Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə11/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   101

24
tərəfdarlarını artırmaq üçün iş görməlidir. Bu, yalnız kökünü açdığım sirr batindir və onu bizim 
ocağa sənin kimi ən yaxın olan dostlara açıram. Bunu ilk eşidən də sən olmusan.  
Hüseyn Lələ bəy onunla mübahisəyə girişmədi. Çünki indi Səfəviyyənin mə’nəvi başçısı
odur, onun dediyi həqiqətdir və bu sirri dərk etmək üçün hələ çox düşünmək lazım gələcək. 
–  İndi  biz  tədbir  görməliyik.Sultan  Yaqub  bizə  güc  gəlməmiş,  öz  işimizə  başlamalıyıq. 
İşlər ki, belə gedir, Ağqoyunlu xanədanı dağılacaq. Onun çox ömür sürməsinə heç nə kömək edə
bilməz. Xanədanın dağılması bədbəxtlik deyil. Ölkəni, xalqı xilas eləmək vacibdir. 
– Mürşidimiz bizə o yolu göstərsin, biz canımız, qanımız bahasına həmin yolu axıra qədər 
getməyə hazırıq. 
–  Dərbənd  qalası.  Atam  Şeyx  Cüneyd  də  bu  yolu  tutmuşdu.  Dərbənd  qalası  ölkənin 
qüzeyində  ən  möhkəm  qaladır  və  oradan  başlayıb  bu  ölkəni  birləşdirmək  olar.  Şirvanşahlar 
qocaman xanədan olsa da, onları tabe eləmək çətin deyil. Başa düşdün məni? 
– 
 Bəli.   
– Müridlərə də elə buna görə tə’lim veririk. Din yolunda döyüşə hazırlayırıq. 
Hüseyn  Lələ  bəyin  dilinin  ucunda  bir  sıra  suallar  vardı.  Onlardan  biri  də  elə  bu  “din 
uğrunda”  sözünə  aid  idi.  Axı  şirvanlılar  da  müsəlman  idi,  dərbəndlilər  də.  Amma  Şeyxin  fikri 
açıq-aydın  deyilmişdi.  Görülən  hər  işə  hamının  qəbul  edəcəyi  bir  don  geydirməsən,  o  başa 
gəlməz. 
Şeyx  Heydər  xidmətçinin  açdığı  darvazadan  ağ  atın  üstündə  geniş  həyətə  girəndə  onu 
qızılgüllərin  ətri  vurdu.  Həyətin  hər  tərəfində  növbənöv,  cürbəcür  qızılgüllər  açmışdı.  O  atdan 
düşdü.  Xidmətçi  atı  çəkib  apardı.  O,  hovuzun  ətrafına  dolandı  və  iplərlə  dırmaşan  səbagülü 
kolunun  arxasında  Aləmşahbəyimlə  üz-üzə  dayandı.  Qaranlıq  düşmüşdü.  Göydə  iri  ulduzlar 
parıldayırdı. Amma o sevimli arvadının ətrindən onu tanımışdı. Bu qədər güllərin arasında onun 
öz  ətri  vardı  ki,  Heydər  onu  ayıra  bilmişdi.  Qarşısında  dayandı.  Əllərini  əllərinin  içinə  aldı. 
Baxdı,  baxdı.  Amma  onlar  biri-birilərini  güclə  görürdülər.  Amma  baxışlarını,  gözlərini, 
təbəssümlərini  yaxşı  seçirdilər.  Heydər  onu  bağrına  basdı.  Dodaqları,  onun  gül  qönçəsinə
oxşayan dodaqlarını tapdı. Hər ikisi məst oldu. 
Bu evdə əndərun yox idi. Şeyx Heydər and içmişdi ki, Aləmşahbəyimdən özgə bu dünyada 
onun ikinci arvadı olmayacaqdı. Aləmşahbəyim də öz taleyindən çox razı qalmışdı. Hər hansı bir 
şahzadəyə  versəydilər  o  bir  neçə  ildən  sonra  yenə  dul  qalacaqdı.  Çünki  şahzadələr  hələ
hakimiyyətə  keçməmiş  qanlarına  qəltan  olurdular.  Ya  da  hərəmxanadakı  arvadlarına  vaxt 
ayıranda belə onlardan hər birini bir həftədən tez görmürdülər. Bu evdə isə nə saray çəkişməsi 
vardı, nə hərəmxana qeybəti. Onun sevimli əri təpədən dırnağa qədər ona mənsub idi. 
– Mənim gəldiyimi nədən bildin? 
– Hər dəfə sən yaxınlaşanda Ülkər kişnəyir. Mənə muştuluq verir. Bəs sən mənim yerimi 
hardan bildin? 
– Ətrindən. 
– İnanmaram. Həyətdə bu qədər qızılgül var. Onların arasında... 
 
Heydər barmağını onun dodaqlarının üstünə qoydu: 
Mənim ən böyük, ən ətirli qızılgülüm sənsən. Ətrinlə səni cənnət bağında taparam. 
Aləmşahbəyim qollarını onun boynuna dolayıb yanaqlarını onun yumşaq saqqallı sifətinə 
söykədi. 
–  Gedək,  mənim  günüm-dirliyim.  Gözümün  nuru.  Mənim  nur  parçam.  Gedək  uşaqların 
yanına. Onlardan ötəri bu gün elə darıxmışam ki. 
Onlar evə girdilər. Sultanəli bardaş qurub qarşısındakı rəhildəki kitabı oxuyurdu. İbrahimlə
İsmayıl  yatmışdı.  Sultanəli  atasını  görüb  ayağa  qalxdı.  Qaça-qaça  onun  üstünə  getdi.  Şeyx 
Heydər onu qolları arasına aldı. Üzündən öpdü. Sinəsinə sıxdı. 
– Sultanəli, sənə lələ tapmışam. Sənə də, İbrahimə də... 
– Kimdi lələmiz, atacan? 
– Hüseyn Lələ bəy. Bundan sonra o səninlə məşğul olacaq. 
Sultanəlinin on iki yaşı tamam olmuşdu. Beş il idi ki, təhsilə başlamışdı. 


25
Otaq  fərşlə  döşənmişdi.  Divar  dibində  qotazlı  mitəkkələr,  iri  balışlar,  qalın  döşəklər 
qoyulmuşdu. Divardakı ləmədə mis, çini qablar düzülmüşdü.  
Şeyx  Heydər də əbasını soyundu, gəlib dizini qatlayıb oturdu. Kəniz Səkinə aftafa-ləyən 
gətirdi. O əllərini yudu. 
–  Var  ol  səni,  Səkinə.  Allah  qoysa  Gürcüstan  tərəfə  gedəndə  səni  də  aparacam,  qohum-
qardaşlarını tapıb onlara qovuşduracam.  
–  Allah  ömrünü  uzun  eləsin,  ağa.  Mən  heç  yerə  getmək  niyyətində  deyiləm.  Sənin  kimi 
Allah adamının evinə düşmüşəm, elə bilirəm elə öz ata evimdəyəm. 
 
– Yox, ay Səkinə, ata evi ayrıdı. Bəlkə də onları da köçürüb Ərdəbilə gətirdik, inşallah. 
Səkinə ürəyində sevinə-sevinə aftafa-ləyəni apardı. Elə bil quş idi, ona qanad vermişdilər. 
Şeyx  dediyini  eləyər.  Heç  olmasa  bircə  dəfə  atasını  görəydi,  onun  oxuduğu  “hurufatını” 
eşidəydi. Onda ölsə də dərdi qalmazdı. 
Ərinin  qarşısında  süfrəni  Aləmşahbəyim  özü  açdı.  Heç  bir  hökmdar  qızı  hələ  süfrə
açmamışdı. Amma onun qəlbinin, ürəyinin hökmdarı o idi. Bu işi görəndə özünü xoşbəxt hesab 
eləyirdi. 
Səkinə yeməyi gətirdi. Bağırbeyin bişirmişdilər. Şeyx Heydər Sultanəlini də çağırıb özü ilə
süfrədə  oturtdu.  Aləmşahbəyim  də  oturdu.  Lakin  o  hələ  indiyə  qədər  ərinin  yanında  çörək 
yeməmişdi.  Lakin  oturub  onun  yeməyinə  heyranlıqla  baxırdı.  Onun  yeyib-içməyində  atasını
xatırladan  cəhətlər  vardı.  Amma  buna  görə  baxmırdı.  Ona  baxdıqca  elə  bil  bütün  dünyanı ona 
verirdilər.  Əri  də  onun  ürəyindən  keçənləri  oxuyur,  özünü  o  yerə  qoymur,  onun  doyunca 
baxmağına imkan yaradırdı. 
Yemək  yığışdırıldı.  O,  qısa  bir  dua  oxudu.  Qalxıb  canamazını  götürdü,  yan  otağa  keçib 
namazını  qıldı.  Qayıdanda  yataq  otağına  keçdi.  Soyunub  yerinə  girdi.  Aləmşahbəyim  də  şamı
söndürəndən  sonra  paltarının  xışıltısından  hiss  olunurdu  ki,  soyunur.  İpək  paltarı  sürüşüb 
ayaqları altına düşdü. O, özünü sevimli ərinin qolları arasına atdı. 
Gecədən xeyli keçmişdi. Amma onlar yatmamışdı. 
– Gözümün nuru, qardaşın mənim üstümdən qələm çəkməyə hazırlaşır. 
– Niyə? 
– Qorxur. Taxtından qorxur. Fikirləşir ki, həmin taxta onun kimi sənin də haqqın çatır. Ona 
görə də Əbih Sultanın, Süleyman Bicanoğlunun fitvası ilə mənim qaramca danışır. Bir məclisdə
də deyib ki, atam böyük səhv eləyib, bizim sümüyümüzü dərvişlərin sümüyünə calayıb. Onlarla 
qohum olduğumu fikirləşəndə xəcalət çəkirəm. 
Bu sözlərdən sonra Şeyx Heydər Aləmşahbəyimin bədənində titrəyiş duydu: 
– Nədən qorxursan? Qorxma, sənin ərin onlara can verənlərdən deyil. Mən istəyirəm bir 
müddət  Ərdəbildən  uzaqlaşım.  Qoy  görsün  ki,  mən  onun  yolunda  duran  əngəl  deyiləm.  Vaxt 
gəlsə mən ona daha çox kömək eləyərdim, nəinki onun ətrafındakılar. 
–  Mən  sənin  səhər  gedib  axşam  gəlməyinə  dözə  bilmirəm.  Üç-dörd  ay  getməyinə  necə
dözəcəyəm?! 
– Bu lazımdı. Getməmişdən qabaq gərək sən qardaşından icazə alasan. Deyəsən ki, Şeyx 
Heydər  qəzavata  gedir.  Dağıstanda  müsəlmanlığı  qəbul  eləməyənlər  var,  gedir  din  yolunda 
vuruşmağa. 
Aləmşahbəyim  onu  bərk-bərk  qucaqlamışdı.  Sanki  əri  elə  indi  yola  düşür,  o  da  tutub 
saxlamaq üçün bütün gücünü sərf eləyir. 
– Yenə vuruşma, yenə Şirvan? Bu Şirvandan doymadınız? 
Aləmşahbəyimin  səsi  titrədi.  Deyəsən  o  ağlayırdı.  O,  ərinin  atası  Cüneydin  Şirvanşah 
İbrahimxəlil  tərəfindən  öldürüldüyünə  işarə  vururdu.  İndi  isə  hakimiyyətdə  Fərrux  Yasar  idi. 
Cüneydin ölümünü onlar da yaddan çıxarmamışdılar. 
–  Getməsəm  onda  gərək  burada  Sultan  Yaqubla  kəllə-kəlləyə  gəlim.  Mən  isə  bunu 
istəmirəm... 
Sultan Yaqubun icazəsini alandan sonra Şeyx Heydər yeddi min muridlə səfərə çıxdı. Kür 
çayını Ərəş mahalında, Mingəçevir kəndi yanından keçib Şirvanın dağ dibi yolları ilə Dərbəndə
yol almışdılar. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə