Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə46/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

hiriııd prinsipidir.

 Lakin 


bu,  kifayət  deyil.  Çünki  fəaliyyəti  sona  qədər  sadə  elementlərə 

parçalamaq  mümkün  deyil.  Fəaliyyətdə  daha  mürəkkəb  əlaqə  və 

münasibətlər  təzahür  edir.  Buradan  pedaqoji  fəaliyyətin 

ikinci 

prinsipi

  meydana  gəlir:  mənimsənilmiş  elementlərdən  mürəkkəb 

fəaliyyət  növünü  layihələşdirmək  məqsədilə  rəmzi  vasitələrin 

müəyyənləşdirilməsi  və translya- siyası.  Rəmzi  vasitələr pedaqoji 

fəaliyyətin layihələşdirilmə- sinə xidmət edən ünsürlərdir. 

Prosessual  (qarşılıqlı  münasibətlərin  müəyyən  olunmuş 

qaydası)  -  texnoloji  baxımdan,  təlim  prosesi  -  iki  ləlim 

situasiyasının ardıcıllığından ibarətdir. Bu situasiyalar elə qurulur 

ki,  əvvəlki  situasiyalar  sonrakılar  üçün  vasitə  və  material  rolunu 

oynayır.  Yəni  təhsil  sistemi  texnoloji  proseslər  sisteminə  daxil 

edilir  və  nəticədə  cəmiyyətin  tələblərinə  uyğun  sosial-mədəni 

qabiliyyətlərə malik şəxsiyyət formalaşır. 

Təlim  prosesində  idarəetmə  dedikdə,  təhsil  verənin 

təhsilalanlara məqsədəyönlü və sistemli təsiri başa düşülür. 

98 



idarə etmək - öyrənənə təzyiq göstərmək, onu təbiətinə zidd 

başqa  bir  istiqamətə  yönəltmək  demək  deyil,  əksinə,  prosesin 

xarakterini, bütün tərkib ünsürlərini nəzərə alaraq pedaqoji təsirləri 

məntiqi olaraq uzlaşdırmaqdır. 

Təlim  prosesinin  idarə  olunmasının 

özün,ım,ıxsus  xüsu- 

siyy,->tl,vi

 vardır. Bu xüsusiyyətlər aşağıdakılardır: 

 

.'şttwiu v’ə planlı ıasiv\ 



 

idarə  edən  sistemaltı  ilə

  (öyrədənlə) 

idarəetmə  obyekti 

(Öyrənən) 



arasında səbəb-nəticə əlaqələrinin mövcudluğu

 



idarə olunan sistemin dinamikliyi

 



etibarlılıq,

 

yəni  idarə  olunan  sistemin  müəyyən  şəraitdə 



verilmiş funksiyaları həll edə bilməsi; 

 



davamlılıq,

  yəni  idarə  olunan  sistemin  daxili  və  xarici 

amillərin təsirinə baxmayaraq, müəyyən olunmuş fəaliyyət rejimini 

saxlaması. 

İdarəetmə - həm fasiləsiz, həm də dövrü prosesdir. Bu, bir 

sıra  idarəetmə  həlqələrinin  eyni  zamanda  və  ardıcıllıqla 

reallaşdırılması  ilə  əlaqədardır.  İdarəetmə  fəaliyyəti  məqsədin 

qoyulması və vəzifələrin müəyyənləşdirilməsi ilə başlayır, onların 

həlli ilə başa çatır. Bundan sonra qarşıya yeni məqsədlər qoyulur və 

idarəetmə  fəaliyyəti  davam  edir.  Fasiləsiz  idarəetmə  prosesinin 

sxemi belədir: 

 

Təlim və tərbiyə prosesi belə bir sxem əsasında idarə olunur. 



Təlim  prosesinin  effektiv  surətdə  idarə  olunmasını  təmin 

etmək üçün aşağıdakı tələblərə əməl olunmalıdır: 

 

təlim məqsədlərinin müəyyənləşdirilməsi



 

idarə  olunan  prosesin  real  səviyyəsinin  (vəziyyətinin) 



müəyyənləşdirilməsi; 

 



fəaliyyət proqramının hazırlanması; 

99 


 

təlim 



prosesinin 

vəziyyəti 

haqqında 

müəyyən 


parametrlərə uyğun informasiyanın alınması (əks əlaqə); 

 



əks əlaqə kanalı ilə alınmış informasiyanın işlənməsi

 



təlim prosesinə korreksiyaların daxil edilməsi. 

İdarəetmə prosesində öyrədənin vəzifəsi idarə olunan 

prosesin inkişaf strukturunu dəyişmək və onu əvvəlcədən nəzərdə 

tutulan səviyyəyə çatdırmaqdır. 

Təlimin  idarə  olunması  bu  prosesin  hər  bir  iştirakçısının 

yerini,  vəzifələrini,  hüquq  və  məsuliyyətini  dəqiqləşdirməyi, 

məqsədə çatmaq üçün əlverişli situasiya yaratmağı tələb edir. 

İdarəetmə  -  informasiyaverici  prosesdir,  o  siqnalların 

verilməsinin  qapalı  zənciridir.  Obyektin  davranışı  üzərində  daimi 

nəzarətdir.  İdarəetmə  orqanından  (öyrədəndən)  idarə  olunan 

obyektə  (öyrənənə)  idarəetmə  siqnalları  verilir.  Obyektdən  idarə 

edənə  (öyrədənə)  əks-əlaqə  siqnalları  ötürür.  Sonuncular  isə 

obyektin faktik vəziyyəti haqqında məlumatlardır. Öyrədən aldığı 

informasiyanı  işləməli,  dərk  etməli  və  təlim  prosesinə  ediləcək 

korreksiyaları didaktik ardıcıllıqla müəyyənləşdirməlidir. 

Təlim  prosesində  əks-əläqənin  yaradılması  iki  məqsəd 

daşıyır; 

 



■ 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə