Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə13/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   101

28
– Əy başını...   
Xacə Mənsim əyilib daz başını onun qarşısında yerə qoydu. Səlcuqəşahbəyim başmağının 
qırğı dimdiyinə oxşayan burnunu xacənin başının parıldayan ortasına vurdu. 
– Bu başında birdəfəlik saxla ki, mən Səlcuqəşahbəyiməm. Yadında qaldı? 
– Bəli, həşəmətli xatun bəyim... 
– Sultanbud qızı hazırdımı? 
– Bəli... 
– Get, onun bəxti gətirdi. Hökmdar onu şan-şöhrətə çatdırır. 
Sultan Yaqubun iki hərəmi vardı. Biri Süleyman Bican-oğlunun qızı, o biri isə Şirvanşah 
Fərrux Yasarın bacısı idi ki, bu yaxınlarda gəlin gətirmişdilər. Bunlardan əlavə əsirlər arasındakı
gözəl cariyyələri, şahın adamlarının kəndlərdə və şəhərlərdə rast gəldikləri gözəlləri onun üçün 
bəsləyib saxlayırdılar. Onların heç birinin hərəm hüququ yox idi. Doğulan uşaqlar belə sultanın 
övladı hesab edilmirdi. 
Sultanbud  gözəli  dedikləri  qızı  Səlcuqəşahbəyim  özü  Qarabağda  görmüş,  götürüb  saraya 
gətirmişdi.  O,  cariyyələrə  qoşulmur,  həmişə  çəkilib  bir  tərəfdə  xısın-xısın  ağlayırdı.  Xacə
Mənsim də hərdənbir Səlcuqəşahbəyimə deyirdi. 
– Qarabağ gözəli ağlayır. 
–  Ağlasın,  ağlasın.  Bu  tezlikdə  mənim  oğlum  onun  otağına  ayaq  bassa  mənim  oğlum 
olmaz. 
Xacə  Mənsim  Süleyman  Bicanoğlunun  qızının  yanına  gedib  iməkləyə-iməkləyə  otağa 
girəndə Gövhərtac sevinirdi. Bir şeyə məəttəl qalmışdı ki, bu xacə nə üçün iməkləyə-iməkləyə
gəlir. Bilmirdi ki, onu buna məcbur eləyən sultan özüdür. Ayaq üstündə girsə onun hərəmlərinin 
sifətini görə bilər. Belə girəndə isə xalçanın naxışlarından özgə bir şey görmür. Deyəndə ki, bu 
axşam  sultan  sənin  qonağındır,  Gövhərtac  onun  başına  qızıl  tökürdü.  Elə  bilirdi  ki,  sultanın 
gəlməyi xacə Mənsimdən asılıdır. 
Sultanbud gözəlini hərəmxanadan kənar, cariyyələri Sultanın ağuşuna atdıqları Abı otağa 
gətirmişdilər.  Xacə  Mənsim  də  həmin  otağa  iməkləyə-iməkləyə  girdi.  Özü  də  fikirləşirdi: 
“Mənim  bədbəxtliyimə  bax  da.  Dünya  ləzzətindən  məhrum  olduğum  bəs  deyil,  qadınların 
qarşısına iməkləyə-iməkləyə göndərirlər. Mən kişiyəm ki, onları mənə qısqanırlar?”. 
O,  xeyli  iməklədi,  amma  qadın  ayaqları  görmədi.  Başını  azacıq  qaldırıb  küncdə  qısılıb 
oturan qızı görəndə tez gözlərini aşağı endirdi. 
– Muştuluğumu ver, həşəmətlii məleykə, – yox, belə deməyə onun haqqı yox idi. Çünki bu 
sözlərlə Sultanın hərəmlərinə müraciət edirdi. “Eybi yoxdu. Bu sözlər onu daha da yumşaldar. – 
Bir  azdan  böyük  Sultanımızın  vücudunu  görəcəksən.  Məmləkətdə  onun  qamətinə  çatan  boy-
buxun, igidliyinə çatan igidlik, ədalətinə çatan ədalət yoxdur. Bu gün Qarabağ böyük bir şərəfə
nəsib olacaq. Sənə bu qoca bədbəxt bir sirr açsın. Sənin xeyrin üçün deyirəm. Bütün kişilər kimi 
şahlar,  sultanlar  da  qadın  qarşısında  acizdirlər.  Əgər  onun  istəyini  yerinə  yetirməyi  bir  az 
gecikdirsən, onda sənin bütün arzularına əməl edəcək”. 
Amma Qarabağ gözəlindən səs çıxmırdı. Xacə isə sözlərini doğrayıb tökürdü. 
– Əgər desən ki, Hindistan padşahının boynundakı lə’li mənə gətirməlisən, gətirər. Necə
gətirər?  Qoşun  yığar,  bütün  xəzinəsini  xərcləyər,  minlərlə  cavanı  qurban  verər,  amma  gətirər. 
Zəmanənin sahibləri niyə bu qədər torpaqları alır, ölkələri tutur? Niyə? Məleykələrin sözü yerə
düşməsin  deyə.  Hər  ölkənin  də  öz  gözəlləri  var.  Hərəmxanalar  da  xəzinə  kimidir.  Orada  ən 
qiymətli daşlara bərabər gözəllər saxlanır. Düzdür, səni heç vaxt hərəmxanaya qoymayacaqlar. 
Baxmayaraq ki, sən bir çox şah hərəmlərindən gözəlsən, amma əslin, nəcabətin yoxdu. Amma 
istəsən  ki,  hökmdar  Qarabağı  dünyanın  cənnət  dilbər  guşəsinə  çevirsin,  bax,  bunu  eləyər. 
Qohumlarını, qardaşlarını ehtiyacdan qurtarar.Sultan əlində bu işlər nədi ki? Heç nə. 
Qarabağ gözəlindən səs-ün çıxmırdı. Ancaq deyəsən çox ağlamışdı. İndi içini çəkirdi. 
– Bu günahkar qocanın günahından keçin. Onu deyim ki, məleykənin ağlamasının səbəbini 
başa düşürəm. Sevincdən ağlamaq, gülməkdən daha gözəldir.  
Bu  vaxt  nəsə  ağır  bir  şey  xacə  Mənsimin  başına  dəyib  xalçanın  üstünə  düşdü.  Onun 
gözlərinin  qabağı  qaranlıq  çaldı.  Gözləri  bir  neçə  an  görmədisə  də  əlini  sürtüb  başına  dəyib 


29
düşən əşyanı axtardı. Ağrıdan dini-imanı yansa da, fikrindən gələn o oldu ki, bunun muştuluğu 
hamının verdiyi muştuluqdan qiymətlidir. 
Xacə  yerdəki  “muştuluğu”  tapıb  götürdü.  Bu,  Qarabağ  gözəlinin  ona  tulladığı  bürünc 
şamdan idi... 
Səlcuqəşahbəyim  oğlunu  Abı  otağa  yola  salıb  qotazlı  mitəkkənin  üstündəki  uzunsov, 
Şirvanşah möhürlü, ətirli məktubu götürüb höccələyə-höccələyə oxudu. Şirvanşah Fərrux Yasar 
yazmışdı  ki,  Şeyx  Heydər  Şirvanı  istila  elədi.  Mən  Gülüstan  qalasında  gizlənmişəm.  Əgər  o, 
böyük  hökmdarın  tapşırığı  ilə  gəlibsə,  onda  bunu  açıq  deyəydiniz,  mən  qalaların,  şəhərlərin 
açarlarını  qızıl  nimçədə  göndərəydim.  Onsuz  da,  Şirvan  sizə  xərac  verməyə  hazırdı:  Şeyx 
Heydər sizdən xəbərsiz Şamaxını tutub. 
Burada  taxta  çıxmaq  niyyətindədirsə,  bu  ayrı  məsələ,  onda  elə  Təbrizin  də  taxtını  ona 
vermək  lazım  gələcək.  Bu  tezliklə  bu  boyda  səltənəti  bir  şeyxin  fitnəsinə  qurban  vermək  isə
ağıllı iş olmazdı. 
 
Səlcuqəşahbəyim  bundan  sonra  kürəkəninin  əlindən  zəncir  çeynəməyə  başladı.  O,  oğlu 
taxta keçəndən Sara xatunun yerişini getmək istəyir, hər işə qarışırdı.  
–  Bütün  günahlar  bizim  qızımızdadı.  Arvad  necə  olsa  ərinin  fikrini  bilər.  Bilsə  də  bizə
xəbər  verməyib.  Ərini  qardaşlarının  üstünə  qaldırır.  Uzun  Həsənin  əziyyətlə  qurduğu  səltənəti 
dərvişlərə  sədəqə  vermək  istəyir.  Şah  arvadı  olmaq  arzusuna  düşüb.  Arzun  gözündə  qalar, 
inşallah. Yaxşı deyiblər də, özgədən adama övlad olmaz. Tərsa qızından olan gəlib bizə canmı
yandıracaqdı? 
Sultan  Yaqub  qızın  adını  anasından  soruşub  Abı  otağa  getmişdi.  İçəri  girdi.  Onu  görüb 
ayağa  qalxan  qız  elə  bil  yerdə,  torpaqda  yaranmamışdı,  göydən  enmişdi.  Tanrı  özü  onu 
mələklərin  arasından  arayıb-axtarıb  tapmış,  öz  adına  layiq  olanını  seçib  göndərmişdi  onun 
hüzuruna. 
Sultan Yaqub hər iki əlini göyə qaldırdı. 
 
– Ey ulu tanrı, səndən nə qədər razıyam. Cənnəti mənə bu dünyada bəxş elədin. O dünyada 
cəhənnəm oduna yandırsan da səndən razıyam. 
İri, qara gözləri hürkək-hürkək baxırdı. Sifəti, döşlərinin ayrıldığı yerə qədər sinəsi, əlləri 
elə  bil  ağ  süd  rəngli  mərmərdən  yonulmuşdu.  Mərmər  nədi?  Yox,  onun  mərmərə  heç  bir 
bənzəyişi yox idi. Onu fil sümüyündən yonmuşdular. Bu məxluqu bəşər övladı belə kamil, belə
zərif  yona  bilməzdi.  Tanrı  bütün  işlərini  bir  kənara  qoyub  özü  onu  xoş  saatda  yaratmışdı.  Bir 
anda  onun  arvadlarının  ikisi  də  gözündən  düşdü.  Gövhərtac  balacaboy  idi.  Səsi  kişi  səsinə
oxşayırdı.  Şirvanşahın  bacısı  isə  bunun  yanında  qarayanız  göründü.  Düzdü,  əvvəllər  nə
Gövhərtacın  səsinə  və  boyuna,  nə  də  Şirvanşah  bacısının  yanağının  qarayanız  rənginə  fikir 
verməmişdi.   
O,  gözələ  yaxınlaşdı.  Xeyli  baxdı.  Boğazı  sürahi  kimi  qalxırdı,  boynunun  yanlarından 
saçları sallanıb döşlərinin qabarıqlığını daha da aydınlaşdırırdı. Əlini kisəyə salıb xeyli daş-qaş
çıxarıb  onun  başına  səpdi.  Qız  onların  heç  birinə  fikir  vermədi.  Daş-qaş  xalının  üstündə  bərq 
vurdu. O, tutaş kipriklərini tərpətmədi də. Sultan Yaqub əlini uzadıb ona toxundurdu. 
 
– Sən bəşərsənmi? 
 
O, yenə dinmədi. 
Sultan  əl  atıb  onun  qızıl  işləməli,  yüngül  donunu  parçalamaq,  onun  bütün  gözəlliyini 
aşkara çıxarmaq istədi. Amma qız kənara çəkildi. Hardansa bir qəmə çıxartdı. 
– Yaxın gəlmə. Gəlsən özümü öldürəcəm.  
O, quruyub qaldı. 
– Necə? 
– Mənə əl vurmayın, hökmdar. 
Sultan  Yaqub  geri  çəkildi.  Dayanıb  ona  tamaşa  eləməyə  başladı.  O,  hələ  də  özünə  gələ 
bilməmişdi. Geri çəkildi ki, birdən bu xəyal, bu əfsanə, bu nağıl yoxa çıxa bilər. Şirin yuxu kimi 
əriyib  gedər.  Amma  hökmdarlıq  qüruruna  da  toxundu.  Hələ  heç  kəs  onun  qarşısında  “yox” 
kəlməsini işlətməmişdi. 
– Sultana təslim olmaq istəmirsən? 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə