Fərrux rüSTƏmov tamilla dadaşova ali MƏKTƏb pedaqogikasi



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə33/238
tarix02.04.2022
ölçüsü6,79 Mb.
#84976
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   238
Ferrux Rustamov - Ali məktəb pedaqogikasi - 2007(1)

Təhsil sistemində vahidlik və varislik 

Təhsil  sistemində  vahidlik  və  varislik  eyni  tip  tədris 

müəssisələrinin  tədris  planı  və  proqramlarının  vahidliyində  və 

dövlət standartlarına uyğun olmasında, cəmiyyətin bütün üzvlərinin 

təhsili  üçün  eyni  şərait  yaradılmasında,  xalqımızın  mənafeyinə 

xidmət etməsində ifadə olunur. 

Təhsil sistemində varislik prinsipi onun tamlığım təmin edir 

və təhsil sisteminin pillələri arasındakı əlaqədə təzahür edir. Bu, o 

deməkdir ki, təhsil müəssisələrinin hər biri öz fəaliyyətini özündən 

əvvəlkinin  fəaliyyəti  əsasında  qurur.  Varislik,  həmçinin,  hər  bir 

təhsil  alanın  ixtisası  üzrə  təhsilin  sonrakı,  daha  yüksək  pilləsinə 

keçmək imkanının olmasında ifadə olunur. Nəticə etibarilə, təhsil 

sisteminin vahidliyi və tamlığı təmin olunur. 

 



Dövlət təlim-tərhlyə müəssisələrində təhsilin diinyəviUy 

Dünyəvilik prinsipi təhsil alanlara gerçəklik haqqında 

real, obyektiv, düzgün elmi biliklər verilməsinə əsaslanır. 

 



Təhsilin 

demokratikləşdirilməsi 

və 

dövlət-ictimai 

xarakter daşıması 

Bu prinsip cəmiyyətimizin üzvlərinin təlim dilini və təhsilin 

formasını  seçməkdə  sərbəst  olmasında,  təhsil  alanların  arzu  və 

maraqlarına  uyğun  peşə-ixtisas  seçməsində,  öz  istedad  və 

qabiliyyətlərini  təkmilləşdirmək  imkanlarının  olmasında,  təhsilin 

keyfiyyətinin  daim  yüksəldilməsi  istiqamətində  iş  aparılmasında, 

tədris-tərbiyə 

müəssisələrində 

özünüidarə 

orqanlarının 

yaradılmasında, tədris-tərbiyə müəssisələrində 

75 



təlim-tərbiyə  işlərinin  müvafiq  şuralar  tərəfindən  idarə 

olunmasında,  hər  bir  məktəbin  öz  müəllimini  seçmək  hüququna 

malik  olmasında,  tədris-tərbiyə  müəssisələrinin  rəhbərləri, 

müəllimlər  və  təhsil  alanlar  arasında  demokratik  münasibətlərin 

qurulmasında,  öyrənənlərin  pedaqoji  prosesin  mərkəzinə 

qoyulmasında ifadə olunur. Bir sözlə, bu prinsip təhsil sisteminin 

demokratik əsaslar üzərində qurulmasını təmin edir. 

Təhsilin  demokratikləşdirilməsi  dövlətin  təhsillə  bağlı  irəli 

sürdüyü demokratik qanunlara riayət etmək əsasında reallaşdırılır. 

 



Tuhs'ilin fardihşdminmi

 ra 


diferensiallaşdırılması 

Təhsilin diferensiallaşdırılması təhsil alanların fərdi im

kanları 

və  psixoloji  xüsusiyyətləri  əsasında  həyata  keçirilir. 

Diferensiallaşdırma 

təhsilin, demək olar ki, bütün mərhələlərində özünü göstərir. 

 

Tdbsil sisteminin açıqlığı 



Bu o deməkdir ki, Azərbaycanda dövlət orqanları ilə bərabər, 

ictimai  təşkilatlar,  kooperativlər,  ayrı-ayrı  vətəndaşlar  təhsilin 

inkişafına  yaxından  kömək  edir,  onun  yeniləşməsi  və 

təkmilləşdirilməsi 

üçün 

şərait 


yaradır, 

tədris-tərbiyə 

müəssisələrinin  normal  fəaliyyət  göstərməsinə  himayədarlıq  edir. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, təhsil üçün ayrılan maliyyə 

vəsaitinə vergi qoyulmur. 

Hazırda  Azərbaycan  təhsil  sistemində  dünya  standartlarına 

uyğun  istiqamətdə  ciddi  islahatlar  aparılır.  Azərbaycanda  təhsil 

islahatlarının  reallaşdırılmasmda  ümummilli  liderimiz  H.Əliyevin 

böyük  rolu  olmuş,  onun  tərəfindən  verilmiş  «Azərbaycan 

Respublikasının təhsil sahəsində İslahat Proq- ramı» (1999-cu il) isə 

bu  sahədə  bütün  konseptual  göstərişləri  özündə  əks  etdirmişdir. 

Proqramda  respublikamızın  təhsil  sisteminin  dünya  standartlarına 

uyğunlaşdırılması,  ümum-  təhsil  məktəbləri  üçün  dünya 

standartlarına  uyğun  proqram  və  dərsliklərin  hazırlanması,  ali 

məktəblərdə  struktur  və  məzmun  dəyişikliklərinin  edilməsi,  ali 

təhsil müəssisələrində çoxbalh qiymətləndirmə sisteminə keçilməsi, 

təhsilin bütün sahələrində əsaslı islahatlar aparılması, respublikanın 

aparıcı  ali  məktəblərinə  müstəqillik  statusu  verilməsi  və  digər 

fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. 

76 



3.5.

 

DÜNYA



 TƏHSIL 

SİSTEMİNİN

 

İNKİŞAF


 

STRATEGİYASI:

 

İNTEQRASİYA



 

 



UNİFİKASİYA

 

PROBLEMLƏRİ 



Müasir  dünya  təhsil  məkanı  məqsəd  və  vəzi  (ələrinə. 

səviyyəsinə və keyfiyyətinə görə müxtəlif təhsil sistemlərini özündə 

birləşdirir.  Hər  bir  ölkənin  təhsil  sistemi  özünəməxsus 

xüsusiyyətləri qoruyub saxlasa da, dünya təhsil sistemi vahid, tam 

bir sistem təşkil edir və burada qlobal tendensiyalar nəzərə çarpır və 

bu  tendensiyalar  sırasında  ali  təhsil  müəssisələrinin  şəbəkəsinin 

genişləndirilməsi, 

ali 


məktəbin 

tədris 


proqramlarının 

yeniləşdirilməsi  və  korrektə  edilməsi,  ali  təhsilin  mobilliyinin 

artırılması,  dünya  təhsil  sistemlərinin  qarşılıqlı  yaxınlaşması, 

«Avropa eyniliyinin» və «vətəndaşiığı- nın» təmin edilməsi; xarici 

dillərin  öyrənilməsinin  genişləndirilməsi,  təlimin  keyfiyyətinə  və 

kadr  hazırlığına  yüksək  tələblər  verilməsi,  təhsilə  ayrılan  dövlət 

büdcəsinin  artırılması,  yüksək  ixtisas  təhsilinə  keçilməsi,  təhsil 

sahəsində  dövlətlər-  arası  əməkdaşlığın  gücləndirilməsi,  dünya 

təhsilinin  humanitar  tərkibinin  əsaslı  surətdə  artırılması, 

şəxsiyyətyönümUi  təhsilə  üstünlük  verilməsi,  dünya  təhsil 

məkanının polimədən! və sosial yönümlü olması kimi istiqamətləri 

göstərmək olar. Müasir  dövrdə dünya təhsil sisteminə  «bazar»  və 

«salıib-  karlıq»  baxımından  yanaşılması  prioriteti  də  qeyd 

edilməlidir. 

Qlobal  və  regional  xarakteri  ilə  fərqlənən  dünya  təhsil 

sisteminin  əsas  məqsədi  insanı  gələcəkdə  gözləyən  problemlərin 

səmərəli  həlli  yollarına  istiqamətləndirmək,  onda  işgüzarlıq  və 

sahibkarlıq  keyfiyyətləri  aşılamaq,  onu  proqnozlaşdırma, 

modelləşdirmə,  layihələşdirmə  və  yüksək  səviyyəli  peşə  ixtisas 

fəaliyyətinə hazırlamaqdır. 

İnsanlarda irqlərə, dinlərə, sosial quruluşlara, onların mədəni 

ənənələrinə  tolerant  münasibət  tərbiyə  etmək,  böyük  və  kiçik 

etnosların  tolerant  birgəyaşayışını  təmin  etmək,  polimədəni 

tərbiyəyə 

diqqəti 

artırmaq, 

dünya 

təhsil 


sisteminin 

prioritetlərindəndir. 

Müstəqil, demokratik respublikamız dünya təhsil sistemində 

baş  verən  inteqrativ  və  unifikasiya  (uni  +  latınca  facio  -  edirəm 

deməkdir.  Vahid  şəklə,  formaya,  yaxud  sistemə  salma) 

proseslərindən geri qala bilməz. O, millinin 

77 



üzərində  özünün  polimədəni  və  sosial  yönümlü  ləhsil  məkanını 

formalaşdırır. 

Qloballaşdırma  təcrübəsi  dünyanın  digər  regionlarında 

olduğu  kimi  Azərbaycanda  gedən  proseslərə  öz  pozitiv  təsirini 

göstərir. Respublikamızda bu istiqamətdə ciddi iş gedir, islahatlar 

aparılır. Azərbaycan sürətlə müasir dünya təhsil məkanına qoşulur, 

çox  mürəkkəb,  lakin  tam,  bütöv  bir  sistem  olan  dünya  təhsil 

sistemini qoruyub saxlamaq, möhkəmləndirmək, təkmilləşdirmək, 

polietnik tərbiyə mədəniyyətlərinin qarşılıqlı əlaqəsini təmin etmək 

istiqamətində məqsədyönlü fəaliyyət göstərir. 

Respublikamızın  bütün  sosial  ictimai  həyatında  baş  verən 

köklü  dəyişikliklər  milli  təhsil  sistemində  də  öz  əksini  tapır. 

Təhsilin 


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə