurar. Vəzir işarə verdi, fərraşlar əl saxladılar. 
– Kimdi, a kişi sənin adamların? Yə’ni burdakılardan da böyükdü? 
Kişi kinayə ilə güldü. 
– Buradakılara bax ey. Mənim adamlarım Təbrizdədi, lap o “səkkiz behişt” sarayında. 
– Kimdi saraydakı qohumun? Qapıçıdı, qulamdı, aşbazdı, mehtərdi, nədi? 
Kişi qalxdı, ayaqlarını fərraşın ayaqları altından çıxartdı. Onun üstünə çəmkirdi də. 
– Üstümdə elə oturmusan ki, elə bil nənən salan döşəkdi. – Yenə üzünü vəzirə tutdu.  
Mənim özümə baxmayın. Mən qulama, qapıçıya adam demərəm. Sarayda bir kişi var, o da 
sultandı, padşahdı. 
Sultan Yaqubun rəngi ağardı. 
– Padşahı görmüsən? – deyə ondan soruşdu. 
– Bəlkə də. Ancaq yadımda deyil. Mən Uzun Həsən Cənnət məkanı görmüşəm. 
– Harda? 


45
–  Harda,  harda.  Yoldaşım,  dostum,  tayım-tuşum  deyildi  ha.  Malatyada,  osmanlılarnan 
vuruşmada. Uğurlu Məhəmməd də yadımdadı. 
– Sən vuruşmusan da? 
O, köynəyinin cındırlarını dartıb əynindən çıxardı. Sağ döşündə dərin çapıq yeri vardı. 
– Bu da mənim şahidim. – O fərraşın üstünə qışqırdı. 
– Görmürsən kişilərlə söhbət eləyirəm, o ilxı dağıldı. Qaç onları bəri qaytar. – Fərraş nə
edəcəyini bilmədi. O yenə də vəzirə döndü. – Belə. 
– Yaxşı, sən demədin ki, sənin qohumun sarayda kimdi? 
– Sultan Yaqub. 
– Necə? 
– Bəli. İnanmazsınız. 
– Necə qohumundu? 
– Necə,necə. Sultanın qayınatasıyam. 
Onların  hamısı  bir-birinin  üzünə  baxdılar.  Sultan  Yaqub  atdan  düşdü.  Yer  yarılsa  o  yerə 
girərdi. İndi bu ilxıçı kişidən üzürmü istəməliydi? Bilmirdi nə eləsin. 
– Adın nədi? 
– Cahangir. 
– Cahangir bəy.  
Kişini gülmək tutdu. 
–  Başına  dönüm,  məni  ələ  salmayın.  Görürəm  ki,  alicənab  adamlarsınız.  Günah  məndə
oldu  ki,  sənin  şikarını  əlindən  çıxartdım.  Əvəzində  də  mənə  bir-iki  şallaq  vurdular.  Hər  şey 
qurtardı  getdi.  Daha  məni  ələ  niyə  salırsan? Mən hara, bəy hara. İlxıçı babayam, o ilxıdan bir 
çöpüklü qulun itsə, gərək alaçığımı, palımı-paltarımı da satıb verəm. Amma yalan da demirəm, 
Sultan  Yaqub  mənim  kürəkənimdi.  Ancaq  qapıma  elçi  göndərməyib,  toy  eləyib  qızımı
aparmayıb. Anasının xoşuna gəlib qız, götürüb aparıb. Bundan sonra yüz il yaşasam da nə mən 
qızımı görə bilərəm, nə də o məni. Kasıb kasıbdısa gərək arvadı da, qızı da kifir olsun, heç kimin 
də gözü düşməsin. Yoxsa bax beləcə götürüb gedirlər, qalırsan başına döyə-döyə. Bəynən bostan 
əkən kasıbın çiynində bitər o bostanın tağı. 
–  Mən  düz  deyirəm.  Sən  Cahangir  bəysən,  özün  də  ilxıçı  deyil,  əmiraxursan.  Vəzir, 
Cahangir bəyin vəzifəsini ona başa salarsan. Cahangir bəyin libasını gətirin. 
Cahankir kişi elə bil ayıldı. 
– Ay başına dönüm, axı sən kimsən? 
– Mən Ağqoyunlu hökmdarı Sultan Yaqub.  
Cahangir kişi onun ayaqlarına düşdü. 
– Başına dönüm, artıq-əskik danışmışam, keç günahımdan. 
– Qalx ayağa. Hər şey keçib getdi. Gəlmişəm Sultanbudda sənin qızına elə toy çaldıram ki, 
səsi bütün ölkələrə düşsün. 
Cahangir əllərini göyə qaldırdı. Allahına dua elədi. Amma birdən yadına nə düşdüsə dönüb 
ilxıya  baxdı.  İlxı  uzaqlaşırdı,  O,  əlini  dodaqlarına  qoyub  fit  çaldı.  Ayğır  fiti  eşidəndə  ilxını
döndərib onlara tərəf gətirdi. Sonra Sultan Yaqubun narazı baxışını görüb dedi: 
– Başına dönüm, Şükür bəy pis adamdı. İlxısı itsə harda olsam, məndə heyif qoymaz. 
– Şükür bəy oldu sənin kiçiyin. İstəyirsən elə eləyim, o gəlib sənin üzəngini tutan olsun. 
Başına nə oyun istə– yirsən gətir, bütün heyflərini ondan çıx. 
Bir  azdan  fərraşlar  libas  gətirdilər.  Cahangir  kişini  çəkib  apardılar,  kolların  arxasında 
geydirib gətirdilər. Bayaqkı ilxıçı Cahangirdən əsər-əlamət qalmamışdı. 
Onlar ceyran ovlamamış düşərgəyə qayıtdılar. Vəzir onu qızı olan ağ, qızıl qübbəli çadıra 
apardı. Bu həmin çadır idi ki, onun içində Əbu Səid Sara xatunla Şeyx Heydəri qəbul eləmişdi. 
Sonradan qənimət almışdılar. Cahangir kişi elə bil yuxu görürdü. Çadıra girəndə mavi paltarlı bir 
gözəl gördü. Geyimdən yox, gözlərindən tanıdı qızını. 
– Ay mənim itkin balam. 
– Dədə... 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə