Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə42/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

ontoloji

  (yunanca 



on,  ontos  -

  mövcud  olan  deməkdir.  Fəlsəfənin 

varlığın 

ümumi 


əsasları, 

prinsipləri, 

strukturu 

və 


qanunauyğunluqlarından  bəhs  edən  sahəsi)  mahiyyətindən,  insanı 

dünyanın,  gerçəkliyin,.cəmiyyətin  üzvi  tərkib  hissəsi  kimi  qəbul 

edən anlamdan irəli gəlir. Belə bir prosesə yalnız, humanist insani 

mühitdə,  təbiətdə,  cəmiyyətdə,  bütün  dünyada  gözəllik  və 

xeyirxahlıq  üzərində  qurulmuş  münasibətlərdə  rast  gəlmək  olar. 

Buradan  çıxış  edərək  belə  bir  hökm  vermək  olar  ki,  hansı  yerdə 

humanizm,  qarşılıqlı  anlaşma  və  məhəbbət,  həssaslıq  və  qayğı 

yoxdur, orada təhsil-tərbiyə və təlimin vəhdəti qeyri-mümkündür. 

Orada  tərbiyəedici  strategiya  da  yoxdur.  Orada  təbiətin  və 

insanlığın ahəngdar inkişafı mümkün deyil. Xeyirxahlığa, insanlığa 

əsaslanmayan  təhsil  insan  orqanizmində  və  qəlbində  «yad 

hüceyrələr» yaradır, cə- 

90 



miyyotdə və büiün gerçək aləmdə xərçəng şişlərinin lörəmə- sinə, 

harmoniyanın pozulmasına səbəb olur. 

Hıımanistləşdirmənin  əks  qütbü,  başqa  sözlə,  professional 

krelinizmin  (ağılsızlığın),  eqoizmin,  qəddarlığın  qarşısını  almağın 

yeganə yolu humanitarlaşdınnadır. 

Humanitar təhsil fəlsəfi, təbii-ehni, siyasi və texniki elmlərin 

dərindən və kompotent öyrənilməsini, elmlərin sirukiur və ontoloji 

baxımdan mahiyyətini anlamağı tələb edir. Ümumilik. obyektivlik, 

vahidlik,  tamlıq  və  inkişaf  qanunlarından  doğan  universallıq  və 

fundamentallıq,  professional  və  əxlaqi  kompotentlik  prinsipləri 

məhz  humanitarlaşdırma  strategiyası  əsasında  reallaşdırıla  bilər. 

Məhz 


humanitarlaşdırma 

strategiyası 

təhsili 

şəxsiyyətə 

istiqamətləndirə  bilər,  təbiətdəki,  dünya  sivilizasiyasındakı 

humanizmi  ahəngdar  surətdə  biri-  biriylə  qovuşdura  bilər, 

dünyanın, cəmiyyətin, insanın qav- ranılmasını və dərk edilməsini 

təmin  edə  bilər.  Yalnız  bu  bloka  daxil  olan  fənlər  təhsil  alanları 

istisnasız olaraq bütün gerçək aləmə xas olan qanunları dərk etməyə 

istiqamətləndirə bilər. 

Təhsil alanlara gözəlliyi görə bilməyi, qyiınətləndirməyi və 

qorumağı,  həyatın  gözəlliklərinə  heyrətlənməyi,  insan  dühasının 

yaratdığı incəsənət əsərlərindən ilham almağı, qeyri-adi istedadlara 

pərəstiş etməyə alışdırmaq lazımdır. Həm öyrədən, həm də öyrənən 

incəsənət  aləminin,  rənglər,  səslər,  ritmiər,  surətlər  dünyasının 

vurğunu deyilsə, bədii əsərlərdən emosional zövq almırsa, riqqətə 

gəlmirsə,  şəxsiyyətin  ahəngdar  inkişafı  mümkün  deyil.  Əgər  bu, 

belədirsə, 

deməli,  təhsildə  humanitarlaşdırma  strategiyası 

unudulmuşdur.  Məhz  humanitarlaşdırma  strategiyası  fəlsəfə, 

təbii-elmi və texniki elmlərin öyrənilməsini təmin etməklə gözəlliyi 

duya  bilən,  gerçəkliyi  «gözəllik  qanunları»  əsasında-qura  bilən 

insanlar formalaşdıra bilər. 

Bütün  texniki,  bio,  sosio,  pedaqoji  texnologiyalar  insanı 

xoşbəxtliyə,  təbiətlə,  gerçək  aləmlə,  özü  və  ətrafında  olanlarla 

ahəngdar  münasibətlər  yaratmaq  məqsədinə  xidmət  etməlidir.  Bu 

texnologiyalar 

hazırlanarkən 

məhsuldarlıqdan 

daha 


çox, 

xeyirxahlıq  kriteriyası  əsas  götürülməlidir.  Xeyirxahlıq  isə 

fəaliyyətin səmərəliliyinə və məhsuldarlığına müsbət təsir 

91 



göstsrir, insanın düşüncələrinə, hərəkətlərinə əxlaqi məzmun verir, 

professional kompotentliyi təmin edir. 

Təhsilin  bütün  qanunlarının  və  prinsiplərinin,  xüsusən 

strategiyasının ilk və son məqsədi gələcəyə nikbin baxışlı xoşbəxt 

insan formalaşdırmaqdır. Hər bir insanın özünəməxsus xoşbəxtliyi 

var. Talesiz insanların bədbəxtliyi və kədərində isə oxşar cəhətlər 

çoxdur. Fiziki və mənəvi sağlamlıq normal ailə həyalı, yaxşı iş və 

sədaqətli  dostlar,  gözəllik  və  firavanlıq,  nikbinlik  və  gümrahlıq, 

ətrafdakılarla  qarşılıqlı  anlaşma  və  hörmət,  qayğılı  və  həssas 

münasibət insanın xoşbəxtlik  göstəriciləridir.  İnsanı xoşbəxt edən 

nə  varsa,  onun  özünü  də,  ətrafmdakıları  da  duyğulandırır,  nəcib 

mühüt  yaradır.  Xeyirxahlıq  və  alicənablıq  həyatı  gözəlləşdirir. 

Bədbəxtlik  və  eqoizm  isə  təkcə  insanın  öz  qəlbinə,  ruhuna  deyil, 

təbiətə də öldürücü təsir göstərir. 

Təhsilin  humanistləşdirilmə  və  humanitarlaşdırma  prinsipi 

üzərində  qurulması  insana  özünü  də,  ətrafmdakıları  da  xoşbəxt 

etməyin yollarını öyrədir, insanda həyatın hər bir zərbəsinə dözmək 

bacarığı formalaşdırır. 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə