Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə48/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Konstruktiv  qabüiyyathr

  tələbə  şəxsiyyətini  layihələşdir- 

məyə,  öz  fəaliyyətinin  strategiyasını  müəyyənləşdirməyə,  təlim- 

tərbiyənin  taktiki  məqsədlərini  reallaşdırmağa  imkan  verir.  Diaq- 

nostlaşdırma  və  onunla  qırılmaz  surətdə  əlaqədar  olan 

proqnozlaşdırma  pedaqoji  prosesi  düzgün  istiqamətləndirməyə 

şərait  yaradır.  Əlində  dəqiq  diaqnozu  olan  və  əlverişli  proqnoza 

əsaslanan  peşəkar  pedaqoq  təhsil-tərbiyə  fəaliyyətini  səmərəli  və 

məhsuldar 

102 



şəkildə  təşkil  edir,  gələcək  fəaliyyətin  modelini  qura  bilir,  həm 

özünün, həm də tələbələrinin fəaliyyət növlərini layihələşdirir. 

Konstruktiv 

qabiliyyət 

təhsil-tərbiyə 

prosesini 

modelləşdirməyə,  pedaqoji  prosesdə  bütün  potensial  imkanlardan 

və  biliklərdən  səmərəli  və  fəal  surətdə  istihidə  etməyə,  pedaqoji 

ustalığı artırmağa əlverişli şərait yaradır. 

Layihələşdirmə qabiliyyəti həmçinin son məqsədi görməyə, 

tələbənin  gələcək  ixtisaslaşması  ilə  bağlı  aktual  vəzifələri 

konkretləşdirməyə,  tədris  etdiyi  fənnin  elmi-nəzəri  və  praktik 

əhəmiyyətini düzgün müəyyənləşdirməyə imkan verir. 

Didaktik qabiliyyətlər

 

informasiyaların seçilməsində, tədris 



materialının  hazırlanmasında,  mövzunun  şəxsiyyətyönümlü 

imkanlarının 

müəyyənləşdirilməsində, 

təlim 


metodlarının 

seçilməsində.  intizamın  bərpa  edilməsində  və  işgüzar  təlim 

şəraitinin  yaradılmasında,  tələbələrin  idrak  maraqlarının, 

tələbatlarının  stimullaşdırılmasında,  öyrənənlərdə  müstəqillik, 

təşəbbüskarlıq və ləlim-idrak fəallığının artırılmasında təzahür edir. 

Təifkilati  qabiliyyətlər

 

tələbələrin  fəaliyyətinə  düzgün 



rəhbərlikdə, onları aktiv ləlim-idrak prosesinə cəlb etməkdə, asudə 

vaxtlarını günün tələbləri səviyyəsində qurmaq bacarığında, habelə 

özünün  ali  məktəbdə  pedaqoji  əməyini  təşkil  etmək  məharətində 

ifadə  olunur.  Akademik  qruplarda  şəxsiyyəllərarası  münasibətləri 

tənzimləmək, tələbələri ictimai işlərə cəlb etmək və vəzifə bölgüsü 

aparmaq,  planlaşdırmaq,  görülmüş  işləri  yekunlaşdırmaq  və  s. 

təşkilati qabiliyyətlərlə bağlıdır. 

Müəllim təkcə tələbələrin'fəaliyyət və davranışını deyil, öz 

fəaliyyətini də real şəraitə uyğun dəyişdirməyi bacarmalıdır. 

Pedaqoji prosesin nəticələrinə nəzarət etmək və korreksiya 

işi aparmaq təşkilatçılıq qabiliyyəti ilə sıx bağlıdır. 

Konvmmikativ  (latınca  komnnmicetio  rabitə,  əlaqə 

deməkdir)  qabiliyyət

 

münasibətlərin  nizama  salınması,  tələbələrlə, 



öz həmkarları və rəhbər işçilərlə məqsədəuyğun pedaqoji ünsiyyətin 

yaradılması, tərbiyə işlərinin həyata keçirilməsi, pedaqoji prosesin 

gedişinin  təhlili,  yol  verilmiş  səhvlərin,  yaxud  arzuolunmaz 

nəticələrin səbəblərinin aşkarlanması və qısa zaman kəsiyində kor- 

rektə edilməsilə bağlıdır. Kommunikativ qabiliyyət və ünsiyyətdə 

103 



komponentlik

 

(latınca  componens,  componentis  -  təşkil  edən 



deməkdir)  müəllimə  tələbələri,  həmkarları  ilə  asanlıqla  ünsiyyət 

yaratmağa və beləliklə, pedaqoji vəzifələri müxtəlif situasiyalarda 

səmərəli  surətdə  həll  etməyə  əlverişli  şərait  yaradır.  Ünsiyyət 

prosesində müəllim tələbəyə, sadəcə olaraq, informasiya çatdırmır, 

emosional  təsir  göstərməklə,  onu  birgə  fəaliyyətə,  elmi 

əməkdaşlığa təhrik edir. 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə