Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə16/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   101

34
–  Ana,  mən  balacayam.  Hələ  çox  şeyi  bilmirəm.  Sən  də  mənə  demirsən.  Sultanəli  də, 
İbrahim  də  məndən  hər  şeyi  gizlədirlər.  Amma  mən  görürəm  ki,  nəsə  olub.  Nə  olub,  onu 
bilmirəm. Sən ağlayırsan, Səkinə ağlayır, niyə ağlayır? 
Aləmşahbəyim əlini oğlunun başına çəkib dedi: 
– Böyüyəndə hər şeyi bilərsən.  
– Deyin, bilim, mən də tez böyüyüm. 
Anası  onu  qucaqladı.  İsmayıl  isə  dartınıb  onun  qolları  arasından  çıxdı.  Divar  üstündəki 
yolla qaçdı. 
– Tut görüm. 
Anası da onun dalınca qaçdı. İsmayıl özünü ciddi aparmaq istəyirdi. Amma uşaqlıq özünü 
göstərdi.  Gülə-gülə  qaçdı.  Anası  da  onu  qovmağa  başladı.  Amma  çata  bilmirdi.  Onun  cəmi-
cümlətanı iyirmi səkkiz yaşı vardı. Gözəlliyi cilvələnib qızılgül kimi pardaxlanırdı. Bu yaşda o, 
al-əlvan geyinməliydi. Amma... 
İsmayıl  nəsə  görüb  dayandı.  Heyrət  içində  gözlərini  Savalana  dikdi.  Savalan  nəhəng  bir 
göz dağına dönmüşdü. Hər tərəf axşamın bənövşəyi göy rənginə bürünsə də, Savalan od tutub 
yanır. Günəşi elə bil özündə əks eləyirdi. İndi o, elə bil ikinci bir günəşə dönmüşdü. Zirvəsindəki 
buzlaqlar daha gözqamaşdırıcı idi, aşağı endikcə o, kürədəki polad rənginə düşürdü. İsmayıl bu 
mö’cüzə qarşısında mat-məəttəl qalmışdı. 
– Ana, Savalan yanır? 
– Yanır, bala, yanır. Sən onun üstünə çıxsaydın, gör nə olardı ey. Ona görə ağlıyırdım da. 
– Yox, o məni yandırmaz.  
– O yüksəkliyə qalxmaq istəyənlərin çoxu yanıb, oğul. 
– Məni yandırmaz. Böyüyəndə çıxacam, görüm o niyə belə qırmızıdı. 
Anası  heyran-heyran  oğluna  baxdı.  Yaxınlaşıb  arxadan  onu  qucaqladı.  Oğlunun  saçları 
onun sinəsinə söykəndi, İsmayıl necə də böyümüşdü. 
– Ana, Savalan yanırdı, artıq sönür. Mənə de görüm Savalana qədər belə gömgöy görünən 
o dağlar, dərələr, düzənlər ki, var, ora nədir? 
– Ərdəbil mahalı. 
– Yox. 
– Bəs nədi? 
– Vətən! 
Ananın  sinəsi  alışdı.  Oğlunu  özündən  araladı.  Soyuq  divara  söykəndi.  Amma  döşlərinin 
arasında  istilik  gəzirdi.  Bayaq  oğlunun  başını  söykədiyi  ürəyinə  elə  bil  Savalanın  közü 
düşmüşdü.  Əri  Heydərin  sifətimi  toxundu,  onun  təmasımı  keçdi?  Bədəni  əsirdi,  titrəyirdi. 
Qalanın  dişini  qucaqladı.  Daşın  üzü  soyuq  olar.  Amma  bu  soyuqluq  onun  sinəsindəki  közü 
söndürmək  əvəzinə  daha  da  istilətdi,  alovunu  külək  kimi  üfürüb  artırdı,  kül  basmış  közlərini 
qızartdı. 
“İsmayıl  bu  yaşda  atasına  çəkib.  Hələ  onun  qulağına  babasının  batin  fikirləri 
pıçıldanmayıb.  Atasının  işlərindən  ona  heç  kəs  danışmayıb.  Mən  yalvarmışam.  Sultanəliyə  də, 
İbrahimə də demişəm ki, oğlanlarım, məni sevirsinizsə İsmayılı mənim əlimdən almayın. İkiniz 
atanızın yoluyla getsəniz bəsdir. İsmayılımı mənə verin. Sizin yolunuz qandır, qadadır, ölümdür. 
Mən  yazığam,  gözümü  tikməyə  bir  qibləgahım  olsun.  Bu  da  hələ  yeddi  yaşı  tamam  olmamış
körpəm”. 
 
–  Ana,  bəs  niyə  biz  bu  qaladan  çıxıb  getmirik?  Mən  o  meşələri,  qızılgüllü  həyətimizi, 
evimizi görmək istəyirəm. 
– Gedərik, oğul, gedərik. 
Ülkər  qapıda  ayaqlarını  yerə  döyüb  kişnəyirdi,  az  sonra  Sultan  Yaqubun  fərraşları 
qızılgüllü  həyətə  doldular.  Əbih  Sultan  saraydan  fərmanla  gəlmişdi.  O,  atının  yüyənini  dartıb 
saxlayanda  Aləmşahbəyim  eyvanda  idi.  Yas  paltarı  onun  ağ  sifətini,  yaşlı  mavi  gözlərini, 
örpəyin  altından  görünən  qızıl  saçlarını  daha  da  işıqlı  göstərirdi.  Əbih  Sultan  onu  görəndə  bir 
müddət danışa bilmədi. Aləmşahbəyim yaslı-yaslı da gözəl idi. İndi o daha duldu. Qardaşı yəqin 
ki,  bundan  sonra  heç  bir  hökmdara,  şahzadəyə  verməz.  Onda  onun  oğlanları  taxt-tac  davasına 


35
qalxmaq  üçün  imkan  taparlar.  Özündən  çox  aşağı  bəylərə,  əsilzadələrə,  saray  adamlarına 
verəcək.  Yox,  bu  gözəldən  heç  keçmək  olmaz.  Şeyx  Heydərdən  qabaq  onunla  evlənə
bilməmişdisə, ondan sonra evlənər. 
Aləmşahbəyim səsini qaldırıb onun üstünə qışqırdı. 
–  Sənə  kim  icazə  verib  bu  həyətə  at  üstündə  girəsən?  Şeyx  Heydər  yoxdusa  da,  Uzun 
Həsənin qızı hələ sağdır.  
Əbih Sultan atdan endi. 
– Hökmdar fərmanı gətirmişəm. 
–  O  fərmanları  çox  görmüşük.  Rəiyyət  qapısına  aparmamısan.  Çıx  həyətdən,  fərmanı
göndər. 
Əbih Sultan atını həyətdən çıxarmalı oldu. Onun adamları evi mühasirəyə almışdı. 
Fərmani-hümayunu göndərdi. Aləmşahbəyim onu alıb oxudu. Qardaşı ona başsağlığı verir 
və onun Təbrizə gəlməsini məsləhət bilirdi. Amma bu məsləhətdə bir hökm də vardı. Yazırdı ki, 
tə’ziyyə məclisi Nəsriyyə məscidində başlayıb. Şeyxin oğlanlarının və əyalının sarayda olmağı
vacibdir. 
Bu məktubdan sonra o yumşaldı. Ərinin təziyyə məclisinin Təbrizdə başlaması ona hörmət 
idi. Heydərdən sonra Ərdəbildə oturmağı da yaxşı düşməzdi. Elə fərman gələn gün o, oğlanlarını
da götürüb Təbrizə yola düşdü. 
“Səkkiz behişt” sarayında o qardaşı ilə üz-üzə gələndə kövrəldi. Gözləri doldu. Gözləyirdi 
ki,  qardaşı  ona  başsağlığı  verəcək,  onun  dərdini  yüngülləşdirəcək.  Amma  Sultan  Yaqub  onun 
qara  libasına  kinayə  ilə  baxdı,  gözlərinin  dolmağı  xoşuna  gəlmədi.  Qızıl  kəmərindən  asılan 
almas qaşlı xəncərini yarıya qədər çəkib təzədən sərt hərəkətlə qınına çırpdı. 
– O dərviş övladından ötəri göz yaşı da tökürsən?  
Bu sözdən sonra Aləmşahbəyim hər şeyi başa düşdü. 
– Qardaş, bu sənin işindi? Heydəri sən öldürtdürmüsən? 
– O, öz ölümünə tərəf atını dördnala çapırdı. 
– Sən öldürtmüsən? 
Sultan Yaqub bacısı ilə ikilikdə danışırdı. 
–  Sən  mənim  ana  ayrı  olsa  da,  ata  bir  bacımsan.  Ər  eldən gələr, övlad beldən gələr, bəs 
qardaş hardan gələr? Mən onun qanını ala bilərəm.Neçə yüz adam deyirsən boynunu vurdurum. 
Bütün  ölkədə  qırx  gün  tə’ziyyə  məclisləri  saxlatdırım,  matəm  e’lan  eləyim.  Amma  qardaşını
başa düş. Bu sufi-salik taxtıma göz dikmişdi. Qoşun yığırdı, tə’lim keçirdi. Əfşar, qacar, varsaq 
tayfalarını  mənim  üstümə  qaldırırdı.  Mən  gec  tərpənsəm,  sən  bir  gün  ərinlə  mənim  matəmimi 
saxlamaq barəsində danışacaqdın. Onda qardaşını oxşayıb ağlayacaqdın, indi ərinə ağlayırsan. 
Aləmşahbəyim taqətdən düşdü. Çin ipəyindən tikilmiş üstü əjdahalı döşəyin üstünə çökdü. 
Bu, Sultan Yaqubun acığına gəldi.   
– Sən hökmdar qardaşının yanında oturursan? 
Aləmşahbəyimin ayaq üstündə dayanmağa taqəti qalmamışdı. 
 
– Əvvəl məni öldürəydin. 
– Sənə mə’lumdur ki, qız olanda ağzına yastıq qoymaq adəti də var. Bundan da heç kim 
kefini pozmayıb. Mənsə bacımı istəməsəydim, belə açıq-saçıq danışmazdım. Şeyx Səfi nəsli niyə
sümüyünü  gətirib  bizim  sümüyümüzə  calayıb?  Bir  fikirləş.  Nə  üçün?  Hökmdara  yaxın  olmaq, 
imkan düşən kimi onun başını bədənindən ayırıb, özü taxtı tutmaq üçün. 
Aləmşahbəyim  qardaşını  eşidirdi.  Amma  öz  ərini  görürdü.  Heydərin  işıqlı  aydın  gözləri  ona 
baxıb  gülümsəyirdi.  O,  bu  gözlərdə  xəyanət  axtardı.  Tapa  bilmədi.  Yox,  orada  məhəbbətdən 
özgə heç nə yox idi. 
Sultan Yaqub deyirdi:   
Mən tərpənməsəm, o qılıncını mənim boynuma endirə – cəkdi. 
O isə ərinin iri əllərini gördü. Sağ əli ilə belindən açdığı qılıncı divardan asdı, sonra bu əl 
qartal  kimi  göydə  uçdu  və  onun  qızılı,  ənbər  qoxulu  saçlarına  endi.  Elə  sığalladı  ki,  bu  əlin 
sığalından bir tük də incimədi. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə