Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə19/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   101

40
başçısıdı,  sufi  nəsəbdi,  xəyanətkardır.  Qardaşımız  da  bu  murdar  fitnəkara  inandı.  Ağılsız 
tərpəndi. Tək sənin yox, həm də öz xətrinə belə iş görməməli idi. Çünki Şeyx Səfinin qurduğu 
binanı  uçurmaq  fikrinə  düşən  ağılsız  adamdır.  Onun  ziyarətinə  Hinddən,  Çindən,  Rumdan, 
Sərəndibdən1,  Hicazdan,  Dəməşqdən,  Bağdaddan,  Bəsrədən  gəlirlər.  Səfiyyəddinin  oğlu 
Sədrəddinə Məlik Əşrəf Çobaninin gücü çatmadı. Cəlayirlər də ona heç nə edə bilmədilər. Belə
adamlara arxalanıb səltənəti möhkəmlətmək əvəzinə, onlara qılınc qaldırdı. İndi ölkənin yarıdan 
çoxu ona lə’nət oxuyur. 
– İndi məndən nə istəyirsən? – Aləmşahbəyim qardaşının bal- 
--------------------- 
1. İndiki Şri-Lanka. 
tanı hara çaldığını yaxşı başa düşürdü. Amma fikrini açıq söyləməyini istəyirdi. 
– Düzü, səninlə tamam başqa bir işdən ötrü məsləhətləşməyə gəlmişəm. 
– Buyur. 
–  Səni  və  balalarını  bu  müsibətdən  qurtarmaq  üçün  bircə  yol  var.  –  Məsih  Mirzə  susdu. 
Bacısı da dinməyib onun təklifini gözləyirdi. Qardaşı da fikrini deməyə görünür çətinlik çəkirdi. 
Amma sözünü dedi. – Sən cavan vaxtında oturub qalmayacaqsan ha. Güclü, qüdrətli bir adama 
getməyə razılıq versən, o səni də, övladlarını da buradan çıxarar, qanadı altına alar. 
– Demək mənə elçiliyə gəlmisən, qardaş? 
– Elçiliyə yox. Fikrini aramağa. Görüm nə deyirsən? 
– Qüdrətli adam da yəqin ki, Əbih Sultandı, elə deyilmi? 
– Hardan bildin? Əbih Sultan doğrudan qüdrətlidir. Ölkənin dirəklərindən biridir. 
– O dirək qardaşının laxlamış səltənətini saxlasın da. – Aləmşahbəyim elə hirslənmişdi ki, 
qardaşı olmasa, o divardakı qılıncı onun köksünə sancardı. Amma özünü ələ almaq üçün bütün 
iradəsini  cəm  eləmişdi.  “İndi  də  bu  taxt  həvəsinə  düşüb.  Ona  görə  qardaşını  da  yay  kirişi  ilə
boğmağa, bacısını da kiminsə ağuşuna atmağa hazırdı”. 
– Laxlayan dişin çəkilməkdən özgə əlacı yoxdur. 
– Demək sən də qardaşının başını yemək istəyirsən.  
Söz Məsih Mirzəni tutdu. Fikrə getdi. Səsinə bir az da mehribanlıq verib dedi: 
– Başını yemək niyə? Qardaşımız bacısını, bacısının uşaqlarını həbsdə saxlamaqla özünü 
tamam nüfuzdan salıb. Sən gərək mənə kömək əlini uzadasan. 
Aləmşahbəyim yarpaq kimi əsirdi. 
– Məni Əbih Sultana ərə verməyin xam xəyaldı, qardaş. Mən öldürülmüş ərimin namusunu 
dünyanın ən böyük hökmdarına da dəyişmərəm. O ki qaldı mənim sənə köməyimə, mən özüm 
qolu  bağlı  dustağam.  Həm  də  bacıyam.  Bir  qardaşa  xeyir-dua  verib  başqa  qardaşın  üstünə
göndərmək hansı bacının ürəyindən olar? 
 
Məsih Mirzə onun bu sözlərini də sakitliklə qarşıladı. 
– Ərə getmək təklifinə bundan başqa bir cavab gözləmirdim. Sağ ol! Halal olsun! Ancaq 
Şeyxin müridləri mənim tərəfimə keçməsə işlər yaxşı getməyəcək. 
– Mən şeyx deyiləm. Neçə ildir ki, bu qəfəsdəyəm. Heç nədən xəbər-ətərim yoxdur. Dur, 
yoldan gəlib yorulmusan. 
– Qayıtmalıyam. Məni gözləyirlər. 
“İlahi,  axı  mən  sənin  yanında  nə  günah  işlətmişəm?  Niyə  məni  belə  bəlalara  düçar 
eləyirsən?  O  biri  qardaş  bu  körpələri  bura  salıb  ki,  qurbanlıq  qoyun  kimi,  böyüyüb  əmələ
gəldikcə başlarına bıçaq çəkə. Bu da onu yıxsa yenə də onların başını sığallamayacaq”. Sussa da 
müsibət müsibət üstündən gələcək. 
Sultanəli  qapının  dalında  dayanıb  onların  söhbətini  dinləyirdi.  Dayısının  “qayıtmalıyam” 
kəlməsindən sonra qapını itələyib içəri girdi. Bayaq salam da verməmişdi. 
– Axşamın xeyir, dayı-dedi. 
– Bu hansı igiddi, – deyə bacısından soruşdu. 
–  Böyüyüdü,  Sultanəlidi,  –  deyə  narahatlıqla  dilləndi.  O,  istəmirdi  ki,  onları  yaxından 
tanısınlar.  Xüsusən  Sultanəlini.  Boy-buxunda  atasına  çəkmişdi.  Özü  də  gecə-gündüz  oxuyur, 
özünü həyata hazırlayırdı. 


41
– Yox, mən Sultanəli deyiləm. Mən Şeyx Sultanəliyəm. Atamın ölümündən sonra Şeyxlik 
mənə çatıb. 
– Maşallah, maşallah. – Dayısı qalxıb onunla görüşdü. Sonra onun iti gözlərinə baxdı və
bundan sonra onun əlindən öpdü. Şeyx idi, bütün müridlərin mürşidi bu uşaq sayılırdı. Demək 
Məsih Mirzə bacısı ilə yox, Sultanəli ilə danışmalıydı. 
– Deyir on iki imama yalvarınca, bir Allaha yalvar. 
–  Dayı,  dediklərinin  hamısını  eşitmişəm.  Əgər  bizi  zindandan  qurtarmaqla  Şeyx  Səfi 
nəslini  öz  əlində  silaha  çevirmək  istəyirsinizsə  mən  buna  qəti  ziddəm.  Niyə,  ona  görə  ki, 
müsəlman  hökmdarların  hamısı  peyğəmbərin  adından  danışıb  və  öz  bildiyini  eləyib.  Şeyx 
Heydərin övladlarının qeyrətləri varsa özləri-özlərinə əncam çəkəcəklər. Yoxdursa, onda heç. 
Aləmşahbəyim oğluna gözlərini ağartdı ki, dinməsin. Amma o öz sözlərini demişdi. Məsih 
Mirzə də bacısı oğlunun dediklərini eşitmişdi. Amma hələ də inana bilmirdi ki, bu sözləri uşaq 
dilindən eşidib. 
–  Bacıoğlu,  sizin  gücünüzdən  istifadə  eləyib  ölkəni  möhkəmləndirmək  istəyirlərsə  buna 
sevinmək lazımdır. Amma o nəslin kökünü kəsmək istəyənlər də var. 
Ana  oğlunun  belə  odlu-odlu  danışdığını  eşitməmişdi.  Həmişə  o,  hücrənin  bir  küncünə
çəkilib dəri cildli kitabları vərəqləyirdi. Oxuyurdu, yazırdı, oxuduqlarını yadında saxlamaq üçün 
vird eləyirdi. Qardaşı İbrahimlə də məşğul olur, onu oxutdurur, yazdırırdı. 
İndi birdən-birə beləcə partladı, üsyan elədi. Ana həm sevinirdi ki, oğlu belə cəsarətlidir, 
ağıllıdır. Həm də qorxurdu ki, dayıları onu tanıdılar.  
Hökmdar  üçün  iki  baş  mövcud  idi.  Birinci  baş  həmişə  sinəsinə  əyilməli,  “bəli,  bəçeşm” 
deməlidir.  Əgər  bu  baş  dikəlirsə,  ağılla  beyindəki  fikirləri  söyləyirsə,  öz  fikrini  izhar  eləyib 
qarşıdakı  hökmdarla  razılaşmırsa,  onda  həmin  baş  mütləq  kəsilib  atılmalıdır.  Kəsik  baş  isə
danışmır.  Hökmdara  belə  “danışmayan”  baş  daha  xoş  gəlir.  Çünki  o  daha  təhlükəsiz,  daha 
qorxusuz  və  zərərsiz  idi.  Sultanəlinin  bu  danışığı  hökmranlıq  eşqiylə  alışıb  yanan  dayısının 
qəlbində o ağıllı başı təhlükəsiz eləmək e’tiqadı doğura bilərdi. 
  
İsmayıl  da  gümüş  xəncərini  belinə  bağlayıb  gəlib  qapıdan  baxırdı.  Sultanəlinin  bir  sözü 
həmişəlik  onun  ağlında  qalmışdı.  Gecə  yarısı  qalxıb  başqa  otağa  keçmək  istəyəndə  də  gərək 
geyinəsən, yarağını qurşayasan, çünki təhlükə həmişə başımızın üstündədir. O, qapıya yaxınlaşıb 
baxdı  və  bayaq  gördüyü  dayısı  onun  gözündə  nağıllardakı  divlərə  oxşadı.  Bu  divin  kürəyi 
görünürdü. Anasının sifətində isə dərin bir narahatlıq vardı.  
Məsih Mirzə bir tikə uşağın kamilliyinə heyran qalmışdı. Başa düşmüşdü ki, bacısı onun 
ərə  getmək  təklifinə  razı  olsaydı  belə,  gedə  bilməzdi.  Deməli  atalarının  yerində  adam  var. 
“Tanrı, məsləhət özünündür. Mən dediklərim sənə naxoş gəlməsin, bu nəsil nədir bəyəm. Birinin 
başını vurursan, yerinə ondan da hündürə bir pöhrə qalxır ki, mən buradayam. Bəlkə də bunlara 
elə  bir  ruh  vermisən  ki,  ölənin  nə’şindən  uçub  getmir,  bu  dünyadakı  övladlarından  birinin 
bətninə  qayıdır.  Qardaşım  Sultan  Yaqub  bunu  başa  düşməyib.  Tanrı  bu  nəslin  tərəfindədirsə, 
onları  qırıb  qurtarmaq  olmaz.  Elə  mənim  kimi  onlara  arxalanmaq  lazımdır.  Özləri  də  çox 
möhkəm və qorxmazdırlar. Neçə il daş divarlar arasında çürüyən bu uşağı da ələ almaq müşkül 
işdir”. 
Məsih Mirzə dedi: 
– Ya Şeyx, bəyəndim səni, sevdim səni. Sənə biyət eləyib-inam gətirirəm. Məni də özünə
mürid saya bilərsən. 
Qardaşının  bu  sözlərindən  sonra  Aləmşahbəyim  sevindi,  ürəyində  bir  işıq  yandı,  günəş
boyda  oldu,  o  qəlbin  bütün  şübhələrini,  qorxularını  əritdi.  Oğlunun  ipək  kimi  yumşaq  əlindən 
tutub qardaşının ovcuna basdı. 
– Barış, dayınla. Mehriban danış.  
Məsih Mirzə dedi: 
– Bərəkallah sənin dərrakənə. Dayının indiki vəziri sənin yanında boş bir qabaqdır. Mən 
taxta çıxan gün bacım oğlunu sağ tərəfimdə oturdacam. 
– Ağqoyunlu səltənətinin vəziri? 
– Bəli. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə