Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə32/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   101

66
–  Əşədü  la  illəha  illəllah,  əşədü  Məhəmmədin  Rəsul  illah,  əşədü...  hə,  al  canımı  nə
gözdüyürsən. Yoxsa öləndə də mənə əzab verəcəksən. 
Dədə bəyi gülmək tutdu: 
– A kişi, əstəğfürullah de. Mən Əzrayıl deyiləm. Qalx, gedək. Mənə qonaqsan. 
O, altdan yuxarı baxdı, inanmadı ki, bu padşah görkəmli adam onu qonaq aparır. 
“Sənin  birliyinə  inanmayan  namərddi.  Olubsan,  varsan,  olacaqsan”.  –  dedi.  Canavarın 
uzunqulağı parçaladığı tərəfə getdi. 
– Hara belə? 
–  Çarıqlarımı  axtarıram.  Canavar  onları  da  yeməyibsə,  götürüm.  Qonağı  ayaqyalın 
aparmayacaqsan ha.  
Dədə bəy Alapaçanı sürüb onun qabağını kəsdi. 
– Əlini bəri ver görüm. 
– Cibo Səfərin əli Dədə bəyin iri əllərinin arasında yoxa çıxanda o artıq atın tərkindəydi. 
– Məndən bərk yapış, qorxursansa gözlərini yum. 
“Yox, bu nə Əzrayıldı, nə də Cəbrayıl. Dirilik suyunun sahibi Xızr peyğəmbərdi. O kişidi 
mənim  kimi  darda  qalanların  köməyi.  O  kişidi  günahsızların  pənahı”.  Bu  fikirləri  deyəndə
gözlərini  yummuşdu  və  fikir  onu  aparmışdı.  Həm  yollar  yorğunuydu,  həm  də  öz-özünə
danışmağın aşinası. Alapaçanın da yorğa yerişi onu yırğaladı. Fikrəmi getdi, yuxumu gördü, bir 
də eşitdi ki, “Xızr peyğəmbər” ona deyir: 
– Çatdıq. 
Gözlərini  açdı.  Bir  güclü  əl  onu  götürüb  yerə  qoydu.  Gördü  ki,  ətrafında  beş-altı 
qurdboğan,  boynu  xaltalı  it  var  ki,  hər  biri  bayaqkı  canavarın  beşini  bir  göz  qırpımında 
parçalayar. Amma heç biri hürmür, ona toxunmur, bəlkə də bir az mehriban baxırlar. 
– Çəkilin, – deyən kimi itlərin hərəsi çəkilib bir tərəfə getdi. Onun qabağında cavan, nazik 
bığlı bir oğlan dayandı. 
– Dədə, bu kimdi? 
– Qonaq. Allahın ən əziz bəndəsi. Paltar gətir, elə geyindir ki, bəy balası kimi. 
Bayaqdı  Mustafa  Cibo  Səfəri  götürdü.  Gözünü  açanda  özünü  yaşıl  əbanın  içində  gördü. 
Dəvə rəngli yun parçadan şalvar, qara məstlər. Özünə baxdı, gözünü yenə göylərə qaldırdı. 
– Ey tanrı, sənə inanmayana min lə’nət. 
Qaranlıq düşmüşdü. Dədə bəy Cibo Səfərlə alaçıqda üz-üzə oturmuşdular. Aralarında saxsı 
çıraq yanır, hərəsinin kölgəsini iki dəfə böyüdüb arxa tərəfə salırdı. 
– Deyirsən Şamaxıdansan? 
– Hə, başına dönüm. Olmusanmı? 
Dədə bəy Şeyx Heydərlə Şamaxıya getmiş, şəhəri tutmuşdu da. Amma boynuna almadı. 
– Görməmişəm. Deyillər gözəl şəhərdi. Yaxşı bazarı var. 
– Kiminə cənnətdi, kiminə cəhənnəm. 
– Nə iş görürdün? 
–  Sənətkaram.  Bu  çıraqlardan  düzəldirdim.  –  O  çırağı  götürdü,  baxdı.  Barmağını  çırağın 
altına sürtdü, – mənim çırağımdı. Mən düzəltmişəm. 
– Yaxşı çıraqdı. Mən bunu Ərdəbildən almışam... Yaxşı, Səfər kişi, niyə bu kökdəsən? 
– Eh, ay bəy, aləmi bəzər, özü lüt gəzər deyiblər. Şamaxı bazarında dükanım vardı. O qoca 
ulaqla gedib gil gətirirdim, çıraq düzəldirdim, ocaqda bişirirdim. Satırdım. Usta da çox idi, çıraq 
da.  Qiyməti  də  bir  şey  deyil.  Uşaqlarım  da  çox  idi.  On  bir  uşaq.  Dükanımın  yanında  ev 
tikmişdim.  Güc-bəla  ilə  dolandırırdım.  Zəlzələ,  bəy,  zəlzələ  Allahın  elə  bir  bəlasıdı  ki,  ondan 
yaxa qurtarmaq da çətin işdi. On bir uşaq da, arvad da, sonsuz bacım da evin altında qaldılar. Bir 
gün  qazdım,  meyitlərini  çıxartdım.  Gecə  yarısı  zəlzələ  başlamışdı.  Mən  çıraq bişirirdim. Ayaq 
üstəydim.  Gördüm  divarlar  laxladı,  özümü  atdım  çölə.  Yer  nənniyə  dönmüşdü.  Özümü  evə
çatdırana  qədər  neçə  yerdə  yıxıldım,  durdum.  Evi  görmədim.  Divarlar  balalarımın  üstünə
yatmışdı.  Dəli  kimi  oldum,  havalandım.  Səhərə  qədər  qazdım.  Bütün  şəhər  yerlə-yeksan 
olmuşdu.  Səhər  baxdım  ki,  Gülüstan  qalasına  heç  nə  olmayıb.  Dili  qurtlu  kimi  dedim  ki,  bəs 
zəlzələ  də  varlıyla  kasıbı  ayırır.  Onun  bir  daşı  düşməyib,  bizim  bir  daşımız  daş  üstündə 


67
qalmayıb.  Tez  qaçıb  şəhər  rəisinin  ovcuna  qoydular.  Balalarımı  torpağa  tapşırmamış,  özümü 
zindana  saldılar.  Yalan  demişəm,  ay  başına  dönüm?  Düz  söz  yerimir  də.  Başıma  min  oyun, 
müsibət açdılar. 
– Şirvanşah Fərrux Yasar hələ durur? 
– Ona nə olasıdı ki, zülmü də ərşi əladadı, Allahın yanında hörməti də ondan bir baş da 
hündürdədi. Bu Ərdəbildən Şeyx Heydər gəlmişdi. Camaat, yə’ni mənim kimi kasıb-kusub dedi 
ki, bu dəfə haqqına əncam çəkəllər. Qaçdı gizləndi qalada. Ona nə olacaqdı ki, yenə mənim kimi 
kasıb-kusub başını, qolunu, qıçını verdi. 
Dədə  bəy  gördü  ki,  Səfər  elə  onlara  lazım  olan  adamdı.  Gələcəkdə  işlər  görə  bilər.  Öz 
yanında saxlamağa qərar verdi. Hələ Hüseyn Lələ bəyin deməyinə görə o tərəflərə yenə də səfərə
gedəcəklər. Onda bu adamın onlara köməyi dəyə bilərdi. 
–  Qoçaq  adamsan.  Allah  səndən  üz  döndərib,  sən  hələ  də  ondan  üz  döndərmirsən. 
Doğrudan da müsibətlər görmüsən. 
– Bilirsən səni niyə götürdüm? 
– Yox. 
– Vur-tut bir eşşəyini canavar dağıdırdı, sən də namazını pozmurdun. Dedim gör Allahın 
necə sadiq bəndəsidi ey. Elə ona görə sənə yazığım gəldi. Götürüb gəldim. Bəs ziyarətə niyə tək 
gedirsən? Yolları tanımırsan, eşşəyin e’tibarsız, özün ac-susuz. 
–  Zəvvara  qoşulanların  hamısı  atları  kişmiş  yeyən  kişiləriydi.  Məni  oturub 
gözləməyəcəkdilər.  Bir  mənzil  gəldik.  Sonra  mənə  dedilər  ki,  sən  yolda  qalsan  da,  sənin 
əvəzindən  də  ziyarət  eləyərik.  Məni  çölün  düzündə  tək  qoyub  çapıb  getdilər.  Mən  də  onların 
acığına qayıtmadım. Dedim mən bu əziyyətlə ki, gedirəm, mənim həccim sizinkindən müstəcəb 
olacaq. Belə. 
– Gəl sənə Ərdəbildə bir dükan düzəldim, ev alım, evləndirim, otur işini gör. Çıraq düzəlt, 
sat. 
– O borcun altından mən çıxa bilmərəm. 
– Yavaş-yavaş verərsən.  
– Bəlkə verə bilmədim. 
–  Onda  ana  südü  kimi  halal  eləyərəm.  İşləyərsən,  qazanarsan,  ziyarətə  getməyə  pul-para 
yığarsan. Bəlkə elə o vaxt mən də getdim. Bir yerdə gedərik ziyarətə. 
Ağ atın qanadları yandı. Buludların arasından alovlana-alovlana düşdü. O düşdüyü kövşən 
də od aldı. Yerdən qara toz duman kimi qalxdı. Nə ağ at göründü, nə də qırmızı paltarlı süvari. 
Aləmşahbəyim bayaq durna qatarından ayrılan tək durnanı seyr eləyirdi. Həmin tək durna 
dönüb  ağ,  qanadlı  at  oldu.  Alışıb  yananda,  ayaqyalın,  başıaçıq kövşənə tərəf qaçmağa başladı. 
Kövşənə  çatmamış  dəmirtikanlığa  düşdü.  Dəmirtikanlar  yetişib  torpaq  rənginə  düşmüşdü, 
topuğu  xal-xallı,  xınalı  ayaqlarını  didib-dağıdırdı.  Səmərqənd  kağızı  kimi  ağ  topuqlarını
yaralayır, qanına qəltan eləyirdi. Qan narıncı, xoş rəngli xınanın da rəngini dəyişdi. 
Amma  o,  ağrı  hiss  eləmirdi.  Var  kücü  ilə  qaçır,  dəmirtikanlar  ayağına  daha  dərindən 
batırdı. Bir azdan ayaqlarında dəmirtikandan başmaqlar vardı. 
Göydən hərlənə-hərlənə ağ bir lələk düşürdü. Aləmşahbəyim onu yerə çatmağa qoymadı, 
göydə tutdu. Elə bildi ki, ağ atın yanan qanadından ayrılıb. 
Yox, bu yaşıl, mavi, qırmızı rənglə parlayıb yanan durna lələyi idi. Başını qaldırıb gördü 
ki,  durnaların  səfi  pozulub.  Biri-birilərinə  qarışıb,  qarışıq  səslər  çıxardırlar.  Şirin  avazları  da 
yadlarından çıxıb. 
–  Ay  durnalar,  bu  lələyi  göndərmisiniz  dərdlərimi  yazım?  Qanadlarınızla  dərdim  yazılsa 
səfiniz heç vaxt düzəlməz. Ah-naləm sizə çatsa heç vaxt oxumazsınız. Göz yaşımdan o kağıza 
bir damcı düşsə bulaqlardan içməyə bir damcı şirin su da tapmazsınız. Lələyi tulladı, lələk uça-
uça harasa getdi. O, yerdən qalxan qara burulğana tərəf yeridi. 
Birdən səs eşitdi: “Ana”-dedilər. Döndü. Gördü ki, qayanın başında üç dar ağacı qurulub. 
Biri böyük, biri ortancıl, biri kiçik. Hara getsin, hara üz tutsun? Qabaqdakı burulğanamı, yoxsa 
arxadakı dar ağaclarınamı? 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə