Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə7/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   101

16
Narın yağış onun qara, gödək saqqalına qırov kimi qonmuşdu. Börkü, libası da su içində idi. Bu 
yağış birdən-birə deyil, yavaş-yavaş isladırdı, həm də sümüyə, iliyə qədər keçirdi.  
Amma nə hökmdar, nə də onun məiyyəti yağışa fikir vermirdilər. Köçərinin günü yağışda, 
qarda  keçər.  O,  əyilib  gözlərinin  bulağından  aşağı  yaş  axan  ərəb  atının  başını  sığalladı,  üzünü 
döndərib yeridi. 
Atın  ki  ayağı  sındı,  qurtardı,  o  sağalmaz.  Belə  heyvan  ölməlidir.  Əzabdan,  əziyyətdən 
qurtarmaq üçün onu öldürürlər. 
Əmiraxur yetirib qılıncını çəkdi, onun ürəyinə sancdı. Hökmdar ərəb atına çox lütfkarlıqla 
yanaşmışdı. Onu nizə ilə öldürmək istəmirdi. 
Uzun Həsən ə’yanlarına, məiyyətinə özünün gücünü, ağırlığını göstərmək istəmirdi. Onu 
hələ neçə-neçə döyüşlər gözləyirdi. Döyüşdə ki, at sahibi kimi cəld olmadı, onu tez tutarlar. Əsir 
eləyərlər. Əsir düşən hökmdarın səltənəti dağılmasa da ömürlük ləkəli olur. Bir hökmdar həyatı
üçün  yüzlərlə  ilxı  qurban  verirdilər,  heç  onu  müqayisəyə  də  gətirmək  olmaz.  Həm  də  igid 
döyüşçünün,  sərkərdənin  altında  adına  layiq  atı  olmalıdır.  O,  bilirdi  ki,  Əbu  Səidlə  döyüşsüz 
qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapşırmışdı. 
– Bu nədir, Əmiraxur, sənin gətirdiyin atların hamısı loş çıxır. 
Əmiraxur qılıncını kətyan koluna silib qurtarandan sonra qınına salıb gəlirdi. 
– Yaxşı atlarımız var, hökmdar. 
 
– Gətirin görüm. 
Əmiraxur göydəmir bir atı hökmdarın qarşısına çəkdi. 
– Əsil Qarabağ atıdı. Özü də üçyaşar, cavandı. Yaxşı yorğası var. 
Yorğa  at  yüksək  qiymətləndirilirdi.  Çünki  hökmdarlar  at  üstündə  ölkənin  bu  başından  o 
biri başına dəfələrlə gedir. Təbrizdən Bağdada, Bağdaddan Qahirəyə, Qahirədən Şama, Şamnan 
Təbrizə, oradan Xorasana. Onun atı yorğa yerişli olmasa yorub əldən salar. Onsuz da mehtərlərin 
yüyənindən tutub saxladıqları atların hamısı yorğa yerişli idi. 
Uzun  Həsən  əlini  Qarabağ  atının  islaq  yalına,  sarğısına  çəkib  onun  xasiyyətinə  bələd 
olmaq  istəyirdi.  Bu  vaxt  onlara  tərəf  qızılı  bir  ayğır  təşəxxüslü  bir  qaçışla  yaxınlaşıb  kişnəyir, 
ayaqlarını yerə döyürdü. 
– Əmiraxur, o ayğırı tutun. 
Bir işarə bəs idi. Hər tərəfdən ayğırı dövrəyə aldılar. Ayğır adamların arasından sıçrayıb 
çıxdı.  Bir  neçə  mehtəri  də  qabaq  ayaqları  ilə  əzdi,  təpiyi  də  birini  tutub  palçığın  içinə  uzatdı. 
Amma Uzun Həsən ona tərəf gələn ayğırı əldən buraxmadı. Alaçığın yanındakı atın yəhərindən 
kəməndi  götürmüşdü.  Kəməndi  atmaqla  ayğırın  başına  keçməyi  bir  oldu.  Ancaq  ayğır  şahə
qalxıb kəmənddən qurtarmaq istədi. Bir şey çıxmadı. Sağ ayağını irəli verən Uzun Həsəni də öz 
dalınca dartdı. O, sol dizini qatlamış, sağ ayağını yerə vermişdi. Amma ayğırı saxlaya bilmirdi. 
Ayağı  palçıqda  sürüşüb  gedir,  ayğır  onu  dartıb  aparırdı.  Haradansa  qabağına  bir  daş  çıxdı. 
Ayağını  dirədi.  Ayğır  nə  qədər  güc  verdisə,  qurtula  bilmədi.  Şahə  qalxdığı  yerdə  yanı  üstə
çökdü. 
– Boğun bu ayğırı! 
Mehtərlər  tökülüb  ayğırın  boğazına  daha  bir  kəndir  atdılar,  üçü  bir  tərəfdən,  üçü  də  bir 
tərəfdən kəndiri dartmağa başladılar. Ayğır qalxmışdı. Ona gücləri çatmırdı. 
– Nə olub sizə, çörək yeməmisiniz? – deyə Uzun Həsən hayqırdı. İpdən yapışan mehtərlər 
çoxaldı.  Kəndir  sıxıldı,  ayğır  boğulurdu.Bir  azdan  o  ayaq  üstə  dayana  bilmədi.  Gücü,  qüvvəsi 
tükəndi. Ayaqları boşaldı, tir-tap yerə uzandı. Onun ağzından qan gəldi. 
– Tez olun, başına yüyən vurun, belinə yəhər qoyun. 
Hökmdarın  tapşırıqlarını  bir  anda  yerinə  yetirdilər.  O,  tapqıra  baxdı.  Barmaqları tapqırın 
altına keçdi. Qayışı açıb bir ilgək də yuxarıdan bağladı. Yüyəni yalın üstünə keçirtdi. 
Ayğır nəfəs almağa başlayan kimi ayağa qalxdı, Uzun Həsən də onun yəhərində. Bayaqkı
qənşər, şux yerişindən əsər-əlamət qalmamışdı. Üstündə yük hiss eləyib şıllaqlamağa başladı. Bir 
şey çıxmadı. Artıq özünə gəlmişdi. Üstündəki yük onu elə bil ayıltmışdı. İndiyə qədər belə şey 
görməmişdi.  Heç  onun  üstünə  milçək  də  qona  bilmirdi.  Mozalan  dişləyəndə  ağız  atırdı. 
Milçəkləri  quyruğu  ilə  qovurdu.  Amma  indi  belində  ağır  bir  yük  vardı.  Ağzını  atıb  dişləmək 


17
istəyirdi, cəhənglərini dartan dəmir yüyən onu başını döndərməyə qoymurdu. Ayğır şahə qalxdı, 
amma üstündəki onu öz ağırlığı, hərəkətləri ilə qabaq ayaqlarını torpağa endirdi. Böyürlərinə iki 
ağır  şey  dəydi.  Ayğır  bu  vəziyyətdən  xilas  olmaq  üçün  baş  götürüb  qaçmaqdan  özgə  çarə
görmədi. Götürüldü, yəhərdəki də elə bunu istəyirdi. Yaş, sürüşkən kövşən yerində dəli bir qaçış
başladı. Ayğırın dırnaqlarından palçıq parça-parça göyə tullanır, amma onların üstünə düşmürdü. 
Bu dəli sür’ətə çata bilmirdi. 
Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Artıq onu ipə-sapa yatırırdı. Bir azdan o, 
sür’əti bir az da artırdı. Həsənin ə’yan-əşrəfi də atlarına süvar olub ona çatmaq üçün çapır, amma 
yaxınlaşmaq əvəzinə daha da uzaqlaşırdılar. O, ayğırın başını buraxıb xeyli getmiş, ordugahdan 
uzaqlaşmışdı.  Onun  üzünü  döndərib  əks  tərəfə  dönmək  üçün  böyük  bir  qövs  cızdı.  Yenidən 
sür’ət  artdı.  Elə  bil  Uzun  Həsəni  ayğırla  bərabər  mancanaqdan  buraxmışdılar.  Ən  güclü 
pəhləvanın  atdığı  ox  kimi  süzürdülər.  Bu  sür’ət  həm  Uzun  Həsənə,  həm  də  ayğırın  özünə  xoş
gəlirdi. Daha yəhərdən, yüyəndən süvaridən xilas olmağı da bəlkə istəmirdi. Çünki onu bir bu 
qədər yol qovan da olmamışdı. İndi var gücü ilə qaçırdı. 
Uzun Həsən başını qaldıranda qabaqda böyük bir dəstə gördü. Beynindən ildırım kimi bir 
fikir  keçdi.  “Əbu  Səidə  köməyə  gələn  qoşun  olar”.  Belinə  əl  atdı,  amma  qılınc  bağlamamışdı. 
Əmudu,  təpəri,  təbərzini,  nizəsi  də  yox  idi.  Ayğır  isə  özünü  gələn  dəstənin  üstünə  atırdı.  O, 
yüyəni nə qədər dartdısa da, ayğırın sür’ əti azalmırdı. 
Birdən bir səs eşitdi: 
– Dayı!   
Bu  səs  ayğırı  da  diksindirdi.  O,  şahə  qalxdı.  Uzun  Həsən  yüyəni  yığışdırdı.  Ayğır  da 
sakitləşdi. 
– Mənəm, dayı. 
Bir atlı ona yanaşdı. Yağışdan qorunmaq üçün başına örtük salmış Şeyx Heydər idi. 
– Gəldin? 
 
– Gəldim dayı. Özümlə də on min mürid gətirmişəm. 
– On min? 
–  Bəli.  Yolda  Əbu  Səidə  köməyə  gələnlərlə  də  vuruşduq.  Beş  min  əsir  tutmuşuq.  Bütün 
arabaları qənimət almışıq. 
– Bərəkallah, bacıoğlu. Səni ordugahda gözləyirəm. O, atın başını döndərdi ordugaha tərəf, 
yüyəni  buraxdı.  Ayğır  götürüldü.  Yolda  onun  dalınca  çapanların  yanından  keçib  öz  alaçığına 
çatdı,  ayğırı  saxladı.  At  bu  dəfə  də  şahə  qalxdı.  Amma  yorulub  sakitləşmişdi.  Ayaqlarını  yerə
qoydu, Həsən tullanıb yəhərdən düşdü. Nökər-naiblər atın cilovundan yapışdılar. 
– Aparın gəzdirin, təri soyusun, – dedi. 
Alaçığın  qabağında  on  səkkiz,  on  doqquz  yaşlı  oğlu,  boy-buxunda,  sir-sifətdə  atasına 
oxşayan  Uğurlu  Məhəmməd  dayanmışdı.  O,  atasını  görüb  yaxın  gəldi,  əlini  sinəsinə basıb baş
əydi. 
Sənin işini mən görürəm də, oğlum, – deyə ona zarafat elədi. Amma zarafatı ciddi dedi. 
– Atayi mehriban, sənin işini görmək dərəcəsinə yetişməyimə hələ çox var. 
O əlini oğlunun çiyninə qoydu 
– Sən mənə oxşayacaqsan. Buna gün kimi inanıram. Ora bax, deyə bir az yuxarı qalxmış
buludları  göstərdi,  –  görürsən,  buludlar  günəşin  qabağını  kəsib.  Amma  bulud  nədi,  heç  nə.  O 
əriyib gedəcək. Günəş isə elə günəşdi. 
Birdən onun gözünə bir dəstə qaz göründü. Buludların arasında qanad çala-çala ordugaha 
yaxınlaşırdılar. 
– Tez, yay-oxu, alaçıqdan bura gətir. Özününkünü də götür. 
Uğurlu Məhəmməd alaçıqdan atasının və öz yay-oxlarını gətirdi. 
– Oğul, o qazları görürsən də.   
–  Hə,  üç  qazdı.  Qabaqdakını  mən  nişan  alıram,  arxadakını  sən.  Xeyli  vaxtdı
Bozağoğlundan dərs alırsan. Görüm necə atırsan. 
Atası oğlunu həvəsləndirdi. Hər ikisi oxlarını hazırladılar. Qazlar uçub onların başı üstünə
gələndə arxasında lələk olan oxlar yaylardan ayrıldı. Vıyıltı ilə yuxarı uçdu. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə