Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə32/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

birinci fəsildə

 əsas anlayışlar, 

təhsil sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi, təhsil 

sahəsində dövlət siyasəti, təhsilin əsas məqsədi, təhsildə fəaliyyət 

prinsipləri, vətəndaşların təhsil hüquqları, dövlət təhsil standartları, 

təlim dili və digər məsələlər şərh olunur. 



İkinci  fəsil

  təhsil  sisteminin  mahiyyətini  və  məzmununu 

işıqlandırır. 

73 



üçüncü 

fasikh

 

təhsil 



sisteminin 

idarə 


olunması 

məsələlərindən danışılır. 



Dördüncü  fəsil

  təhsil  prosesinin  iştirakçılarının  hüquq  və 

vəzifələrinə həsr edilmişdir. 

Beşinci fəsildə

  təhsilin  iqtisadiyyatından, 



altıncı  fəsildə 

isə 


təhsil sahəsində beynəlxalq əməkdaşlıqdan bəhs edilir. 

3.4.


 

AZƏRBAYCAN RESPUBLİKASINDA 

TƏHSİL SİSTEMİNİN PRİNSİPLƏRİ 

Azərbaycanda  təhsil  sistemi  dövlətin  təhsil  siyasətinin 

prinsipləri  əsasında  fəaliyyət  göstərir.  Bu  prinsiplər  Təhsil 

Qanununda öz əksini tapmışdır. Azərbaycan Respublikasının təhsil 

sistemi öz işini bu prinsiplər əsasında qurur. 

 



Hüquqi 

baxımdan 

hamının 

dövlət 

standartları 

çərçivəsində təhsil almaq imkanlarına malik olması 

Respublikamızda  təhsil  almaq  sahəsində  heç  bir 

məhdudiyyət  yoxdur  və  hər  bir  vətəndaşın  təhsil  almaq  hüququ 

vardır. Təhsil - dövlət standartlarına uyğun olaraq reallaşdırılır. 

Dini  mənsubiyyətindən,.sosial  vəziyyətindən,  dilindən, 

yaşından asılı olmayaraq hamının təhsil almaq hüququ vardır. Hər 

kəs  təhsil  müəssisəsini,  təhsilin  formasını,  təlim  dilini  seçməkdə 

azaddır. 

 

Təhsilin humanist xarakteri 



Bu  prinsipin  tələbinə  görə,  təhsil  prosesində  öyrənənlərin 

maraq və meyilləri, fərdi imkanları, arzu və istəkləri nəzərə almır, 

onlara şəxsi həyat və sosial fəaliyyətləri üçün zəruri bilik, bacarıq 

və  vərdişlər  verilir,  təhsil  dövlət  hesabına  reallaşdırılır,  fasiləsiz 

təhsil  və  özünütəhsil  üçün  şərait  yaradılır,  təhsilin  iştirakçıları 

arasında  əməkdaşlıq  təmin  olunur,  gənc  nəslə  milli  və  bəşəri 

keyfiyyətlər aşılanır. 

Bir sözlə, təhsilin humanist xarakteri təhsilin məzmunundan 

tutmuş  təşkilinə  qədər  təhsilin  bütün  komponent  və 

altkomponentlərini əhatə edir. 

 

Millif  ümumbəşəri  dəyərlərin,  insan  həyatı  və 



sağlamlığının, şəxsiyyətin azad inkişafının üstün tutulması 

Bu prinsip respublikamızda təhsil sisteminin bəşəri dəyərləri 

ümumiləşdirilmiş formada özündə əks etdirməsində. 

74 



gənc  nəslin  sağlam  və  ahəngdar  inkişafı  üçün  hər  cür  şorail 

yaradılmasında,  hər  bir  insanın  öz  istedad  və  qabiliyyətlərini 

istədiyi  istiqamətdə  inkişaf  etdirmək  hüququna  malik  olmasında, 

respublikamızda  məktəbdənkənar  tərbiyə  müəssisələrinin  geniş 

şəbəkəsinin fəaliyyət göstərməsində də təzahür edir. 

 



Tahsilin humaniiarlaşdmlması 

Bu prinsip təhsil müəssisələrində humanitar fənlərə ayrılan 

saatların  artırılmasında,  məktəblərimizdə  Azərbaycan  xalqının 

mənəvi  dəyərlərinin  daha  dərindən  öyrənilməsində,  gənc  nəslin 

estetik  tərbiyəsinə  diqqət  və  qayğının  yüksəlməsində,  öyrədən  və 

öyrənənlərin  həmrəylik  və  əməkdaşlığının  inkişaf  etdirilməsində 

özünü göstərir. 

 




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə