Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə39/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

{ümumilik, 

obyektivlik

  va 


tamlıq,  təhsilin  inkişaf  komponentlərinin  biri- 

birindən  asılılığı)

  ilə  vəhdətdə  təhsil  strategiyasının  əsas 

mahiyyətini ifadə edir. 

Təhsil strategiyasının hər bir prinsipi həm ayrılıqda, həm də 

vəhdətdə kompleks həyati problemlərdən, sistemli siyasətin nəticəsi 

kimi özünü göstərir. 

Bütöv, tam, uzunmüddətli sistemə daxil edilən dolayı, 

situativ məqsədlər, imitasiyalar (latınca 



imitatio -

 təqlid, 

yamsılama, saxta deməkdir) təhsilə, cəmiyyətə, insani 

münasibətlərə dağıdıcı təsir göstərir. Bu neqativ halın qarşısını 

almaq üçün fəaliyyət prosesində yuxarıda qeyd edilən dövlət təhsil 

strategiyaları (prinsipləri) əsas götürülməlidir. Bu strategiyaların 

qısa şərhini verək. 

Təhsil strategiyasının (təhsilin inkişafının) universallığı və 

fundamentallığı prinsipi.

 

Universallıq və fundamentallıq hər bir 



insanın və bütövlükdə hər bir sivilizasiyanın təhsili kimi, vahid 

prosesin müxtəlif tərəfləridir. 



Universallıq - 

təhsili və onun 

strategiyasını miqyas, həcm, məişətə uyğunluq baxımından 

xarakterizə edir. 



Fundamentallıq -

 qanunların, proseslərin

tendensiyaların qavranılması və dərk edilməsini, məişətə nüfuz 

etməsini nəzərdə tutur. Universal ölçü olmadan fundamentallıq 

təhsildə və tərbiyədə nöqsanlara gətirib çıxarır. 

Elmin öyrəndiyi qanunauyğunluqlar tədris fənlərində qapalı 

tədris materialı kimi təqdim edilir. Öyrənən onu 

(qanunauyğunluğu) dünyanın təbii inkişafının təzahürü kimi qəbul 

edə bilmir. Filosofların təbirincə desək, tədris fənninin öyrənilməsi 

prosesində təhsil alanlar gerçəklik və onun komponentləri haqqında 

fraqmentar biliklər əldə edirlər. Həyatın mahiyyəti isə dərk 

olunmur. Mövcud düşüncə tərzi gerçəkliyin daimi, dərin, ümumi, 

sistemli əlaqələrini anlama- 

86 



ğa mane olur. Qanun yığcam şəkildə ifadə olunmuş sistemtö- rədici 

bilik kimi qavranılmır. 

Bu neqativ halların qarşısını almaq üçün təhsilin məzmunu 

və  təhsil  standartları  müəyyənləşdirilərkən  dialekti-  kanm  üç 

mühüm  qanunu  əsas  götürülməlidir.  Çünki  bu  qanunlar  vəhdətdə 

idrakın əsasını təşkil edən üç suala cavab verir; 



üçün? Nec^? Hara?

 

Bu suallara verilən cavablar təbiət, cəmiyyət və təfəkkürün inkişaf 



strukturunu  -  doktrinasını  əsaslandırmağa,  inkişafın 

nxdnbayini, 

mahiyyatini

 və 


istiqamdüni

 müəyyənləşdirməyə imkan verir. 

Obyektiv  gerçəklik  -  fəlsəfə  vasitəsi  ilə  dövlətə  və 

bütövlükdə  cəmiyyətə,  həm  də  pedaqogikaya  dünya  təhsil 

strategiyasının  tamlığı  və  vahidliyinin  təmin  edilməsi  sifarişini 

verir.  Universallıq  və  tamlıq  bu  gün  biri-biri  ilə  kəskin 

ziddiyyətdədir. Gerçəklik haqqında birləşdirilməsi çətin olan, xırda 

«hissəciklər»dən  ibarət  biliklərlə  didaktikanın  tələbləri  arasında 

ziddiyyətlər  mövcuddur.  Fərd  parçalanmış,  biri-birindən  təcrid 

olunmuş  bilikləri  tam  mahiyyəti  ilə  vəhdətdə  qavramaq  imkanına 

malik deyil. Necə deyərlər, «insan ağacların arxasından meşəni görə 

bilmir». 

Təhsilin  vahidliyi  və  tamlığı  strategiyası  konseptual 

biliklərin yaradılması, tədris fənlərinin konsentrik quruluşu, tədris 

bloklarının təbiət, cəmiyyət, insan və təfəkkür haqqında biliklərin 

fəlsəfi ümumiləşdirmələrlə əvəz edilməsi tendensiyalarını doğurur. 

Konseptual  biliklərin  yaradılması  tendensiyaları  müxtəlif 

formalarda  təzahür  edir.  Məsələn, 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə