Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə52/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

fdrdi  işi

  tərbiyə  prosesinin  əsasım  təşkil  etməli,  hər  bir  konkret 

şərait üçün adekvat məqsədlər müəyyənləşdirilməlidir. 

Tələbələrin tərbiyəsi işində 



aməksevarlik tarbiyasinin 

rolunu 


xüsusi  qeyd  etmək  lazımdır.  Tələbənin  əmək  tərbiyəsi  onun 

təhsilinin  səmərəliliyini  təmin  edən  zəruri  bacarıq  və  vərdişləri 

mənimsəməsində,  ali  məktəbdə  ictimai  və  əmək  fəaliyyətinin 

müxtəlif növlərinə aktiv surətdə qoşulmasında və bu yolla gələcək 

peşə  fəaliyyətinə  istiqamətləndirilməsində  öz  əksini  tapır.  Ali 

məktəbə  bəzən  elə  Məzunlar  daxil  olur  ki,  onlar  təlim  əməyini 

səmərəli surətdə təşkil edə bilmirlər. 

Zəif  oxuyan  tələbələr,  bir  qayda  olaraq,  sistemli  işləmək 

bacarığı  olmayan,  təlim  vaxtını  düzgün  bölüşdürə  bilməyən  və 

ətalətli,  tənbəl  tələbələrdir.  Müəllim-tərbiyəçi  ilk  növbədə  ali 

məktəbə  yeni  qədəm  qoymuş  məzunların  bu  nöqsanlarını  aradan 

qaldırmalı,  onlara,  ilk  öncə,  təlim  əməyi  ilə  bağlı  bacarıq  və 

vərdişlər aşılamalı və tədriclə ali məktəbin əmək və ictimai həyatına 

qovuşdurmalıdır. 

Tələbələri  məhz  əmək  prosesində  gələcək  peşə  və  ixtisas 

fəaliyyətinin  çətinliklərini  dəf  etməyə  hazırlamaq  mümkündür, 

Tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  alİ  təhsili  başa  vurub  əmək 

fəaliyyətinə  başlayan  məzunların  bir  qismi  seçdikləri  peşədən 

peşmançılıq  və  təəssüf  hissi  keçirirlər.  Bir  qismi  müvafiq  peşə 

qabiliyyətlərinin  olmadığını  etiraf  edir.  Başqa  bir  qismi  əmək 

ritminə və əməyin ağırlığına dözmədiklərini bildirir. Elə məzunlar 

da  var  ki,  öz  fəaliyyətlərini  təşkil  edə  bilmirlər.  Bəzilərinin  isə 

ixtisas hazırlığının kifayət qədər olmadığı məlum olur. 

Aydındır  ki,  qeyd  etdilən  acı  nəticələr  ali  məktəbdə  təhsil 

illərində  tələbələrin  təlim  əməyinin,  ümumiyyətlə,  əmək 

tərbiyəsinin düzgün qurulmamasınm nəticəsidir. 

Ali məktəb müəlliminin tərbiyəçi kimi fəaliyyətinin 

114 



mühüm  istiqamətlərindən  biri  də 

tshbəih  peşa  etikasmın 

fovmala^dmlmasıdıv.

 

Elm  və  texnika  nə  qədər  sürətlə  tərəqqi  etsə 



də,  heç  bir  vaxt  əxlaqi,  mənəvi  dəyərləri  kölgədə  qoya  bilməz. 

Müəllim  ümumi  əxlaqi  normaları  konkret  situasiyalara  tətbiq 

etməklə, tələbələrə peşə etikası aşılamalıdır. Peşə etikası, hər şeydən 

əvvəl,  mütəxəssisin  peşə  vəzifəsini  yüksək  məsuliyyətlə  icra 

etməsində  və  vətəndaşlıq  mövqeyində  təzahür  edir.  Tələbəni 

inandırmaq lazımdır ki, hər peşənin özünəməxsus «əxlaq kodeksi», 

təkrarolunmaz  etikası  var  və  bunlara  əməl  etmədən,  peşəkar 

mütəxəssis  olmaq  mümkün  deyil.  Bu,  müəllimin  məqsədəuyğun 

tərbiyəvi fəaliyyətinin ən çətin sahəsidir. 

Ali  məktəb  həyatına  müəyyən  ənənələrin,  mərasimlərin 

(məsələn, tələbəliyə qəbulun təntənəli surətdə qeyd olunması; tələbə 

poeziyası  günlərinin  keçirilməsi,  bakalavr,  magistr  diplomlarının 

təntənəli  surətdə  təqdim  edilməsi;  Novruz  bayramının  qeyd 

edilməsi; ali məktəbin yubileyinin qeyd edilməsi, şair və yazıçılarla, 

məzunlarla  görüş  və  s.)  daxil  edilməsi  gələcək  mütəxəssisin 

vətəndaş  kimi  formalaşmasına  qüvvətli  təsir  göstərir.  Məhz  bu 

tədbirlərin  keçirilməsində  ali  məktəb  müəlliminin  tərbiyəçi  kimi 

rolu  çox  böyükdür.  Əlbəttə,  mərasimlər,  ənənələr  dəyişməz  deyil, 

zaman-zaman ənənələlərin bəziləri köhnəlir, yeniləri meydana gəlir 

və bunlar əvvəlkilərdən daha faydalı və emosional olur. 

Ali  məktəbdə 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə