Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə40/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

dövbt  ləhsil  standartlarında

 

ümummədəni blokda fəlsəfəyə; təbii-elmi blokda isə təbiətşünaslıq 



konsepsiyasına ayrılan saatlar ciddi surətdə müəyyənləşdirilmişdir. 

Universal-fundamental  strategiya  müasir  tarixi  şəraitdə 

təhsilin  bütün  struktur  elementlərinin  inkişafını,  insanın  fiziki, 

mənəvi  keyfiyyət  və  qabiliyyətlərinin  vəhdətdə  təşəkkülünü  tələb 

edir.  Söhbət  bü  gün  insanın  özü-özü  ilə,  cəmiyyətlə,  gerçəkliklə 

vəhdətdə ahəngdar inkişafından gedir. 

Təhsilin  universallığı  və  fundamentallığı  strategiyası 

(ümumilik,  obyektivlik  və  tamlıq)  prinsiplərindən  ayrılmazdır  və 

dövlətin təhsil siyasətinin əsasıdır. Bu, eyni dərəcədə, təhsilin digər 

strategiyalarına (prinsiplərinə) da aiddir. 

87 



Tahsikh  ş^xsiyy^ftin  fardihşdirilməsi  i’P  sosializasiyası 

prinsipi

 Şəxsi və sosial 



priyentasiya

 (latınca 



oriens, oriemis ~ 

şərq, 


fransızca 

orientation,

 hərfi mənası Şərqə istiqamətlənmə deməkdir) 

dərin  təhsilə  tələbat  deməkdir.  Təhsil  təbii  və  sosial  yarlıq  olan 

insanın  məişətinin  ayrılmaz  tərkib  hissəsidir.  İnsandan  təcrid 

olunmuş  sosiallaşma  (ictimailəşmə),  eynilə  sosiallaşma  olmadan 

təbii kontekstdən xaricdə fərdiləşmə qeyri-adiliyə, antihumanizmə 

gətirib çıxara bilər. 

Sosial  olanla  (kollektivlə)  fərdiyyətin  (fərdin)  ziddiyyətli 

vəhdəti  ictimai  tərəqqinin  hərəkətverici  başlanğıcıdır.  Təhsilin 

şəxsiyyət  yönümlülüyü,  hər  bir  insanın  ahəngdar,  təbii,  sosial  və 

fərdi inkişafını təmin edir, sonuncu isə cəmiyyətdə tarazlıq yaradır. 

Sosial və fərdi inkişafdakı qeyri-bərabərlik, fərdlə cəmiyyət 

arasında  assimmetriya  və  konfliktlər  doğurur,  obyektiv 

mövcudluğun  prinsip  və  qanunlarını  biri-birindən  təcrid  edir, 

təhsilin  inkişafını  ləngidir.  Məsələn,  pedaqogikada  «fər-  di 

yanaşma» prinsipi mahiyyətcə özünün «fərdi yanaşına» prinsipinin 

əksi  olan  eqosentrizmə  gətirib  çıxarmışdır.  Çünki  bu  halda  fərd 

özünəbənzərlərdən  (digər  fərdlərdən)  təcrid  olunmuş  halda 

götürülür. 

Fərdiyyət  mahiyyət  etibarilə  ümuminin,  universatın, 

fundamentalın, obyektivliyin bu və ya di

təzahürüdür,  insan  ümuminin  (cjrupun,  kollektivin,  cəmiyyətin, 

dünyanın) bir hissəsidir, məhz ümumiyə münasibətdə  - o, fərddir.

 

Didaktik mərkəzin «fokusu» insandır, fərdiyyət deyil. 



Bəzi təhsil tarixçiləri XVIII-XIX əsrləri cəmiyyət tarixində 

pedaqoji  fəaliyyətin  kütləvi  peşəyə  çevrilməsi  dövrü  kimi 

səciyyələndirirlər.  Bu  gün  zəmanəmizin  sosial  sifarişinə  uyğun 

olaraq müəllimlik fəaliyyətinin strukturu dəyişmişdir: elitar təhsilin, 

intellektual  adamların,  yüksək  ixtisaslı  mütəxəssislərin  yerini 

pedaqoji  texnologiyalar  əsasında  «konveyr  üsulu»  ilə  hazırlanan 

şəxslər  tutmuşdur.  «Öyrənən  -  öyrədən»  sistemi  keyfiyyətcə 

dəyişmişdir.  Müəllim  artıq  təhsil  alanları  təəccübləndirən,  onları 

heyrətləndirən  şəxs  deyil.  Müəllim  -  öyrənənlərin,  bir  vaxtlar 

olduğu kimi, səcdə etdiyi, qarşısında baş əydiyi qibləgah da deyil. 

İndi  müəllim,  sadəcə,  «texniki  mütəxəssis»dir.  Mövcud  biliklərlə 

(bəşəriyyətin tarixi boyu 

8S 



yaratdığı  biliklərlə)  biliksizlik  (Öyrənənlərin  səviyyəsi)  arasında 

əlaqələndirici şəxsdir. İndi tədris fənninin məznuınu ilə müəllimin 

şəxsiyyəti  və  fəaliyyəti  arasında  uçurum  vardır.  Bu,  vahid  təhsil 

prosesinin bir qütbüdür. 

Öyrənənlərin dayandığı qütbdə daha ciddi 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə