Fərman kəÐÈÌÇÀÄƏ



Yüklə 2,53 Mb.
Pdf görüntüsü
səhifə26/101
tarix07.08.2018
ölçüsü2,53 Mb.
#60921
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   101

54
– Bəs qılıncı nə eləyək? – deyə Salman Hüseyn Lələ bəydən soruşdu. 
– Onu saxla, lazım olar. 
Ata bir qamçı vurdu, at götürüldü. 
– Lələ, bu köynəyi onun üç arvadından hansı götürəcək? 
– Köynək böyük arvadındı. Onun üçün hamıdan artıq yanacaq. Dəbilqə ortancıl arvadındır. 
Hələ  yaxşı  tanımayıb.  “İgid  ərim,  qəhrəman  kişim  vay”  deyib  ağlayacaq,  gözünün  qorasını
sıxacaq. O ki qaldı ata, o da çatır kiçik arvada. Ağlayıb doyandan sonra gözləri ər axtaracaq. Ər 
də gərək atlı olsun. Atsız kişiyə də razı olar. Dul arvadın da atı yüyrək olar. 
 
Salman zoğal torbasını götürüb cibinə qoydu. 
– Heyif bu zoğaldan. Belə “igidin” qanından qat-qat qiymətliydi. 
O, torbadakı zoğalı əzib çaparın köynəyini “qana” bulamışdı. 
Hüseyn Lələ bəy çətinliklə də olsa öyrənmişdi ki, onun dostu Şeyx Heydərin uşaqlarını bu 
qalada  saxlayırlar.  Xaraba  dəyirmanı  içəridən  düzəltdirmiş,  gecə-gündüz  burada  keşik  çəkirdi. 
Gəlib-gedənləri  gözdən  qoymur,  onları  xilas  etmək  üçün  məqam  gözləyirdi.  Sultan  Yaqubun 
yerinə  oğlu  Bəysunqur  keçəndən  sonra  çaparların  gətirib-apardıqları  məktubları  oxumağa, 
hökmdarın  dustaqlar  barəsindəki  fikrini  öyrənməyə  çalışırdı.  Qalaya  hücum  eləmək  mümkün 
deyildi. Dustaqları e’dam eləyə bilərdilər. Neçə il idi ki, bu yerlərdən əl çəkmirdi, amma hələ elə
bir iş görə bilməmişdi. 
Çaparı çox sıxışdırmış, görmüşdü ki, o canını qurtarmaq üçün hər dəfə bir yalan uydurur. 
İnandı  ki,  o  heç  nə  bilmir.  Onun  izini  itirmək  istədi.  Atını  yola  saldılar.  Özünə  isə  köhnə  cır-
cındır  geyindirib  qaladan  aşağıdakı  lağımın  ağzına  gətirdilər.  Buraxsalar,  o  qayıdıb  xaraba 
dəyirmanın sirrini aça bilərdi. Bundan əlavə də burada ayrı işlər görürdülər. Qaladan aşağı enən 
lağımın  ağzını  tapmışdılar.  Onun  çox  hissəsi  dolmuşdu,  indi  onu  təmizləyib  qalaya  yol 
axtarırdılar. 
Çaparı da həmin lağımın ağzına gətirdilər. Salman dedi: 
– Bu təzə peşən də çaparlıq kimidi. Ancaq burada xəbəri sonra eşidəcəklər. Götür külüngü. 
– Öldürürdünüz, elə işıqlı dünyada öldürəydiniz də. 
– Çox danışma, iş görmək lazımdı. Lələ Salmana göstərişlərini verdi. 
–  Bunun  dalınca  bir  neçə  gündən  sonra  gələrlər.  Hələ  vaxt  var.  Amma  yolu  gözdən 
qoymayın.  Lağımdakı  işlərə  də  göz  yetir.  Mən  də  sabah  qayıdacam.  Hüseyn  Lələ  bəy  başına 
əmmamə  qoydu,  əbasını  dəyişdi,  belinə  yaşıl  qurşaq  sarıdı.  Dəyirmanın  arxasında,  meşədə
bağlayıb ağzını sarıdıqları yabını mindi. Salman yabının yüyənindən tutub dedi: 
–  Lələ,  səni  tək  yola  salmağa  mənim  haqqım  yoxdu.  Hər  tərəf  quldur-qaçaqdı.  Allah 
göstərməmiş sənin başına bir iş gəlsə onda bizim başımıza nə gələcəyindən xəbərin varmı. Ya 
mən də gedirəm, ya da özün də qal. 
– Salman, işimiz çoxdu. Qalaya gələn dəstə böyük də ola bilər. Onların öhdəsindən gəlmək 
lazımdı. Adamların da çoxu lağımda işləyir. Allahın izniylə mənə heç nə olmaz, inşallah. Yüyəni 
burax, vaxt keçir. Salamat qal.  
Lələ boşalmış yüyəni onun boşalmış əllərindən çıxartdı, atını dabanları ilə məhmizlədi. 
Dostu  Heydərin  uşaqlarının  dustaq  olmasında  özünü  də  günahkar  sayırdı.  Heç  ağlına 
gəlməzdi ki, onun ölümündən sonra qaynı Sultan Yaqub bacısı ilə uşaqlarına düşmən kimi baxar. 
Şirvandan  Ərdəbilə  qayıdandan  sonra  şəhərin  kənarında  Ülkər  onların  əllərindən  çıxmış, 
sahibini  axtarırmış  kimi  özünü  şəhərin  dar  küçələrinə  atıb  evə  qədər  gəlmiş,  ayaqlarını  yerə
döyərək kişnəmişdi. O, çatanda görmüşdü ki, evin ətrafında hökmdarın fərraşları qaynaşır. İçəri 
keçə bilməmişdi. Söz yayılmışdı ki, Sultan Yaqub bacısını uşaqları ilə “səkkiz behişt” sarayına, 
öz yanına aparır. 
Həmin  günlərdə  Heydərin  müridlərini,  onun  yaxın  dostlarını  axtarır,  tutur,  gizlində
öldürürdülər. Hüseyn Lələ bəy də gizlənməli, bir müddət gözdən yayınmalı olmuşdu. Sonra isə
xəbər  gəlmişdi.  Xəbər  gəlmişdi  ki,  onları  saraya  yox,  həbsə  salıblar.  Üstündən  nə  qədər 
keçəndən sonra yerlərini də öyrənə bilmişdi. 
Yavaş-yavaş o, adamlarını toplamış, qalanın yanında pusqu düzəltmişdi. Amma hələ heç 
bir iş görə bilməmişdi. 


55
Onun ən yaxın dostu, Şirvanda şir kimi vuruşan Dədə bəy bu yaxınlıqda, obada olmalı idi. 
Hüseyn  Lələ  bəy  onu  görməyə  gedirdi.  Bu  illər  ərzində  onu  narahat  eləməmiş,  gördüyü  işlərə
qoşmamışdı.  Çünki  Dədə  bəyin  gizli  işlə  arası  yox  idi,  onun  dostluğu  da,  düşmənliyi  də  açıq-
aşkar idi. 
– Dayan! 
Yolun üstünə əyilən budağın arasından eşidildi bu səs. Sonra da yarğanda bitib çaya tərəf 
əyilən ağacdan başı qırmızı çalmalı bir nəfər tullanıb yabının cilovundan yapışdı. Onun yoldaşı
isə yuxarıda oturub əlindəki oxu hazır tutmuşdu. 
Lələ  başa  düşdü  ki,  soyğunçuların  əlinə  düşüb.  “Qəribə  yerdə  axşamladıq.  Günah 
özümdədi,  mən  niyə  silahlı,  yaraqlı,  erkək  at  belində  gəlmirdim  ki,  belə  bir  işə  də
düşməyəydim”. O, oxunu sazlayıb onu nişan alana baxdı. 
– Sənə əbam lazımdırsa, daha onu oxla niyə deşirsən? 
Başı qırmızı çalmalı, rəngi yanıb paxır atmış misə dönən adam atın yüyənindən yapışmışdı 
və kəmərindəki qırmaqdan keçi buynuzundan sapı olan bıçağını çıxartmışdı. Bilmək olmurdu o 
atın yüyənini kəsmək istəyir, yoxsa atlını... Saqqal basmış, sir-sifəti pırtlaşmış, boyun-boğazı kir 
bağlamışdı. 
– Düş atdan. 
Lələ aşırılıb atdan düşdü: 
– Bu qoca bir yabıdı. Onu bazarda uzunqulaq qiymətinə də almazlar.  
Mən sataram, – deyə yabının dodaqlarını aralayıb dişlərinə baxdı.  
Lələ deyirdi: 
– Heç kim almaz, xasiyyəti də pisdi. 
–  Xasiyyəti  necədi?  –  Dişlərə  baxandan  sonra  ağlı  bir  şey  kəsmədi.  Dişlərinin  hamısı
yeyilib qurtarmışdı.. 
– Seyid atı necə olar? Kimi görsə dayanır. Onu minib nə qovmaq olar, nə qaçmaq. 
– Seyid atı? Sən seyidsən? 
– Seyidəm, imam, peyğəmbər övladıyam. 
–  Mən  isə  Ağqoyunlu  hökmdarıyam  –  deyə  əlini  xurcuna  salıb  nəsə  çıxartdı,  gördü 
çörəkdi, gəvələməyə başladı. 
– Bir az qoyunum var, mən də onun hökmdarıyam. Seyid kimdi mənim yanımda? 
Hüseyn Lələ bəy gördü ki, yox, lap nadanlara rast gəlib, bunlardan yaxa qurtarmaq müşkül 
işdi.  Onları  sorğu-suala  tutmaq  üçün  əvvəl  sifətlərinə  baxdı  (Ox  tuşlayan  da  düşüb  gəlmişdi). 
Öyrənmək istəyirdi ki, görsün, sifətdən hansı daha yaxşı adama oxşayır. Yenə də oxu oxqabına 
qoyan, yayı çiyninə keçirən yekəpər adamı gözü aldı.  
– Müsəlmansınız? 
– Müsəlman çörək yemir? 
Niyə yemir, yeyir. 
–  Onda  nə  soruşursan?  –  Qırmızı  çalmalı  çəmkirdi.  –  Sən  Seyidsən.  Peyğəmbər 
əlehsalamın  əli  sənin  başının  üstündədi,  hər  yerdən  cəddinə nəzir gəlir. Tər tökməmiş, əziyyət 
çəkməmiş  rahat  çörək  yeyirsən.  Mənim  babam  peyğəmbərin  qohumu  olmayıb  deyin,  mən 
acından ölməliyəm? 
Onun  bu  mülahizəsi  Hüseyn  Lələ  bəyin  xoşuna  gəldi.  Əl  atıb  qoltuğundakı  cibindən  pul 
kisəsini də çıxarıb onlara verdi. 
– Götürün. Doğru sözə nə deyəsən? At da sizin, pul da sizin, sonra nə istəyirsiniz? 
–  Sonra,  sonra  da  səni  o  dünyadakı  qohumlarının  yanına  göndərərik  ki,  cəddini  köməyə
çağırıb bizim tikəmizi haram eləməyəsən. 
Hüseyn Lələ bəy göz gəzdirdi gördü ki, boydan, candan onlarla bacara bilməyəcək. Silahı
yox idi. Yenə yanında bir xəncər götürsə onları şil-küt eləyərdi. Yenə də səbr, yenə də təmkin 
lazım gəlirdi. 
– Məni öldürməyin, sizə heç bir xeyri yoxdu. Hər şeyi sizə özüm bağışlayıram. Cəddimi də
çağırıram ki, babam peyğəmbər sizin işinizin rəvac tapması üçün xəlluq aləmdən iltimas eləsin. 


Yüklə 2,53 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə