Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə35/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

dərəcəyə  cjədərki  mərhələ,

  başqa  sözlə,  ilk  akademik 

dərəcəyə qədərki təhsil (bakalavriat); 

 

dərəcədən  sonrakı  mərhələ,



  başqa  sözlə,  ilk  akademik 

dərəcə alandan sonrakı təhsil (magistratura). 



Dərəcəyəqədərki  mərhələdə

  (bakalavriatda)  tələbələrin 

diversifikasiya edilmiş proqramlara çıxmaq imkanları olma- 

79 



İldir,  yəni  təhsil  alanlar  bu  mərhələdə  fənlərarası  məşğələlərdə 

iştirak  etmək,  bir  və  ya  bir  neçə  xarici  dil  öyrənmək,  yeni 

informasiya texnologiyalarından istifadə etmək imkanlarına malik 

olmalıdırlar. 

Birinci  mərhələdə  təhsil  müddəti  3  ildən  az,  4  ildən  çox 

olmamalıdır. 

Dərəcədən  sonrakı  mərhələdə  (magistraturada)  çox  geniş 

seçim  imkanları  olmalıdır.  İkinci  mərhələdə  təhsil  müddəti  1-2  il 

nəzərdə tutulur. Bu mərhələnin  yekununda təhsil alanlara magistr 

dərəcəsi verilir. Doktorluq dərəcəsi almaq üçün təhsilin müddəti 7-8 

il olmalıdır. Təhsilin üçüncü mərhələsinin sonunda təhsil alanlara 

doktor dərəcəsi verilir. 

Həm  dərəcəyəqədərki,  '  həm  də  dərəcədən  sonrakı 

mərhələlərində  tələbələr  müstəqil  təlim-idrak  fəaliyyətinə  və 

tədqiqatçılıq  işlərinə  istiqamətləndirilməlidir.  Hər  iki  mərhələdə 

təhsil  alanların  təhsilin,  heç  olmasa,  bir  semestrini  öz  ölkəsindən 

xaricdə hər hansı  bir 

identik

  (latınca 



identijicare

  -  eyniləşdirmək, 

identicus  -  eynilik  deməkdir)  tədris  müəssisəsində  davam  etdirə 

bilməsi  təmin  olunmalıdır.  Ümumiyyətlə,  təhsilin  müasir  yüksək 

inkişaf  səviyyəsində  öyrədən  və  öyrənənlərin 

mobilliyiıw

  xüsusi 

diqqət verilməlidir. 

Təhsilin  hər  üç  mərhələsində  (bakalavriat,  magistratura, 

doktorantura) ali təhsil sistemi üçün ixtisasların razılaşdırılmış və 

uyğunlaşdırılmış  strukturlarının  yaradılması  məqsədilə,  tədris 

proseslərinin  səviyyəsi  və  nəticələri,  istiqamətləri,  profil  və 

kompetensiyalar  (insana  müvafiq  fəaliyyəti,  norma  və  qaydaları 

adekvat  surətdə  dərk  etməyə  imkan  verən  bacarıqlar)  və  onların 

vahid  kriteriyaları  yaradılmalıdır.  Bu  əsasda  da  ümumavropa  ali 

təhsil  məkanı  üçün  ümumiləşdirilmiş  ixtisaslar  strukturu  işlənib 

hazırlanmalıdır. 

Azərbaycan  Respublikası  özünün  ali  təhsil  sistemini 

ümumavropa  standartlarına  uyğunlaşdırmaq  üçün  aşağıdakıları 

reallaşdırmağa çalışır: 

• 

İkipilhli ali tahsil sisteminin tatbiq 

Avropa  ali  təhsil  zonası  üçün  ali  təhsilin  bütün  ölkələrdə 

vahid formalı strukturuna keçid məqsədilə Azərbaycanda artıq neçə 

ildir  ki,  dövlət  tərəfindən  təsdiq  olunmuş  ixtisas  klassifikatoruna 

uyğun olaraq ali təhsilli mütəxəssis hazırlığı 

80 



iki mərhələdə həyata keçirilir: bakalavriat 

-2 il. 


4 il; magistratura 

 



Akademik

 ra 


elmi dərac^brin miiayyaiıhşäirilmasi 

Dünyanın bir çox ölkələrinin ali təhsil və ondan sonrakı 

mərhələdə  akademik  və  elmi  dərəcələrinin  strukturu,  sertifikat  və 

diplomların forma və xüsusi çəkisi ilə bağlı mövcud 



reqlamenthrin

 

öyrənilməsi  nəticəsində  belə  bir  qənaətə  gəlinmişdir  ki,  müxtəlif 



ölkələrdə  akademik  və  elmi  dərəcələrin  reqlamentlərində  bir  çox 

oxşar cəhətlər vardır. Bununla belə, elə iki ölkə tapmaq mümkün 

deyil  ki,  onların  təhsil  modellərində  diplomlar  və  onların  əldə 

olunması üçün qoyulan şərtlər üst-üstə düşsün. Ayrı-ayrı ölkələrdə 

7u^i/cr//avr, 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə