Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə10/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   101

22
–  Axırıncı  döyüşü  Şeyx  Heydərə  və  onun  qazi-müridlərinə  tapşırıram.  Bacım  oğlunun 
mükafatı böyükdür. Ən böyük mükafat isə... – O bir an susdu. – Qızım Aləmşahbəyimlə Şeyx 
Heydərin toyu Əbu Səid tutulandan sonra başlayacaq.  
Əbih  Sultan  yerində  qurcuxdu.  O,  Aləmşahbəyimi  görmüşdü  və  gözəlliyinə  heyran 
qalmışdı.  Həm  də  Uzun  Həsənin  damadı-kürəkəni  olmaq  ona  daha  geniş  yollar  aça  bilərdi. 
Amma bu imkan əldən çıxdı. 
Şeyx Heydər qızardı və başını aşağı dikdi. Sonra ayağa qalxıb dayısına baş əydi. 
– Müridlərim hazırdı. Əbu Səid sənin qulluğunda qolubağlı qul kimi dayanacaq... 
Bu qələbəni Şeyx Heydərlə Aləmşahbəyimin toyu ilə şənləndirdilər. Uzun Həsənin qızı əri 
ilə Ərdəbildə qaldı. 
İki  atlı  dağlardan  enib  Ərdəbilə  gedirdi.  Onlardan  biri  Şeyx  Heydər  idi  ki,  xeyli 
yaşlaşmışdı. Toy günündən on ildən artıq bir vaxt keçirdi. Sifətini qara saqqal və bığ örtmüşdü. 
Sifətindəki  uşaqlıq  cizgiləri  itmiş,  o  kişiləşmişdi.  Qətiyyət  indi  onun  çöhrəsinə  daha  çox 
yaraşırdı.  Qiyafəsində  də  dəyişiklik  vardı.  Şeyxliyi  təkcə  çalmasından  bilinirdi.  O,  daha  çox 
pəhləvana  və  cəngavərə  oxşayırdı.  Çiyinləri  enləşmiş,  əlləri  irilib  kobudlaşmışdı.  Qollarının 
əzələsi böyümüşdü. 
Bu on ildə çox dəyişiklik olmuşdu. Sara xatundan sonra Ağqoyunlu dövlətini yaradıb və
möhkəmləndirən,  Avropada  fütuhatla  məşğul  olan  Fateh  Sultan  Məhəmmədlə  belə  iki  dəfə
böyük meydan müharibəsi aparan Uzun Həsən ölmüşdü. Taxta da oğlu Xəlil keçmişdi. 
Şeyx  Heydər  elə  bu  barədə  fikirləşirdi.  Dayımın  hər  işdə  bəxti  gətirsə  də  övladda, 
ələlxüsus oğlanlarda bəxti gətirmədi. Böyüyü Uğurlu Məhəmməd əvvəllər atası ilə danışanda qız 
kimi pörtüb qızarırdı. Sonra onun sağ əli, sərkərdəsi oldu. Yaman yeyənin olsun, yaman deyənin 
olmasın.  Acı,  zəhərli  ilan  dillər  onu  yolundan  çıxartdı.  Atasının  üzünə  ağ  oldu.  Qaçıb  Fateh 
Məhəmmədə  sığındı.  Onun  qızı  ilə  evləndi.  Uzun  Həsənin  ürəyi  partlamasın,  nə  eləsin?  Qırxı
çıxmamış  Səlcuqəşahbəyim  oğlu  Xəlili  taxta  çıxartdı.  Rəhmətlik  Sara  xatun  deyərdi  ki,  bu 
səltənəti  Səlcuqəşahbəyim  dağıdacaq.  Budur,  bu  gün  də  müridləri  Şeyx  Heydərə  xəbər 
gətirmişdilər ki, Səlcuqəşahbəyimin kiçik oğlu Yaqub qardaşı Xəlili öldürüb, onun yerinə keçib. 
Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna görə
gülür. Yaqub Mirzə indi olub Sultan Yaqub. 
Hələ cavanlıqda onunla Yaqubun söhbəti tutmamışdı. Dayısı oğluna əlifba öyrədir, təhsil 
verirdi. Heç vaxt da onun tapşırıqlarına əməl eləmirdi. 
– Dayıoğlu, oxu, öyrən, lazım gələr. 
–  Mən  sultan  oğluyam.  Əvvəl-axır,  mən  taxta  çıxacağam.  Şah,  hökmdar  oğlu 
doğulmayanlar dərd çəksin. 
Heç  vaxt  onun  sifətində  özünə  qarşı  mehribanlıq  görməmişdi.  İndi  o,  qardaş  qatili 
hakimiyyətə keçib. Bundan sonra bibisi oğluna da kəm baxacaq. 
Şeyx Heydər isə öz işini bilən adam idi. O, gününü hücrələrdə keçirmirdi. Bilirdi ki, vaxt 
gələr, onu da atası Cüneyd kimi Ərdəbildən didərgin salarlar. Çünki bu nəslin hörməti çox vaxt 
hökmdarların hörmətindən üstün olub. Hökmdarlar onların ayağına gəlib, onların əllərini öpüb, 
onlardan xeyir-dua istəyib. Bə’zi hökmdarlar isə onları sevməyib, səltənət içində səltənətə öyrəşə
bilməyib.  Qaraqoyunlular  Şeyx  Cüneydi  buradan  didərgin  salma-mışdılarmı?  Məcbur  olub 
Diyarbəkrə, oradan Qaramana, Zülqədər oğullarına getmişdi. Uzun Həsənin atası Cahangir bəy 
onunla ülfət bağlayıb qızını da ona vermişdi. Bu on ildə Şeyx Heydərin hörməti də, şöhrəti də
xeyli  artmışdı.  Uzun  Həsən  Fateh  Sultan  Məhəmməddən  sonra  dünyanın  ən  böyük  dövlətinin 
başçısı idi. Onunla qonşu ölkələrin hökmdarları qohum olmaq üçün hər şeydən keçərdilər. O isə
qızını  Ərdəbil  şeyxinə  vermişdi.  Həm  səltənət,  həm  də  baba  şöhrəti  onun  hörmətini,  şanını-
şöhrətini  artırır,  səfəviyyəyə  qoşulan  müridlərin  sayı  gündən  günə  artırdı.  Darül  İrşada  yığılan 
nəzir-niyaz  padşah  xəzinəsinə  yığılan  gəlirlərə  yaxınlaşırdı.  Bu  qədər  əmlakı  kasıblara,  fəqir-
füqəraya  paylamaqla  qurtarmaq  mümkün  deyildi.  Şeyx  Heydər  həmin  pulla  çoxlu  silah  alıb 
yığırdı.  Özünün  nəhəng  qurxanası  vardı  ki,  onunla  bir  dəfəyə  iyirmi  min  müridi  silahlandıra 
bilərdi. İlxıları alıb artırırdı ki, süvarinin sayı çox olsun. 


23
İndi  də  dağlardakı  düşərgədən  qayıdırdılar.  Müridlər  orada  məşq  keçir,  silah  oynadır,  at 
çapır, ox atır, hərbin sirlərini öyrənirdilər. 
Heydərlə yanaşı gedən adam onun dostu Hüseyn bəy idi. O da şeyx yaşda, ancaq ondan bir 
az arıq, dirigözlü, qırğıbaxışlı cavan idi. Şeyxin müridləri ordusunun əsas sərkərdələrindən idi. 
Hüseyn bəy dilləndi: 
Nə fikrə getmisən, Şeyx. 
– Dünya gözlərimdə beş qara axçadan da dəyərsiz görünür. Deyirəm, gör kimin yerinə kim 
gəlir.  Ağac  ağacdı,  kəsirsən,  pöhrə  verib  yenə  elə  həmin  ağac  olur.  Meyvəsi,  barı  da  həmin. 
Amma  insan  niyə  belədi.  Oddan  kül  törəyir.  Uzun  Həsənin  oğlu  Uğurlu  Məhəmməd  atasına, 
elinə-gününə satqın çıxır. Bir qardaş taxt üstündə o birisini öldürür. 
–  Şeyx,  sən  ki  dünyanın  gərdişini  yaxşı  bilirsən.  Odur,  Teymurun  övladları  da  atalarına 
oxşaya bilmədilər. 
– Bunun sirri nədədir? 
– Qadında, – deyə Hüseyn bəy dilləndi. Kişi nə qədər kamil, güclü olsa da, o qadın zəifliyi 
ilə  birləşir.  Bu  ikisinin  birliyindən  yaranan  nə  qədər  ataya  oxşayırsa,  bir  o  qədər  də  anaya 
oxşayacaq. 
–  Sənin  sözlərində  də  həqiqət  var.  Doğrudan  da  Səlcuqəşahbəyim  Uzun  Həsənin  tayı
deyildi.  Yaqub  Mirzə  də,  atasından  çox  anasına  çəkib.  Başlayacaq  bizi  burunlamağa.  Darül 
İrşadın şöhrəti onu dəli eləyəcək. Onsuz da mənim atamın qatili Şirvanşahla qohumdur. 
– Bəli, acıdı, ancaq həqiqətdi. 
Şeyx Heydər yorulmuşdu, tezliklə evə qayıtmaq, Aləmşahbəyimin keyfini soruşmaq, oğlu 
Sultanəli ilə oynamaq, yorğunluğunu unutmaq istəyirdi. Amma bu xəbərdən sonra keyfi pozuldu. 
Atın başını çəkdi: 
– Geri qayıdıb şəhərdən çıxaq – dedi. 
Hüseyn Lələ bəy bir şey demədi. Onlar dar küçələrdən çıxıb gəldikləri yolla qayıtdılar, bir 
cığıra dönüb təpədəki qayanın üstündə bitən palıd ağacının yanına gəldilər. Atlardan düşdülər. 
Daha doğrusu Heydər nə edirdisə Hüseyn bəy də onun hərəkətlərini təkrarlayırdı. Heydər qalxıb 
palıdın altında, qayanın üstündə oturdu. Buradan Ərdəbil ovuc içi kimi görünürdü. Uzaqda Darül 
İrşadın kaşı günbəzində günəşin işığı bərq vururdu. Heydər bir az fikirləşib belindən xəncərini 
çıxardı. Baş barmağına çəkdi. Qan çıxdı. 
– Kəs barmağını. 
Hüseyn bəy də öz xəncəri ilə eynilə barmağını kəsdi. Qan axıb getdi. 
Heydər  saqqalından  bir  neçə tük çəkdi, Hüseyn bəy də. Sonra Heydər həmin tükləri bir-
birinə düyünlədi. Hər ikisinin qanında islatdı. Qayanın yarığını gözləri ilə axtarıb tapdı və sözə
başladı: 
–  İndiyə  qədər  biz  əməl  yoldaşıydıq.  Bu  gündən  oluruq  qardaş,  dost.  Qoy  bizim 
dostluğumuz bu tüklərin düyünü açılana qədər, qanlarımız biri-birindən ayrılan günə kimi davam 
etsin. 
– Amin. 
– Hüseyn bəy, bu gündən səni oğlanlarıma lələ seçirəm. Onların tə’limini, tərbiyəsini sənə
tapşırıram. Sultanəlinin, İbrahimin, İsmayılın.  
Bu, dostluqda ən yüksək məqam idi. Hüseyn bəy qədim oğuzların andını təkrar elədi: 
– Bu dostluğa dönük çıxsam qılıncıma doğranım, oxuma sancılım. 
–  İndi  səni babam Şeyx Səfinin batini fikirləri ilə tanış eləyə bilərəm. O deyir ki, dünya 
nurdan yaranıb. Allah da nurdu, onun yaratdıqları da nurdu. Demək insan da nurdan ibarətdir. 
Hüseyn Lələ bəy (artıq o ləqəb qəbul etmişdi) dostunun sifətinə baxıb orada sanki qəzəblə
alovlanan nur, işıq görürdü. 
–  İnsan  da  nurdan  ibarətdirsə,  demək  o,  nurun,  Allahın  əksidir.  Söz  yox  ki,  insan  –  nur, 
əməli təmiz, qəlbi pak insanlardır. Onlar öz yaradıcıları ilə birləşirlər ki, bu da insanı bir-biri ilə
bərabərləşdirir. İnsan da iki cürdür. Kamil və qeyri-kamil. Qeyri-kamillər nur parçası ola bilməz. 
Nur olması üçün o, əslən də, mə’nən də, daxilən də, xaricdən də pak olmalıdır. O nur-insanlar öz 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə