Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə4/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   101

10
Dəstə  çatdı,  onları  salamladılar.  Özləri  atdan  düşdülər.  Hökmdar  sarayına  bir  ox  mənzili 
qalmış atdan düşüb piyada getmək adət idi. Şeyx Heydər atdan düşüb nənəsinə də kömək eləmək 
istədi, amma geyim-kecimindən, bəzək-düzəyindən sarayın böyük adamına oxşayan razı olmadı. 
– Sara xatun atdan düşməyəcək. 
Sara  xatunun  atının  yüyənindən  tutub  Sultan  çadırının  yanına  qədər  apardılar.  Orada 
üzəngini basdılar, bu yaşlı, kök qadın çox yüngüllüklə atdan düşdü, çadrasını düzəltdi, bayaqkı
adama baxdı. 
– Buyurun, Sultan səni elə indi qəbul eləyir. 
Ə’yan  onlardan  əvvəl  çadıra  girib  diz  çöküb  tə’zim  elədi,  torpağı  öpəndən  sonra  başını 
qaldırıb Sara xatunun gəldiyini xəbər verdi. 
– Buyursun. Kişilər qorxularından gizlənib, arvadları qabağa veriblər... Bu sözü yavaş dedi 
ki, eşitməsinlər 
Əyan qayıdıb onları içəri çağırdı. Şeyx Heydərə tapşırdı ki, əyilib torpağı öpsün. Heydər 
ona narazılıqla baxdı. Ə’yan bu baxışı gördü. 
– Mən deyənə bax. 
Heydər dinmədi. 
Sara xatun başını əyib çadıra girdi. Bu çadır onun oğlunun alaçığına oxşayırdı. Dirəkləri 
də, tənəflərinin mıxları da qızıldan idi. Bu ağ çadırın çöldən görünən qübbəsi də məscid günbəzi 
kimi qızıldan idi. İçəri də çox zəngin idi. Sultanın səfər taxtına iki göz lazım idi tamaşa eləsin. 
Sultan Əbu Səid özü sadə geyinmişdi. Amma belə deyilmiş. O, altdan zireh qurşamış, üstündən 
xələt geymişdi. Xələti zirehin üstündən geyirdilər ki, günəş zirehi qızdırıb yayın istisində yeddi-
səkkiz saatlıq vuruşmada onlara əziyyət verməsin. 
Sara  xatun  çadırın  ağzında  dayanmışdı.  Sultanın  əynində  zirehi  görəndə  azacıq  başı
gicəldi,  sonra  da  yüngülcə  ağrı  başladı.  Demək  o  artıq  döyüşə  hazırdır.  Şəxsən  özü  qılınc 
çalmağa  hazırdır.  Amma  yox,  bu  təkbətək  onun  oğlu  Uzun  Həsənlə  döyüşsə çox dözə bilməz. 
Bunun  qoşunu  və  var-dövləti  çoxdur.  Çox  olar  da!  Teymur  Hindistanın  almasına,  lə’l-
cəvahiratına, qızılına, Osmanlıların neçə yüz il yığdıqları xəzinəsinə sahib olmadımı? 
Sultan  Əbu  Səid  Sara  xatunun  çadırın  ağzında  dayandığını  görüb  ixtiyarsız  yerindən 
qalxdı. Yavaş-yavaş ona tərəf gəlməyə başladı. Sara xatun möhtəşəm qadın və ana heykəli kimi 
dayanmışdı. Örpəyinin altından çıxmış ağ birçəkləri onu daha da nuraniləşdirmişdir. Sultan Əbu 
Səid ilk dəfə qadın elçi ilə üz-üzə dayanmışdı. Nə edəcəyini bilmirdi. Kişi elçilər onun təbəələri 
kimi əyilib yeri, yaxud onun ətəyini öpməliydi. Bu isə qadındır, anadır... 
– Xoş gəlmisən. Məni bir sirdən hali elə. Fateh Sultan Məhəmməd səni necə qarşılamışdı? 
– Necə lazımdı. Anası kimi əlimdən öpdü. Özümə də “ana” dedi. 
 
Sultan  Əbu  Səid  Fateh  Sultan  Məhəmmədi  kiçildən  söz  demək  istədi.  Amma  sözlərini 
uddu. 
– Xatunların elçi getməyi sizinlə başlayıb. O necə qarşılayıbsa biz də elə etməliyik. Çünki 
adət artıq yaranıb. O, Sara xatunun əlindən öpdü. 
Buyur əyləş, ana... 
– Çox sağ olun. Siz də çox lütfkar hökmdarsınız. 
Sara  xatun  sultanın  taxtı  yanında  qoyulmuş  kürsüdə  oturmağa  gedəndə  Əbu  Səid  uşaq 
sifətli Şeyx Heydərə baxdı. Heydər ona yüngülcə baş əydi. Bu Əbu Səidi haldan çıxardı. 
–  Sizə  deməyiblar  ki,  Xorasanın,  Mavərənnəhrin,  İranın  yarısının  hökmdarı  qarşısında 
torpağı öpməlisiniz? 
–  Dedilər.  Ancaq,  ey  hikmətli  sultan,  mənim  dodaqlarım  Qur’anı  öpməyə  öyrənib. 
Qurandan  əvvəl  və  ya  sonra  torpaq  öpmək  günahdır.  Heç  siz  də  müzayidə  eləməmisiniz  ki, 
Qur’ani şərifə – əstəğfürullah hörmətsizlik eləyək. 
– Əstəğfürullah! – deyən Sultan təəccüblə bu cavan şeyxə baxdı. – Sən hara şeyxisən?  
– Ərdəbil. 
Bu  sözdən  sonra  deyəsən  Sultan  Əbu  Səid  bir  az  ağardı  da.  Onun  qıyıq  gözləri  bir  neçə 
dəfə qırpıldı. 


11
– Ya şeyx, buyurun əyləşin. Mən istəyərdim ki, babam Teymurla, Allah onun gorunu nurla 
doldursun, baban Şeyx Əlinin arasındakı o möcüzəli əhvalatı danışasan. 
– Allah hər ikisinə rəhmət eləsin, – deyə Şeyx Heydər onun səhvini düzəltdi və Sultan da 
onun  dediklərini  təkrar  etdi.Bundan  sonra  taxtına  tərəf  getdi.  O  yeridikcə  elə  bil  araba 
cırıldayırdı. Əynindəki zireh geyim sürtülür, dəmir səsi çıxırdı. Deyəsən bunu özü də hiss elədi. 
Əl çaldı, xidmətçilər hazır oldu. 
– Çağırın bura bütün üləmaları, saray ə’yanlarını. 
Bir  azdan  onlar  çadırda,  döşəkçələrin  üstündə  bardaş  qurub  oturmuşdular.  Amma  Sultan 
getmişdi.  Bir  azdan  o  da  çadırın  arxasındakı  yoldan-qapıdan  girdi.  Hamı  ayağa  qalxdı.  Sultan 
qırmızı  qumaşdan  yaxalığı,  qollarının  ağzı,  ətəkləri  işləməli  bahalı  əbasını  geyinmişdi.  Daha 
onun bədəni dəmir səsi vermirdi. 
Sara  xatun  yanındakı  Şeyx  Heydərə  baxıb  gülümsədi.  Bu  o  demək  idi  ki,  artıq  zirehli 
döyüş paltarını soyundurmuşuq. Bu böyük irəliləyişdi. 
Əbu Səid əli ilə işarə verib oturanlara Şeyx Heydəri göstərdi. O, ayağa qalxdı. 
– Şeyx Heydər Ərdəbildə ziyarət elədiyimiz Darül İrşad türbəsinin şeyxidir. Özü də Şeyx 
Səfiyəddinin nəvələrindəndir. Hamınız bilirsiniz ki, ulu babam, Əmir Teymur o türbədə namaz 
qılar, oruc tutardı. Özü də nəzir kimi o türbəyə on kənd bağışlayıb. 
– Rəhmətlik anasının pulu ilə – deyə Şeyx Heydər düzəliş verdi. 
– Bunun fərqi varmı? 
– Var. Əmir Teymur, özü anasına məxsus olan pulla o kəndləri alıb ki, həmən pul halaldır. 
Oturanlar heyrətlə ona baxır, ağ saqqallı üləmalar onu sanki gözləri ilə yemək istəyirdilər. 
–  Ya  Şeyx,bayaq  dediyim  əhvalatı  danış.  Sizin  kitablarda  o  daha  səhih  olar.  Heydər 
söhbətə başladı. 
– Əmir Teymur Darül İrşadı dağıtmaq üçün bə’zi üləmaların fitvası ilə Ərdəbilə gəlmişdi. 
Çünki  mənim  ulu  babamın  əqidəsi,  təriqəti  və  məzhəbi  onların  xoşuna  gəlmirdi.  Amma  Əmir 
Teymur,  Allah  onun  ruhunu  şad  eləsin,  Darül  İrşada  gələndə  ürəyində  üç  niyyət  tutmuşdu. 
Birinci  niyyəti  bu  idi  ki,  Şeyx  Əli  məni  qarşılamağa  çıxmama-lıdır.  Mə’lumdur  ki,  Şərqin 
hökmdarını  qarşılamamaq  mümkün  olmayan  işdi.  İkinci  niyyəti  o  idi  ki,  əmirə  burada  dağ
keçisinin  südündən  aş  bişirib  verməlidilər.  Nə  üçün  plov  yox,  südlü  aş?  Üçüncü  niyyəti  də
bundan ibarət idi ki, Şeyx Əliyə bir cam şərbətin içində zəhər verilməlidir. Ölməsə Əmir Teymur 
bu türbəyə biyət eləyəcək, onu dağıtdırmayacaqdı. 
Ziyarətgahın qapısında, Əmir Teymuru qarşılayanların arasında Şeyx Əlini görmür. 
– Hanı Şeyx Əli? 
– Ziyarətlə məşğuldur, – deyirlər. 
Birinci  niyyəti  baş  tutur.  Xoca  Əli  gəlir,  böyük  hökm-darı  türbənin  hücrələrini  gəzdirir, 
pəncərədən təpədəki dağ keçiləri görünürmüş. O pişxidmətlərə deyir: 
– O keçiləri sağın, südündən Əmir Teymura südlü aş bişirin. Mə’lumdur ki, müqəddəsləri 
ziyarət eləyənlər ağ libas geyirlər. Xoca Əli də, Darül İrşaddakı bütün şeyxlər də ağ, kəfən rəngli 
xirqə geyirdilər. Əmir Teymur əmr edir ki, Xocaya şərbət gətirsinlər. 
Şərbəti  gətirirlər,  şeyx  başını  qaldırıb  göylərə  baxır,  ürəyində  nəsə  oxuyub  zəhər  qarışıq 
şərbəti içir. Bundan sonra hücrədə gəşt gedir. O qədər gedir ki, əynindəki ağ xirqə yamyaşıl olur. 
Deyir: 
– Əmir Teymur, şərbətdəki zəhər də Allahın köməyi ilə tərlə gəlib çıxdı. İndi keçək imam 
övladını ziyarət eləyək. 
– Bərəkallah – deyən səslər eşidildi. – Belə ocaqdan da belə şeyx çıxar. 
Elə bil sultan Əbu Səid ayıldı. 
– Ya şeyx, sən niyə Uzun Həsənin elçisi kimi gəlmisön? 
– Deyəcəm. Əmir Teymur Anadoluya, İldırım Bayazidin üstündə gedəndə xeyir-duanı da 
mənim  babalarım  vermişdi.  Onun  silahı  qalib  gəldi.  İndi  bizim  ocağımız  Uzun  Həsənin 
tərəfindədir. Uzun Həsən mənim dayımdır. 
Əbu  Səid  bu  sözlərdən  sonra  çıxılmaz  vəziyyətdə  qaldı.  Onu  bu  vəziyyətdən  çıxaran  ağ
saqqallı, batıqgözlü doxsan, yüz yaşını haqlamış üləma oldu. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə